Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-129/2025 17.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:39-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 440 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşıyaraq saxlamış, 14 iyun 2025-ci il tarixdə saat 02:51-də Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanılaraq videoçəkilişlə üstü yoxlanılan zaman əlində daşıdığı 01 ədəd sellofan torbada təmiz çəkisi 440 qram olan narkotik vasitə olan qurdulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, 13 iyun 2025-ci il tarixdə saat 14 radələrində Kür çayının Şirvan şəhərindən keçən hissəsində çayın sahilində gəzən zaman yerdə bir ədəd sellofan torbanın olduğunu görmüş, həmin sellofan torbanı yerdən götürmüş, torbanı açan zaman içərsində narkotik vasitə olan marixuananın olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin torbanı “Kür” çayının sahilində gizlətmişdir. 14 iyun 2025-ci il tarixdə saat 02 radələrində “Kür” çayının sahilinə getmiş, gizlətdiyi sellofan torbanı götürmüş, həmin torba əlində Şirvan şəhəri, Energetik küçəsi ilə gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Şirvan ŞPŞ-nin əməkdaşları olduqlarını və onun üzərində narkotik və psixotrop maddə olması barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Sonra əlində olan sellofan torbada nəyin olduğunu soruşmuşlar. O, həmin torbada narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin sellofan torbanın üzəri möhürlənmiş və polis əməkdaşları sonra onun üstünü yoxlamışlar. Sonra polis əməkdaşları onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Şirvan şəhər Polis Şöbəsində vəkilin iştirakı ilə əlində daşıdığı 01 ədəd sellofan torbaya baxış keçirilmiş, həmin sellofan torba elektron tərəzidə çəkilmişdir. Saxlanıldığı zaman, eləcə də sonra polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq və təsirə məruz qalmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən “44 günlük Vətən Müharibəsi”ndə iştirak etmiş, “Vətən uğrunda” və digər medallarla təltif olunmuşdur. Döyüşlərdə yaralanmış, bununla əlaqədar ağrıları olduğu üçün arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, hazırda Şirvan şəhər polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o, Şahid2 Qabil oğlu, Şahid4 və Şahid3 ibarət olmuşdur. Əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Energetika küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət edərək onlara doğru gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edib üzərində yoxlama aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan əlində olan 1 ədəd sellofan torbaya baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs həmin torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinə gətirilərək təhqiqatçı Faiq İmanova təqdim edilmişdir. Faiq İmanov tərəfindən yoxlama zamanı aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər maddəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 oğlu və Şahid3 Şirvan şəhər polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər Polis Şöbəsinin NMQ-nın sabit əməliyyat müvəkkili Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində şahid Şirvan şəhər polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsini əks etdirən videoçəkilişlərə baxış keçirilmişdir. Videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə 02.59 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhərin Energetik küçəsində saxlanaraq üzərinin yoxlanılması zamanı əlində olan göy rəngli sellefonda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə 02.59 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhərin Energetik küçəsində saxlanaraq üzərinin yoxlanılması zamanı əlində olan göy rəngli sellefonda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2025-ci il tarixdə, saat 02:51-də məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə saat 05:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 14 iyun 2025-ci il tarixdə saat 02:51-dən başlayaraq PŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan bir ədəd sellofan bükülüdə olan narkotik vasitə olması ehtimal edilən kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə baxış keçirildi. Həmin kütlə selloofan bükülüdən ibarətdir. Sellofan bükülünü açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin təmiz çəkisinin ölçülməsini xahiş etdi. Bundan sonra Rahım Yusubov həmin narkotik vasitəyə oxşar kütlənin qablaşdırıldıqdan sonra məhkəmə-bioloji ekspertizasına göndəriləcəyi izah edildi və ekspertiza rəyi əldə edildikdən sonra sonuncunun rəylə tanış olunacağı bildirildi. Daha sonra aşkar edilmiş kütlə elektron tərəzidə ölçüldü və çəkisi 471 qram göstərdi. Sonra isə həmin bükülü qablaşdırılaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar kütlənin “Qurudulmuş marixuana” olduğunu və xx.xx.2025-ci il tarixdə günorta saatlarında Kür çayın Şirvan şəhər ərazisindən keçən hissəsindən çayın kənarından tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını, sonra polis əməkdaşları tərəfindən yaxalandığını, yaxalanan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq olunmadığını bildirdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2025-ci il tarixli 18/470 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-440,0 qr, tədqiqata istifadə olundu-0,10 qr, qalıq- 439,90 qr. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 338 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığında saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 X4-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 4732 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi disponserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon İcra Hakimiyyəti Əlimbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə Sabirabad rayonu Çöl-Ağaməmmədli kəndində anadan olmuşdur. 1993cü ildə Çöl-Ağaməmmədli kənd əsas məktəbində 1-ci sinifə getmişdir. 2002-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Məktəbdə oxuduğu müddətdə müəllim kollektivinin hörmətini qazanmışdır. 2002-2004-cü ildə Salyan rayon Kərimbəyli kənd Həsən Şahbazov adına tam orta məktəbin 11-ci sinifini bitirmişdir. Həmin məktəbdə də müəllim Kollektivinin hörmətini qazanmışdır. 2004-cü ildə hərbi xidmətə getmişdir. Hərbi xidməti bitirdikdən sonra hərbidə gizir kimi 2025-ci ilin aprel ayına qədər xidmət etmişdir. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. 5 medalla təltif olunmuşdur. Kənd camaatı arasında da hörməti vardır. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V № 140534 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” İ-2735 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İ-1428 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” İ-2491 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” İ-1639 nömrəli medalla, Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli 058t №-li əmri ilə Azərbaycan Respublikasının “Şücaətə görə” 4896 nömrəli medalla təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 440 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunmasını, “Füzulinin azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Şücaətə görə” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 03 (üç) gün müddət 01 (bir) il 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 439,90 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************,SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 349-cu, 351-353cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 03 (üç) gün müddət 01 (bir) il 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 439,90 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın . Hökm elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-129/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-129/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver