Məhkəmə qərarları › İş №1(032)-125/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-125/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-125/2025 17.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:21-də Şirvan Şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 3 ünvanında yaşayan, Türkiyə Respublikası vətəndaşı X1 qızı X3 Respublikasının Ərzurum şəhərində yerləşən “Ərzurum Texniki Universiteti”nə qəbul edilməsi üçün yalan vəd verərək bunun qarşılığında Sedat Agüloğludan vahid niyyətlə əhatə olunan qəsdlə 08 fevral 2024-cü il tarixdə saat 22:21-də 900 (doqquz yüz) manat pulu "xxxx" ASC-yə aid “4098 58** **** 6193” nömrəli “Leobank” kartı hesabına köçürülməsi vasitəsilə, 31 may 2024-cü il tarixdə saat 15:46-da 450 (dörd yüz əlli) manat pulu "xxxx" ASC-yə aid “4169 73** **** 1078” nömrəli bank kartı hesabına köçürülməsi vasitəsilə və 06 iyun 2024-cü il tarixdə saat 15:50-də 900 (doqquz yüz) manat pulu "xxxx" ASC-yə aid “4169 73** **** 1078” nömrəli bank kartı hesabına ünvan 3 ünvanından köçürülməsi vasitəsilə alıb həmin pulu ələ keçirməklə zərərçəkmiş şəxs X2 ümumilikdə 2250 (iki min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X6 şəhər sakini kimi tanımış, əvvəllər sonuncu ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən 2024-cü ilin fevral ayının əvvəllərində Sedat onun yaşadığı evə gələrək qızının təhsil alması üçün Türkiyə Respublikasına göndərmək istədiyini deyib bu məsələdə ona köməklik etməsini xahiş etmiş, qızının 11 illik attestat imtahanında iştirak etdikdən sonra sənədlərini də təqdim edəcəyini bildirmişdir. O, Sedata qızının Türkiyə Respublikasında universitetə qəbul məsələsini həll edəcəyi barədə söz vermiş, lakin Sedatın qızı imtahana gecikdiyi üçün iştirak edə bilməmiş və bu səbəbdən attestatını əldə edə bilməmişdir. Buna görə də Sedatın qızının universitetə qəbul edilməsi mümkün olmamışdır. Yəni, Sedatın qızının universitetə qəbul edilməməsinin səbəbi attestat ala bilməməsi olmuşdur. Sedat qızının universitetə qəbul edilməsi üçün onun bank kartı hesabına 2250 manat pul göndərmişdir. O həmin pulun 900 manatını qəbul haqqı kimi almış, 450 manatını üç aylıq kurs üçün alıb ödənişi kursa etmiş, sonda isə 900 manat pulu təhsil haqqı kimi almışdır. Sedat, qızının attestatını ona təqdim edə bilmədiyi üçün universitetə qəbulu mümkün olmamışdır. Bundan sonra Sedat ondan ödənişini geri qaytarmasını tələb etmiş, o isə Sedatı Bakı şəhərinə dəvət edib 30 iş günü müddətində ödənişi geri qaytarması barədə vəd vermişdir. Təxminən 2025-ci ilin yanvar ayında Sedatın bank kartı hesabına 500 manat pul göndərmişdir. Lakin xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmiş və Sedat ilə əlaqə saxlaya bilməmişdir. Buna baxmayaraq o, həbsdə olduğu müddətdə dostu vasitəsilə Sedata qalan borcunu tamamilə ödəmişdir. Onun Sedatı aldatmaq fikri olmamış, sonuncunun qızının universitetə qəbul olması onların öz günahına görə olmuşdur. Hazırda zərərçəkmiş şəxs Sedat Agüloğluna dəymiş ziyanı ödəmiş və aralarında barışıq əldə olunmuşdur. X2 pulunun qaytarması barədə vəd vermiş olsa da, barəsində aparılan məhkəmə işləri ilə bağlı imkan etməmiş və ödənişlərini etməmişdir. Habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs pulun universitetə qəbul üçün alınmasını bildirmiş olsa da, tələbə qəbulunun həyata keçirilmədiyi halda uzun müddət ərzində əgər əməkdaşlıq etmiş olduğu təqdirdə əməkdaşlıq etdiyi universitetdən pulun qaytarılmasına dair tədbirləri görmədiyini əsaslandıra bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən X4 bildirmişdir ki, 2023cü ilin avqust ayında qızı Xədicənin Türkiyə Respublikasında yerləşən universitetə qəbul olunmasını istəmişdir. Buna görə də vasitələr axtarmağa başlamışdır. Əvvələr tanıdığı Təqsirləndirilən şəxs zəng vurub bildirmişdir ki, “qızı Xədicənin universitetə qəbul olunmasını istəyir”. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “Bakı şəhərinə gəl, danışarıq”. O, Təqsirləndirilən şəxs ilə görüşmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Xətai rayonunda yerləşən “Azure park “kompleksində görüşmüşür. Təqsirləndirilən şəxs övladı Xədicənin universitetə qəbul olunmasını və buna görə ona köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “qızın Xədicənin Türkiyə Respublikasında yerləşən “Ərzurum Universiteti”nə qəbul edilməsini həll edərəm, bunun qarşılığında isə 1800 manat pul lazımdır və həmin pulu hissə-hissə ödəyə bilərsən”. O da Ceyhunla razılaşmış və bundan sonra Ceyhun ona bildirmişdir ki, “övladının universitetə qəbul olması üçün Azərbaycan Respublikasında yerləşən müəyyən kurslardan keçməlidir, bunun üçün əlavə 450 manat da pul lazımdır”. O, Ceyhunla razılaşmış və sonuncu ona universitetin ödənişlərini 2024-cü ilin əvvəllərində ödəyəcəyini bildimişdir. Bundan sonra Şirvan şəhərinə qayıtmışdır. 08 fevral 2025-ci il tarixdə Ceyhun ona zəng vurub qızının universitetə qəbul olunması üçün ödənişi ödəməsini bildirmişdir. O da Ceyhunla razılaşmış və sonuncu ona bank kartı hesabının şəklini göndərmişdir. Qızının universitetə qəbul edilməsi üçün yaşadığı evdən mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs 900 manat, 450 manat və 900 manat olmaqla ümumilikdə 2250 manat pul göndərmiş və həmin bank əməliyyatı qəbzlərinin şəklini Ceyhuna göndərmişdir. O, Ceyhunla danışarkən qızının nə vaxt universitetə gedəcəyini soruşmuş, sonuncu isə ona “qızın 15 sentyabr 2024-cü il tarixdə universitetə gedəcək” demişdir. 15 sentyabr 2024-cü il tarixdə o, Ceyhuna zəng vurub “qızımı nə üçün universitetə dərsə çağırmırlar” deyə soruşmuş, sonuncu isə həmin vaxt müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, hər dəfə Ceyhuna zəng vurub qızının nə zaman dərsə gedəcəyini soruşduqda sonuncu müxtəlif bəhanələr gətirmişdir. Sonradan isə Ceyhuna dəfələrlə zəng vursa da sonuncu onun zənglərinə cavab verməmişdir. O, Ceyhunun Bakı şəhərində yerləşən ofisinə getmiş, lakin onunla görüşə bilməmişdir. 2025ci ilin yanvar ayında Ceyhun onun bank kartı hesabına 500 (beş yüz) manat pul göndərmişdir. O, Ceyhuna dəfələrlə zəng vursa da zənglərinə cavab verməmiş, buna görə Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və aralarında barışıq əldə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: İş materiallarında olan şəxsin 01 mart 2025-ci il tarixli şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan 26 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 27 iyun 2025-ci il tarixli üzləşdirmə aparılması haqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş və övadının universitetə qəbul edilməsi üçün Təqsirləndirilən şəxs kart hesabına 900 manat, 450 manat, 900 manat hissə-hissə olmaqla ümumilikdə 2250 manat pul köçürdüyünü, sonuncunun isə vədinə əməl etmədiyini bildirmişdir. O cümlədən Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiyi xüsusatları yenidən təsdiq edərək Sedat Agüloğlunun üzünə qarşı söyləmiş və Sedatın övladının universitetə qəbul edilməsi üçün sonuncudan pul aldığını, lakin övladının attestasiyada iştirak etmədiyi üçün universitetə qəbul olmadığını bildirmişdir.Zərərçəkmiş şəxs Ceyhunun ondan pulu hər hansı şərtlə deyil, yəni attestat veriləcəyi təqdirdə deyil, məhz heç bir sənəd təqdim etmədən universitetə qəbul edəcəyinə dair vəd verdiyini bildirmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 29, 32.3, 321.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 32.3, 321.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsində xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə AR CPM-in 40.3-cü maddəsinə əsasən AR CM-in 73.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla xitam verilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə “azadlıqdan məhrum etmə” cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai RPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə istinaqı aparılan cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində Sabirabad RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.3 və 178.2.4-cü maddələri ilə istinaqı aparılan cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 1(056)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1,178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinə əlavə edilmiş və zərərçəkmiş şəxs X4 tərəfindən təqdim edilən ********* nömrəli bank qəbzinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:21-də 4098 58** **** 6193 nömrəli kart hesabına 900 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş və zərərçəkmiş şəxs X4 tərəfindən təqdim edilən **********0 nömrəli bank qəbzinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:46da 4169 73** **** 1078 nömrəli kart hesabına 450 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş və zərərçəkmiş şəxs X4 tərəfindən təqdim edilən ********* nömrəli bank qəbzinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:50-də 4169 73** **** 1078 nömrəli kart hesabına 900 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş 29 iyul 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli HTİD-OUT-03613-2025 nömrəli məktubu ilə daxil olmuş və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 58** **** 6193 nömrəli bank kartının çıxarışlarını özündə əks etdirən bir ədəd diskə 29 iyul 2025-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı məüyyən edilmişdir ki, həmin bank hesabı xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olmuş və həmin hesaba xx.xx.2024-cü il tarixdə saat 22:21-də "xxxx" ASC-nin “Birbank” mobil tətbiqi ilə 900 AZN məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, X4 notarial qaydada ərizə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Ona dəyən maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Nəzərə alınmağını xahiş edir. İş materiallarında olan 08 iyul 2025-ci il tarixli Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in 11 iyul 2025-cü il tarixli 18-1-35/2-871/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalətvə humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. AR Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.1-ci maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Bu baxımdan, talama cinayətlərinin predmetini istehlak dəyərinə malik olan istənilən maddi-əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul təşkil edə bilər. Talama cinayətləri fəal hərəkətlə törədilir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır. Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Qeyd:

1. Şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Maddə 73-1. Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə 73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189- 1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmənin mövqeyi-əmələ hüquqi qiymətlə bağlı Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdür. Cinayət işinə əlavə edilmiş bank çıxarışları, köçürmə sənədləri, habelə həyata keçirilmiş mədaxil əməliyyatlarına dair sənədlər istintaq zamanı və məhkəmə baxışı zamanı tədqiq edilmiş, göstərilən məbləğlərin təqsirləndirilən şəxsə məxsus hesabda toplanması sübut edilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilən sübutlar təqsirləndirilən şəxsin ittihamda göstərilən cinayət əməlini törətdiyini təsdiq edən, CM-nin 145-ci maddəsinin tələblərinə uyğun etibarlı, mənbə baxımından etiraza səbəb olmayan, bir-birini tamamlayan və məntiqi ardıcıllıqla ümumi mənzərəni yaradan sübutlar sistemidir. Sübutların məcmusu əsasında cinayət əməli tam sübut olunmuş hesab edilir. Təqsirləndirilən şəxs zərərçəkmişin ehtiyac və arzularından xəbərdar olaraq, əvvəlcədən formalaşmış niyyətlə ona qarşı inam və etibar yaratmış, əsassız və gerçəkliyi olmayan vədlər verməklə, bu yalan vədlər əsasında zərərçəkmiş şəxsi aldadaraq və onun etibarından sui-istifadə etməklə ümumilikdə 2250 manat pul vəsaitini – ələ keçirmiş, sonradan verdiyi öhdəlikləri yerinə yetirməmiş, əmlakı şəxsi məqsədlərinə xərcləmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində göstərildiyi kimi, həmin Məcəllənin178.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş məbləğin 2250 manat olması bu maddədə nəzərdə tutulmuş maddi meyarın mövcudluğunu göstərir. Məhkəmə, eyni zamanda, nəzərə alır ki, bu cinayət özgənin mülkiyyət hüququna qəsd olmaqla bərabər, həm də cəmiyyətin hüquqi etimad münasibətlərinə, şəffaflığa və qarşılıqlı güvən mühitinə zərbə vurur. Belə əməllərin ictimai təhlükəlilik dərəcəsi yalnız maddi ziyanın miqdarı ilə deyil, həm də cəmiyyətin hüquqi təhlükəsizliyinə vurduğu zərərin dərinliyi ilə ölçülür. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs öz cinayət əməllərini yalnız aldatma və etibar istismarı yolu ilə deyil, həm də bu vədləri çoxsaylı təkrar müraciətlərlə, psixoloji təzyiq elementi daşıyan təcili pul tələbləri ilə müşayiət etmiş, nəticədə zərərçəkmiş şəxsin iradəsini zəiflətmiş və onu qeyri-obyektiv vəziyyətə salaraq öz niyyətlərini həyata keçirmişdir. Bu hallar təqsirləndirilən şəxsin hərəkətlərində xüsusilə planlılıq və manipulyasiya elementlərinin olduğunu göstərir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə və digər aidiyyəti hüquqi normalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun təqsirli bilinməsi üçün zəruri olan bütün hüquqi və faktiki əsasları təşkil edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə gəldiyi nəticələrlə yuxarıda təsvir olunan hüquq normalarının dispozitiv şərtlərini qarşılıqlı təhlil edərək qənaətə gəlir ki, Təqsirləndirilən şəxs subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında özgə əmlakını ələ keçirmək niyyətində olaraq bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və həqiqi məlumatların gizlədilməsi üsulu kimi aldadaraq və əmlakı ələ keçirmək məqsədi güdən şəxs olaraq əmlaka sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə etməklə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Sedat Agüloğluna onun qızının Türkiyə Respublikasında yerləşən universitetə qəbul olunmasını təmin edəcəyi barədə həqiqətə uyğun olmayan vədlər vermiş, həmin vədlərin təsiri altında zərərçəkmişin bank kartı hesablarından ümumilikdə 2250 manat məbləğində pul vəsaitini öz hesabına köçürtdürmüşdür. Bu vəsait təqsirləndirilən şəxs tərəfindən real olaraq övladın təhsilinə yönəldilməmiş, müxtəlif bəhanələrlə geri qaytarılması da uzun müddət yubadılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarına əsasən, dələduzluq əməli o halda mövcud hesab edilir ki, şəxs əmlakı əldə edərkən hər hansı öhdəliyi icra etmək niyyəti daşımır, əksinə həmin əmlakı qanunsuz olaraq mənimsəmək məqsədini güdür. İş materiallarında müəyyən edildiyi kimi, təqsirləndirilən şəxsin niyyəti əmlakın qanunsuz ələ keçirilməsinə yönəlmişdir. Deməli, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş 2250 manat ziyanı tam şəkildə ödəmış, zərərçəkmiş notarial qaydada ərizə verərək heç bir iddia və tələbinin qalmadığını, gələcəkdə də olmayacağını bəyan etmişdir. Bununla tərəflər arasında barışıq əldə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə görə, şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdə, zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilə bilər. Lakin eyni zamanda CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs 72–74-1-ci maddələr əsasında cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilər. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Bakı şəhəri Səbail rayon Polis İdarəsində xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə AR CPM-in 40.3-cü maddəsinə əsasən AR CM-in 73.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla xitam verilmişdir. Deməli, hazırkı iş üzrə barışıq faktı mövcud olsa da, qanunun məhdudiyyətinə görə, təqsirləndirilən şəxs ikinci dəfə bu əsasla məsuliyyətdən azad edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs zərəri tam ödəsə də və zərərçəkmişlə barışıq əldə olunsa da, CM-nin 72-ci maddəsinin qeyd hissəsi cinayət məsuliyyətindən azad edilməni yalnız bir dəfə mümkün sayır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlini barışıq əsasında cinayət məsuliyyətindən azad etmə imkanı yoxdur və o, törətdiyi cinayət əməli üzrə məsuliyyət daşımalıdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cəza məsələsini dair məhkəmənin istinad etdiyi hüquq normaları: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir; CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıb, ona dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13cü maddələrinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmənin mövqeyi: Araşdırma zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs öz şəxsi tamah niyyəti ilə, ictimai münasibətlərdə etibar və inam mühitindən sui-istifadə etməklə, ardıcıl və planlı hərəkətlərlə zərərçəkmiş şəxsin əmlakını ələ keçirmiş, cəmiyyətin hüquqi təhlükəsizliyinə, fərdlərarası qarşılıqlı etimad münasibətlərinə ciddi zərbə vurmuşdur. O, əvvəllər məhkum olunmasına, daha əvvəl də eyni növ cinayət – dələduzluq əməlinə görə məsuliyyətə cəlb edilməsinə baxmayaraq, əvvəlki cəzanın islahedici təsirini qəbul etməmiş, yenidən oxşar cinayət törətmişdir. Məhkəmə bu halları nəzərə alaraq qeyd edir ki, cinayət əməlində ictimai təhlükəlilik sadəcə vurulmuş maddi ziyanla ölçülmür, həm də hüquqi münasibətlər sistemində etimadın zədələnməsi ilə, cəmiyyətin hüquqi mühitinə olan inamın sarsıdılması ilə ölçülür. Belə cinayətlər hüquqi dövlətin fundamental dayaqlarından biri olan vətəndaşlar arasında hüquqi təhlükəsizlik və qarşılıqlı inam prinsipinə zərbə vurur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədləri sırasında yalnız sosial ədalətin bərpası deyil, həmçinin təqsirkar şəxsin islah olunması və başqaları tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması da durur. Bu baxımdan, cəzanın ictimai profilaktik təsiri, gələcəkdə bu növ əməllərin qarşısının alınması baxımından ictimai siqnal və preventiv funksiya daşıması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıb, ona dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Bununla belə, onun əvvəllər eyni növdən olan cinayətlər törətməsi onu göstərir ki, təqsirləndirilən şəxs əvvəlki cəzanın hüquqi və tərbiyəvi təsirini dərk etməmiş, bu da cinayət məsuliyyətinə cəlbetmə zərurətini artırır. Məhkəmə ağırlaşdırıcı hallar müəyyən etməmiş, lakin əvvəlki eyni xarakterli məhkumluğu, planlı və uzunmüddətli niyyətin mövcudluğu, vəsaitin tam şəkildə mənimsənilməsi, eləcə də cəmiyyət üçün nüfuzlu etibar mühitindən sui-istifadə edilməsi hallarını nəzərə alaraq, ictimai təhlükəliliyin yüksək səviyyədə olduğunu müəyyən etmiş və bu baxımdan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini zəruri hesab etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına və 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarına əsasən məhkəmələr cəza təyin edərkən fərdi yanaşma, ədalətlilik, cinayət və şəxsiyyətin təhlili, cəmiyyətin və zərərçəkmişin maraqlarının qorunması prinsiplərini rəhbər tutmalıdır. Cəzanın növü və miqdarı cəmiyyətə ötürüləcək hüquqi siqnal baxımından da mühüm əhəmiyyət daşıyır. Bu iş üzrə, azadlıqdan məhrum etmədən fərqli cəza təyin edilməsinin nə təqsirləndirilən şəxsin islahına, nə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınmasına yönəlik təsir gücü olmadığı qənaətinə gəlinmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi zəruridir.

Beləliklə iş üzrə obyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 avqust 2023-cü il tarixdə həbsdə olduğu 01 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəzasını Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-24/2025 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 58** **** 6193 nömrəli bank kartının çıxarışlarını özündə əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə həbsdə olduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-24/2025 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 58** **** 6193 nömrəli bank kartının çıxarışlarını özündə əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar