Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-12/2024 05.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11.35-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2005-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 183.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xüsusi tarixi, bəddi və mədəni dəyəri olan əşyaları gizli olaraq oğurlamaqla talamışdır. Belə ki, o, 04 iyul 2022-ci il tarixdə, saat 23 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış xx xxxxxx 2009-cu il təvəllüdlü Şahid1 ilə birlikdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində Zərərçəkmiş şəxs məxsus qaraja, həmin qarajın divarının daşlarını sökməklə qanunsuz olaraq daxil olub, qarajda olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Azərbaycan Respublikası Milli sərvətlər siyahısına aid, tarixi (əntiq), bədii və etnoqrafik əşyalara aid 1 (bir) ədəd təxmini çəkisi 5,200 qram, hündürlüyü 63 sm və 1 (bir) ədəd təxmini çəkisi 4,800 qram, hündürlüyü 68 sm olan mis səhəngləri gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 430 manat məbləğində maddi ziyan vurmaqla xüsusi tarixi, bəddi və mədəni dəyəri olan əşyaları gizli olaraq talamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakini Şahid1 ilə 7-8 ilə yaxındır ki, eyni məhlədə yaşayır və dostdur. Çox vaxt lazımsız dəmir və kauçukları yığıb dəmir və kauçuk qəbul edən məntəqələrə vermişlər. Şirvan şəhəri “Elvin”şadlıq sarayının arxasında tanıdığı Həqiqət xalanın qarajı olduğunu bilmiş, bir dəfə Həqiqət qarajı açarkən qarajın içərisində səhənglər və aliminium parçalarının olduğunu görmüşdür. 2022-ci ilin iyul ayının 4-də, təxminən saat 23 radələrində Tuğay ilə birlikdə olarkən ona bu barədə bildirmiş, Tuğayla həmin əşyaları oğurlayıb satmaq qərarına gəlmişlər. Onlar birlikdə həmin yerə getmiş, həmin vaxt qarajın qapısı kilidlə bağlı olmuşdur. Qarajın yuxarı hissəsində olan daşları sökərək içəri girəcəklərini qərarlaşıb, həmin daşları birlikdə digər oradan tapdığı daşlarla vurmuşlar, qaraj köhnə olduğundan daşlar aralanmışdır. O, içəriyə daxil olmuş, həmin vaxt ətrafda heç kim olmamış, içəridən Tuğaya alüminium parçalarını götürüb vermiş, həmin parçalar hissə-hissə olmuş, sonra bayıra çıxmış, aliminium parçalarını kənara qoymuş, Tuğay qarajın içərisinə o, daxil olduğu yerdən daxil olmuş, orada olan 2 ədəd boz səhəngləri ona vermiş, sonra bayıra çıxmışdır. Hər ikisi aliminium parçalarını götürüb “Elvin”şadlıq sarayının yaxınlığında olan yerdə gizlətmişlər, 2 ədəd boz səhənglərdən isə hərəsi birini götürüb yaşadıqları evə getmişlər. Gecə Tuğayla razılaşmışdır ki, səhər tezdən aliminiumları aparıb birlikdə satacaqlar. 05 iyul 2023-cü il tarixdə, səhər saat 10 radələrində Tuğayla birlikdə məhlədə görüşmüş, Tuğay gecə evinə apardığı 1 ədəd boz səhəngi özü ilə gətirmiş, səhəngi və gecə oğurladıqları aliminiumları orada tanımadığı bir taksiyə yükləmiş, taksi sürücüsü və Tuğay ilə birlikdə Vasif adlı şəxsin dəmir qəbulu məntəqəsinə aparmışlar. Dəmir parçalarını orada olan işçi qapana qoyaraq çəkmiş və həmin aliminiumlara görə 85 manat ona pul vermiş, sonra onlar oradan birbaşa İzzət adlı şəxsin metalqəbuletmə məntəqəsinə yaxınlaşmış, 1 ədəd boz səhəngi satmaq istədiklərini demişlər. Səhəngə baxdıqdan sonra çəkisi çəkilmiş, çəkisinin nə qədər olduğunu bilməmiş, orada olan işçi ona 45 manat pul vermiş, əldə eldikləri pulu yarıbayarı böldükdən sonra ayrılmışlar. Həmin pulu özü üçün müxtəlif yerlərə xərcləmiş, sonradan etmiş olduğu oğurluq barədə Şirvan polisinə şikayət edildiyini öyrənmiş, polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmiş, polis şöbəsində anasının iştirakı ilə izahat verdikdən sonra gedib yaşadığı evdə gizlətdiyi 1 ədəd boz səhəngi polislərə təqdim etmişdir. Sonra İzzət adlı şəxsin metalqəbuletmə yerinə satdıqları 1 ədəd səhəngi oradan polis əməkdaşları götürmüşlər, bundan sonra isə gedib aliminium satdıqları yeri göstərmişlər. Həmin oğurluğu Tuğayla birlikdə etmiş və bu işdə onlara heç kim köməklik göstərməmiş, başqa heç bir oğurluq etməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq hal-hazırada səhhətində olan narahatlıqla bağlı yataq xəstəsi olduğunu və buna görə də məhkəmə prosesinə gələ bilməyəcəyini bildirmiş, məhkəmə müdafiə tərəfinin etirazının olmamasını nəzərə alıb onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. İbtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 30 ildən artıqdır ki, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən “Elvin”şadlıq sarayının arxasında qarajı olmuş, əvvəllər orada yaşadığı üçün həmin qarajı almışdır. Nənəsindən ona qalan çoxillik olan 2 ədəd səhəngi qarajda saxlamış, arabir vaxt olduqca qaraja gedib baxıb orada olan əşyalara nəzarət etmişdir. 08 iyul 2022-ci il tarixdə qaraja nəzarət etmək üçün ora getdikdə qarajın yuxarı hissəsində olan daşla hörülmüş yerinin dağılmış olduğunu görmüş, həmin vaxt içəri baxdıqda qaraja qoymuş olduğu 2 ədəd mis səhəngin və 30 ədəd list dəmir parçalarının orada olmadığını, oğurlandığını aşkar etmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Şirvan polis şöbəsinə ərizə ilə müraciət etmiş, Şirvan polis işçiləri tərəfindən onun izahatı alınmış, 2 ədəd mis səhəngin haradan oğurlandığını onlara göstərmişdir. Sonradan bilmişdir ki, ona məxsus 2 ədəd mis səhəngləri və 30 ədəd list dəmir parçalarını Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 oğurlamışdır. Məhkəməyə ünvanladığı teleqramda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (i.v 44-45) Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş, yetkinlik yaşına çatmamış Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri Əli-Bayramov küçəsi ev 8, mənzil 1-də valideynləri ilə birlikdə yaşayır, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə 7-8 ilə yaxındır ki, eyni məhlədə yaşayır, onlar demək olar ki, bütün günü bir yerdə gəzirlər, gəzərkən yerdə olan lazımsız dəmir və kauçukları yığıb dəmir və kauçuk qəbul edən məntəqələrə vermişlər. Tağı ilə birlikdə 2022-ci ilin iyul ayının 4-də, təxminən saat 23 radələrində məhlədə gəzən zaman Tağı ona “Elvin”şadlıq sarayının arxasında olan qarajda dəmir olmasını demiş, o, Tağı ilə birlikdə həmin “Elvin”şadlıq sarayının arxasında olan qarajın olduğu yerə getmişlər, qarajın qapısı kilidlə bağlı olmuşdur. Qarajın yuxarı hissəsində olan daşları sökərək içəri girmək və oğurluq etmək qərarına gəlmişlər. Həmin daşları onlar digər oradan tapdıqları daşlarla vurmuşlar, qaraj köhnə olduğundan daşlar aralanmış, Tağı içəriyə daxil olmuşdur. Həmin vaxt ətrafda heç kim olmamış, Tağı içəridən ona aliminium parçaları vermiş, həmin parçalar hissə-hissə olmuş, həmin dur aliminium parçaları götürmüş, sonra Tağı çölə çıxmışdır. Bundan sonra o, qarajın içərisinə daxil olmuş, qarajda olan 2 ədəd boz səhəngləri götürərək Tağıya vermiş və qarajın içərisindən çıxmışdır. Tağı ilə birlikdə həmin dur aliminium parçalarını həmin yerin yaxınlığında gizlətmiş, 2 ədəd boz səhənglərdən isə hərəsi birini götürüb yaşadıqları evə getmiş, lakin o, 1 ədəd boz səhəngi evə apara bilməmiş, atası bilməsin deyə evin yaxınlığında gizlətmişdir. Gecə Tağı ilə razılaşmışdır ki, səhər tezdən aliminiumları aparıb birlikdə satacaqlar. Səhər oyandıqda 05 iyul 2023-cü il tarixdə, saat 10 radələrində məhləyə düşüb gedib 1 ədəd səhəngi götürmüş, sonra Tağı ilə görüşmüş, birlikdə aliminium parçalarını gizlətdikləri yerə gedib oradan aliminiumları götürmüşlər, Tağı səhəngi özü ilə gətirməmişdir. Onlar orada tanımadığı taksi ilə danışmış, Vasqa kimi tanıdıqları şəxsin metal qəbulu məntəqəsinə gedəcəklərini bildirmiş, taksiyə əyləşib aliminiumları və 1 ədəd səhəngi taksiyə qoymuş, birlikdə qeyd etdiyi yerə getmişlər. Aliminiumları məntəqəyə vermiş, orada işçi həmin aliminiumu qapana qoyaraq çəkmiş və həmin aliminiumlara görə 85 manat Tağıya pul vermişdir. Sonra onlar oradan taksi ilə İzzət adlanan şəxsin metal qəbuletmə məntəqəsinə getmiş, o, bir az kənarda gözləmiş, Tağı səhəngi orada olan işçiyə satmaq istədiyini və səhəngin özünə məxsus olmasını bildirmiş, sonra orada olan işçi səhəngə baxdıqdan sonra çəkisini çəkmiş və Tağıya 45 manat pul vermişdir. Əldə eldikləri pulu taksi pulunu çıxdıqdan sonra yarıbayarı bölmüşlər və oradan ayrılmışlar. Həmin pula özü üçün lazım olan elektron avadanlığı almış, sonradan etmiş olduğu oğurluq barədə Şirvan polisinə şikayət edildiyini öyrənmiş, polis əməkdaşları ilə birlikdə şöbəyə getmişlər. Polis şöbəsində olarkən bilmişdir ki, qarajın və orada olan əşyaların yiyəsi Həqiqət adlı qadındır. Polis şöbəsində atasının iştirakı ilə izahat verdikdən sonra gedib Tağıgildə qalan oğurladıqları 1 ədəd səhəngi polis əməkdaşlarına göstərmiş, sonra da, İzzətə satdıqları 1 ədəd səhəngi oradan polis əməkdaşları götürmüş, bundan sonra isə gedib aliminium satdıqları yeri göstərmişlər. Həmin oğurluğu Tağı ilə birlikdə etmiş, etdiyi əməldən peşmandır, həmin oğurluqda onlara heç kim köməklik göstərməmişdir. Həmin qarajdan başqa heç bir yerdən oğurluq etməmiş, Tağı ilə birlikdə yalnız küçələrdən lazımsız dəmirlər və kauçuklar yığıb aparıb satmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, 1 May küçəsində yerləşən qardaşı Vasifə məxsus metalqəbuletmə məntəqəsində işləyir. 05 iyul 2023-cü il tarixdə məntəqədə olduğu zaman Tağı adlı tanıdığı şəxs və yanında Tuğay adlı şəxslə onun yanına gəlmişlər. Hər ikisinin əlində bir ədəd bağlama olmuş, Tağı ona əllərində olan bağlamaların içərisində aliminium olduğunu və satdıqlarını demişlər. O, hər iki bağlamanı tərəzidə çəkmiş, ümumilikdə hər iki bağlamada olan aliminium 34 kq olmuş, həmin 34 kq aliminium qarşılığında onlara 85 manat pul vermiş, daha sonra onlar məntəqədən çıxıb getmişlər. O, həmin şəxslərin azyaşlı olmasını, həmçinin həmin aliminiumların oğurluq olduğunu bilməmiş, Tağı və Tuğaydan həmin aliminiumların kimə məxsus olduğunu soruşduqda ona özlərinin olduğunu, lazımsız olduğu üçün gətirib satdıqlarını demişlər. Bundan sonra onlardan aldığı aliminiumları Bakı şəhərinə göndərmiş, sonradan isə Şirvan polis işçiləri gəlib ona həmin aliminiumların oğurluq olduğunu demişlər. Onun Tağı və Tuğayın etdiyi cinayətlə bağlı heç bir əlaqəsi olmamış, bundan əvvəl və sonra Tağı və Tuğay ona heç bir dəmir əşyaları gətirib satmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, 1 May küçəsində yerləşən atası İzzətə məxsus metal qəbuletmə məntəqəsində işləyir. Atası məntəqədə olmayan vaxtlarda ora özü nəzarət edir. 05 iyul 2023-cü il tarixdə məntəqədə olduğu zaman təxminən 1 ilə yaxındır ki, tanıdığı Şirvan şəhər sakini adını Tağı bildiyi şəxs işlətdiyi yerə gəlmiş, əlində 1 ədəd kisənin içərisində 1 ədəd boz rəngli səhəngi çıxartmış, həmin səhəngin mis olduğunu və satmaq istədiyini demişdir. O, Tağıdan həmin səhəngin kimə məxsus və oğurluq olub-olmadığını soruşduqda Tağı ona səhəngin özünə məxsus olduğunu, lazımsız olduğu üçün satmaq istədiyini söyləmişdir. O, arxayın olub həmin səhəngi tərəzidə çəkmiş və həmin mis səhəngə görə Tağıya misin 1 kiloqramını 5 manatdan olduğuna görə 45 manat pul vermişdir. Daha sonra Tağı oradan çıxıb getmiş, Tağının yaşının az olduğunu, həmçinin həmin səhəngin oğurluq olmasını bilməmişdir. Həmin 1 ədəd səhəng məntəqədə olmuş, sonradan Şirvan polis işçiləri gəlib Tağının ona satmış olduğu 1 ədəd səhəngin oğurluq olduğunu demiş, bundan sonra onun xəbəri olmuşdur. Tağıdan aldığı 1 ədəd mis səhəngi polis əməkdaşına təqdim etmiş, həmin oğurluq hadisəsindən Tağı və onun yanında tanımadığı, lakin sonradan adını bildiyi Tuğay adlı şəxs də, olmuş, polis işçiləri orada fotoşəkillər çəkib protokol tərtib etmiş, doğru olduğu üçün o, da, həmin protokolda imza etmişdir. Onun yanına Tağı tək gəlmiş, ola bilsin Tağının yanında olan şəxs kənarda olmuş, lakin o, həmin şəxsi görməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən “Elvin” şadlıq sarayının arxasında yerləşən saxlanc yeri olan qarajdır və oğurlanmış 01 ədəd səhəng ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən baxış keçirilib götürülmüşdür.(i.v 8-18) Hadisə yerinə baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, oğurlanmış olduğu 01 ədəd səhəng Şirvan şəhəri, 1 May küçəsində yerləşən metal qəbuletmə məntəqəsindən baxış keçirilib götürülmüşdür. (i.v. 19-22) İstintaq zamanı 08 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollarla Şirvan şəhəri, 1 May küçəsində yerləşən metal qəbuletmə məntəqəsindən və ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş ümumilikdə 02 ədəd səhənglər maddi sübut qismində tanınmışdır. (i.v. 130-142) Kompleks ambulator məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 2567 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra yüngül əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda da yüngül əqli gerilik aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilikdə psixotik əlamətlər və davranış pozuntuları o dərəcədə ifadə olunmamışdır ki, onu cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında məhrum etsin. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində səthilik, məsuliyyətsizlik, az ünsiyyətçilik müəyyən olunur. Təqsirləndirilən şəxs əqli inkişafında yüngül gerilik əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs əqli gerilik yüngül ifadə olunduğundan cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edib hərəkətlərini idarə edə bilərdi. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli gerilik yüngül ifadə olunduğundan hadisəni qavrayıb, düzgün ifadə verə bilər. Onda yalan danışmaq, özündən qondarma fikirlər söyləmək müəyyən olunmadı. (i.v. 124-128) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 aprel 2023-cü il tarixli, 9/2496 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd mis səhəngin istifadə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi təxminən 430,00 (dörd yüz otuz) manat müəyyən olunur. O cümlədən - 01 ədəd təxmini çəkisi 5,200 qram, hündürlüyü 63 sm olan mis səhəng -230,00 manat - 01 ədəd təxmini çəkisi 4,800 qram, hündürlüyü 68 sm olan mis səhəng -200,00 manatdır. (i.v. 99-101) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının 19 aprel 2023-cü il tarixli 210 nömrəli ekspert rəyində görünür ki, ekspert komissiyasına təqdim edilən əsərin üzərində aparılan ekspertiza işinin nəticələri aşağıdakılardır: 1 (bir) ədəd təxmini çəkisi 5,200 qram, hündürlüyü 63 sm və 1 (bir) ədəd təxmini çəkisi 4,800 qram, hümdürlüyü 68 sm olan mis səhənglərə baxışkeçirilmiş və nəticə olaraq bu qənaətə gəlinmişdir:
1. Təqdim olunan səhənglər Azərbaycan Respublikası Milli sərvətlər siyahısına aiddir.
2. Təqdim edilən əşyalar tarixi (əntiq) əhəmiyət kəsb edir.
3. Təqdim edilən əşyalar bədii əhəmiyyət kəsb edir.
4. Təqdim edilən əşyalar etnoqrafik əhəmiyyət kəsb edir. (Diyarşünaslıq) Saxlanma vəziyyəti qənaətbəxşdir. Bədii əhəmiyyət kəsb edir. X5 Komissiyasının yekdil rəyi əsasında verilmişdir. (i.v 102) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 90) Hadisə baş verən zaman xx xxxxxx 2009-cu il təvəllüdlü Şahid1 14 yaşı tamam olmamış və bu səbəbdən də onun cinayət məsuliyyətinə cəlb olunması qeyri-mümkün olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 183-cü maddəsi ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən rədd edilmiş və qərarın surəti Şirvan şəhər İHB-nın yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilmişdir. (i.v 144) Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 183.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq hal-hazırada səhhətində olan narahatlıqla bağlı yataq xəstəsi olduğunu və buna görə də məhkəmə prosesinə gələ bilməyəcəyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs və X3 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 183.1-ci maddəsinə əsasən xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 183.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 62.1-ci maddəsinə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən, əməlindən peşman olmasını, səmimi etirafını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və belə qənaətə gəlir ki, hazırki vəziyyətdə onun azadlıqdan məhrum edilməsi, qapalı məkanda yerləşdirilməsi həm onun müalicəsinin nəticəsiz qalmasına, həm də sağlamlığna mənfi təsir göstərər. Həmçinin yüngülləşdirici halları, təqsirləndirilən şəxsin gənc olmasını, psixi xəstəlikdən əziyyət çəkməsini, mütəmadi olaraq müalicə almasını, əvvəllər məhkum olunmamasını, əməli tərədərkən yetkinlik yaşına çatmamasını diqqətdən qaçırmır və belə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Beləliklə, məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini, üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. İş üzrə maddi sübut olan 02 ədəd səhənglərin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 183.1-ci maddəsi ilə təqsirli bilinsin, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanı hər gün saat 22:00-dan saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 02 ədəd səhənglərin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Səidə Məmmədova