Məhkəmə qərarları › İş №1(032)-121/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-121/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-121/2023 23.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X12 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayon Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 20 yanvar 2023-cü il tarixdə tanışı X2 şəxsi istehlak miqdarından artıq miqdarda 206,57 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 83 ədəd kibrit qutusunda olmaqla əldə edib, həmin qurudulmuş marixuananın 203,86 qramını 82 ədəd kibrit qutusunda olmaqla yaşadığı Hacıqabul rayonu, Muğan qəsəbəsindəki evində gizlətməklə, qalan 2,71 qram çəkidə qurudulmuş marixuananı isə 01 ədəd kibrit qutusunda olmaqla üzərində daşıyaraq saxlamış, 29 yanvar 2023-cü il tarixdə saat 12:30-da Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən evinə baxış keçirilən zaman 203,86 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana evinin yataq otağında olan paltar dolabından 2,41 qram, 2,85 qram, 3,06 qram, 2,62 qram, 2,65 qram, 2 qram, 2,73 qram, 2,22 qram, 2,53 qram, 2,17 qram, 2,10 qram, 3,06 qram, 2,31 qram, 2,73 qram, 2,73 qram, 2,62 qram, 3,04 qram, 2,43 qram, 2,26 qram, 2,73 qram, 2,63 qram, 2,66 qram, 2,35 qram, 2,44 qram, 2,47 qram, 2,04 qram, 2,43 qram, 2,66 qram, 2,40 qram, 2,18 qram, 2,12 qram, 2,94 qram, 2,61 qram, 2,83 qram, 2,66 qram, 2,46 qram, 1,72 qram, 2,31 qram, 2,77 qram, 2,53 qram, 2,63 qram, 2,14 qram, 2,62 qram, 2,49 qram, 2,65 qram, 2,36 qram, 2,37 qram, 2,51 qram, 2,44 qram, 2,43 qram, 2,52 qram, 2,45 qram, 2,56 qram, 2,54 qram, 2,78 qram, 2,05 qram, 2,17 qram, 2,36 qram, 2,77 qram, 2,25 qram, 3,12 qram, 2,34 qram, 2,67 qram, 2,41 qram, 2,72 qram, 2,16 qram, 2,37 qram, 2,48 qram, 2,86 qram, 2,33 qram, 2,66 qram, 2,38 qram, 2 qram, 2,45 qram, 2,56 qram, 2,54 qram, 2,39 qram, 1,95 qram, 2,42 qram, 2,43 qram, 2,76 qram və 2,31 qram olmaqla 82 ədəd kibrit qutusunda, 2,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə əməliyyat tədbirinin davamı olaraq üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2018-ci ildən Şirvan şəhərində yaşayan Firudin Hüseynov icarəyə işlətdiyi dəmir sexində usta kimi işləməyə başlamış, hal-hazırda Firudin Hüseynov onun yanında qaynaqçı kimi işləyir. Firudinin narkotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində Firudin işdən çıxıb Şirvan şəhərinə yol maşını ilə getmiş və təxminən 1-2 saat sonra ona zəng vurub, Cəlilabad rayonu, Fərzili kəndi ərazisinə getmək lazım olduğunu demişdir. O, Firudindən həmin yerə nə üçün getməli olduğunu soruşduqda, bildirmişdir ki, bir nəfər İran vətəndaşı ilə danışıb narkotik vasitə marixuana almış və onu gedib götürüb qayıdacaqdır. Telefon danışığı zamanı Firudin ona narkotik vasitədən ona da verəcəyini demiş, çünki marixuanadan istifadə etdiyini bilmişdir. Firudin ona taksi tapmağını demişdir. Bundan sonra o, tanıdığı taksi sürücüsünə zəng vurub Cəlilabad rayonuna getməli olduğunu dedikdə, həmin taksi sürücüsü bir qədər işinin olduğunu, birazdan gedə biləcəklərini demişdir. O da Firudinə zəng vurub taksinin Şirvan şəhərində olmasını, gözləməyini demişdir. Taksi sürücüsü X9 gəldikdən sonra o, Hacıqabul rayon ərazisində taksiyə əyləşib xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində Şirvan şəhər 11 nömrəli məktəbin yaxınlığına gəlmişdir, Firudin avtomobilə əyləşmiş və onlar birlikdə Cəlilabad rayonu, Fərzili kəndinə getmişlər. Onlar Cəlilabada çatanda artıq gecə olmuş və Firudin avtomobildə kiməsə zəng vurub, avtomobildən düşmüş və harasa gedib əlində 01 ədəd sellofan torba ilə qayıdıb gələrək avtomobilin arxa oturacağında əyləşmiş və “VVhatsapp” proqramı ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinin “VVhatsapp”na yazaraq narkotik vasitəni götürdüyünü bildirdikdən sonra onlar Şirvan şəhərinə yola düşmüşlər. Saat 24 radələrində Şirvan şəhərinə çatmışlar və Firudini “Dəniz” marketin yanında avtomobildən düşürmüşlər və o, taksi sürücüsü ilə birlikdə Hacıqabul rayonuna getmişlər. Həmin günün axşamı Firudin ona bildirmişdir ki, marixuananın yarısını ona versin, onu evində saxlasın, lazım olanda ona deyəcək və marixuananı ona verər. O da Firudinlə münasibəti olduğu üçün etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə Firudin səhər həmin marixuananın yarı hissəsini Hacıqabul rayonu, Muğan qəsəbəsinə gətirib işlədikləri sexdə ona vermişdir. Orada o, Firudindən marixuanadan istifadə edə bilib-bilməyəcəyini soruşduqda, Firudin istədiyi vaxt istifadə edə biləcəyini demişdir. O da həmin marixuananı Firudindən aldıqdan sonra evinə gətirib gizlətmişdir. xx.xx.2023-cü il tarixdə o, evdə olan marixuanadan bir ədəd kibrit qutusunda götürüb cibinə qoymuşdur ki, istifadə etsin. Həmin günü saat 12:30 radələrində onlar Firudin Hüseynovla bilrikdə Şirvan şəhəri, H.Əliyev prospektində Şahid4 idarə etdiyi “Mersedes” markalı avtomobil ilə gələn zaman Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları avtomobili saxlayıb, onlara yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz saxlanılması və gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün onu, Firudini və taksi sürücüsünü polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçun vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Bir qədər keçdikdən sonra vəkil Müdafiəçi gəldikdən sonra ona yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmiş və bununla bağlı ərizə təqdim etmişdir. Daha sonra polis əməkdaşları və vəkili ilə yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsindəki evinə getmişlər. Evinə baxış keçirilən zaman o, polis əməkdaşlarına yataq otağında paltar dolabında saxladığı 82 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı təqdim etmiş və həmin marixuananı tanışı Firudinin ona verdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə götürülmüş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və o, protokolun məzmunu ilə tanış olduqdan sonra imza etmişdir. Sonra polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə qayıtmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, üzərində olan boz rəngli gödəkcəsinin sağ yan cibində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra o, həmin 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Firudin Hüseynovla birlikdə Cəlilabad rayonuna getdikləri taksi sürücüsünü tanıyır, həmin sürücü onun həmkəndlisi X6r. Telefon nömrəsidə ***-***-**-**-dür. Taksi sürücüsü X9 narkotik vasitə almağa gedilməsi barədə məlumatı olmamışdır. Onlar saxlanılan zaman “Mersedes” markalı avtomobilin sürücüsünün avtomaşında narkotik maddə olmasından məlumatı olmamışdır. Bildiyinə görə Firudin narkotik vasitəni İran vətəndaşından almış, lakin həmin şəxsin kim olmasını bilmir. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı ona Firudin Hüseynov vermiş, Firudin narkotik vasitəni ona saxlamaq üçün vermiş, o da narkotik vasitə istifadə etdiyi üçün razılaşmış, çünki hər dəfə istədikdə həmin narkotik vasitədən istifadə etmişdir. Onun ailə üzvlərinin evdə narkotik maddə saxlamağı barədə məlumatları olmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadə verib göstərdi ki, 29 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini X5 və Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olurlar. Bununla əlaqədar tərəfindən Firudin Hüseynov və Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. Daha sonra isə həmin qərarın icra olunması ilə bağlı o, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2, Müvəqqəti saxlama yerinin polis nəfəri Şahid3 və Təhqiqat bölməsinin təhqiqatçısı X3 ibarət əməliyyat qrupu təşkil olunmuş və 29 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Heydər Əliyev prospektinə getmişlər. Həmin prospektdə olarkən Firudin Hüseynov və Təqsirləndirilən şəxs adı sonradan onlara məlum olan Şahid4 idarə etdiyi Mersedes markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmaqla Heydər Əliyev prospekti ilə hərəkətdə olmalarını görüb, daxil olmuş məlumatın yoxlanılması məqsədilə avtomobili saxlatdırıb, avtomobildə olan Təqsirləndirilən şəxs və Firudin Hüseynova özlərini təqdim edərək barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib, onları Şahid4la birlikdə Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər və hər üç şəxsi Mersedes markalı avtomobillə birlikdə Şirvan şəhər polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən ilk öncə Firudin Hüseynova vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Qədir Qədirov gəldikdən sonra isə Firudin Hüseynovun üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və buna hər hansı bir etirazının olub olmadığı soruşulmuş, Firudin Hüseynov heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Firudin Hüseynovun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Firudin Hüseynova təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Firudin Hüseynov da əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş və həmin qutuda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Firudin Hüseynovun təqdim etdiyi kibrit qutusuna baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Firudin Hüseynov bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni 20 yanvar 2023-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşından almış, yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana vardır. Sonra təhqiqatçı tərəfindən Firudin Hüseynovun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Firudin Hüseynovun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Firudin Hüseynovun üzərindən aşkar olunmuş kibrit qutusu qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Firudin Hüseynov, müdafiəçi və tərəflərindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Vəkil Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirib, bununla bağlı ərizə təqdim etmiş və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsinə gedilmişdir. Muğan qəsəbəsində Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman sonuncudan yaşadığı ünvanda hər hansı bir qanunsuz əşya və predmet olub-olmaması soruşulduqda, sonuncu yaşadığı ünvanda narkotik vasitə olduğunu demiş və evinin yataq otağında olan paltar dolabındakı 82 ədəd kibrit qutusunu təqdim edib, həmin kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Kibrit qutularına baxış keçirilən zaman içərlərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kibrit qutuları qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Sonra Şirvan şəhər polis şöbəsinə qayıtmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və buna hər hansı bir etirazının olub olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş və həmin qutuda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni tanışı Firudin adlı şəxs ona saxlamaq üçün vermişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kibrit qutusu qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun həmkəndlisidir. O, özü rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus opel markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 20 yanvar 2023-cü il tarixdə axşam saatlarında Aqil ona zəng vuraraq taksi lazım olduğunu, Cəlilabad rayonu, Fərzili kəndinə getməli olduğunu bildirmişdir. Həmin vaxt əlində işi olduğu üçün Aqilə bir qədər gözləməsini bildirmişdir. Bir müddət sonra işini bitirib Aqilə zəng vurmuş və sonuncu ilə Hacıqabul rayonu ərazisində görüşüb Şirvan şəhərinə getmişlər. Şirvan şəhər 11 nömrəli məktəbin yaxınlığında avtomobilə bir nəfər Firudin adlı şəxs minmiş və o, avtomobili idarə edib Cəlilabad rayonuna getmişlər. Cəlilabad rayonu, Fərzili kəndi yaxınlığında Firudin adlı şəxs ona avtomobili saxlamağı demiş və o, avtomobili saxladıqdan sonra həmin şəxs avtomobildən düşüb bir qədər aralıya hərəkət etməyə başlamışdır. Həmin vaxt qaranlıq olduğu üçün o, Firudinin hara getməsini görməmişdir. Bir neçə dəqiqə sonra Firudin geri qayıtmış və əlində torba olmuşdur. Firudin avtomobilə əyləşdikdən sonra onlar Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində Dəniz market adlı mağazanın yanında Firudin avtomobildən düşmüşdür. Daha sonra isə o, Aqili Hacıqabul rayonuna yaşadığı ünvana aparıb düşürmüş və öz evinə getmişdir. Firudin adlı şəxsin Cəlilabad rayonu ərazisində kiminləsə görüşübgörüşməməsini bilmir, hava qaranlıq olduğu üçün Firudinin getdiyi istiqaməti görə bilməmiş, istiqaməti görsə də, Firudin qaranlıqda itmiş və sonradan hara getməsini görməmişdir. Firudin avtomobilə qayıdan zaman əlində sellofan torba olmuşdur, lakin torbanın içərisində nə olduğunu bilməmişdir, çünki bu barədə Firudin və ya Aqildən soruşmamışdır. Aqil və ya Firudinin narkotik vasitələrdən istifadə edib-etməmələri barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, o hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. İstifadəsində olan "Mersedes" markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon ərazisindən iki nəfər tanımadığı şəxsi sərnişin qismində avtomobilinə götürüb Şirvan şəhər istiqamətinə doğru hərəkətə başlamışdır. O Şirvan şəhər H.Əliyev prospektində hərəkətdə olarkən polis əməkdaşları onun istifadəsində olan avtomobili saxlatdırıb özlərini ona və avtomobildə olan sərnişinlərə təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları avtomobildə olan sərnişinlərin, adlarını sonradan bildiyi Firudin və Aqil adlı şəxslərin narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduqlarını bildirmiş, onları polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə getmiçlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən onun hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən sonra vəkil Qədir Qədirov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə o üzərində heç bir qanunsuz əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Sonradan onun idarə etdiyi avtomobilə onun icazəsi və iştirakı ilə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonradan o azadlığa buraxılmışdır. Aqil və Firudin adlı şəxslərin üzərində narkotik vasitə olmasından onun məlumatı olmamış, həmin şəxsləri tanımamışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit çıxarıb masanın üzərinə qoymuş və həmin qutuda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. İş materiallarında olan 29 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə saat 16.50-də şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Şirvan şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 30 yanvar 2023cü il tarixli, 18/106 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 82 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,41 qram, 2,85 qram, 3,06 qram, 2,62 qram, 2,65 qram, 2 qram, 2,73 qram, 2,22 qram, 2,53 qram, 2,17 qram, 2,10 qram, 3,06 qram, 2,31 qram, 2,73 qram, 2,73 qram, 2,62 qram, 3,04 qram, 2,43 qram, 2,26 qram, 2,73 qram, 2,63 qram, 2,66 qram, 2,35 qram, 2,44 qram, 2,47 qram, 2,04 qram, 2,43 qram, 2,66 qram, 2,40 qram, 2,18 qram, 2,12 qram, 2,94 qram, 2,61 qram, 2,83 qram, 2,66 qram, 2,46 qram, 1,72 qram, 2,31 qram, 2,77 qram, 2,53 qram, 2,63 qram, 2,14 qram, 2,62 qram, 2,49 qram, 2,65 qram, 2,36 qram, 2,37 qram, 2,51 qram, 2,44 qram, 2,43 qram, 2,52 qram, 2,45 qram, 2,56 qram, 2,54 qram, 2,78 qram, 2,05 qram, 2,17 qram, 2,36 qram, 2,77 qram, 2,25 qram, 3,12 qram, 2,34 qram, 2,67 qram, 2,41 qram, 2,72 qram, 2,16 qram, 2,37 qram, 2,48 qram, 2,86 qram, 2,33 qram, 2,66 qram, 2,38 qram, 2 qram, 2,45 qram, 2,56 qram, 2,54 qram, 2,39 qram, 1,95 qram, 2,42 qram, 2,43 qram, 2,76 qram və 2,31 qram, ümumi çəkisi 203,86 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş ümumi çəkisi 206,57 qram olan marixuanalar eyni tərkiblidir. Marixuana ümumi çəkisi 206,57 (1-83№-li ob), cəmi tədqiqata sərf olunmu-0,22 (hər ob 0,02 qr)qalıq 206,35 qramdır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 29 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Muğan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 mart 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Həsənov X8 rayon Muğan qəsəbəsində ünvanında yaşayır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Muğan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X11 ilə faktiki nikahdan 10 iyun 2023-cü il tarixdə uşaqları doğulmuşdur. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 894 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan baxış keçirilməsi haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan paltar dolabından 82 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2023cü il tarixli, 377 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olması isə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə olduğu 4 ay 25 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesab ilə hesablanmaqla 9 (doqquz) ay 20(iyirmi) gün ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Hökmün icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 206,35 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə olduğu 4 ay 25 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesab ilə hesablanmaqla 9 (doqquz) ay 20(iyirmi) gün təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 2 (iki) il 2 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmün icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Hacıqabul rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 206,35 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar