Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-114/2025 08.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 Annaur oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 2003-cü il tarixdə Sabirabad rayonu, Poladtuğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İİİ dərəcəli əlil, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Azadkənd ərazi dairəsi, Poladtuğay kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 4(032)- 69/2025 saylı, 30 aprel 2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə işğaldan azad olunmuş Laçın rayonu ərazisində hərbi xidmət zamanı mina partlayışı nəticəsində sol ayağını itirməsi səbəbi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən göstərilən dövlət qayğısı nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Khodro Samand” markalı avtomobili narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi nəticəsində sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan 29 aprel 2025-ci il tarixdə saat 15 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri Heydər Əliyev prospektində ön və arxa dövlət qeydiyyat nömrəsiz idarə edib qayda pozuntusu etməsi səbəbi ilə Şirvan şəhər PŞ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanaraq törətmiş olduğu qayda pozuntusuna görə xəbərdarlıq edilərək, barəsində müvafiq qaydada tədbir görülən zaman ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlər etməklə idarə etdiyi “Khodro Samand” markalı avtomobili qəsdən hərəkət etdirib, orada dayanmış vəziyyətdə olan “Opel Vita minik” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurduqdan sonra xuliqanlıq niyyəti ilə Şirvan şəhər polis şöbəsinin X16 bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru Zərərçəkmiş şəxs2 məxsus “Toyoto Corollo minik” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf hərəkəti davam etdirib, həmin avtomobilin yanında dayanmış ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan Yol Patrul xidmətinin baş inspektoru X2 vurub “Toyoto Corollo minik” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə sıxaraq hər iki avtomobilin arasında qalmasına səbəb olmaqla sonuncuya “sağ qasıq və oturaq sümüklərinin qapalı, az yerdəyişmiş sınığı kimi” sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətləri yetirib, idarəetdiyi “Khodro Samand” markalı avtomobili “Toyoto Corollo minik” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə vuraraq, Zərərçəkmiş şəxs2 məxsus “Toyoto Corolla minik” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat dəyərində və Zərərçəkmiş şəxs1 məxsus “Opel Vita minik” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 280 manat dəyərində maddi ziyan vurmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan hakimiyyət nümayəndəsinə və digər şəxslərə qarşı silah qismində istifadə olunan əşyadan istifadə edilməklə xuliqanlıq, yəni şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərdən və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmadan ibarət cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamış, 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə keçirilmiş anti-terror əməliyyatlarında iştirak etmiş və hərbi xidmət zamanı mina partlayışı nəticəsində sol ayağının dizdən aşağısın itirmiş, yəni amputasiya olunmuş, üçüncü qrup əlildir. 2024-cü ildə o, Bakı şəhərinə çağırılmış, həmin vaxt Bakı şəhərində ölkə Prezidentinin qəbulunda olmuş və ona sürmək “Khodro Samand” markalı avtomobil hədiyyə edilmişdir. Həmin vaxtdan o, “Khodro Samand” markalı avtomobili idarə etmiş, o, sol ayağı amputasiya olunması səbəbilə əlil olduğu üçün ona sürücülük vəsiqəsi verilməmiş, o da məcbur olduğundan həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 29 aprel 2025-ci il tarixdə, saat 14 radələrində yaşadığı Sabirabad rayonu Poladtuğay kəndindən çıxmış və oradan Şirvan şəhərinə idarə etdiyi “Khodro Samant” markalı avtomobili ilə gəlmiş, məqsədi avtomobilini təmir etdirmək olmuş, həmin vaxt avtomobilində tək olmuş, başqa şəxs olmamışdır. Saat 15 radələrində Şirvan şəhərinə çatmış, şəhərin Heydər Əliyev prospektində o, əvvəlcə avtomobilinə “Azpetrol” YDM-dən benzin vurmuş, sonradan oradan çıxıb üzü Köhnə şəhər istiqamətində hərəkətə başlamış və şəhərin Heydər Əliyev prospektində yerləşən avtomobil təmiri sexlərinin cərgəsinə gəlmiş, oradan o, yolun soluna tərəf dönüb sexlər olan yerə keçmiş, həmin vaxt arxasında Toyoto Corolla markalı avtomobil dayanmış və 2 nəfər polis əməkdaşı avtomobildən düşmüşdür. Bu zaman polis əməkdaşlarından biri ona yaxınlaşaraq özünü təqdim edərək, avtomobili nömrəsiz idarə etməsinin qayda pozuntusu olduğunu bildirib ona polis şöbəsinə getməli olduğunu demiş, o da cavab olaraq bildirmişdir ki, “əvvəlcə Şirvan şəhər X4 şöbəsinə gedək, sonra oradan polis şöbəsinə gedərik”. Bu zaman aralarında sözlə mübahisə yaranmış, o polis əməkdaşının onunla kobud rəftar etməsindən əsəbləşmiş və özünü itirmiş, qərarlaşdırmışdır ki, avtomobili ilə oradan uzaqlaşıb getsin. Sonra avtomobilini işə salmış, avtomobili ön və arxaya doğru hərəkət elətdirmiş, bu zaman avtomobili oradan olan avtomobillərə dəymiş və həmçinin orada olan polis əməkdaşlarının birinə dəymişdir. Sonra oradan uzaqlaşıb getmək istəyən zaman sürücü tərəfdən avtomobilinin yan şüşəsi polis əməkdaşları tərəfindən sındırılmış və onu avtomobildən çölə çıxarmışlar. Sonra onu oradan YPX-nin avtomobillərindən birinə mindirmişlər və Şirvan şəhər polis şöbəsinə gətirmişlər. Bundan başqa o bildirmişdir ki, o, hadisə vaxtı və ya hadisədən əvvəl spirtli içki və narkotik vasitə qəbul etməmiş, lakin ona həkim tərəfindən yazılmış resept əsasında gündəlik psixotrop maddə qəbul etmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobili irəli və geri hərəkət etdirməyinin səbəbi polis əməkdaşlarının onun kobudca rəftar etməyi olmuş, məqsədi oradan uzaqlaşıb getmək olmuş, bu səbəbdən polisin qanuni tələbinə tabe olmamışdır. Avtomobilinin salonunda olan qoltuqaltı adlanan yerdən 1 ədəd kağızın içərisindən aşkar edilmiş 03 ədəd toxum gənəgərçək bitkisinin toxumu olmuşdur. Törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin onunla barışıması və ona qarşı tələb və ya şikayətlərinin olmamasını, amputasiya olunmuş ayağında sümük uzanması və iltihabi proses getdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Annaur oğlu ifadəsində bildirdi ki, “Araz” zavodda mühafizəçi vəzifəsində işləyir, mahiyyəti üzrə bildirmişdir ki, 29 aprel 2025-ci il tarixdə saat 11 radələrində o idarə etdiyi və sahibi olduğu “Opel Vita minik” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün yaşadığı evin yaxınlığında, şəhərin H.Əliyev prospektində yerləşən təmir sexinə gətirmiş və oradan evinə gəlmişdir ki, maşını təmir olanduqdan sonra gedib götürər. Həmin gün saat 15 radələrində o, evdən çıxıb binanın qarşısına düşən zaman yolun əks istiqamətində yerləşən sexlər tərəfdən səs küy gəldiyini eşitmiş və yolu əks istiqamətə keçərək təmir sexləri olan tərəfə avtomobilinin yanına getmişdir. Təmir sexinə çatdıqda görmüşdür ki, avtomobilinin arxa bufer hissəsi yerindən qopub, bundan başqa avtomobilin sağ və sol tərəfləri əzilmişdir. O, nə baş verdiyini öyrənmək üçün ətrafdan maraqlanan zaman görmüşdür ki, bir nəfər şəxsi polis əməkdaşları xidməti avtomobilə mindirib aparmışlar. Daha sonra o bilmişdir ki, onun avtomobilinə zərər Heydər Gülmalıyev tərəfindən idarə olunan avtomobil vasitəsi ilə yetirilmişdir. Hadisə nəticəsində ona heç bir bədən xəsarəti yetirliməmişdir, lakin istifadəsində olan nəqliyyat vasitəsinə zərər dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur. Özü də müharibə iştirakçısıdır, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əhilyar oğlu ifadəsində bildirdi ki, Şirvan şəhər PŞ-nin DYPB-nin İTÜ baş inspektoru vəzifəsində işləyir, 29 aprel 2025-ci il tarixdə saat 15 radələrində o, DYPB-nin rəisi Şahid4 ilə birlikdə idarə etdiyi Toyoto Corollo markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin Heydər Əliyev prospektində hərəkətdə olarkən yolun əks tərəfindən ön və arxa hissəsində dövlət qeydiyyat nişanı olmayan Azsamand markalı avtomobilin gəldiyini görmüşlər, həmin vaxt idarə etdiyi avtomobillə Azsamand markalı avtomobilin getdiyi istiqamətə dönmüş və onun arxasınca hərəkətə başlamışdır. Bu zaman DYPB-nin rəisi Şahid4 üzərində olan radiostansiya vasitəsi ilə xidmətdə olan DYPB-nin YPX-nin əməkdaşlarını çağırmış və Azsamand markalı avtomobil barədə məlumat verərək, həmin avtomobilin saxladılması və sürücüsü barədə qanuni tədbir görülməli olduğunu bildirmişdir. Azsamand markalı avtomobil təxminən müəyyən məsafə qət edərək, sağ tərəfdən yolun kənarında dayanmışdır. Həmin vaxt onlar avtomobili Azsamand markalı avtomobilin arxasında saxlamışlar və avtomobildən düşmüşlər. Sonra DYPB-nin rəisi Əliyev X6 markalı avtomobilə yaxınlaşaraq özünü təqdim edib, sürücü olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmasını, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı olmadığını bildirib avtomobili idarə etməyə dair sürücülük hüququnun olub olmamasını soruşmuşdur. Sürücü Təqsirləndirilən şəxs isə sol ayağının olmadığını və protes işlətdiyini bildirmiş, bu zaman ərazidə xidmətdə olan DYP-nin YPX-nin KİA Sprotage markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili yaxınlaşmış və avtomobildən YPX-nin inspektoru polis baş serjantı Şahid3 və DYP-nin YPX-nin inspektoru ZərbDövlət ittihamçısı Mehbalı oğlu düşmüşlər və Azsamand markalı avtomobilə yaxınlaşaraq özlərini təqdim edib, sürücü Təqsirləndirilən şəxs törətmiş olduğu qayda pozuntusuna dair bildirmişlər. Bu zaman ərazidə xidmətdə olan DYP-nin YPX-nin BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili oraya yaxınlaşmış və həmin vaxt avtomobildən DYP-nin YPX-nin baş inspektoru X9 və Şahid1 düşmüşlər və onlar da Azsamand markalı avtomobilə yaxınlaşaraq özlərini təqdim edib, sürücü Təqsirləndirilən şəxs törətmiş olduğu qayda pozuntusuna dair onlar da irad bildirmişlər. Təqsirləndirilən şəxs ona törətmiş olduğu qayda pozuntusuna dair xəbərdarlıq edilməsinə heç bir məhəl qoymayıb, avtomobilin şüşəsini biraz endirərək, oradan onların ünvanlarına nəlayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Azsamand markalı avtomobili hərəkətə başlamış, əvvəlcə avtomobili arxaya və önə hərəkət etdirib, dönmək istədikdə ilkin olaraq ona məxsus Toyoto Corolla markalı avtomobilinin sağ tərəfini vurmazdan əvvəl orada olan YPX-nin baş inspekotru X2 vuraraq avtomobilinin sağ tərəfinə sıxmış və Xəyyam Mehdiyev əzilərək Azsamand markalı avtomobillə ona məxsus Toyoto Corolla markalı avtomobilin arasında qalmışdır. Bu zaman Azsamand markalı avtomobil orada dayanıqlı vəziyyətdə olan “Opel Vita minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuş, bundan sonra DYPB-nin rəisi Şahid4 sürücünü zərərsizləşdirmək üçün dəmir parçası ilə Azsamand markalı avtomobilin sürücü hissəsində sol tərəfdən şüşəni sındıraraq, əvvəlcə avtomobilin açarını çıxartmışdır. Daha sonra isə sürücü Təqsirləndirilən şəxs avtomobildən çıxarılaraq YPX-nin avtomobilinə mindirilib oradan Şirvan şəhər polis şöbəsinə aparılmışdır. Hadisə yerində olan baş inspektor Xəyyam Mehdiyev isə öz xidməti avtomobili ilə Şirvan şəhər Mərkəzi xəstəxanasına aparılmışdır. Hadisə zamanı heç bir bədən xəsarəti almamış, ətrafda onlardan başqa çoxlu kənar şəxslər olmuş, həmin şəxslərin kim olmasını dəqiq bilməmiş, baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı ona məxsus Toyoto Corolla markalı avtomobili əzilmiş və ona maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Şirvan şəhər PŞ-nin DYPB-nin YPX-nin operatoru vəzifəsində işləyir. 29 aprel 2025-ci il tarixdə saat 15 radələrində o, DYP-nin YPX-nin BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahid1 ilə birlikdə şəhər ərazisində xidmətdə olarkən radiostansiyadan DYPB-nin rəisi Şahid4 tərəfindən müraciət edilərək, şəhərin Heydər Əliyev prospektində Azsamand markalı avtomobili idarə edən şəxsin qayda pozuntusu törətməsini bildirib, həmin sürücünün saxlanılması və barəsində qanuni tədbir görülməsini bildirmişdir. Bu səbəbdən onlar da DYP-nin YPX-nin BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Heydər Əliyev prospektinə təmir sexləri olan yerə gəlmişlər, həmin vaxt orada polis əməkdaşları və digər şəxslər olmuş, onlar avtomobildən düşüb “Azsamand” markalı avtomobilə yaxınlaşaraq sürücüyə törətmiş olduğu qayda pozuntusuna dair xəbərdarlıq etmək istəyən zaman Təqsirləndirilən şəxs ona törətmiş olduğu qayda pozuntusuna dair xəbərdarlıq edilməsinə heç bir məhəl qoymayıb, avtomobilin şüşəsini bir az yendirərək, oradan onların ünvanlarına nəlayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs idarəetdiyi Azsamand markalı avtomobili hərəkətə başlamış və əvvəlcə avtomobili arxaya və önə hərəkət etdirib, dönmək istədikdə ilkin olaraq orada dayanmış “Toyoto Corolla” markalı avtomobilin sağ tərəfini vurmazdan əvvəl onu vuraraq avtomobilinin sağ tərəfinə sıxmış və o, Azsamand markalı avtomobillə “Toyoto Corolla” markalı avtomobilin arasında qalmışdır. Həmin vaxt o, belində və aşağı ətraflarında şiddətli ağrılar hiss etmişdir. Azsamand markalı avtomobil orada dayanıqlı vəziyyətdə olan “Opel Vita” minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuş, bundan sonra DYPB-nin rəisi Şahid4 dəmir parçası ilə Azsamand markalı avtomobilin sürücü hissəsində sol tərəfdən şüşəni sındıraraq, sürücünü zərərsizləşdirmiş və Təqsirləndirilən şəxs YPX-nin avtomobilinə mindirilib oradan Şirvan şəhər polis şöbəsinə aparılmışdır. Hadisə zamanı aşağı ətraflarından xəsarət almışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Elburus oğlu ifadəsində bildirdi ki, Şirvan şəhər PŞ-nin DYPB-nin rəisi vəzifəsində işləyir, 29 aprel 2025-ci il tarixdə saat 15 radələrində o, DYPB-nin İTÜ-nin baş inspektoru Zərərçəkmiş şəxs2 ilə birlikdə idarə etdiyi Toyoto Corollo markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin Heydər Əliyev prospektində hərəkətdə olarkən yolun əks tərəfindən ön və hissəsində dövlət qeydiyyat nişanı olmayan Azsamand markalı avtomobilin gəldiyini görmüşlər, həmin vaxt Şəhriyar Sultaov idarəetdiyi avtomobillə Azsamand markalı avtomobilin getdiyi istiqamətə dönmüş və onun arxasınca hərəkətə başlamış, bu zaman o, üzərində olan radiostansiya vasitəsi ilə xidmətdə olan DYPB-nin YPX-nin əməkdaşlarını çağırmış və Azsamand markalı avtomobil barədə məlumat verərək, həmin avtomobilin saxladılması və sürücüsü barədə qanuni tədbir görülməsini bildirmişdir. Azsamand markalı avtomobil təxminən müəyyən məsafə qət edərək, yolun sağ tərəfindən yolun kənarında dayanmışdır. Həmin vaxt onlar avtomobili Azsamand markalı avtomobilin arxasında saxlayaraq düşmüşlər və o, Azsamand markalı avtomobilə yaxınlaşaraq özünü təqdim edib, sürücü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmasını bildirib, avtomobili idarəetməyə dair sürücülük hüququnun olub-olmamasını soruşmuş, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanlı olmadığını bildirmişdir. Sürücü Təqsirləndirilən şəxs isə sol ayağının olmadığını və protes işlətdiyini bildirmişdir. Bu zaman ərazidə xidmətdə olan DYP-nin YPX-nin KİA Sprotage markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili yaxınlaşmış və avtomobildən YPX-nin inspektoru polis baş serjantı Şahid3 və DYP-nin YPX-nin inspektoru ZərbDövlət ittihamçısı Mehbalı oğlu düşmüşlər və Azsamand markalı avtomobilə yaxınlaşaraq özlərini təqdim edib, sürücü Təqsirləndirilən şəxs törətmiş olduğu qayda pozuntusuna dair bildirmişlər, bu zaman ərazidə xidmətdə olan DYP-nin YPX-nin BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobildə ora yaxınlaşmış və həmin vaxt avtomobildən DYP-nin YPX-nin baş inspektoru X9 və Şahid1 düşmüşlər və onlarda Azsamand markalı avtomobilə yaxınlaşaraq özlərini təqdim edib, sürücü Təqsirləndirilən şəxs törətmiş olduğu qayda pozuntusuna dair onlarda irad bildirmişlər. Təqsirləndirilən şəxs ona törətmiş olduğu qayda pozuntusuna dair xəbərdarlıq edilməsinə heç bir məhəl qoymayıb, avtomobilin şüşəsini bir az endirərək, oradan onların ünvanlarına nəlayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Azsamand markalı avtomobili hərəkətə başlamış, əvvəlcə avtomobili arxaya və önə hərəkət etdirib, dönmək istədikdə ilkin olaraq Toyoto Corolla markalı avtomobilin sağ tərəfini vurmazdan əvvəl orada olan YPX-nin baş inspektoru X2 vuraraq avtomobilin sağ tərəfinə sıxmış və Xəyyam Mehdiyev əzilərək Azsamand markalı avtomobillə Toyoto Corolla markalı avtomobilin arasında qalmışdır. Bu zaman Azsamand markalı avtomobil orada dayanıqlı vəziyyətdə olan Opel Vita minik” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuş, bundan sonra o, dəmir parçası ilə Azsamand markalı avtomobilin sürücü hissəsində sol tərəfdən şüşəni sındıraraq, sürücünü zərərsizləşdirmək üçün əvvəlcə avtomobilin açarın çıxartmışdır. Daha sonra isə sürücü Təqsirləndirilən şəxs avtomobildən çıxarmışlar və YPX-nin avtomobilinə mindirilib oradan Şirvan şəhər polis şöbəsinə aparılmışdır. Hadisə yerində xəsarət alan baş inspektor Zərərçəkmiş şəxs3 isə Şirvan şəhər Mərkəzi xəstəxanasına aparılmışdır. Bundan başqa o bildirmişdir ki, hadisə zamanı heç bir bədən xəsarəti almamış, hadisə zamanı oradan DYPB-nin İTÜ baş inspektoru Zərərçəkmiş şəxs2 Əhilyar oğlu, DYP-nin YPX-nin inspektorları Şahid3, ZərbDövlət ittihamçısı Mehbalı oğlu, operator Şahid1 və baş inspektor X9 olmuş, ətrafda çoxlu kənar şəxslər olmuş, həmin şəxslərin kim olmasını dəqiq bilməmiş, baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin X16 X13 Xidmətinin inspektorları Şahid3 və ZərbDövlət ittihamçısı Mehbalı oğlu, həmçinin Şirvan şəhər Polis şöbəsinin X16 Bölməsinin operatoru Şahid1 şahid qismində vermiş olduğu ifadələrində Şahid4 Elburus oğlunun göstərdiklərini təsdiq etməklə onun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 29 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X1 icraatına qəbul edilmişdir; şübhəli şəxsin tutulması haqqında 29 aprel 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025ci il tarixdə saat 18:53-də tutulmuşdur; baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında nümayiş etdirilmiş hadisənin baş verməsini özündə əks etdirən “DVD” diskdə olan görüntülərdən müəyyən edilir ki, bir ədəd “DVD” diskdə iki ədəd 20250429_162349_chl.avi və 20250429_163003_chl saylı fayllar vardır. Birinci fayl açılan zaman videogörüntüdə “Azsamand” markalı avtomobilin və “Toyota Corolla” markalı avtomobilin dayanıqlı vəziyyətdə olması, sonra “Azsamand” markalı avtomobilin ön və arxaya doğru hərəkət edərək qəza şəraiti yaratması, bu zaman “Toyota Corolla” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 avtomobili kənara çəkməyə cəhd etməsi, lakin “Azsamand” markalı avtomobilin hərəkəti davam etdirib arxaya sonra təkrarən önə hərəkət etməsi, polisin saxla əmrinə tabe olmaması, bu zaman avtomobili arxaya hərəkət etdirdikdə DYPB-nin rəisi Şahid4 Elburus oğlu tərəfindən baş verəcək qəzanın qarşısının alıması məqsədi ilə dəmir parçası ilə “Azsamand” markalı avtomobilin ön sol yan şüşəsi sındırılaraq sürücü Təqsirləndirilən şəxs zərərsizləşdirilmək istəyən zaman sonuncunun avtomobilin hərəkətini davam etdirib arxa sağ tərəfdə dayanan “Opel Vita” markalı avtomobili və sol tərəfdə dayanan “Toyota Corolla” markalı avtomobili vurmaqla, həmçinin orada dayanmış polis əməkdaşı Zərərçəkmiş şəxs3 avtomobilin arxa hissəsi ilə vurduqdan sonra avtomobili önə doğru hərəkət etdirməsi, bu zaman DYPB-nin rəisi Şahid4 Elburus oğlu tərəfindən zərərsizləşdirilməsi görünür. İkinci fayl açıldıqda isə videogörüntüdə hadisə yerində çoxlu kənar şəxslərin olması, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs zərərsizləşdirilərək hadisə yerindən aparılması görünür; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 4(032)-69/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 18/352 nömrəli, 30 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs məxsus avtomobilin salonunda olan qoltuqaltıdan...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,06 qram olan bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır və onlar narkotik vasitələrə aid deyildir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; məhkəmə-tibbi ekspertizasının 22 may 2025-ci il tarixli, 299 nömrəli rəyində göstərilmişdir ki, Şahid4 Elburus oğlunun bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; məhkəmə-tibbi ekspertizasının 30 aprel 2025-ci il tarixli, 234 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; məhkəmə-tibbi ekspertizasının 26 may 2025-ci il tarixli, 299 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; məhkəmə-tibbi ekspertizasının 22 may 2025-ci il tarixli, 300 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; məhkəmə-tibbi ekspertizasının 30 aprel 2025-ci il tarixli, 230 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunan xəsarətlər-sağ qasıq və oturaq sümüklərinin qapalı, az yerdəyişmiş sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 29 aprel 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir; məhkəmə-tibbi ekspertizasının 22 may 2025-ci il tarixli, 301 nömrəli rəyində göstərilmişdir ki, Şahid3 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; məhkəmə-tibbi ekspertizasının 22 may 2025-ci il tarixli, 302 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 X10 X8 01 may 2025-ci il tarixli, 2519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının vı şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsin əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür; cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 30 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir; təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi Şirvan Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin 05 iyun 2025-ci il tarixli, 3-13-16-7/2- 4008/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı nəqliyyat vasitəsinin olması, eləcə də ona sürücülük vəsiqəsinin verilməsi barədə Baş X16 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 13 iyun 2025-ci il tarixli, 1902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur; sübutların qiymətləndirilməsi haqqında 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə baş vermiş xuliqanlıq hadisəsinə dair 1 ədəd DVD diskdə olan hadisə anına dair videogörüntü və 1 ədəd “Khodro Azsamand” markalı avtomobil əhəmiyyət kəsb etdiyindən maddi kimi tanınmış, 1 ədəd DVD diskdə olan videogörüntü iş materiallarına əlavə edilmiş və “Khodro Azsamand” markalı avtomobilin polis şöbəsinin dayanacağında saxlanılması nəzərə alınmışdır; Zərərçəkmiş şəxs1 Annaur oğlunun məhkəmə iclasında təqdim etmiş olduğu 02 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həbslə bağlı cəzanın verilməməsini xahiş edir; Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etmiş olduğu 02 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona görə də Təqsirləndirilən şəxs həbslə bağlı cəzanın verilməməsini xahiş edirəm; Zərərçəkmiş şəxs3 məhkəmə iclasında təqdim etmiş olduğu 02 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona görə də Təqsirləndirilən şəxs həbslə bağlı cəzanın verilməməsini xahiş edirəm; Hüquqi məsələlər: «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə əsasən ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddəsi ilə tövsüf edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməsi, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri etməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, dəymiş ziyanın tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, 22 avqust 2022-ci il tarixdə işğaldan azad olunmuş Laçın rayonu ərazisində hərbi xidmət zamanı mina partlayışı nəticəsində sol ayağını itirməklə İİİ dərəcəli əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayəti etiraf edib əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə işin yuxarıda sadalanan obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirici hallarını, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, 22 avqust 2022-ci il tarixdə işğaldan azad olunmuş Laçın rayonu ərazisində hərbi xidmət zamanı mina partlayışı nəticəsində sol ayağını itirməklə İİİ dərəcəli əlil olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın məqsədini, təqsirləndirilən şəxsə tətbiq olunacaq cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olması hallarını, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan xüsusatları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar, daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxsin barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır, cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 29 aprel 2025-ci il tarixdə, saat 18:53də tutulmuş, barəsində Şirvan şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 4(032)- 69/2025 saylı qərarı ilə, əvvəli 29 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(032)-114/2025 saylı hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 ay 09 gün müddət nəzərə nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan “Khodro Azsamand” markalı minik avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə olduğu 05 ay 09 gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanaraq ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 10 ay 18 gün çıxılsın və qəti olaraq üzərində 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Khodro Azsamand” markalı minik avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-114/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-114/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver