Məhkəmə qərarları › İş №1(032)-119/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-119/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-119/2024 21.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:30-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1992-ci-ci il tarixdə Şirvan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, Şirvan şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən istifadəyə yararlı olan soyuq silah hesab edilən xəncəri qanunsuz olaraq əldə edib, üzərində gəzdirmiş və Şirvan şəhər polis şöbəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 13 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində saxlanılaraq qeyd olunan üzərində qanunsuz gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən həmin xəncər aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,673 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 13 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 0,673 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-in 228.4-cü və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 mart 2024-cü il tarixində Şirvan şəhəri M.Mirzəyev küçəsində piyada hərəkətdə olan zaman yolun kənarında sellofan büküm diqqətini cəlb etmiş, bükümü götürmüş, içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. İstifadə etmək məqsədilə üzərində saxlamış və şalvarının sağ cibinə qoymuşdur. 13 mart 2024-cü il tarixində saat 00:20 radələrində Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində hərəkətdə olarkən polis əməkdaşları onu görən zaman qaçmağa başlamışdır. Bu zaman onlar onu dayanmağa və nizam-intizama əməl etməyə dəvət etmişlər. Həmin vaxt üzərində olan babasından miras qalan xəncər də olduğundan polis əməkdaşlarından yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları onu saxlamış, üzərində olan xəncəri görüb ondan almışlar. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşları üzərindən aşkar olunaraq götürdükləri xəncəri polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi üçün onu təhqiqat bölməsinə dəvət etmişlər. Təhqiqat bölməsində olarkən hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Vəkil gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, üzərində bir ədəd sellofan bükümündə olan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra o əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, sellofan büküm elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,74 qram olması məlum olmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş xəncərə onun və vəkilin iştirakı ilə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 13 mart 2024-ci il tarixdə, saat 00:20 radələrində Şirvan şəhəri H.Əliyev prospektində PPXBnün polis nəfərləri Şahid2lə xidmətdə olarkən şəhərin G.Şıxbala oğlu küçəsində bir nəfər şəxsin uca səslə səs-küy saldığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt şəxsin əynində olan qara rəngli şalvarının arxa hissəsində xəncərin dəstəyini görmüş, bu vaxt dərhal hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədi ilə həmin xəncəri onun üstündən götürmüşdür. Bundan sonra həmin şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində onun üzərindən götürdüyü xəncəri məsul növbətçiyə təhvil vermişdir. Polis şöbəsində məlum olmuş ki, həmin şəxs Şirvan şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs polis şöbəsində şifahi olaraq bildirmişdir ki, narkotik vasitələrin alüdəçisidir. Onlar bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişlər. Raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı İsmail Qasımov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini yaşadığı küçədən yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə miqdarı çəkilərək 0,74 qram olduğu müəyyən olunmuş və qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən götürülərək növbətçi hissəyə təhvil verilən bir ədəd xəncərə təhqiqatçı tərəfindən onların iştirakı ilə baxış keçirilmiş və qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, 13 mart 2024-ci il tarixdə, saat 00:20 radələrində Şirvan şəhəri H.Əliyev prospektində PPXB-nün polis nəfərləri Şahid1la xidmətdə olarkən şəhərin G.Şıxbala oğlu küçəsində bir nəfər şəxsin uca səslə səs-küy saldığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb onu nizamintizama dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxsin əynində olan qara rəngli şalvarının arxa hissəsində xəncərin dəstəyini görmüş, dərhal həmin xəncəri onun üstündən götürmüşlər. Həmin şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində onun üzərindən götürdüyü xəncəri məsul növbətçiyə təhvil vermişdir. Polis şöbəsində həmin şəxsin Şirvan şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsində bildirmiş ki, narkotik vasitələrin alüdəçisidir. Onlar bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişlər. Raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı İsmail Qasımov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi büküm təhqiqatçı tərəfindən baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini yaşadığı küçədən yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə miqdarı çəkilərək 0,74 qram olduğu müəyyən olunmuş və qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən götürülərək növbətçi hissəyə təhvil verilən bir ədəd xəncərə təhqiqatçı tərəfindən onların iştirakı ilə baxış keçirilmiş və qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı 13 mart 2024-cü il tarixdə, saat 00:20 dəqiqədən məhdudlaşdırılmış, 13 mart 2024-cü il tarixdə, saat 01:00da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2024-cü il tarixli, 3-16-16/2-18/273 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,673 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-ballistik ekspertizasının 14 mart 2024-ci il tarixli 3-16-16/2-18/274 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən predmet-kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən xəncərdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. 14 mart 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarın sürətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 228.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. 14 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin 4(032)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd xəncəri haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X3 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-585/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in polikilinika şöbəsinin Psixoloji-Nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 25 aprel 2024-cü il tarixli, 3-17-1/2-95612/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı növ sosial ödəniş təyin olunmayıb. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” sistemində Təqsirləndirilən şəxs əlilliyi qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 22 aprel 2024-cü il tarixli, 3-17-1/2-92085/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Məhkəmə-tibbi ekspertizasının 064 aprel 2024-cü il tarixli 126 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. Məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2024-c il tarixli 2725 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 20 aprel 2024-cü il tarixli 1072 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi gəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Hacıqabul rayon Məhkəməsinin 1(107)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini və 01 ədəd xəncəri haradan və nə vaxt əldə etməsini müəyyən etmək məqsədilə ayrıca icraata material ayrılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Odur ki, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından bu hal CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərək həmçinin aşağıdakı halları qeyd etməyi vacib hesab edir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini - əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, yüngülləşdirici halların olmamasını və ağırlaşdırıcı hal kimi əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli, o,ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 107 manat 14 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,623 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd xəncər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin . Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,623 qram olan psixotrop maddə olan metamfetamin və Şirvan şəhər Polis Şöbəsində saxlanılan 01 ədəd xəncər məhv edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının 107 (yüz yeddi) manat 14 (on dörd) qəpik pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE**********0002088501 hesaba köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar