Məhkəmə qərarları › İş №1(032)-116/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-116/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-116/2025 18.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:00-da Şirvan Şəhər Məhkəməsinin hakimi x oğlunun sədrliyi, x oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X7 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sabirabad rayonu, Poladtoğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri hazırlayıb emal edərək saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kulitivasiya etmişdir Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) qərarına gələrək, bu məqsədlə təxminən 2025-ci ilin mart ayının sonlarında yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən fərdi evinin həyətyanı sahəsində və həyətində quraşdırdığı girişdən sol tərəfdə yerləşən istixanada nanə əkilmiş dibçəkdən 01 ədəd və digər istixananın sol tərəfin olan 02 ədəd dibçəkdə 04 ədəd olmaqla ümumilikdə 05 (beş) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib onlara aqrotexniki qaydada qulluq göstərib becərməklə yetişdirib kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə, saat 08:37-də Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həyətyani sahəsinə baxış keçirilən zaman ümumilikdə 05(beş) ədəd yuxarıda qeyd olunan tərkibində narkotik maddələr olan bitki kolları aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 325,98 olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanananı istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib 5,98 qram çəkidə olan hissəsini fərdi yaşayış evinin həyətyanı tikilmiş yardımçı tikilidə 1 ədəd sellofan bükümündə, 55 qram çəkidə olan hissəsini yaşadığı evin qonaq otağına yerləşdirilmiş televizorun arxa hissəsində ayrı-ayrılıqda təmiz çəkiləri 30,0 qram və 25,0 qram olmaqla 02 ədəd sellofan bükümdə, 265,0 qram çəkidə olan hissəsini isə ayrı-ayrılıqda təmiz çəkiləri 200,0 qram və 65,0 qram olmaqla 02 ədəd sellofan paketlərdə qablaşdırımış halda həyətyanı sahəsində yerləşən və ot kiplərinin yığılması üçün ayrılmış sahədə daşımaqla saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 08:37-də Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həyətyani sahəsinə baxış keçirilən ümumi təmiz çəkisi 325.98 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar və digər mötəbər və təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz həyətyanı sahələrində istixana qurmuş, anası ilə birlikdə tərəvəz bitkiləri əkib satmaqla dolanışıqlarını təmin etmişlər. 20 aprel 2025-ci il tarixdə saat 05 radələrində özünə məxsus heyvanları otarmaq üçün otlaq sahəyə çıxarmışdır. Həmin gün saat 16:10 radələrində evə gəldikdə anası Şahid1 polis əməkdaşlarının gəldiyini, anasından yazılı ərizə alaraq həyətyanı sahələrinə baxış keçirdiklərini, ona məxsus həyətyanı sahədən və evdən 5 ədəd çətənə bitkisi və kiçik bankanın daxilində ayrıca toxumlar, köhnə şalvarına bükülmüş qramını xatırlamadığı miqdarda marixuana, daxilində enerji daşı olmayan və işlək vəziyyətdə olmayan elektron tərəzi, əl evində otaqda buta şəkilli sellofan bükümdə də toxumlar, həyətdə olan qapıdan həyətə ilk girərkən sağ tərəfdə yerləşən daimi yaşadıqları evdə yarımçıq kağız bağlamanın daxilində kommunal çeklərin altında narkotik vasitə marixuana aşkar edilərək qanuna uyğun şəkildə anasının və dayısı oğlu Şahid2 gözlərinin qarşısında qablaşdırıldığını bildirmişdir. O, onkoloji xəstəlikdən əziyyət çəkir, beynində şiş vardır. Beynində şiş olduğu üçün tez-tez ağrıları olmuş, dərmanlardan istifadə etməsi onda narahatlıq yaratmış və ağrılarına təsiri olmamışdır. Ağrılarını hiss etməsin deyə narkotik vasitə marixuanadan istifadə etmişdir. O, toxumları əvvəlindən xatırlamadığı şəxsdən əldə edərək saxlamışdır ki, lazım olduqca şəxsi istifadəsi üçün yetişdirsin. Özü üçün həyətində 2025-ci ilin mart ayının sonlarında gələcəkdə istifadə etmək məqsədilə narkotik vasitə marixuanaya aid 5 kolu dibçəyə əkmişdir. Bundan başqa istixanada olan su çənlərinin yaxınlığında kiçik bankanın daxilində ayrıca toxumlar və bankanın daxilində olan sellofan bükümdə olan toxumları özü lazım olduqda əzib çəkərək istifadə etmək üçün yerləşdirmişdir. Təxminən 3 il öncə heyvanlarını yemləmək üçün istifadə etdiyi otların üzərinə öz köhnə şalvarına büküb qramını xatırlamadığı miqdarda marixuana və daxilində enerji daşı olmayan və işlək vəziyyətdə olmayan elektron tərəzini qoymuş, yaddaş pozğunluğu ilə əlaqədar marixuana və daxilində enerji daşı olmayan qeyri-işlək vəziyyətdə olan elektron tərəzini hara qoyduğunu xatırlamamışdır. Əvvəllər həmin elektron tərəzidən istixanaya dərman verən zaman istifadə etmişdir. Özünə məxsus həyətyanı sahənin əl evində otaqda buta şəkilli sellofan bükümdə toxumlar yerləşdirmiş, lakin toxumları nə vaxt yerləşdirdiyini unutmuşdur. Həyətdə olan qapıdan həyətə ilk girərkən sağ tərəfdə yerləşən daimi yaşadıqları evdə yarımçıq kağız bağlamanın daxilində çoxlu kommunal çeklərin altında narkotik vasitə marixuana saxlamışdır ki, ağrıları olan zaman rahat istifadə etsin. 5 ədəd çətənə bitkisi və kiçik bankanın daxilində ayrıca toxumlar, köhnə şalvarına büküb qramını xatırlamadığı miqdarda marixuana, daxilində enerji daşı olmayan elektron tərəzi, əl evində otaqda buta şəkilli sellofan bükümdə toxumlar, həyətdə olan qapıdan həyətə ilk girərkən sağ tərəfdə yerləşən daimi yaşadıqları evdə yarımçıq kağız bağlamanın daxilində çoxlu kommunal çeklərin altında narkotik vasitə marixuananın hamısı ona məxsusdur, ondan başqa heç kim orada narkotik vasitə və toxumların olduğunu bilməmişdir. Polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin heç vaxt satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır, onkoloji xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06 radalərində Şirvan Şəhər Polis Şöbəsinə etibarlı və qərəz doğurmayan mənbədən Şirvan şəhəri, Hacıqəhramanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlaması, istifadə etməsi, narkotik vasitənin kultivasiyası ilə məşğul olması və Şirvan şəhəri Hacıqəhramanlı qəsəbəsində yerləşən yaşadığı ünvanda narkotik vasitənin istehlakına hazırlıq görəcəyi barədə məlumat daxil olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən saxlanılan, daşınılan, kultivasiya edilən narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması, narkotik vasitələrin cinayət izlərinin vaxtında aşkar edərək götürülməsi məqsədi ilə əməliyyat qrupu yaradılaraq olduğu yerdə zərurət yaranarsa üstünün yoxlanılması, habelə olduğu yer tikinti obyekti, yaşayış sahəsi, və s. obyekt olduğu halda həmin yerə təxirəsalınmaz qaydada daxil olma və baxış keçirilməsi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və tərəfindən rəhbərliyi altında PŞ-nin İstintaq Bölməsinin müstəntiqi polis baş leytenantı X16, CAB-nın baş əməliyyat müvəkkili polis kapitanı Şahid4, CAB-nın əməliyyat müvəkkili polis baş leytenantı Şahid5, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X10, İTB-nin sahə rəisi, polis kapitanı X5, PPXB-nin polis nəfərləri, polis serjantı X8, Polis serjantı X11, polis serjantı X9 və Şirvan ŞPŞ-nın KTQ-nın baş inspektoru, polis kapitanı X2 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Hacıqəhramanlı qəsəbəsində yerləşən evə baxış keçrilməsində iştirak etməsi üçün mütəxəssis qismində ali təhsilli aqronom X6 da dəvət edilmişdir. Tərəflərindən 20 aprel 2025-ci il tarixdə saat 08:37-də başlanmış və video çəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən evin qarşına gedərək həyət qapısını döymüşlər. Həmin vaxt qapını Təqsirləndirilən şəxs anası Şahid1 açmışdır. Onlar Şahid1 özlərini təqdim edərək ünvana gəlmələrinin səbəbini söyləmişlər. İstintaq bölməsinin müstəntiqi X16 mənzilə daxil olmalarına etirazının olub-olmamasını soruşduqda Şahid1 etirazının olmamasını bildirmişdir. Bununla bağlı ərizə yazmaq tələb olunduqda isə Şahid1 yazı yaza bilmədiyindən həmin vaxt mənzildə olan qardaşının oğlu Şahid2 adlı şəxsi çağırmışdır. Şahid2 bibisinin əvəzindən ərizə yazdıqdan sonra Şahid1 ərizəni imzası ilə təsdiq etmişdir. Sonra onların hamısı birlikdə Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhramanlı qəsəbəsində yerləşən fərdi evinin həyətinə daxil olmuşlar. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs evdən mal-qara arxasınca çıxdığını bildirmişdir. Sonra Şahid1 və Şahid2 iştirakı ilə onlar ilkin olaraq həyətə daxil olduqda sol tərəfdə yerləşən tərəvəz yetişdirmək üçün istixanaya daxil olaraq baxış keçirmişlər. Baxış zamanı istixanada nanə bitkisi əkilmiş dibçəkdən 01 ədəd çətənə kolu tərəflərindən aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom X6 dibçəyə əkilmiş çətənə koluna aqrotexniki qulluq, yəni kultivasiya edildiyini bildirmiş və tərəflərindən həmin 01 ədəd çətənə kolu dibçəkdən çıxarılaraq içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar, Şahid2 və Şahid1 tərəfindən imzalanmışdır. Sonra isə həyətdə olan ot bağlarının yığıldığı yerə baxış keçirilən zaman sellofan paketin içərisindən 02 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd işlək vəziyyətdə olmayan elektron tərəzi aşkar olunmuşdur. Həmin 02 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar, Şahid2 və Şahid1 tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş işlək vəziyyətdə olmayan elektron tərəzi də tərəflərindən götürülmüşdür. Sonra isə həyətdə olan digər istixana tərəfə baxış keçirilən zaman istixananın sol kənar hissəsində yerləşən boş hissədə yerdə olan 01 ədəd dibçəkdə və 01 ədəd sellofan torbaya doldurulmuş torpağa hər birində 02 ədəd olmaqla əkilmiş 04 ədəd çətənə kolu aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom X6 aşkar edilmiş 04 ədəd çətənə koluna aqrotexniki qulluq, yəni kultivasiya edildiyini bildirmiş və həmin 04 ədəd çətənə kolu çıxarılaraq içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra istixana ilə həyətin arasında olan yerdən 01 ədəd şüşə bankada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və sellofanda çətənə toxumuna bənzər kütlə aşkar olunmuşdur. Əsaslı şübhələr olduğundan həmin kütlələr qabalaşdırılaraq tərəflərindən götürülmüşdür. Baxışın davamında həyətdə yerləşən “əl damı” adlanan tikiliyə baxış keçirən zaman oradan 01 ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd sellofan bükümdə çətənə toxumlarına bənzər kütlə aşkar edilərək içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağına tərəflərindən baxış keçirilmiş və baxış zamanı qonaq otağında olan televizorun arxa hissəsindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış iştirakçıları ilə birlikdə Şirvan ŞPŞ-yə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu iştirakçılar, o cümlədən Şahid2 və Şahid1 tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid5, Şahid2 və Şahid1 məhkəməyə gəlmədiyindən onların ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid5, Şahid2 və Şahid1 həmin ifadələrində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 20 aprel 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 20 aprel 2025-ci il tarixdə saat 08:17-də Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən evin həyətyanı sahəsinə və evə video çəkilişdən istifadə edilməklə baxış keçirilən zaman həyətdə daxil olduqda sol tərəfdə yerləşən tərəvəz yetişdirmək üçün istilikxanada nanə bitkisi əkilmiş dibçəkdən 01 ədəd çətənə kolu, həyətdə olan ot bağlarının yığıldığı yerdən sellofan paketin içərisindən 02 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd tərəzi, digər istilikxananın sol kənar hissəsində yerləşən boş hissədə 01 ədəd dibçəkdə 02 ədəd və 01 ədəd sellofan torbaya doldurulmuş torpaqda 02 ədəd çətənə kolu, istilikxana ilə həyətin arasında olan yerdən 01 ədəd şüşə bankada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlɔ və sellofanda çətənə toxumuna bənzər kütlə, həyətdə yerləşən “əl damı” adlanan tikilidən 01 ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuanaya və 01 ədəd sellofan bükümdə çətənə toxumlarına bənzər kütlə, Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı televizorun arxa hissəsindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılmışdır. 20 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 21 aprel 2025-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək narkotik vasitə qurudulmuş marixuana və çətənə kollarının aşkar edildiyi yerləri göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. 22 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 22 aprel 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-bioloji ekspertizasının 20 aprel 2025-ci il tarixli 18/325 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...xüsusi kultivasiya üsulu ilə hazırlanan ..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd, yaş vəziyyətdə, təmiz çəkisi - 0,22qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs evindən ..” sözləri və imzalar olan kağız paketdə 04 ədəd, yaş vəziyyətdə, təmiz çəkisi - 1,60 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi – 1,82 qram, cəmi tədqiqata sərf edildi – 0,10 qram (hər obyektdən – 0,02 qram götürüldü), qalıq – 1, 72 qram. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs məxsus yaşayış evindən ..” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd kağız bükümdə təmiz çəkisi - 5,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs məxsus evdən sözləri və imzalar olan kağız paketdə 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 30,0qr, 25,0qr, ümumi çəkisi- 55,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən..“ sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada 02 ədəd iç-içə keçirilmiş polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 200,0 qr, 65,0 qr, ümumi çəkisi- 265,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi çəkisi – 325,98 qram, cəmi tədqiqata istifadə olundu – 0,50 qram (hər birindən – 0,10 qram), qalıq - 325, 48 qram. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs məxsus Şirvan şəhər...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bankada təmiz çəkisi - 8,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuanadır. 01 ədəd polietilen torbada təmiz çəkisi - 40,21 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Qurudulmayan marixuananın təmiz çəkisi – 8,57 qram, tədqiqata istifadə olundu – 0,10 qram, qalıq - 8,47 qram. Çətənə toxumlarının təmiz çəkisi – 40,21 qram, tədqiqata istifadə olundu – 0,10 qram, qalıq 40,11 qram. Tədqiqata təqdim edilmiş 05 ədəd çətənə bitkiləri və marixuanalar orqanoleptik əlamətlərinə və tərkibinə görə eyni tərkiblidir. Məhkəmə-narkoloji ekspertizasının 06 may 2025-ci il tarixli, 2627 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 22 aprel 2025-ci il tarixli, 213 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. 08 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və qalıq qalmış təmiz çəkisi 1,72 qram 05 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, təmiz çəkisi 325,48 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 8,47 qram narkotik vasitə qurudulmayan marixuana, təmiz çəkisi 40,11 qram çətənə toxumları, 01 ədəd işlək vəziyyətdə olmayan elektron tərəzi saxlanış üçün Şirvan ŞPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. 08 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmayan marixuananın 8,57 qram çəkisi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaratdığından barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Şirvan şəhər X15 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Həmidov X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası 02 il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Təyin edilmiş şərti azadlıqdan məhrum etmə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 iyul 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Şirvan şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18- 1-35/2-859/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü, Sabirabad rayon, Poladtoğay kəndində anadan olmuş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsinin Ruhi - əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs son klinik diaqnozu: Əsas: l 11.0 Hipertoniya xəstəliyi lll dərəcə, lV ən yüksək əlavə risk faktoru. Ağırlaşması: l 99 Qan dövranı çatmazlığı (QDÇ) ll dərəcə. Yanaşı: F41.1 Epilepsiya tez-tez baş verən generalizə olunmuş qaıcolmalarla (8- 10 dəfə). Arxa kəllə çuxurunda retroserebellyar kista. Lichen rubrum. F48 Somatogen mənşəli, asteno-nevrotik sindrom. l 05.1 Revmatizm qeyri-fəal dövr. Revmokardit. Revmatik poliartrit. K81.1 Xroniki xolesistit. B18.2 Xroniki hepatit – virus “C” mənşəli kimi müəyyən edilmişdir. Məhkəmə istintaqında əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsinə dair videogörüntüləri əks etdirən diskə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə daxil olduqda sol tərəfdə yerləşən tərəvəz yetişdirmək üçün istilikxanada nanə bitkisi əkilmiş dibçəkdən 01 ədəd çətənə kolu, həyətdə olan ot bağlarının yığıldığı yerdən sellofan paketin içərisindən 02 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd tərəzi, digər istilikxananın sol kənar hissəsində yerləşən boş hissədə 01 ədəd dibçəkdə 02 ədəd və 01 ədəd sellofan torbaya doldurulmuş torpaqda 02 ədəd çətənə kolu, istilikxana ilə həyətin arasında olan yerdən 01 ədəd şüşə bankada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlɔ və sellofanda çətənə toxumuna bənzər kütlə, həyətdə yerləşən “əl damı” adlanan tikilidən 01 ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuanaya və 01 ədəd sellofan bükümdə çətənə toxumlarına bənzər kütlə, Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı televizorun arxa hissəsindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı müdafiəçi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş şahidlərin istintaq mərhələsində verdiyi ifadəsinin məhkəmədə dindirilmiş şahidlərin ifadəsi ilə mahiyyətcə uyğun və eyni məzmunlu olduğunu bildirmişdir. AR CMP-in 337.2-ci maddəsinə əsasən müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququna malikdir. Belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalıdır.. İş materiallarının araşdırılmasından müəyyən olunur ki: • Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə əməlini tam etiraf etmişdir; • Məhkəmədə dindirilmiş şahidlərin ifadəsi ilə istintaq zamanı ifadə vermiş, lakin məhkəmə iclasına gəlməyən şahidlərin ifadəsi mahiyyətcə üst-üstə düşür, hadisənin eyni faktiki halları təsdiqlənir; Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və əlavə şahidlərin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.2-ci maddəsinin tələblərinə uyğun olaraq müdafiəçinin verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İstər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli qanununun İ siyahısının 109.1-ci bəndində qurudulmuş marixuananın məsuliyyətə cəlb etməyə imkan verən çəkisi xeyli miqdar olaraq 5 qramdan 500 qramadək müəyyən edilmişdir. Həmin qanunun lll siyahısının 1.2-ci bəndində çətənə növlü bitkilərin məsuliyyətə cəlb etməyə imkan verən sayı xeyli miqdar olaraq 3 ədəddən 15 ədədədək müəyyən edilmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmənin əmələ hüquqi qiymət verilməsinə dair mövqeyi: Məhkəmə yuxarıda göstərilən sübutların məcmusunu – Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaqda verdiyi etirafedici ifadələrini, əməliyyat-axtarış tədbirinin və baxışın videoyazısını, baxış protokollarını, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəylərini, Şahid3 və Şahid4 məhkəmədə verdiyi ifadələrini, ibtidai istintaqda dindirilib məhkəmədə elan olunmuş şahid ifadələrini, sübutların qiymətləndirilməsi haqqında qərarları və digər iş materiallarını Azərbaycan Respublikası CPM-in sübutetmə normalarına uyğun surətdə hərtərəfli, tam və obyektiv təhlil etməklə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib hazırlamış, emal edərək müxtəlif yerlərdə saxlamış, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir və bu hallar onun əməlini Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə tövsif etmək üçün kifayət və zəruridir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz yolla əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 325,98 qram olan hissəsini fərdi yaşayış evinin həyətyanı sahəsində və evin müxtəlif yerlərində – yardımçı tikilidə 1 ədəd sellofan bükümdə, qonaq otağında televizorun arxasında 2 ədəd sellofan bükümdə, həyətdə ot bağlarının yığıldığı sahədə isə 2 ədəd sellofan paketdə qablaşdırmaqla saxlamışdır. Məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən bu kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olub ümumi təmiz çəkisi 325,98 qram təşkil edir ki, bu da “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısının 109.1-ci bəndinə görə xeyli miqdar hesab olunan 5 qramdan 500 qramadək intervalına tam uyğun gəlir. Təqsirləndirilən şəxs öz izahatında marixuananı şəxsi istifadəsi üçün əldə etdiyini, onkoloji xəstəliyi səbəbindən ağrılarını azaltmaq məqsədilə istifadə etdiyini, müxtəlif sellofan bükümlər və paketlər üzrə həyətyanı sahədə və yaşayış evində saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs özü də, şahidlər də, habelə ekspert rəyləri də narkotik vasitə ilə bağlı hərəkətlərin satış məqsədilə deyil, şəxsi istifadə niyyəti ilə törədildiyini təsdiq edir. Eyni zamanda, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Qanunun 1.0.9 və 1.0.10-cu maddələrinin tələblərinə görə narkotik vasitənin hər hansı üsulla qanunsuz əldə edilməsi və şəxsin idarəçiliyində müxtəlif gizli yerlərdə saxlanması artıq qanunsuz “əldə etmə” və “saxlama” tərkib əlamətlərini formalaşdırır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarında göstərildiyi kimi, narkotik vasitələrin şəxsin özündə, yaşayış və yardımçı sahələrdə, gizli yerlərdə saxlanması, onların qanunsuz əldə edilməsi, qablaşdırılması və müxtəlif saxlanc yerlərinə daşınması həmin şəxsin bu vasitələrə faktik qanunsuz malik olmasını, yəni CM-nin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma formalarının mövcudluğunu təsdiq edir. Belə olan halda, təqsirləndirilən şəxsin 325,98 qram həcmində qurudulmuş marixuananı müxtəlif bükümlər və paketlər üzrə həyətdəki ot bağları arasında, yardımçı tikilidə, eləcə də evin qonaq otağında televizorun arxasında gizli şəkildə saxlaması, bu kütlələri əvvəlcədən əldə edib öz nəzarətində saxlaması, onların xeyli miqdarda olması, lakin satış niyyətinin sübuta yetirilməməsi, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi olmadan xeyli miqdarda qanunsuz əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma” əlamətlərinə tam uyğun gəlir və məhkəmə bu əməllərin həmin maddə ilə tövsif edilməsini qanuni hesab edir. Digər tərəfdən, iş materialları və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməbioloji ekspertiza rəyi, baxış protokolu, aqronom-mütəxəssisin iştirakı ilə aparılmış əməliyyat tədbirlərinin videogörüntüləri və şahid ifadələri sübut edir ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmişdir. Belə ki, onun həyətyanı sahəsində istixananın içərisində nanə əkilmiş dibçəkdən 1 ədəd, digər istixananın sol kənar hissəsində yerləşən dibçəkdə və sellofan torbaya doldurulmuş torpaqda isə cəmi 4 ədəd olmaqla ümumilikdə 5 ədəd çətənə (kannabis) kolu aşkar olunmuş, aqronom Əliabbas Məmmədov bu kolların aqrotexniki qaydada qulluq göstərilməklə becərilməsini təsdiq etmiş, ekspert rəyində də həmin bitkilərin kultivasiya olunmuş narkotik tərkibli çətənə bitkiləri olması müəyyən edilmişdir. Narkotik vasitələrin dövriyyəsi haqqında Qanunun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası – bu bitkilərin qanunla müəyyən edilmiş qaydalar pozulmaqla əkilməsi və ya yetişdirilməsidir. 28 iyun 2005-ci il tarixli Qanunun İİİ siyahısının 1.2-ci bəndinə görə çətənə növlü bitkilərin 3-dən 15 ədədə qədər olan sayı “xeyli miqdar” təşkil edir. Bu işdə aşkar edilmiş 5 ədəd çətənə kolu həmin hədd daxilindədir və təqsirləndirilən şəxs öz izahatında bu bitkiləri həyətyanı sahəsində dibçəklərə və torpağa əkdiyini, onlara qulluq etdiyini, gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi güddüyünü açıq etiraf etmişdir. Beləliklə, təqsirləndirilən şəxsin həyətyanı sahəsində qanunsuz olaraq 5 ədəd çətənə kollarını əkməklə, onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirməsi CM-nin 237.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə” tərkib əlamətlərini tam əhatə edir və bu əmələ görə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün həm faktiki, həm də hüquqi əsaslar mövcuddur. Ali Məhkəmənin 14 iyun 2024-cü il tarixli Plenum Qərarında qeyd edildiyi kimi, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası prosesi çərçivəsində həmin bitkilərin hissələrindən narkotik vasitə hazırlanması, sonra isə bu narkotik vasitənin şəxsi istehlak miqdarından artıq saxlanması, daşınması, götürülməsi, emal olunması hallarının aşkar edildiyi situasiyalarda təqsirkarın əməlləri cinayətlərin məcmusu qaydasında həm CM-nin 237.1-ci maddəsi, həm də 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Bu işdə də Təqsirləndirilən şəxs bir tərəfdən həyətyanı sahəsində çətənə bitkilərini əkib-becərməklə kultivasiya etmiş, digər tərəfdən isə həm kultivasiya nəticəsində əldə olunan, həm də başqa mənbədən əldə etdiyi qurudulmuş marixuananı xeyli miqdarda müxtəlif yerlərdə saxlamışdır. Bu baxımdan onun davranışı yalnız 237.1-ci maddə ilə tam əhatə olunmur, eyni zamanda 234.1-ci maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlər məcmusunu da təşkil edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində narkotik vasitələrin və tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz dövriyyəsinə dair cinayət tərkiblərinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur. O, satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib hazırlamış, emal edərək müxtəlif saxlanc yerlərinə daşımaqla saxlamış, eyni zamanda həyətyanı sahəsində xeyli miqdarda çətənə kollarını qanunsuz şəkildə əkib-becərməklə kultivasiya etmişdir. Buna görə də məhkəmə ittihamın faktiki və hüquqi əsaslı olduğuna əmin olaraq, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edir və hesab edir ki, cinayət tərkibinin müəyyən edilməsində və əmələ verilən hüquqi qiymətdə hər hansı ziddiyyət və ya əsassızlıq yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarda narkotik vasitələri hazırlayıb emal edərək saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarda kulitivasiya etmişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlar, sənədlər və şahid ifadələrinin məcmusunda öz təsdiqini tapan təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə islah olunmasına kömək edən qanundan irəli gələn vəzifələr qoyulur. CM-nin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi, onkoloji və digər xəstəliklərdən əziyyət çəkməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmənin cəza təyini ilə bağlı mövqeyi: İş üzrə sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə edib hazırlamış, emal edərək müxtəlif yerlərdə saxlamış, eyni zamanda həyətyanı sahəsində xeyli miqdarda çətənə bitkilərini qanunsuz kultivasiya etmişdir. Lakin iş materiallarında narkotik vasitələrin qanunsuz satışına və ya dövriyyəyə buraxılmasına dair heç bir sübut yoxdur, təqsirləndirilən şəxs də davamlı surətdə şəxsi istifadəni və onkoloji xəstəlik nəticəsində ağrı sindromlarını azaltmaq məqsədi güddüyünü etiraf etmişdir. Bu hallar törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirməyə birbaşa təsir edən əhəmiyyətli hüquqi kriteriyalardır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti barədə təqdim olunmuş arayış, xasiyyətnamə və tibbi sənədlərin məzmununu nəzərə alaraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs uzunmüddətli ağır xəstəliklərdən (epilepsiya, hipertonik xəstəlik, revmatik xəstəliklər, xroniki hepatit C və retroserebellyar kista) əziyyət çəkir, əmək qabiliyyəti zəifdir, sosial baxımdan himayəyə ehtiyaclı vəziyyətdədir, ailə və yaşayış yeri sabitdir, barəsində mənfi xarakterizəedici məlumat mövcud deyil. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin məcburi stasionar müalicəyə ehtiyacı yoxdur və o, ambulator nəzarət altında islah oluna biləcək şəxs kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmanlıq keçirməsini, əməli tam etiraf etməsini, istintaq və məhkəməyə münasibətdə ardıcıl əməkdaşlıq göstərməsini, ağır xəstəliklərdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə CM-nin 61-ci maddəsinin mənasında cəzanı ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. AR Prezidentin xx.xx.2017-ci il tarixli humanist cəza siyasəti haqqında Sərəncamında, həm də Ali Məhkəmənin Plenum qərarlarında vurğulandığı kimi, az ağır cinayətlər üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilməsini tələb etməyən hallarda alternativ, cəmiyyətdən təcridetməyə əsaslanmayan cəza növlərinin tətbiqinə üstünlük verilməsi məqsədəuyğundur. Cəzanın təyini zamanı əsas məqsəd yalnız sitəm vermək deyil, həm də şəxsin islah olunması, sosial adaptasiyası və yeni cinayətlərin qarşısının alınmasıdır. Bu iş üzrə təqsirləndirilən şəxsin davranışı, şəxsiyyəti, səhhətinin vəziyyəti və cəzanı yüngülləşdirən hallar nəzərə alındıqda, həmçinin onun törətdiyi cinayətin az ağır xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs uzun müddət cəmiyyətdən təcrid edilməsinə – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə – obyektiv zərurət yoxdur. Məhkəmə hesab edir ki, barəsində daha yüngül, lakin nəzarət mexanizmi olan cəzanın – azadlığın məhdudlaşdırılmasının tətbiqi həm sosial ədalətin bərpasına, həm təqsirləndirilən şəxsin islahına, həm də profilaktik məqsədlərin həyata keçirilməsinə tam şəkildə imkan verir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq ədalətli və məqsədəuyğun cəza növü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdən 22 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan təmiz çəkisi 1,72 qram 05 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, təmiz çəkisi 325,48 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 40,11 qram çətənə toxumları, 01 ədəd işlək vəziyyətdə olmayan elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdən 22 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan təmiz çəkisi 1,72 qram 05 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, təmiz çəkisi 325,48 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 40,11 qram çətənə toxumları, 01 ədəd işlək vəziyyətdə olmayan elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: x

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar