Məhkəmə qərarları › İş №1(032)-121/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-121/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-121/2024 11.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X9 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama və vətəndaşın şəxsiyyət vəsiqəsini talama məqsədilə 27 fevral 2024-cü il tarixdə saat 14 radələrində Şirvan şəhəri, M.Hüseynzadə küçəsinin girişində Zərərçəkmiş şəxs məxsus 20 manat dəyərində əl çantasını içərisində sonuncuya məxsus olan 01 ədəd 500 manat dəyərində “Samsung A24” markalı mobil telefon, 01 ədəd 5 manat dəyərində olan telefon qabı, 5,10 və 20 manat əskinaslardan ibarət olan 100 manat məbləğində nağd pul, 01 ədəd AZE № 0******* serialı şəxsiyyət vəsiqəsi ilə birlikdə əlindən dartıb alaraq özündə saxlamaqla Zərərçəkmiş şəxs sonuncunun qanunsuz əməlini aşkar edib, ona dayanmasının bildirməsinə baxmayaraq, o, öz əməlini dərk edərək, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə həmin şəxsin törətdiyi cinayət əməlini dayandırması ilə bağlı çağırışlarına məhəl qoymayıb, taladığı əmlakı özündə saxlamaqla hadisə yerindən qaçaraq uzaqlaşıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 625 (altı yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq və vətəndaşın şəxsiyyəti vəsiqəsini talamadan ibarət cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 17 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində Şirvan şəhərində yerləşən “Elit” adlı marketdən çıxan zaman bir nəfər əvvəllər tanımadığı sonradan adını bildiyi Zərərçəkmiş şəxs əlində sellofan torba və həmin sellofan torbanın içərisində ərzaq məhsulları və əl çantası olduğunu görüb həmin sellofan torbanın içərisində olan əl çantasını götürmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs “Elit” marketdən çıxdıqdan sonra güdməyə başlamış, təxminən 100 metr məsafə qət etdikdən sonra Tamara ara küçəyə girmiş, həmin ara küçəyə girib təxminən 5,6 metr getdikdən sonra o, arxadan Zərərçəkmiş şəxs yaxınlaşmış və onun sağ əlində olan sellofan torbadan yapışıb dartmışdır. O, sellofan torbadan yapışan kimi Tamara sellofanı əlindən buraxmış, torbanı götürüb təxminən 5,6 metr avtomobil yolu istiqamətinə qaçdıqdan sonra torbanın içərisində olan əl çantasını götürüb sellofan torbanı içərisində olan ərzaq məhsulları ilə birlikdə yerə qoymuşdur. Təxminən 200, 300 metr qaçdıqdan və Tamaranın arxasınca gəlmədiyindən tam olaraq əmin olduqdan sonra qaçmağı dayandırmış və əl çantasının içərisini açmışdır. Çantanın içərisində 01 ədəd 20 manatlıq pul əskinası və 03 ədəd 5 manatlıq pul əskinası olmaqla ümumilikdə 35 manat pulu, 01 ədəd “Samsung A24” markalı mobil telefonu üzərində olan qabı ilə birlikdə, 01 ədəd "xxxx" kartını, 01 ədəd “Birbank” kartını, 01 ədəd Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini götürüb cibinə qoyduqdan sonra borcu olan telefon mağazasına getmiş, adını bilmədiyi telefon ustasına Tamaranın çantasından götürmüş olduğu puldan 20 manat pul vermiş, bundan sonra bir qədər Şirvan şəhərində piyada gəzdikdən sonra yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Yaşadığı ünvanın həyətinə çatdıqdan sonra əl çantasını içərisində olan digər kartlarla birlikdə yaşadığı binanın 2 və 3-cü mərtəbələrin arasında olan 26 nömrəli su sayğacının içərisinə qoymuşdur. Digər əşyalar isə onun üzərində qalmışdır. Həmin tarixdə saat təxminən 20 radələrində yaşadığı küçədə olan zaman polis əməkdaşları gəlmiş və ona onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. O da, polis əməkdaşları ilə birikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona müdafiəçi təyin edildikdən sonra üzərində şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan gödəkçənin sağ iç cibindən 01 “Samsung A24” markalı mobil telefon, 01 ədəd həmin mobil telefonun qabı, X4 məxsus şəxsiyyət vəsiqəsi, həmin gödəkçənin sol iç cibindən 01 ədəd üzərində 6768 6753 4080 0943 nömrəsi olan "xxxx" kartı, 01 ədəd Elnur Quliyevə məxsus üzərində 4169 0982 0982 5445 nömrəsi olan “Birbank” kartı, əynində olan şalvarının sol yan cibindən 3 ədəd 5 manatlıq əskinaslardan ibarət olan ümumilikdə 15 manat məbləğində nağd pulu təqdim etmişdir. Daha sonra şalvarının sol yan cibindən özünə məxsus 01 manat məbləğində nağd pul, gödəkçəsinin sağ yan cibindən isə 02 ədəd alışqan, 01 ədəd “Palmall” markalı içərisində 3 ədəd siqaret olan qutunu təqdim etmişdir. Sorğu zamanı o, soyğunçuluq hadisəsini törətdiyini etiraf etmiş və cinayəti necə törətməsini danışmışdır. Həmçinin Təqsirləndirilən şəxs əl çantasını içərisində olan digər kartlarla birlikdə yaşadığı binanın blokunda olan 26 nömrəli su sayğacının içərisinə qoyaraq gizlətdiyini və həmin əl çantasını içərisində olan kartlarla birlikdə təqdim edə biləcəyini demişdir. Bundan sonra isə yaşadığı binanın blokunda olan 26 nömrəli su sayğacının içərisində olan əl çantasını və içərisində olan kartları təqdim etmişdir. Bundan başqa o bildirmişdir ki, hadisəni törədən zaman spirtli içki təsiri altında olmuş, belə ki, hadisədən əvvəl bir neçə şüşə spirtli içki olan pivə içmiş, Zərərçəkmiş şəxs məxsus kartların heç birindən pul çıxarmamış və həmin kartlardan digər üsullarla istifadə etməmiş, polis şöbəsinə gətirilən zaman və polis şöbəsində ona fiziki və psixi zor tətbiq edilməmişdir. Hazırda zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş, sonuncunun ondan heç bir şikayət və ya tələbi yoxdur. Törətmiş olduğu əməldən peşmandır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 27 fevral 2024-cü il tarixdə saat 14 radələrində Şirvan şəhərində yerləşən “Elit” adlı marketdən ərzaq məhsulları aldıqdan sonra marketdən çölə çıxmış və yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. “Elit” marketdən çıxıb təxminən 100 metr məsafə irəlilədikdən sonra qarşısına avtomobil yolu çıxdığından o, yolun kənarında avtomobillərin tam keçib qurtarmasını gözləyib yolu keçmişdir. Yaşadığı Şirvan şəhəri, M.Hüseynzadə küçəsinə daxil olub təxminən 3 metr məsafə irəlilədikdən sonra sonradan adının Təqsirləndirilən şəxs olduğu bildiyi şəxs əlində olan ərzaq sellofanını dartmışdır. O, arxaya çevrilən zaman isə Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı dartıb götürmüşdür. Təqsirləndirilən şəxs bir qədər məsafə qət etdikdən sonra sellofanı içərisində olan çantanı götürmüş, içərisində ərzaq qalan sellofanı isə yerə qoymuşdur. O, ərzaq sellofanını yerdən götürüb Təqsirləndirilən şəxs arxasınca getsə də, sonuncu qaçıb gözündən itmişdir. Ərzaq sellofanın içərisinə qoyduğu 20 manat dəyərində çantasının içərisində özünə məxsus 500 (beş yüz) manat dəyərində olan “Samsung A24” markalı mobil telefon, 5 manat dəyərində olan telefon qabı, 5,10 və 20 manat əskinaslardan ibarət olan 100 (yüz) manata yaxın məbləğində nağd pulun, şəxsiyyət vəsiqəsinin, 01 ədəd "xxxx" kartının, 01 ədəd “Elit market” kartının, 02 ədəd “Neptun market” kartının, 01 ədəd “Elit ticarət şəbəkəsi” kartının, 01 ədəd “Elit kitabxana” kartının və oğlu Elnur Quliyevə məxsus “Birbank” kartının yerində olmadığını görmüş və Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmiş və hadisə baş verdikdən bir qədər sonra Şirvan polis şöbəsinə gəlmiş və ərizə ilə müraciət etmişdir. Ona və oğluna məxsus olan bank kartlarını o və oğlu "xxxx" ASC-dən pulsuz almışlar, kartların alınması ilə bağlı hər hansısa məbləğdə pul ödənilməmişdir. Həmçinin “Elit kitabxanası”na, “Elit” marketə və “Neptun” TM-nə məxsus kartları təzə almış, həmin kartlarla hansısa məbləğdə əməliyyat aparmamış, həmin kartlarda pul olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 27 fevral 2024-cü il tarixdə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, ona məxsus əl çantası və içərisində olan əşyalarının tanımadığı şəxs tərəfindən küçə ilə hərəkət edən zaman əlində alınaraq oğurlandığını bildirmişdir. Bununla bağlı onun və PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə tərəflərindən müvafiq əməliyyat axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayəti törətmiş şəxsin Şirvan şəhəri, T.İsmayılov küçəi 11, mənzil 21-də qeydiyyatda olan X2 olması müəyyən edilmiş və 27 fevral 2024-cü il tarixdə saat 20:00-da X15 şəhəri, T.İsmayılov küçəsində saxlanaraq polis şöbəsinə gətirilmişdir. Onun barəsində müvafiq protokol tərtib edilərək, bu barədə şöbə rəhbərliyinə rəsmi qaydada müraciət edilmişdir. Bundan sonra onlar birlikdə PŞ-nin İstintaq bölməsinə baş müstəntiq Xəzər Eldarovun xidməti otağına getmişlər. Həmin vaxt orada Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin TBdə vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Emil Quliyev gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan gödəkçəsinin sağ iç cibindən 01 “Samsung A24” markalı mobil telefonu, 01 ədəd həmin mobil telefonun qabını, X4 məxsus şəxsiyyət vəsiqəsini, həmin gödəkçənin sol iç cibindən 02 ədəd bank kartını, əynində olan şalvarının sol yan cibindən 3 ədəd 5 manatlıq əskinaslardan ibarət olan ümumilikdə 15 manat məbləğində nağd pulu təqdim etmişdir. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi predmetləri Zərərçəkmiş şəxs Ələkbər qızından soyğunçuluq edərək, oğurladığı əl çantasının içərisindən götürdüyü bildirmişdir. Əl çantası içərisində olan digər əşyalarla birlikdə yaşadığı binanın dəhlizində olan su sayğacının içərisində gizlətdiyini və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X10 icraatına qəbul edilmişdir; 27 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 20:50-də tutulmuşdur; 27 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və bu barədə videoçəkilişdən görünür ki, müdafiəçi X11 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs ilkin olaraq əynində olan gödəkçəsinin sağ iç cibindən 01 “Samsung A24” markalı mobil telefon, 01 ədəd həmin mobil telefonun qabı, X4 məxsus şəxsiyyət vəsiqəsi, həmin gödəkçənin sol iç cibindən 01 ədəd üzərində 6768 6753 4080 0943 nömrəsi olan "xxxx" kartı, 01 ədəd Elnur Quliyevə məxsus üzərində 4169 0982 0982 5445 nömrəsi olan “Birbank” kartı, əynində olan şalvarının sol yan cibindən 3 ədəd 5 manatlıq əskinaslardan ibarət olan ümumilikdə 15 manat məbləğində nağd pulu təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 manat məbləğində nağd pul, gödəkçəsinin sağ yan cibindən isə 02 ədəd alışqan, 01 ədəd “Palmall” markalı içərisində 3 ədəd siqaret olan paketi təqdim etmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı yenidən tutulmasının səbəbləri izah edilən zaman o soyğunçuluq hadisəsinin özü tərəfindən törədildiyini etiraf etmiş, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Şirvan şəhərində yerləşən “Elit market” adlı ərzaq mağazasından çıxan zaman bir nəfər qadın və həmin qadının əlində ərzaq sellofanı və sellofanın içərisində əl çantası olduğunu gördüyünü, həmin qadınmn əlində olan əl çantasını götürmək qərarına gəldikdən sonra həmin məqsədlə qadını güddüyünü, təxminən 100 metr məsafə qət etdikdən sonra qadın ara yola girən zaman əlində olan sellofan torbanı dartıb əlindən aldığını, daha sonra sellofan torbanı yerə qoyduğunu və içərisində olan əl çatnasını götürərək qaçdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirdi ki, 01 “Samsung A24” markalı mobil telefon, 01 ədəd həmin mobil telefonun qabı, X4 məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd üzərində 6768 6753 4080 0943 nömrəsi olan "xxxx" kartı, 01 ədəd Elnur Quliyevə məxsus 4169 0982 0982 5445 nömrəsi olan “Birbank” kartı, 3 ədəd 5 manatlıq əskinazlardan ibarət olan ümumilikdə 15 manat məbləğində nağd pul qeyd edilən əl çantasının içərisində olmuş, çantanın içərisində olan əlavə 20 manat pulu isə xərcləmişdir. Belə ki, həmin 20 manat pulu borcu olduğu telefon ustasına vermişdir. Həmçinin Təqsirləndirilən şəxs əl çantasını içərisində olan digər kartlarla birlikdə yaşadığı binanın blokunda olan 26 nömrəli su sayğacının içərisinə qoyaraq gizlətdiyini və həmin əl çantasını içərisində olan kartlarla birlikdə təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyaların kimə məxsus olması soruşuldu. Təqsirləndirilən şəxs 01 manat məbləğində nağd pul 02 ədəd alışqan, 01 ədəd “Palmall” markalı içərisində 3 ədəd siqaret olan paketinin özünə məxsus olduğunu, polis şöbəsinə gətirilən zaman və polis şöbəsində fiziki və psixi təsirə məruz qalmadığını bildirmişdir; 27 fevral 2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan və bu barədə fotoşəkillərdən görünür ki,i stintaq zamanı 27 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən şübhəli şəxs qismində tutulmaqla üzərində şəxsi-axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, şəxsi-axtarış və götürmə istintaq hərəkəti zamanı sonuncu götürülmüş əşyalardan başqa əl çantasını içərisində olan digər kartlarla birlikdə yaşadığı binanın blokunda olan 26 nömrəli su sayğacının içərisinə qoyaraq gizlətdiyini və həmin əl çantasını içərisində olan kartlarla birlikdə təqdim edə biləcəyini bildirmişdir. Odur ki, cinayət işinin istintaqı ilə əlaqədar zərurət yarandığından Zərərçəkmiş şəxs məxsus əl çantasını içərisində olan digər kartlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı binanın blokunda olan 26 nömrəli su sayğacının içərisindən götürülmüşdür. Götürülmüş çantaya baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus əl çantası tünd bənövşəyi rənglidir. Üzərində “Boershi” və “X18” sözləri yazılmışdır və bir neçə bağlı və açıq cibləri mövcuddur. Əl çantasının içərisində 01 ədəd üzərində “Elit market”, 02 ədəd üzərində “Neptun” market”, 01 ədəd üzərində “Elit ticarət şəbəkəsi”, 01 ədəd üzərində “Elit kitabxana” yazılmış ümumilikdə 4 ədəd plastik kart vardır. Götürmə və baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Şirvan şəhərində yerləşən “Elit market” adlı ərzaq mağazasından çıxan zaman bir nəfər qadın və həmin qadının əlində ərzaq sellofanı və sellofanın içərisində əl çantası olduğunu gördüyünü, həmin qadının əlində olan əl çantasını götürmək qərarına gəldikdən sonra həmin məqsədlə qadını güddüyünü, təxminən 100 metr məsafə qət etdikdən sonra qadın ara yola girən zaman əlində olan sellofan torbanı dartıb əlindən aldığını, daha sonra sellofan torbanı yerə qoyduğunu və içərisində olan əl çatnasını götürərək qaçdığını və qeyd edilən kartların da həmin əl çantasının içərisində olduğunu, daha sonra isə əl çantasını içərisində olan kartlarla birlikdə əl çantasının götürüldüyü yerdə gizlətdiyini bildirmişdir; 29 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; 29 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; 29 fevral 2024-cü il tarixli, 4(032)-52/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir; 29 fevral 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; 14 mart 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X3 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 27 mart 2024-cü il tarixli, 18-1-35/2-479/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü Əli- Bayramlı şəhərində anadan olmuş, orta təhsilli, evli, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhiəsəb, narkoloji kabinetdə qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 133 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; 17 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; 17 may 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən, həmin Məcəllənin 180.1 və 326.2-ci maddələrinə tövsif edilmişdir; 17 may 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 326.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, heç bir şikayət və ya tələbi yoxdur; şəxsin qohumluq əlaqələri barədə məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqları var; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CMnin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü və əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3-cü və 7-ci bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkar hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 180.1 və 326.2-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 180.1 və 326.2-ci maddələri ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 66.2 və 68.3.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla CM-nin 180.1-ci maddəsinin sanksiyası həddi daxilində azadlığın məhdudlaşdırılması cəzası, CMnin 326.2-ci maddəsinin sanksiyası həddi daxilində islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərəkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə dəymiş ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə eskpertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla təyin olunmuş cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (gün) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə dəymiş ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar