Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-126/2024 14.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1992-ci il tarixdə Sabirabad rayonu, Çöldəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ünvan 2, 05 fevral 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 4(032)-71/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 05 yanvar 2024-cü il tarixdə saat 01 radələrində qohumu Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yas mərasimində olarkən Zərərçəkmiş şəxs və evdə olan digər sakinlərin başının qarışıq olmasından istifadə edib, evin yataq otağından Zərərçəkmiş şəxs məxsus 1800 manat nağd pulu, 585 əyarlı 0,96 qram çəkidə 01 ədəd 82 manat dəyərində qızıl üzüyü, 01 ədəd 8 qram çəkidə 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 680 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 4,3 qram çəkidə 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 365 manat dəyərində qızıl üzüyü, 01 ədəd 1,7 qram çəkidə 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 145 manat dəyərində qızıl qolbağı, 01 cüt 6,96 qram çəkidə 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 592 manat dəyərində qızıl sırğanı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat dəyərində 01 ədəd qızıl qolbağı və 500 manat dəyərində 01 ədəd qızıl üzüyü gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 5664 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edərək bildirdi ki, 04 yanvar 2024-cü il tarixdə o, anasının yaşadığı Şirvan şəhəri, Zeynal Zülfüqarlı küçəsində yerləşən evdə olarkən, anası İradəyə xalası oğlu Rafiq Hümbətov zəng vuraraq anasının səhhətinin pisləşdiyini və Şirvan şəhər xəstəxanasında olduqlarını bildirdi. O da Anası ilə birgə Şirvan şəhər mərkəzi xəstəxanasına getmişlər. Lakin xəstəxanaya çatdıqda onlara bildirilmişdir ki, xalasını evlərinə aparıblar. Onlar xalasıgilə gəldikdə xalası Mehbarənin vəfat etdiyini bilmişlər. Bundan sonra o da anası ilə birlikdə evə daxil olmuşları Hadisə günü, yəni 05 yanvar 2024-cü il tarixdə saat 01 radələrində o, evin həyətində olan ayaqyoluna gedən zaman yerdə 01 ədəd sellofan bükümün olduğunu görmüşdür. Həmin bükümü yerdən götürmüş, büküm diqqətini cəlb etdiyindən götürərk cibinə qoymuşdur. Sonra bükümün içərisinə baxan zaman orada qızıl-zinət əşyalarına oxşar əşyaların olduğunu görmüşdür. Həmin bükümü cibində saxlamış, öz yaşadığı evə getdikdən sonra qeyri-rəsmi nikah münasibətində olduğu Şirvan şəhər sakini Nahid Əsgərova zəng vuraraq sellofan bükümdə olan qızıl-zinət əşyaları tapdığını bildirmişdir. 05 yanvar 2024-cü il tarixdə hüzür mərasimin keçirildiyi Sabirabad rayonu, Dadaşbəyli kəndinə getmişdir Yas mərasimi zamanı mərhum xalasının əri Rasətin ailə üzvlərinə evindən 4 min dollar pulun və 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirdiyini eşitmişdir. Lakin o, tapdığı büküm barədə heç bir şəxsə bir söz deməmişdir. Çünki mərhum xalasının ərinin dediyi kimi bükümdə 4 min dollar pul və 10 min manat dəyərində qızıl-zinət əşyası olmamışdır. O, hüzürdə iştirak etmiş, hüzür mərasimi bitdikdən sonra Nahid Əsgərova zəng vuraraq birgə yaşadıqları evə gəlməsini bildirmişdir. Nahid Əsgərov onun yaşadığı evə gəldikdən sonra o, Nahidə tapdığı qızılları verərək, qızılları zərgərdə yoxlatdırmasını, qızıl olduğu halda satmasını bildirmişdir. Nahidə qızılları mərhum xalasının həyətindən tapdığını bildirməmişdir. Nahid Əsgərov 06 yanvar 2024-cü il tarixdə həmin qızılları götürüb getmiş, sonra ona zəng vurub demişdir ki, ona verdiyi bükümdə olan əşyalar qızıldır və onları satıb satmamağı dəqiqləşdirmişdir. O, Nahidə bildirmişdir ki, qızılları satsın. 06 yanvar 2024-cü il tarixdə dəqiq tarixini xatırlamadığı vaxt Nahid Əsgərov onun yaşadığı evə gəlmiş və ona bildirmişdir ki, qızılları 870 manata satmış, o, Nahid Əsgərovdan pulu almışdır. Nahid Əsgərov pulu ona verdikdən sonra yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, xalası oğlu evindən qızılların oğurlanması ilə bağlı Şirvan ŞPŞ-nə müraciət etmişdir. Onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. O da həbs olunmaqdan qorxduğu üçün polis şöbəsində yalan izahat verərək qızıllardan xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, şkafdan oğurluq etməmiş, mərhum xalasının yaşadığı evin həyətində olan ayaqyolunun yaxınlığından 1 ədəd sellofan bükümdə qızıl-zinət əşyları tapmışdır. Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən 01 ədəd qızıl sep, 02 ədəd qızıl üzük, 1 ədəd qolbaq və 1 cüt sırğa tapmış, həmin qızılları tapdığı formada Nahid Əsgərova vermişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməmişdir. Tapdığı bükümdə 1800 manat pul olmamışdır. O, Nahid Əsgərova qızılları yerdən tapdığını bildirmişdir. Nahidə həmin qızılları hardan tapmağı barədə heç bir söz deməmişdir. Onun tapdığı sellofan bükümdə isə ümumiyyətlə pul olmamışdır. Hazırda maddi ziyandan 3000 manatı zərərçəkmiş şəxsin hesabına ödəmiş, ondan üzr istəmişdir. Əməlindən peşmandır. Bu halların, eləcə də dul qadın olmaqla himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, mərhum Mehbarə Hümmətova onun arvadı olmuşdur. Onlar birgə nikah dövründə qızıl-zinət əşyaları almışlar. Evlərində də 1800 manat pulları olmuşdur. X8 həmin qızılları və pulu əl yaylığına büküb yataq otaqlarında olan dolabda saxlamışdır. 05 yanvar 2024-cü il tarixdə X8 vəfat etmişdir. Arvadı vəfat etdikdən sonra meyidini yaşadıqları evin zalına qoymuşlar. Bir müddət sonra qohumları gəlmişdir. Həmin günü saat 01 radələrində mərhum arvadının bacısı qızı Təqsirləndirilən şəxs da onlarda olmuşdur. Türkan tez-tez yaşadığı evdə olan yataq otağına daxil olmuşdur. Orada olan şkafdan əşyalar götürmüşdür. 05 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və başqa qohumları evdən getdikdən sonra o, yataq otağında dolaba baxan zaman orada olan qızılları və pulları bükdükləri əl yaylığının yerində olmadığını görmüşdür. O, bundan sonra ailə üzvlərindən soruşmuşdur ki, qızıl-zinət əşyalarını və pulu kim götürmüşdür. Ailə üzvləri bildirmişdir ki, Təqsirləndirilən şəxs tez-tez yataq otağına daxil olub orada olan şkafı axtarmışdır. Bir müddət qızılları və pulun qaytarılacağına ümid etdiyindən və qohumlar arasında münqaişə olmaması üçün gözləmiş, lakin bu fayda vermədiyindən polisə ərizə ilə müraciət etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, ona məxsus olan evdən 2 ədəd qolbağın oğurlanması nəticəsində 2500 manat, 1 ədəd boyunbağının oğurlanması nəticəsində 1800 manat, 1 cüt sığanın oğurlanması nəticəsində 1700 manat, 3 ədəd üzüyün oğurlnaması nəticəsində 2200 manat və 1800 manat nağd pul oğurlanmışdır. Təqsirləndirilən şəxs yalan ifadə verir. Qızıl-zinət əşyaları evdə olan yataq otağındakı dolabın içərisində olmuşdur. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün yalan danışır. Ona dəymiş maddi ziyandan 3000 manat Təqsirləndirilən şəxs tərəfindən onun hesabına ödənilsə də ziyanın tam həcmdə ödənilməsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, 2018-ci ildə Şirvan şəhər sakini Şahid4 ilə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra qaynanası və qaynatası ilə eyni evdə yaşayır. X1-zinət əşyaları olmuş, sonuncu həmin qızıl-zinət əşyalarını öz yataq otağında saxlamışdır. Həmin qızıl-zinət əşyalarını bükdüyü əl yaylığının içərisində pulda saxlamışdır. 04 yanvar 2024-cü il tarixdə saat 15 radələrində qaynanası, o, qaynatası, əri və uşaqları ilə qaynının yaşadığı Sabirabad rayonu, Dadaşbəyli kəndinə getmişlər. Saat 20 radələrində qaynı Rafiq idarə etdiyi avtomobil ilə onları Şirvan şəhərinə gətirmişdir. Onlar Şirvan şəhəri, Xəqani küçəsində avtomobildən düşmüşlər. Küçə ilə gedən zaman qaynanasının vəziyəti pisləşmiş, sonuncu küçədə yerə yıxılmışdır. Əri Pərviz qaynı Rafiqə zəng vuraraq bildirmişdir ki, analarının səhhəti pisləşmişdir. Bir müddət sonra qaynı yaşadıqları evə gəlmiş, əri və qaynı qaynanasını Şirvan ŞMX-na aparmışlar. Lakin xəstəxanada bilmişdirlər ki, qaynanası artıq vəfat etmişdir. Sonra qaynanasının meyidini yaşadıqları evə gətirmişlər. Əri və qaynı qohumlarına zəng vurub qaynanasının rəhmətə getdiyini bildirmişlər. Bir müddət sonra mərhum qaynanasının bacıları İradə, Zeynəb, Xatirə, bacısı qızları Türkan, Çinarə, Səbuhə və başqa qohumları onlara gəlmişdir. Mərhum qaynanası meyidini zala qoymuşdular. Qohumları bildirmişdir ki, ağ parca versinlər. Həmin vaxt evdə olan qohumları qaynanasının yataq otağında olan şkafdan ağ parça gətirmişlər. Mərhum qaynanasının bacısı qızı Türkan tez-tez mərhum qaynanasının yataq otağına daxil olmuş və orada olan şkafı axtardığını görmüşdür. 05 yanvar 2024-cü il tarixdə yas mərasimi üçün onlara pul lazım olmuşdur. Onlar mərhum qaynanasının otağında olan şkafdan pulu və qızılları qoyduqları yerə baxan zaman orada pulun və qızılların olmadığını görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid2, Şahid4 vermiş olduqları ifadələrində Şahid5 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən bazarda qızıl alqı-satqısı ilə məşğul olur. 2024-cü ilin yanvar ayının əvvələrində bir nəfər şəxs onun mağazasına gəlmişdir. Ona bildirmişdir ki, qohumu rəhmətə getmişdir. Hal-hazırda hüzür mərasimi üçün pul lazımdır, buna görə qızıl-zinət əşyaları vardır, onları satmaq istəyir. O, həmin şəxsə şəxsiyyət vəsiqəsini təqdim edəcəyi halda qızıllarını ala biləcəyini bildirmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini ona vermişdir. Şəxsiyyət vəsiqəsində həmin şəxsin Əsgərov Nahid olduğunu görmüşdür. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxartmış, və onun satmaq istədiyi qızılların şəklini çəkmişdir. Ona 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd üzük və 1 ədəd qolbağ təqdim etmişdir. O, həmin qızılları tərəzidə çəkmiş, Nahid Əsgərova bildirmişdir ki, qızılların qiyməti 1330 manat edir. Nahid Əsgərov onunla razılaşmış və qızılları ona vermişdir. O da Nahid Əsgərova 1330 manat pul vermişdir. Nahid Əsgərov pulu ondan alıb qızıl dükanından getmişdir. Sonradan o, Nahid adlı şəxsdən almış olduğu qızılları tanımadığı şəxslərə satmışdır. Həmin qızıllardan 1 ədəd üzük qalmışdır ki, onu da polis əməkdaşlarına təqdim etmişdir. Nahid Əsgərovdan qızılları alan zaman həmin qızılların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində bildirmişdir ki, 2023cü ilin yanvar ayında Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə sosial şəbəkədə tanış olmuşdur. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs Şirvan şəhəri Zeynal Zülfiqarlı küçəsində yerləşən evdə yaşamışdır. Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdə yaşamağa başlamışlar. 05 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurmuş, bildirmişdir ki, xalası rəhmətə getmiş, hal-hazırda hüzür mərasimindədir, evdə qızılları vardır, həmin qızılları satmaq istəyir. Ona bildirmişdir ki, qızılları götürüb satsın. O, 05 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs ona 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 cüt sırğa və 2 ədəd üzük vermişdir. Ona bildirmişdir ki, həmin qızıllar özünündür. Ondan onları satıb pulunu verməyini istəmişdir. O, həmin qızılları Şirvan şəhəri, Leytenat İbrahimov küçəsində yerləşən qızıl dükanına aparmış, həmin qızılları 1330 manata satmışdır. Təqsirləndirilən şəxs zəng vurub bildirmişdir ki, qızılları 870 manata satmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, yaşadığı evə gəlsin. O, Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, sonuncuya 870 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin qızıllar özünündür, vaxtı yoxdur satmağa. Ondan xahiş etmişdir ki, həmin qızılları satsın. Onun maddi ehtiyacı vardır, ona görə pulun 460 manatını xərcləmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq, icraata qəbul etmək və zərərçəkmiş şəxs qismində tanıma haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 icraatına qəbul edilmiş və iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 03 fevral 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 4(032)-31/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Şirvan şəhər Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 4(032)-71/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 138 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli, 6/1844-9/2574 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan üzük - üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 0,96 qramdır. Ekspertiza tədqiqatına təqdim edilən üzüyün modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 82,0 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən məmulatların 2024-cü ilin yanvar ayına olan nəzəri qiymətləndirmə ilə ümumi dəyəri təxminən 1782,0 manat müəyyən edilir; təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 29 aprel 2024-cü il tarixli, 18-1-35/2-693/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxxxx 1992-ci il təvəllüdlü, Sabirabad rayonunda doğulmuş, orta təhsilli, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbbəsinin psixo-nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Şirvan şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, 4(032)-105/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanma müddəti 02 (iki) ay, yəni 03 iyul 2024-cü il tarixədək uzadılmışdır; şəxsin qohumluq əlaqələri barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağı var; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluq etməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, onun tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CMnin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı ünvan 2, 05 fevral 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 4(032)-71/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarı ilə barəsində ünvan 2, xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzüyün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdən 14 noyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 09 (doqquz) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 06 (altı) ay 22 (iyirmi iki) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzüyün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-126/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-126/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver