Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-122/2024 19.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında 30 avqust 1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİ dərəcəli müddətsiz əlil, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını tam çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Şirvan şəhəri, X10 küçəsi, ev 4 B ünvanında yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 25 fevral 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda, yəni 0,398 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış və 23 fevral 2024-cü il tarixdə, saat 17:00 radələrində Şirvan şəhər polis şöbəsinin CAB-ın əməkdaşları tərəfindən Şirvan şəhəri, X10 küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı həmin çəkidə psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etməyib, onlardan imtina edərək qeyd etdi ki, 23 fevral 2024-cü il tarixdə mağazaya getmiş, mağazadan siqaret və yumurta almış, sonra yaşadığı evə qayıdan zaman Rafiq adlı qonşusunun yaşadığı evin qapsında dayandığını görüb ondan “mənim yaşadığım evin qapısında nə üçün dayanmısan?” deyə soruşmuş, Rafiq isə onda psixotrop maddə metamfetamin olduğunu deyib, ondan birlikdə istifadə etməyi ona təklif etmişdir. Rafiqə istifadə etmədiyini və evinin qapsından uzaqlaşmasını bildirmişdir. Bir müddət sonra görmüşdür ki, ətrafda olan ağ rəngli avtomobildə olan şəxslər ona baxırlar. Rafiqə yaxınlaşıb ona təkidlə evinin qapsından uzaqlaşmasını bildirmişdir. Ağ rəngli avtomobil hərəkət edərək onun yanında saxlamış, avtomobildən mülki geyimli şəxslər düşmüş, həmin şəxslər ona yaxınlaşmış, onu və Rafiqi polis şöbəsinə gətirmişlər. Həmin vaxt üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşı Rafiqin üzərindən 01 ədəd sellofan büküm çıxarmış, həmin bükümü onun cibinə qoymuş, bildirmişdir ki, şəxsi axtarışda bükümün özünə məxsus olmasını bildir. Bundan sonra üzərinə vəklinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçilmiş, şəxsi axtarış zamanı cibindən həmin bükümü təqdim etmişdir. Şirvan şəhər Polis şöbəsində onun deyil, Rafiq adlı şəxsin üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuş, həmin psixotrop maddənin onun üzərindən aşkar olunması kimi rəsmiləşdirilmişdir. Polis şöbəsində olarkən hədə-qorxu nəticəsində psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadələr verməyə məcbur edilmişdir. Videoçəkiliş aparılan zaman bu barədə vəkilinə bildirməmiş, həmin vaxt da təsir altında olmuşdur. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Narkotik vasitə və psixotrop maddə istifadə edir. 17 fevral 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı evin yaxınlığında olan dəmiryolunun yanında piyada gəzən zamanı yolda sellofan bükümün olduğunu görmüş, həmin bükümü yerdən götürmüş, bükümün içərsinə baxan zaman psixotrop maddə olan metamfetaminin olduğunu görmüş, həmin bükümü cibinə qoymuşdur. Həmin bükümdə olan psixotrop maddədən istifadə etməmişdir. 23 fevral 2024-cü il tarixdə saat 17 radələrində Şirvan şəhəri, X10 küçəsində piyada hərəktdə olduğum zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib üzərində narkotik və psixotrop maddə olması barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmiş, bir müddət sonra vəkil Müdafiəçi gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, üzərində psixotrop maddə olan metamfetaminin olduğunu bildirmiş, sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən “Argo” markalı siqareti və 27 manat pul çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərsində psixotrop maddə olan metamfetaminin olmasını bildirmişdir. Həmin büküm onun və şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə açıldıqda içərsində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Polis əməkdaşları ona həmin bükümü hardan əldə etdiyini soruşduqda həmin bükümü Şirvan şəhəri, X10 küçəsindən yerləşən dəmiryolunun yaxınlığından yerdən tapdığını bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə elektron tərəzidə çəkilmiş, həmin psixotrop maddənin 0,41 qram olduğu müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin 01 ədəd zərfdə qablaşdırılmış, zərfin ağzı möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərini imzalamışdırlar. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, lakin narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini 23 fevral 2024-cü il tarixdə Şirvan şəhəri, M.S.Ordubadi küçəsində yerləşən dəmiryolunun yaxınlığından yerdən tapdığını, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 23 fevral 2024-cü il tarixdə xidmətdə olarkən ünvan 1-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, X10 küçəsi, ev 4B-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri daşımaqla saxlaması barədə ona məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar o, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 və Təhqiqat bölməsinin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 23 fevral 2024-cü il tarixdə, saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, X10 küçəsinə getmişlər. Həmin küçədə olarkən saat 17 radələrində Təqsirləndirilən şəxs görmüşlər və barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etsinlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə o, onların polis əməkdaşı olduğunu görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmiş, vəkil Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm, həmin şalvarın sol yan cibindən 27 manat pul və 01 ədəd “Argo” markalı siqaret qutusunu təqdim etmiş, təqdim etdiyi bükümdə psixotrop maddə olan metamfetaminin olmasını, onu tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra zərfə qablaşdırılmış, bundan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da məlumat təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin NMQnun əməliyyat müvəkkili Şahid3 şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 iştirakının təmin edilməsi məqsədi ilə Şirvan şəhər Polis şöbəsinə müvafiq məktub göndərilməsinə baxmayaraq, məhkəmədə iştirakı təmin edilməmiş, məhkəməyə Şirvan şəhər Polis şöbəsindən daxil olmuş əmrin surətindən görünür ki, Şirvan şəhər Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 xx.xx.2024-cü il tarixdə tutma-götürmə qruplarının üzvləri təkmilləşdirmə kursunda iştirak etmək üçün DİN-nin BİTİ-nə bilavasitə tabe olan Xüsusi Təyinatlı Təlim Mərkəzinə ezam olunmuşdur. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, 23 fevral 2024-cü il tarixdə xidmətdə olarkən Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Hacqabul rayonu, Əliağa Vahid küçəsi, ev 45-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, X10 küçəsi ev 4B-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 və Təhqiqat bölməsinin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu təşkil olunmuş, 23 fevral 2023-cü il tarixdə, saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, X11 küçəsinə getmişlər. Həmin küçədə olarkən, saat 17 radələrində Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və daşınması barədə məlumat daxil olduğunu bildirib Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş, onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Təhqiat bölməsinə təhvil vermişdirlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da məlumat təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli ifadə vermiş, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə, saat 17 radələrində Şirvan şəhəri, X10 küçəsində tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs heç bir təziq göstərməmiş, Təqsirləndirilən şəxs tək saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm, qara rəngli idman şalvarının sol yan cibindən 27 manat pul və “Argo” markalı siqaret qutusu çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 23 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 17:36-da tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 3-16-16/2-18/212 nömrəli, 24 fevral 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,398 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ Siyahı). Metamfetaminin təmiz çəkisi - 0,398 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,348 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 24 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-yə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 24 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 25 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 25 fevral 2024-cü il tarixli, 4(032)-48/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 13 may 2024-cü il tarixli, 18-41/2-399/2024 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 45-də qeydiyyatda olmaqla Şirvan şəhəri, M.S.Ordubadi küçəsi, ev 4 B ünvanında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xx.xx.2017-ci il tarixindən qeydiyyatda dayanır; Cinayət işinə əlavə edilmiş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 215 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-253/2023 saylı hökmündən və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 5414-34 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 1(032)-253/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs təyin edilən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata durmadığı üçün cəza müddəti çəkilməmiş qalmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 17 may 2024cü il tarixli, 4(032)-118/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, yəni 23 iyun 2024-cü il tarixədək uzadılmışdır; Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizasının 03 may 2024cü il tarixli, 2919 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olduğundan ona narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmamalıdır. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1414 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “üzvi emosional-labil (astenik) pozuntu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittaham elan olunan əməl dövründə öz hərətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs “üzvi emosional-labil (astenik) pozuntu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmaq və özündən qondarma fikirlər söyləməyə meyl yaradan psixi pozuntu aşkar olunmur; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 24 fevral 2024-cü il tarixli, 99 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələlərində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmiş, lakin istintaqın sonlarına doğru özünü elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında izahatında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini, üstündən aşkar olunmuş pisxotrop maddə metamfetamini yaşadığı evin yaxınlığından keçən dəmir yolunun kənarından tapdığını və istifadə etmək üçün üzərində saxladığını, Şirvan şəhər Polis şöbəsində ona qarşı fiziki zorakılıq olmadığını və törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən vəsatətin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, məhkəmə-tibbi ekspertizasının 24 fevral 2024-cü il tarixli, 99 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı təsirin olması barədə ilkin olaraq bildirdikləri işin halları (işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu) və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təkzib olunur. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində Rafiq adlı şəxs ilə birlikdə saxlanılması, həmin şəxsin üzərində olan psixotrop maddənin cibinə qoyulması barədə bildirdiklərinə münasibətdə qeyd edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olub cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qonşusudur. 23 fevral 2024-cü il tarixdə saat təqribən 17 radələrində yaşadığı evin küçəsində dayanmış, Təqsirləndirilən şəxs küçə ilə getdiyini görmüş, Təqsirləndirilən şəxs bir neçə şəxsin yaxınlaşdığını görmüş, Təqsirləndirilən şəxs ilə həmin şəxslər bir müddət söhbət etmiş, sonra Təqsirləndirilən şəxs həmin şəxslərin avtomobilinə əyləşib getmişdir. Bir müddət sonra küçədə eşitmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları həbs etmişdir. Həmin günü Təqsirləndirilən şəxs nə üçün həbs edildiyini maraqlanmaq üçün Şirvan şəhər polis şöbəsinin qarşısına getmiş, polis şöbəsinin qapı postunda Təqsirləndirilən şəxs nə üçün gətirildiyini soruşmuş, oradan ona heç bir məlumat verməmişdirlər. Bir müddət Şirvan ŞPŞ-nin qapı postunda gözlədikdən sonra yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs nəyə görə həbs edildiyini bilməmişdir. Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, 23 fevral 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmadığını, Təqsirləndirilən şəxs həmin günü küçədə gördüyünü, Təqsirləndirilən şəxs ona şər atdığını bildirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlaması və onun həmin əməli törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, lakin digər qəsdən cinayət törətməyə görə barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasından nəticə çıxarmayaraq hazırki eyni xarakterli qəsdən cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki, yəni Şirvan şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(032)-253/2023 nömrəli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınıb qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,348 qram olan iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanıb 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,348 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-122/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-122/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver