Məhkəmə qərarları › İş №1(032)-118/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-118/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-118/2024 25.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:15-də Şirvan şəhər Məhkəməsinin hakimi X14 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X9 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 10 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkunluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,413 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 14 mart 2024-cü il tarixdə saat 17:20 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkət edərkən saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibində olan həmin 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,413 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, narkotik vasitələrdən və psixotrop maddədən istifadə etdiyinə görə əvvəllər məhkum olunmuşdur. Tutulduğu gün, yəni 14 mart 2024-cü il tarixdə saat 11 radələrində Şirvan şəhərində “Elit” ticarət mərkəzinin yaxınlığında gəzən zaman yerdə 1 ədəd bükümdə psixotop maddə metamfetamin tapmış və həmin metamfetamini tapmış olduğu bükümdə gələcəkdə istifadə etmək məqsədilə əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə təxminən saat 17 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada gəzərkən Şirvan polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan üzərində narkotik vasitə saxlamaqda, narkotik vasitədən və psixotrop maddədən istifadə etməkdə şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparacaqları üçün Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər sonra vəkil Salman Fərəcov gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O da, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir bükümdə psixotrop maddə metamfetamini masanın üzərinə qoymuş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını söyləmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXBnin polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, 14 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat və Şahid2 tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında təxirə salınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkət edərkən saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 18 radələrində videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində, psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sol yan cibindən ona məxsus olan “Samsung A4” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Elektron tərəzi vasitəsi ilə Təqsirləndirilən şəxs aşkar olunmuş həmin psixotrop maddəyə bənzər kütlə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaqda Şahid2 ifadə verərək bidirmişdir ki, Şirvan şəhər polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 14 mart 2024cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında o, ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı Farid Vəliyev, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid1 və Şirvan ŞPŞnin TB-nin təhqiqatçısı, polis kapitanı X5 ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkət edərkən saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 18:00-da videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində, psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sol yan cibindən ona məxsus olan “Samsung A4” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Elektron tərəzi vasitəsi ilə Təqsirləndirilən şəxs aşkar olunmuş həmin psixotrop maddəyə bənzər kütlə çəkilərkən çəkisinin 0,46 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı Samir Məmmədov tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər polis əməkdaşı, vəkil Salman Fərəcov və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli 2732 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 X19 X4 rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini 14 mart 2014-cü il tarixdə günorta saatlarında Şirvan şəhərində yerdən tapdığını bildirmişdir.Elektron tərəzi vasitəsi ilə həmin psixotrop maddəyə bənzər maddə çəkilən zaman həmin maddənin çəkisinin 0,46 qram olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 bölməsinin 15 mart 2024-cü il tarixli, 3-16-16/2-18/296 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,413 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,413 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-0,363 qram. İş materiallarında olan 14 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 17:45-də tutulmuşdur. İş materiallarında olan 16 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 16 mart 2024-cü il tarixli, 4(032)-70/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X20 16 mart 2024-cü il tarixli 139 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. İş materiallarında olan 18 mart 2024-cü il tarixli, 5(032)-90/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, (070) ***-**-** və (055) ***-**-** saylı mobil nömrələrin kimə (adları, soyadları və ünvanları göstərilməklə) məxsus olması, 14 yanvar 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək olan vaxt ərzində qeyd olunan mobil nömrələrə daxil olan və çıxan zənglər, qısa mesajlar və mətnləri, həmin abonentin anket məlumatları, 12 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək qeydə alınmış anten məlumatlarının “Azerfon” və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan 14 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakcell MMC-dən daxil olmuş 01 ədəd CD şəklində olan telefon məlumatlarına baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan 17 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azerfon MMC-dən daxil olmuş 01 ədəd CD şəklində olan telefon məlumatlarına baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar olunmamışdır. Anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:28:36-dan saat 16:00:48-dək olan müddət ərzində 14:14:42-də Shirvan- ATC/“X3” istiqamətdə, həmin vaxtdan sonra isə yəni saat 17:46:14-də və saat 17:51:50-də “Şirvan şəhəri, H.Əliyev prospekti 35 “/Shirvan/ istiqamətdə olmuş, həmin saatdan sonra isə anten məlumatları aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən barəsində qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 10 (on) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2034 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 135 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 06 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X2 məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” və “Pensiya” altsistemlərinə əsasən əlilliyə görə pensiya və sosial müavinət almır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından bu hal onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bağırov X8 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən barəsində qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 10 (on) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını tam çəkib qurtarmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hallar nəzərə alınmalıdır. Eləcə də Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdiyindən onun barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və ona Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 1 ay azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilmiş və çəkilməmiş qalan 01 il 04 ay 10 gün müddəti hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 14 mart 2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,363 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və ona Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 01 ay azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilmiş və çəkilməmiş qalan 01 il 04 ay 10 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,363 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar