Məhkəmə qərarları › İş №1(032)-124/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-124/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-124/2025 02.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:05-də Şirvan Şəhər Məhkəməsinin hakimi oğlunun sədrliyi, oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi1, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx.xx.2009-cu ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4-da qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2008-ci ildə Füzuli şəhərində anadan olmuş, subay, natamamorta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli şəhəri, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2009-cu ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 4B, mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışlar. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq vahid niyyətlə xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşməklə faəliyyət göstərməyən “Karvan” kafesinin həyətyanı sahəsinə giriş qapısını itələyib açmaqla qanunsuz daxil olaraq, kafenin arxa qapısında olan məftili açmaqla qanunsuz daxil olaraq kafenin iki otağının girşindəki 02 (iki) ədəd hər biri 0,9 x 210,0 sm ölçüdə hər biri 70 (yetmiş) manat dəyərində olmaqla ümumilikdə 140 manat dəyərində olan alüminium çərçivəli qapıları, bundan sonra həmin tarixdə saat 18 radələrində eyni niyyətlə və eyni üsulla həmin yerə qanunsuz daxil olaraq digər 3 otağın girişindəki 03 (üç) ədəd hər biri 0,9 x 210,0 sm ölçüdə hər biri 70 (yetmiş) manat dəyərində ümumilikdə 210 manat dəyərində olan alüminium çərçivəli qapıları çərçivəsindən çıxarmaqla gizli olaraq talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə aralarında bölərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla vahid niyyətlə oğurluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsiri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar və digər mötəbər və təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dostluq münasibətləri mövcuddur. Oğurluq hadisəsi baş verməmişdən öncə dostu Hakan ona məxsus moped ilə tanımadığı şəxsin avtomobili ilə toqquşmuş və nəticədə avtomobilə ziyan dəymişdir. Avtomobili ustaya aparmışlar və usta zəhmət haqqı olaraq 80 manat pul istəmişdir. Bundan sonra o, telefonunu satmaq qərarına gəlmiş, lakin sata bilməmişdir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində əvvəlcədən razılaşmaları üzrə Hakanın yaşadığı evin yaxınlığında Hakan və Bəxtiyarla görüşərək gəzməyə başlamışlar. Birlikdə söhbət edərək ətrafda gəzmişlər. Saat 16 radələrində Şirvan şəhər alüminium yol stansiyasının yaxınlığında, metal qəbulu məntəqəsinin arxasında olan bağlanmış “Karvan” adlı kafenin qapılarının açıq olduğunu görüb birlikdə içəridə nə olmasına baxmaq üçün oraya daxil olmuşlar. İçəri daxil olduqda içərinin dağınıq vəziyyətdə olmasını müşahidə etmişlər. Sonra bir az içəridə gəzdikdən sonra ağ rəngli iki ədəd qapı görmüşlər. Onlar gördükləri qapını sataraq rahat qazanc əldə edəcəklərini düşünmüş və buna görə həmin iki ədəd qapını oğurlayaraq aparıb metal qəbulu məntəqəsində satmaq qərarına gəlmişlər. Onlar qapıları üst-üstə qoyub hərəsi bir tərəfindən tutub çörək bişirmə sexinin yaxınlığında, Salyan yolunda olan tunelin yanında yerləşən metal qəbulu məntəqəsinə aparmışlar və qapıları ora təhvil vermişlər. Onlardan oğurluq olub-olmaması soruşulanda oğurluq olmadığını demişlər. Qapıları 28 manat müqabilində satmağa razılaşmışlar. Metal qəbulu məntəqəsində çalışan adını xatırlamadığı şəxs onlara pulunun olmamasını, axşam gəlib pulu götürmələrini bildirmişdir. Onlar bununla razılaşıb oradan uzaqlaşıb yenidən “Karvan” adlı kafenin daxilində gördükləri üç ədəd normal vəziyyətdə olan otaqların qapılarını oğurlamaq üçün geri dönmüşlər. Onlar üçü birlikdə üç ədəd qapıları yerindən çıxararaq yenə də üst üstə qoyub aparıb metal qəbulu məntəqəsinə vermək qərarına gəlmişlər. Təxminən saat 18 radələrində ikinci dəfə metal qəbulu məntəqəsinə çatmışlar. Apardıqları üç ədəd qapını 40 manata razılaşmışlar. Ümumilikdə metal qəbulu məntəqəsində onlara 68 manat pul verilmişdir. Həmin yerdən və yaxud başqa yerdən heç nə oğurlamamışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyib, onunla barışıq əldə etmişlər. Törətdikləri əməldən peşmandır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə dostluq edir, tez-tez görüşmüşlər. Oğurluq hadisəsi baş verməmişdən öncə o, dostu Həsənə məxsus moped ilə tanımadığı şəxsin avtomobili ilə toqquşmuş və nəticədə avtomobilə ziyan dəymişdir. Avtomobili ustaya aparmışlar və usta zəhmət haqqı olaraq 80 manat pul istəmişdir. Bundan sonra Həsən telefonunu satmaq qərarına gəlmiş, lakin sata bilməmişdir. 04 may 2025-ci il tarixdə saat 14 radələrində əvvəlcədən razılaşdıqları üzrə onun yaşadığı evin yaxınlığında görüşərək gəzməyə başlamışlar. Saat 16 radələrində Şirvan şəhər dəmir yol stansiyasının yaxınlığında, metal qəbulu məntəqəsinin arxasında olan bağlanmış “Karvan” adlı kafenin qapılarının açıq olduğunu görüb birlikdə içəridə nə olmasına baxmaq üçün oraya daxil olmuşlar. İçəri daxil olduqda içərinin dağınıq vəziyyətdə olmasını müşahidə etmişlər. Sonra bir az içəridə gəzdikdən sonra ağ rəngli 2 ədəd qapı görmüşlər. Onlar gördükləri qapını sataraq rahat qazanc əldə edəcəklərini düşünmüşlər. Buna görə həmin 2 ədəd qapını oğurlayıb metal qəbulu məntəqəsində satmaq qərarına gəlmişlər. Onlar qapıları üst-üstə qoyub hərəsi bir tərəfindən tutub çörək bişirmə sexinin yaxınlığında, Salyan yolunda olan tunelin yanında yerləşən metal qəbulu məntəqəsinə apararaq qapıları ora təhvil vermişlər. Onlardan oğurluq olub-olmaması soruşulan zaman oğurluq olmadığını demişlər. Qapıları 28 manat müqabilində satmağa razılaşmışlar. Metal qəbulu məntəqəsində çalışan adını xatırlamadığı şəxs onlara pulunun olmamasını, axşam gəlib pulu götürmələrini bildirmişdir. Onlar razılaşıb oradan uzaqlaşıb yenidən “Karvan” adlı kafenin daxilində gördükləri 3 ədəd normal vəziyyətdə olan otaqların qapılarının oğurlamaq üçün geri dönmüşlər. Onlar üçü birlikdə 3 ədəd qapıları yerindən çıxararaq yenə də üst üstə qoyub aparıb metal qəbulu məntəqəsinə vermək qərarına gəlmişlər. Təxminən saat 18 radələrində üçü birlikdə ikinci dəfə metal qəbulu məntəqəsinə çatmışlar. Apardıqları 3 ədəd qapını 40 manata razılaşmışlar. Ümumilikdə metal qəbulu məntəqəsində onlara 68 manat pul verilmişdir. Bundan başqa onlar həmin yerdən və yaxud başqa yerdən heç nə oğurlamamışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyib, onunla barışıq əldə etmişlər. Törətdikləri əməldən peşmandır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə dostluq etmiş, tez-tez görüşmüşlər. Oğurluq hadisəsi baş verməmişdən öncə Hakan Həsənə məxsus moped ilə tanımadığı şəxsin avtomobili ilə toqquşmuş və nəticədə avtomobilə ziyan dəymişdir. Avtomobili ustaya aparmışlar və usta zəhmət haqqı olaraq 80 manat pul istəmişdir. Bundan sonra Həsən telefonunu satmaq qərarına gəlmiş, lakin sata bilməmişdir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində əvvəlcədən razılaşmaları üzrə Hakanın yaşadığı evin yaxınlığında görüşərək gəzməyə başlamışlar. Saat 16 radələrində Şirvan şəhər dəmir yol stansiyasının yaxınlığında, metal qəbulu məntəqəsinin arxasında olan bağlanmış “Karvan” adlı kafenin qapılarının açıq olduğunu görüb birlikdə içəridə nə olmasına baxmaq üçün oraya daxil olmuşlar. İçəri daxil olduqda içərinin dağınıq vəziyyətdə olmasını müşahidə etmişlər. Sonra bir az içəridə gəzdikdən sonra ağ rəngli 2 ədəd qapı görmüşlər. Onlar gördükləri qapını sataraq rahat qazanc əldə edəcəklərini düşünmüş və buna görə həmin 2 ədəd qapını oğurlayaraq aparıb metal qəbulu məntəqəsində satmaq qərarına gəlmişlər. Onlar qapıları üst-üstə qoyub hərəsi bir tərəfindən tutub çörək bişirmə sexinin yaxınlığında, Salyan yolunda olan tunelin yanında yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Onlar qapıları ora təhvil vermişlər. Onlardan oğurluq olubolmaması soruşulanda oğurluq olmadığını demişlər. Qapıları 28 manat müqabilində satışına razılaşmışlar. Metal qəbulu məntəqəsində çalışan adını xatırlamadığı şəxs onlara pulunun olmamasını, axşam gəlib pulu götürmələrini bildirmişdir. Onlar bununla razılaşıb oradan uzaqlaşıb yenidən “Karvan” adlı kafenin daxilində gördükləri üç ədəd normal vəziyyətdə olan otaqların qapılarının oğurlamaq üçün geri dönmüşlər. Onlar üçü birlikdə üç ədəd qapıları yerindən çıxararaq yenə də üst üstə qoyub aparıb metal qəbulu məntəqəsinə vermək qərarına gəlmişlər. Təxminən saat 18 radələri üçü birlikdə ikinci dəfə metal qəbulu məntəqəsinə çatmışlar. Apardıqları 3 ədəd qapını 40 manata razılaşmışlar. Ümumilikdə metal qəbulu məntəqəsində onlara 68 manat pul verilmişdir. Həmin yerdən və yaxud başqa yerdən heç nə oğurlamamışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyib, onunla barışıq əldə etmişlər. Törətdikləri əməldən peşmandır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 17 ildir ki, Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində 5/19 ünvanında 0,00553 ha torpaq sahəsində 1 mərtəbəli qeyri yaşayış binası tikdirmiş və həmin obyekti “Karvan kafesi” kimi bir neçə illər istifadə etmişdir. Daha sonra müəyyən səbəblərdən kafeni 1 il olar ki bağlamış, heç bir fəaliyyət göstərməmişdir. Buna baxmayaraq hərdən bir kafeyə gedərək baş çəkmiş və hər şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 05 may 2025-ci il tarixdə bacısı oğlu Şahid2 onunla əlaqə saxlayaraq Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində 5/19 ünvanında yerləşən “Karvan” kafesində oğurluq hadisəsi baş verdiyini və otaqların 05 ədəd plastik qapısının oğurlandığını bildirmişdir. Onun səhhəti əl vermədiyi üçün Emindən onun yerinə ərizə ilə polisə müraciət etməsini xahiş etmişdir. Emin də onun adından polisə ərizə ilə müraciət etmişdir. Daha sonra isə Emin ona kafenin qapılarını oğurlamış şəxslərin polis tərəfindən müəyyən edildiyini bildirmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı oğurlanmış beş ədəd qapısının təxmini qiyməti 800 manat təşkil etmişdir. Hadisə nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Sonradan oğurluq hadisəsini törətmiş şəxslərin valideyinləri ona dəymiş ziyanı tam ödəmişlər. Buna görə də, o, hadisəni törətmiş şəxsləri bağışlamış, bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində 5/19 ünvanında 0,00553 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli Karvan kafesi dayısı Əlibalaya məxsusdur. Dayısı əvvəllər kafeni işlətsə də, təxminən 1 il olar ki, kafenin fəaliyyəti dayanmışdır. Əlibala səhhəti ilə əlaqədar olaraq kafeyə baş çəkə bilmədiyi üçün açarları ona vermişdir ki, hərdən kafeyə baş çəkib yoxlasın. 05 may 2025-ci il tarixdə Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində 5/19 ünvanında yerləşən “Karvan” kafesinə gedərək baş çəkən zaman kafenin otaqlarının qapılarının yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Bu barədə ilk olaraq dayısı Əlibalaya məlumat vermiş və sonuncu da ondan bu barədə polisə məlumat verməyini xahiş etmişdir. O da Şirvan ŞPŞyə gedərək bu barədə məlumat verib ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı oğurlanmış qapılar dayısı Əlibalaya məxsusdur. Daha sonra isə hadisənin törətmiş şəxslərin polis tərəfindən müəyyən edildiyini və qapıların aşkar edilərək götürülməsini öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, Şirvan şəhərində yerləşən, Daş bazarının yaxınlığında olan metal qəbulu məntəqəsində fəhlə kimi çalışır. Həmin metal qəbulu məntəqəsini X7 işlətmişdir. X7 metal qəbulu məntəqəsində olmadıqda atası Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs1 mərhum atasının yanında gördüyü üçün tanımışdır. Atası gəlib çalışdığı yerdən kauçuk materiallar almışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxsləri daha öncə tanımamışdır. 04 may 2025-ci il tarixdə dəmir qəbulu məntəqəsində tək olarkən saat 17 radələrində Həsən adları ona daha sonra məlum olan Hakan və Bəxtiyar əllərində 2 ədəd orta hissələri sökülmüş Alüminium materiallı ağ rəngli qapılar gətirmişlər. O, qapıları haradan aldıqlarını sual edib birdən oğurluq olar demişdir. Həsən ona cavabında evdə söküntü işləri gördüklərini və işlədikləri evdən ev sahibinin icazəsi ilə götürdüklərini bildirmişdir. Qapıları 28 manat müqabilində alacağına razılaşmışlar. O, hazırda pulunun olmamasını, axşam gəlib pulu götürmələrini demişdir. Həsən, Hakan və Bəxtiyar razılaşıb oradan uzaqlaşıb getmişlər. Bir müddət sonra təxminən saat 18 radələrində Həsən, Hakan və Bəxtiyar birlikdə 3 ədəd Alüminium materiallı ağ rəngli qapılar gətirmişlər. Ümumilikdə həmin 3 ədəd qapıları 40 manata razılaşmışlar. Bütövlükdə 68 manat pulu Həsənə sayaraq vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid3 həmin ifadəsində göstəmişdir ki, təxminən 2 il olar ki, Şirvan şəhərində yerləşən, Daş bazarının yaxınlığında olan metal qəbulu məntəqəsi ona məxsusdur. Şahid1 fəhlə kimi yanında heç bir rəsmi sənəd olmadan çalışmışdır. Metal qəbulu məntəqəsinin qanuna uyğun formada fəaliyyət göstərməsi üçün sənədləri mövcuddur. xx.xx.2025-ci il tarixdə axşam saat 20 radələrində metal qəbulu məntəqəsinə gələrkən qapıların alındığını, polis əməkdaşının yaxınlaşaraq göstərilən alüminium materiallı qapıların yaxınlıqda olan istifadəsiz “Karvan”” restoranından oğurlandığını bildirmişlər. Şahid1 başqa metal qəbulu məntəqəsində heç kim işləməmişdir. Vasif Əmənov hərdən metal qəbulu məntəqəsinə gələrək oturub getmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 05 may 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində yerləşən, 5/19 nömrəli, 2 girişli, 1 mərtəbəli “Karvan” kafesində baş vermişdir. 05 may 2025-ci il tarixli “Təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Şahid1 xx.xx.2025-ci il tarixdə işlədiyi metal qəbulu məntəqəsində olan zaman aldığı 05 ədəd kənarları alüminium materialdan hazırlanmış plastik qapıları könüllü olaraq istintaqa təqdim etmişdir. 18 iyun 2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 hadisə yerində ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, əyani olaraq törətmiş olduğu oğurluq hadisəsini necə və hansı qaydada törətdiyini göstərmişdir. 18 iyun 2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 hadisə yerində ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, əyani olaraq törətmiş olduğu oğurluq hadisəsi necə və hansı qaydada törətdiyini göstərmişdir. 18 iyun 2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 hadisə yerində ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, əyani olaraq törətmiş olduğu oğurluq hadisəsi necə və hansı qaydada törətdiyini göstərmişdir. 24 iyul 2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 06 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 06 may 2025-ci il tarixli yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Daşınar əmlakın qiymətləndirilməsinə dair 19 iyun 2025-ci il tarixli SEM/İ-01- 006/2005 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, 05 ədəd 0,9x210,0 ölçüdə kənarları alüminium |materialdan orta hissələri plastik örtüklü qapıların 01 ədədinin qiyməti 70 manat olmaqla, 05 ədədinin 04 may 2025-ci il tarixə satış qiyməti 350,0 (üç yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 161137/2025 nömrəli məktubundan görünür ki, Nazirliyin müvafiq informasiya sistemlərində xx.xx.2009-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 hər hansı növ pensiya, sosial müavinət və ya təqaüdün ödənilməsinə dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 162281/2025 nömrəli məktubundan görünür ki, Nazirliyin müvafiq informasiya sistemlərində olan məlumatlara əsasən məktubda adı qeyd olunmuş xx.xx.2009-cu il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs3 hazırda hər hansı növ pensiya, sosial müavinət və ya təqaüdün ödənilməsinə dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 162283/2025 nömrəli məktubundan görünür ki, Nazirliyin müvafiq informasiya sistemlərində vətəndaş Təqsirləndirilən şəxs2 ailə başçısı itirməyə görə sosial müavinət ödənilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 iyun 2025-ci il tarixdə verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında, Təqsirləndirilən şəxs2 ünvan 5 Təqsirləndirilən şəxs3 ünvan 6nda qeydiyyatdadırlar. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamələrdə göstərilir ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onların barəsində yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X8 20 iyun 2025-ci il tarixli və 23 iyun 2025-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş şahidin istintaq mərhələsində verdiyi ifadəsinin məhkəmədə dindirilmiş şahidlərin ifadəsi ilə mahiyyətcə uyğun və eyni məzmunlu olduğunu bildirmişdir. AR CMP-in 337.1.1-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinlədikdən sonra ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin edə bilər. İş materiallarının araşdırılmasından müəyyən olunur ki: • Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə verdikləri ifadələrində onlara elan olunmuş ittiham üzrə əməllərini tam etiraf etmişdir; • Məhkəmədə dindirilmiş şahidlərin ifadəsi ilə istintaq zamanı ifadə vermiş, lakin məhkəmə iclasına gəlməyən şahidin ifadəsi mahiyyətcə üst-üstə düşür, hadisənin eyni faktiki halları təsdiqlənir; Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və əlavə şahidin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.1 və 337.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq, dövlət ittihamçısının verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Oğurluq cinayəti törədilərkən zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakın onun mülkiyyətindən yaxud sahibliyindən çıxdığını bilmir və ya təqsirkar həmin əmlakı zərərçəkmişdən xəbərsiz, gizli şəkildə ələ keçirdiyini güman edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışlar. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetirilir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxslərin əməlinin cinayət qanununun müvafiq maddələri əsasında onlara ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxslərin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən, cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərin təqsiri məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlar, sənədlər və zərərçəkmiş şəxs və şahid ifadələrinin məcmusunda öz təsdiqini tapan təqsirləndirilən şəxslərin etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə islah olunmasına kömək edən qanundan irəli gələn vəzifələr qoyulur. CM-nin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətmələri CM-nin 59.1.2-ci, törətdikləri əməldən peşmanlıq hissi keçirmələri, özlərinə və hərəkətlərinə tənqidi münasibət göstərmələri Azərbaycan Respublikası CM-in 59.2-ci və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyib, onunla barışmaları CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin yuxarıda sadalanan obyektiv halları, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yetkinlik yaşına çatmadan ilk dəfə cinayət törətmələrini və onların islah olunmalı şəxs olmasını, cəzanın yüngülləşdirici hallarını və ağırlaşdıran halların olmamasını, cəzanın məqsədini, təqsirləndirilən şəxslərə tətbiq olunacaq cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olması hallarını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan xüsusatları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərlərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzalarının əvvəli Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 05 ədəd kənarları alüminium, orta hissələri plastik örtüklü materialdan hazırlanmış qapıların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Şirvan şəhəri və Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs3 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 05 ədəd kənarları alüminium, orta hissələri plastik örtüklü materialdan hazırlanmış qapıların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar