Məhkəmə qərarları › İş №1(032)-129/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-129/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-129/2023 13.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ İHakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 12:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1988-ci il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Ucar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilmsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə dayandırılmış təqaüdünün bərpa olunması üçün ona müraciət edən Zərərçəkmiş şəxs təqaüdünü bərpa edəcəyi barədə yalan vəd verərək, aralarında yaranmış yaxın münasibətə görə Zərərçəkmiş şəxs ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 2022-ci ilin mart ayının 24-də sonuncunun Şirvan şəhəri Xəqani küçəsində yerləşən “Neptun” marketdəki ödəmə terminalından onun nömrəsini verdiyi kart hesabına göndərdiyi 1750 manat pulu əldə edib şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayından tanımış, Zərərçəkmiş şəxs onun barəsində Şirvan ŞPŞ-nə etdiyi şikayətin məzmunu ilə tanış olmuşdur. Muradı Bakı şəhərində yaşayan bibisinin qonşusunun qohumunun vasitəsi ilə tanımış, onunla 2022-ci ilin mart ayında eyni məclisdə olmuşdur. Muradla söhbət əsnasında Murad ona dövlətdən əlilliyi ilə bağlı təqaüd almasını, lakin sonradan sənədlərin çatışmazlığı səbəbindən kəsilməsini bildirmişdir. Murad bunun kiminsə bərpa edə bilib-bilməyəcəyini soruşduqda o, bu işlərdən başı çıxdığını, ona pul müqabilində yəni 1750 manat pulun müqabilində həll edə biləcəyini yalandan söyləmişdir. Muradda ona qarşı özünə inam yaratmış, Muradın mobil nömrəsini alıb yaxın zamanlarda xəbər edəcəyini bildirmiş, bundan başqa Muraddan şəxsiyyət vəsiqəsinin surətini, əlilliyi ilə bağlı anket məlumatlarının surətini götürmüşdür. Murada yalandan demişdir ki, “mənim xəstəxanalarda tanışlarım var, sənəd düzəldib epikriz alacam, həmin sənədləri “Vitek”-ə verəcəm.” 2022-ci ilin mart ayının 24-də Muradın mobil nömrəsinə zəng edib hazırda xatırlamadığı şəxsin plastik bank kartının nömrəsini vermiş, yalandan həkimə pul verməli olduğunu bildirmiş, Murad Şirvan şəhərindən həmin plastik bank kartına 1750 manat pul göndərmiş, onun Muradın göndərmiş olduğu pulu harada çıxartmağı yadında qalmamış, səbəb isə Muraddan başqa o, Ucar rayon sakinlərinin müxtəlif məbləğdə pullarını alıb aldatması olmuşdur. Hal-hazırda həmin cinayətinə görə Ucar rayon Məhkəməsinin hökmü ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzaına məhkum edilmişdir. Muradın ona göndərdiyi 1750 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, Murad onun mobil nömrəsinə bir neçə dəfə zəng edib işinin nə yerdə olduğunu soruşduqda Muradı yalandan Bakı şəhərinə dəvət etmiş, onunla birlikdə Bakı şəhəri, Respublika xəstəxanasına getmiş, yalandan orada bir neçə həkimin otağına daxil olub çıxmışdır ki, Murad onun təqaüdünün bərpa edəcəyinə inansın. Murad sonradan ona dayandırılmış təqaüdünün bərpa olunması üçün verdiyi 1750 manat pulu ondan tələb etmiş, o, isə Muradı müxtəlif bəhanələrlə aldadıb tez bir müddətdə işini həll edəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs bir dəfəyə 2022-ci ilin mart ayının 24-də hazırda xatırlamağı şəxsin plastik bank kartına 1750 manata göndərtmiş və həmin pulu harada çıxartmağı yadında qalmamış, heç kimin yanında Muraddan pul almamış, pulu plastik bank kartı vasitəsi ilə ələ keçirmiş, həmin pulu da Muraddan dayandırılmış təqaüdünün bərpa olunması üçün aldadıb almış, Muraddan aldığı 1750 manat pulu isə şəxsi ehtiyacları üçün müxtəlif yerlərə xərcləmişdir. Əvvəllər təqaüdün bərpası ilə bağlı işlərlə məşğul olmuş, yəni müxtəlif şəxslərin pensiya işini düzəltmək adı ilə pul almış və ona görə də, çox adamlar onun pensiya işini düzüb qoşduğunu düşünmüşlər. Bu səbəbdən Murad da pensiya işini düzəltməyi məhz ona demişdir. Zərərçəkmiş şəxs aldığı 1750 manat pulu aldatmaq yolu ilə almış, həmin puldan heç kimə verməmiş və vermək niyyəti olmamış, pensiya işləri ilə bağlı heç bir xəstəxanadan heç bir sənəd almamış, hər hansı bir idarəyə bununla bağlı müraciət etməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şirvan regional elektrik şəbəkəsində yüksək gərginlikli elektrik montyoru işləyir. 01 aprel 2020-ci il tarixdə onun hər ay dövlətdən almış olduğu əlilliyi ilə bağlı olan təqaüdü sənədlərinin çatışmazlığı səbəbindən kəsilmişdir. O da təqaüdünü yenidən bərpa etdirmək məqsədi ilə bir neçə nəfər tanıdığı şəxslərə bu barədə söhbət etmiş, 2022-ci ilin mart ayının 22-i tarixində onunla birgə hərbi xidmət etmiş olan dostunun evinə getmiş, orada bu barədə söhbət açıldıqda məclisdə olanlardan biri təqaüdünün geri qaytarılmasında ona İlqar adlı şəxsin köməklik edəcəyini söyləmiş, bundan sonra İlqar adlı şəxslə tanış olmuşdur. İlqar Ucar rayon sakini olduğunu söyləmiş, dəfələrlə İlqar ona bu cür yəni, təqaüdünün bərpası ilə bağlı sənədləri düzəltməsini söyləyərək, onun işinin də rahat alınacağını bildirmiş, daha sonra İlqar ondan əlillik sənədlərini istəmiş, o, sənədlərin fotoşəkillərini İlqarın istifadəsində olan mobil nömrəyə göndərmiş, İlqar bir müddətdən sonra ona həkimin məsələ ilə bağlı 1750 manat pul istəməsini söyləmişdir. O, 1750 manat pulu verdikdən sonra həkimin işi həll edəcəyini demiş, İlqarla razılaşmışdır. İlqarın ona göndərmiş olduğu "xxxx" ASC-nə məxsus olan 4169 7385 7349 8437 nömrəli bank hesabına Şirvan şəhəri, “Neptun” marketdən 2022-ci ilin mart ayının 24-də 1750 manat pul göndərmiş, daha sonra İlqarla birlikdə Bakı şəhərində görüşmüş, İlqar 1750 manat pulu həkimə verdiyini söyləmişdir. İlqarla Respublika xəstəxanasına getmiş, orada İlqar həkimlərin yanına daxil olmuş, o, isə dəhlizdə gözləmişdir. Daha sonra İlqar ona tez bir müddətdə işini həll edəcəyini söyləmiş, İlqarı təxminən 3 aydan artıq tapa bilməmişdir. Sonradan o, yenə İlqarı tapmış, İlqar yenə də, yalan vəd verərək işinin artıq həll olmasına sayılı günlərin qaldığını demişdir. İlqar sənədlərinin düzəlməsindən ötrü 3-4 dəfə Şirvan şəhərinə gəlmiş, sonuncu dəfə isə oktyabr ayının 10-u tarixində Şirvana gəlmişdir ki, onun sənədlərini sistemə daxil etsin. Həmin tarixdə İlqar onun yaşadığı ünvanda qalmış, sabahkı tarixdə İlqar deməsinə görə yaşadığı Ucar rayonuna toy məclisinə getmişdir. Ona həmin gün tanıdığı Ucar sakinləri İlqarın Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu söyləmişlər. O da, bu xəbəri eşidən kimi Ucara getmiş, Ucarda İlqarın atası Məhəmmədəli övladı İlqarın tutulmasını söyləmiş, o, İlqarın tutulduğunu bildikdən sonra yenidən Şirvana qayıtmışdır. Daha sonra təkrar İlqarın yaşadığı evə gedərək Məhəmmədəlidən pulunu istəsə də, Məhəmmədəli övladı İlqarın həbsdən çıxdıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. Baş verən hadisələrdən sonra İlqarın onu aldatmasını bilmişdir. Sonuncu dəfə 27 fevral 2023-cü il tarixdə DİN-in 102 Xidmətinə bu barədə məlumat vermişdir. Baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar ona 1750 manat maddi ziyan dəymişdir, ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsin barəsində qanuni və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə olunmuş 15 mart 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis kapitanı X3 icraatına qəbul edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 09 mart 2023-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırmanın davam etdirilməsi üçün toplanmış material Şirvan ŞPŞ-nin İB-nə göndərilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 11 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Ucar rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Ucar rayonu İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 803/1 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etdiyini və peşman olduğunu Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzaçəkmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkməkdədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(063)-14/2023 saylı hökmü ilə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar