Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-118/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:35 Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1994-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,790 qram narkotik vasitə olan heroini, təmiz çəkisi 0,194 qram psixotrop maddə olan metamfetamini, təsiredici maddəsinin miqdarı 0,16 qram olan narkotik vasitə metadon həbini əldə edib üzərində saxlamaqla daşımış, Şirvan şəhər X5 mübarizə qurupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 fevral 2023ci il tarixdə saat 18:10 radələrində Şirvan şəhəri, Çingiz Mustafayev küçəsində saxlanılıb Şirvan şəhər Polis Şöbəsinə gətirilərək üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı bir ədəd kağız bükümdə 0,790 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd kağız bükümdə təmiz çəkisi 0, 194 qram olan psixotrop maddə olan metamfetamin, təsiredici maddəsinin miqdarı 0,16 qram olan bir ədəd listdə 4 ədəd narkotik vasitə metadon həbləri əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, bir müddət olar ki, narkotik vasitə, psixotrop maddə və güclü təsir edən vasitələrdən istifadə edir. 17 fevral 2023-ci il tarixdə səhər saatlarında Şirvan şəhəri, Nigar Rəfibəyli küçəsində yaşadığı evin yaxınlığında gəzərkən yerdə 2 ədəd bükümün və 2 ədəd listin olmasını görmüş, həmin büküm və listlər diqqətini cəlb etdiyi üçün yerdən götürmüş, içərisinə baxdıqda birinin içərsində psixotrop maddə olan metamfetaminin, digərinin içərsində narkotik vasitə olan heroinin, lisitlərdə isə narkotik vasitə olan metadonun və güclü təsir edən maddə olan tramadolun olduğunu görmüş, özü narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri istifadə etdiyi üçün həmin bükümləri və dərmanları cibinə qoymuşdur. Lakin həmin narkotik vasitədən, psixotrop maddədən və dərmanlardan istifadə etməmişdir. 18 fevral 2023-ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, Çingiz Mustafayev küçəsində olduğu zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarnın müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, bir müddət sonra vəkil Müdafiəçi1 gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim ctməyi təklif etdikdə, əynində olan qara rəngli gödəkçənin sağ içəri cibindən iki ədəd kağız bükümü və içərsində dərmanlar olan listləri çıxarıb masanın üzərinə qoymuş, həmin kağız bükümün birinin içərsində psixotrop maddə olan metamfetaminin, digərinin içərisində narkotik vasitə olan heroinin, listinin içərisində 4 ədəd narkotik vasitə olan metadonun, 3 ədəd güclü təsir edən vasitə olan tramadolun olduğunu bildirmişdir. Sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus olan mobil telefonu təqdim etmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitəni, psixotrop maddəni və tramadolu yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təqdim etdiyi psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin, narkotik vasitə olan 4 ədəd metadon və güclü təsir edən maddə olan 3 ədəd tramadol təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, sonra protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Polis şöbəsinə gətirilərkən ona qarşı qanunsuz hərəkətlərə yol verilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 18 fevral 2023-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, Nigar Rəfibəyli küçəsi, ev 61-də yaşayan X1 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və təhqiqat bölməsinin təhqiqatçısı X6 ibarət əməliyyat qrupu təşkil olunmuş, 18 fevral 2023-ci il tarixdə, saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Çingiz Mustafayev küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, daşınması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş, onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, sonra vidcoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəçənin sağ iç cibindən 2 ədəd kağız büküm və 2 ədəd içərsində dərmanlar olan listi çıxarıb masanın üzərinə qoymuş, sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi kağız bükümün birinin içərsində psixotrop maddə olan metamfetaminin, digərinin içərsində narkotik vasitə olan heroinin, 1 ədəd qəhvəyi rəngli listin içərsində narkotik vasitə olan 4 ədəd metadon dərman həbinin və 1 ədəd boz rəngli listin içərsində 3 ədəd tramadol həbinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kağız bükümə baxıldıqda birinin içərisində psixotrop maddə olan metamfetaminə, digərinin içərsində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. 1 ədəd qəhvəyi rəngli listin içərsində 4 ədəd narkotik vasitə olan metadona, 1 ədəd boz rəngli listin içərsində 3 ədəd tramadol həbinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni, narkotik vasitəni və tarmadol dərmanlarını 17 fevral 2023-ci il tarixdə yaşadığı evin yaxınlığından yerdən tapıb və istifadə etmək üçün üzərində saxlayıb. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd kağız büküm və 2 list dərman qablaşdırılaraq götürülmüş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, o Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 fevral 2023-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, Nigar Rəfibəyli küçəsi, ev 61-də yaşayan X1 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid1la və təhqiqat bölməsinin təhqiqatçısı X6 ibarət əməliyyat qrupu təşkil olunmuş, 18 fevral 2023-ci il tarixdə, saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Çingiz Mustafayev küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, daşınması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş, onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, sonra vidcoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəçənin sağ iç cibindən 2 ədəd kağız büküm və 2 ədəd içərsində dərmanlar olan listi çıxarıb masanın üzərinə qoymuş, sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi kağız bükümün birinin içərsində psixotrop maddə olan metamfetaminin, digərinin içərsində narkotik vasitə olan heroinin, 1 ədəd qəhvəyi rəngli listin içərsində narkotik vasitə olan 4 ədəd metadon dərman həbinin və 1 ədəd boz rəngli listin içərsində 3 ədəd tramadol həbinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kağız bükümə baxıldıqda birinin içərisində psixotrop maddə olan metamfetaminə, digərinin içərsində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. 1 ədəd qəhvəyi rəngli listin içərsində 4 ədəd narkotik vasitə olan metadona, 1 ədəd boz rəngli listin içərsində 3 ədəd tramadol həbinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni, narkotik vasitəni və tarmadol dərmanlarını 17 fevral 2023-ci il tarixdə yaşadığı evin yaxınlığından yerdən tapıb və istifadə etmək üçün üzərində saxlayıb. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd kağız büküm və 2 list dərman qablaşdırılaraq götürülmüş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəçənin sağ iç cibindən 2 ədəd kağız büküm və 2 ədəd içərsində dərmanlar olan listi çıxarıb masanın üzərinə qoymuş, sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi kağız bükümün birinin içərsində psixotrop maddə olan metamfetaminin, digərinin içərsində narkotik vasitə olan heroinin, 1 ədəd qəhvəyi rəngli listin içərsində narkotik vasitə olan 4 ədəd metadon dərman həbinin və 1 ədəd boz rəngli listin içərsində 3 ədəd tramadol həbinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kağız bükümə baxıldıqda birinin içərisində psixotrop maddə olan metamfetaminə, digərinin içərsində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. 1 ədəd qəhvəyi rəngli listin içərsində 4 ədəd narkotik vasitə olan metadona, 1 ədəd boz rəngli listin içərsində 3 ədəd tramadol həbinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni, narkotik vasitəni və tarmadol dərmanlarını 17 fevral 2023-ci il tarixdə yaşadığı evin yaxınlığından yerdən tapıb və istifadə etmək üçün üzərində saxlayıb. İş materiallarında olan 18 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ içəri cibindən 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd qəhvəyi rəngli listin içərisində narkotik vasitə olan metadona bənzər 4 ədəd dərman həbi, 01 ədəd boz rəngli listin içərisində 03 ədəd tramadol həbi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2023-ci il tarixli, 18/195 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,790 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,194 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2023-ci il tarixli 6/1031 nömrəli rəyində göstərilmişdir ki, təhqiqata təqdim edilmiş üzərində DİN zərflər üçün N55 dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən sonuncunun təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərsində, üzərində “Methandone 40” yazısı olan konvalyut kəsiyində “M 40” göstəricisi olan 04 ədəd qəhvəyi rəngli, dairəvi formalı həb metadondur, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram (üzərində olan göstəriciyə əsasən 01 ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır) olduğu müəyyən edildi, üzərində “Tpamadol 50 mq...KRKA” yazısı olan bir ədəd konvalyutda 3 ədəd göy-ağ rəngli kapsul güclü təsir edən maddə tramadoldur, 3 ədəd kapsulun tərkibində tramadolun təsiredici maddəsinin ümumi 0,15 qram (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır) olduğu müəyyən edildi. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə, saat 18.50-də şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2023-cü il tarixdə, saat 17:20-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 aprel 2023-cü il tarixdə verilmiş 2325 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 30 mart 2023-ci il tarixli, 1748 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Sintetik opioidlərin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edici maddə olan preqabalinin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 129 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,144 qram qalığı, narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı 0,740 qram qalığı, narkotik vasitə olan metadonun ekspertiza tədqiqatından sonrakı 3 ədəd qalığı, tramadol kapsulunun ekspertiza tədqiqatından sonrakı 2 ədəd qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 fevral 2023-ci il tarixdən, 20 fevral 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 129 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,144 qram qalığı, narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı 0,740 qram qalığı, narkotik vasitə olan metadonun ekspertiza tədqiqatından sonrakı 3 ədəd qalığı, tramadol kapsulunun ekspertiza tədqiqatından sonrakı 2 ədəd qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-118/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-118/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver