Məhkəmə qərarları › İş №1(032)-126/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-126/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-126/2023 13.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X5 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1977-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 11 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində Şirvan şəhərinin Vidadi küçəsində olarkən, həmin küçədə örüş sahəsində otlayan Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlardan oğurlamaq qərarına gələrək, ətrafda heç kimin olmamasından əmin olduqdan sonra örüş sahəsindəki zərər çəkmiş şəxsin qiymətləndirməsinə əsasən diri çəkisi 30 kiloqram olmaqla 250 manat dəyərində bir baş erkək qoyunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 13 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Şirvan şəhərinin Vidadi küçəsində olarkən, həmin küçədə örüş sahəsində otlayan Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlardan oğurlamaq qərarına gələrək, ətrafda heç kimin olmamasından əmin olduqdan sonra örüş sahəsindəki zərər çəkmiş şəxsin qiymətləndirməsinə əsasən diri çəkisi 25 kiloqram olmaqla 270 manat dəyərində bir baş dişi qoyunu və diri çəkisi 22 kiloqram olmaqla 230 manat dəyərində bir baş dişi qoyunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 16 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Şirvan şəhərinin Vidadi küçəsində olarkən, həmin küçədə örüş sahəsində otlayan Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlardan oğurlamaq qərarına gələrək, ətrafda heç kimin olmamasından əmin olduqdan sonra örüş sahəsindəki zərər çəkmiş şəxsin qiymətləndirməsinə əsasən diri çəkisi 23 kiloqram olmaqla 300 manat dəyərində bir baş dişi qoyunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 18 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Şirvan şəhərinin Vidadi küçəsində olarkən, həmin küçədə örüş sahəsində otlayan Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlardan oğurlamaq qərarına gələrək, ətrafda heç kimin olmamasından əmin olduqdan sonra örüş sahəsindəki zərər çəkmiş şəxsin qiymətləndirməsinə əsasən hər birinin diri çəkisi 20 kiloqram olmaqla hər biri 250 manat dəyərində iki baş dişi qoyunları gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,699 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 fevral 2023-cü il tarixdə, saat 14:10 radələrində Şirvan şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 1,699 qram çəkidə narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etmədi, onlardan imtina etdi və bildirdi ki, narkotik vasitə olan heroindən istifadə etsə də 21 fevral 2023-cü il tarixdə polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, həmin vaxt üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində olarkən hədə-qorxu nəticəsində narkotik vasitənin ona məxsus olması və oğurluq əməli törətməsi barədə etirafedici ifadələr verməyə məcbur edilmiş, əks halda külli miqdarda narkotik vasitə ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Qorxduğu üçün razılaşmışdır. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə edir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra da narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. Narkotik vasitəni isə hər dəfə yerdən tapmış və istifadə etmişdir. 2022-ci ilin sentyabr ayında maddi vəziyyətində çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Şirvan şəhəri Vidadi küçəsində olduğu zaman orada örüş sahəsində qoyunların otladığını görmüş, həmin qoyunları oğurlamaq qərarına gəlmişdir. Qoyunlar örüş sahəsində olan zaman ətrafda bəzən heç kim olmamışdır. 11 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində Vidadi küçəsinə getmişdir. Həmin küçədə yerləşən otlaq sahəsinin yaxınlığında bir qədər gözləmiş və heç kimin olmadığına əmin olduqdan sonra otlaq sahəsində otlayan 1 baş qoyunu tutmuşdur. Həmin qoyunun ayaqlarını özü ilə apardığı ip ilə bağlamışdır. Sonra həmin qoyunu otlaq sahəsindən bir qədər kənara aparmışdır. Sonra Vidadi küçəsindən “Sevr” yolu deyilən əraziyə çıxmışdır. Yolun kənarında dayanmışdır. Həmin vaxt yol ilə keçən avtomobillərə əl etmiş, avtomobilini saxlayan şəxslərə bildirmişdir ki, qoyun satır. Bir neçə avtomobilin sürücüsü qoyuna baxıb qiymətini soruşsa da qoyunu almamışdır. Bir müddət sonra yol ilə gedən “Niva” markalı avtomobilin sürücüsü avtomobilini onun yanında saxlamış, qoyunu neçəyə satdığını soruşduqda, həmin şəxsə bildirmişdir ki, qoyunu 60 manata satır. Həmin şəxs onunla razılaşmış və ona 60 manat pul vermişdir. Qoyunu həmin şəxsə vermişdir. Daha sonra yaşadığı evə getmiş, 60 manat pulu maddi xərclərinə vermişdir. 13 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində yenidən Vidadi küçəsinə getmişdir. Örüş sahəsində qoyunların otladığını görmüş, həmin vaxt örüş sahəsində təqribən 20-25 baş qoyun olmuşdur. Ətrafda heç kimin olmadığından istifadə edərək, qoyunların ikisini tutmuşdur. Həmin qoyunların ayaqlarını bağlamışdır. Sonra həmin qoyunları “Sever” yolu deyilən əraziyə aparmışdır. Qoyunları yolun kənarına qoymuşdur. Həmin vaxt yol ilə keçən “Vaz 2106” markalı avtomobilin sürücüsü avtomobilini onun yanında saxlamışdır. Qoyunları neçəyə satdığını soruşmuşdur. Həmin şəxsə bildirmişdir ki, 2 baş qoyunu 100 manata satır. Həmin şəxs ona 100 manat pul vermişdir. Qoyunları həmin şəxsə vermişdir. 100 manat pulu maddi ehtiyaclarına xərcləmişdir. 16 sentyabr 2022-ci il tarixdə yenidən Vidadi küçəsinə getmiş, örüş sahəsində qoyunların otladığını görmüşdür. Qərara gəlmişdir ki, həmin qoyunlardan oğurlasın. Həmin vaxt ətrafda heç kim olmamışdır. Bundan istifadə edərək, qoyunun birini tutmuş, özü ilə apardığı ip ilə qoyunun ayağını bağlamışdır. Sonra əvvəlki kimi qoyunu “Sever” yolu deyilən əraziyə aparmış, yolun kənarında dayanmışdır. Avtomobillərə əl etmiş, həmin vaxt yol ilə keçən “Mercedes” markalı avtomobil onun yanında saxlamışdır. Qoyunu satdığını bildirmişdir. Ondan qoyunun qiymətini soruşmuş, qoyunu 60 manata satdığını bildirmişdir. Həmin şəxs ona 60 manat pul vermişdir. Qoyunu həmin şəxsə satmış, sonra yaşadığı evə getmişdir. 60 manat pulu maddi ehtiyaclarına xərcləmişdir. 18 sentyabr 2022-ci il tarixdə yenidən Şirvan şəhəri, Vidadi küçəsində yerləşən örüş sahəsinə getmişdir. Örüş sahəsində qoyunların otladığını görmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. O, 2 baş qoyunu tutmuş, qoyunların ayaqlarını bağlamışdır. Həmin qoyunları “Sever” yolu deyilən əraziyə aparmışdır. Yolun kənarında avtomobillərə əl etmişdir. Həmin vaxt yol ilə keçən “Qazel” markalı avtomobilin sürücüsü avomobilini onun yanında saxlamışdır. Qoyunları neçəyə satdığını soruşmuşdur. Bildirmişdir ki, qoyunları 100 manata satır. Həmin şəxs ona 100 manat pul vermişdir. Qoyunları həmin şəxsə satmışdır. Həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. O, 6 baş qoyunu ümumilikdə 320 manata satmışdır. O, 18 sentyabrdan sonra həmin əraziyə getsə də qoyunların yanında sahibinin olduğunu gördüyü üçün həmin müddətdən sonra oradan qoyun oğurlamamışdır. Həmin oğurluqdan sonra heç bir oğurluq hadisəsi etməmişdir. Bundan başqa, 21 fevral 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxıb məhlədə gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş və həmin büküm diqqətini cəlb etdiyi üçün onu yerdən qaldırıb içinə baxmış, bükümün içərisində narkotik vasitə heroin olduğunu bilmişdir. Özü heroindən istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuşdur. Həmin gün, saat 14 radələrində küçələrində yolun kənarında hərəkətdə olarkən bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Üzərində heroin olduğu üçün buna etiraz etmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsinin təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Ruslan Mirzəyev gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, əynində olan şalvarının sağ yan cibindən bir ədəd içərisində heroin olan sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi narkotik vasitə heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra imza etmişdir. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onun Şirvan şəhəri, Vidadi küçəsi ev 41-də fərdi yaşayış evi vardır. Evinin həyətində olan tövlədə qoyun saxlayır. Onun 25 baş qoyunu vardır. Həmin qoyunları yaşadığı evin yaxınlığında olan örüş sahəsinə aparıb otarır. 2022-ci ilin sentyabr ayında xəstə olduğu üçün qoyunları oğlu örüş sahəsinə aparıb otarmışdır. 11 sentyabr 2022-ci il tarixdə qoyunları sayan zaman bir baş qoyun olmadığını görmüşdür. Qoyunu örüş sahəsində axtarsa da tapa bilməmişdir. 13 sentyabr 2022-ci il tarixdə oğlu qoyunları otarmaq üçün örüş sahəsinə aparmışdır. 13 sentyabr 2022-ci il tarixdə oğlu qoyunları axşam saatlarında həyətə gətirmişdir. Qoyunları sayan zaman iki baş qoyunun olmadığını görmüşdür. Oğlu ilə örüş sahəsinə getmişlər, örüş sahəsini axtarsalar da qoyunları tapa bilməmişlər. Oğlu qoyunları hər gün örüş sahəsinə aparmış, hər gün qoyunları saymışdır. 16 sentyabr 2022-ci il tarixdə qoyunları sayan zaman bir baş qoyunun da olmadığını görmüşdür. Yenidən oğlu ilə örüş sahəsinə getmişdir. Örüş sahəsində qoyunu axtarmış, qoyunu tapa bilməmişdir. 18 sentyabr 2022-ci il tarixdə oğlu qoyunları axşam saatlarında yaşadığı evin həyətinə gətirmişdir. Qoyunları sayan zaman iki baş qoyunun olmadığını görmüşdür. 11 sentyabr 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixə qədər olan müddət ərzində ona məxsus 6 baş qoyun örüş sahəsində oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1550 manat maddi zərər dəymişdir. 11 sentyabr 2022-ci il tarixdə bir baş qoyunu, 13 sentyabr 2022-ci il tarixdə iki baş qoyunu, 16 sentyabr 2022-ci il tarixdə bir baş qoyunu, 18 sentyabr 2022-ci il tarixdə iki baş qoyunu Şirvan şəhəri, Vidadi küçəsində yerləşən örüş sahəsindən oğurlanmışdır. 11 sentyabr 2022-ci il tarixdə bir baş qoyunun oğurlanması nəticəsində 250 manat, 13 sentyabr 2022-ci il tarixdə iki baş qoyunun oğurlanması nəticəsində 500 manat, 16 sentyabr 2022-ci il tarixdə bir baş qoyunun oğrulanması nəticəsində 300 manat, 18 sentyabr 2022-ci il tarixdə iki baş qoyununun oğurlanması nəticəsində 500 manat maddi zərər dəymişdir. Ona ümumilikdə 1550 manat maddi zərər dəymişdir. Qoyunlardan 11 sentyabr 2022-ci il tarixdə oğurlanmış bir başının diri çəkisi 30 kiloqram olmaqla 250 manat dəyərində və erkək qoyun olmuş, 13 sentyabr 2022-ci il tarixdə oğurlanmış qoyunların bir başının diri çəkisi 25 kiloqram olmaqla 270 manat dəyərində və dişi qoyun olmuş, bir başının diri çəkisi 22 kiloqram olmaqla 230 manat dəyərində və dişi qoyun olmuş, 16 sentyabr 2022-ci il tarixdə oğurlanmış qoyunun bir başının diri çəkisi 23 kiloqram olmaqla 300 manat dəyərində və dişi qoyun olmuş, 18 sentyabr 2022-ci il tarixdə oğurlanmış qoyunlardan hər birinin diri çəkisi 20 kiloqram olmaqla hər biri 250 manat dəyərində və dişi qoyunlar olmuşdur. O, 6 baş qoyunu heyvan bazarından almışdır. İzahat verən zaman qoyunların qiymətini düzgün xatırlamamışdır. Həmin qoyunları bazardan alan zaman onların qiymətini evdə dəftərə yazmışdır. İzahat verdikdən sonra evə getmişdir. Dəftərə baxan zaman qoyunların ümumi qiymətinin 1550 manat olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 Rafiz oğlu ifadəsində bildirdi ki, 21 fevral 2023-ci il tarixdə xidmətdə olarkən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, PPXB-nün polis nəfəri Şahid1 və TB-nin baş təhqiqatçısı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 14:10 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, İ.Qayıbov küçəsində olarkən Təqsirləndirilən şəxs yolun kənarında hərəkət edərkən görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlməyə etiraz etməmişdir. Onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Sonra o, raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində baş təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-ci il tarixdə səhər saatlarında yaşadığı küçədən yerdən tapdığını istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid1 ifadəsində Şahid2 Rafiz oğlunun məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan parça şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 22 fevral 2023-cü il tarixli, 18/212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 1,699 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı); Heroinin təmiz çəkisi - 1,699 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 1,649 qramdır. Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizanın 28 aprel 2023-cü il tarixli, 2488 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 (məhkəmə-psixiatrik ekspertizasının) 08 aprel 2023-cü il tarixli, 916 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli, 9/2498 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların hazırki tarixə, yəni 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - bir baş diri çəkisi 30 kiloqram olan erkək qoyun - 210 manat; - bir baş diri çəkisi 25 kiloqram olan dişi qoyun - 150 manat; - bir baş diri çəkisi 22 kiloqram olan dişi qoyun - 135 manat; - bir baş diri çəkisi 20 kiloqram olan dişi qoyun - 125 manat; - bir baş diri çəkisi 23 kiloqram olan dişi qoyun - 135 manat. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Naziriyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəsissəsinin xx.xx.2021-ci il tarixli xx/xx-5139 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr- Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, cəza müddətinin başa çatması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 183 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan 21 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 14:35-də tutulmuşdur. Cinayət işi materiallarında olan 23 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan 23 fevral 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan 16 may 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Əliyev X6 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət əməlinə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CMnin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 22 fevral 2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik və 05 may 2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat, cəmi 99 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,649 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 1,649 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar