Məhkəmə qərarları › İş №1(032)-13/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-13/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-13/2023 07.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" X14 Cəmiyyətinin nümayəndəsi X3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 07 ay 11 gün vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq qanunsuz olaraq binaya daxil olub xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin may ayının sonlarında saat 16 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" X14 Cəmiyyətinin həyətinə hasardan qanunsuz daxil olub, həmin yerdən 09 ədəd hər birinin qiyməti 250 manat olan liftin dəmir qapılarını, 1 metrinin qiyməti 50 manat olan yoğun 150 metr mis kabeli, 03 ədəd hər birinin qiyməti 50 manat olan köhnə kondisioneri, 02 ədəd hər biri 60 kvadrat olan işlənmiş vəziyyətdə qiyməti 700 manat olan kondisioneri, 01 ədəd 400 manat dəyərində qazanxananın su nasosunu, 1120 manat dəyərində 560 ədəd yerə düzülmüş çuqun piltəni, 01 ədəd 150 manat dəyərində kiçik dəmir qapını, 01 ədəd 400 manat dəyərində böyük dəmir qapını gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" X14 Cəmiyyətinə ümumilikdə 13370 (on üç min üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmiş və aludəçisidir, buna görə də əvvəllər məhkum olunmuşdur. 07 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Şirvan şəhər Polis şöbəsinin əməkdaşı onu evdə olduğu zaman çağıraraq bölməyə getməsini demiş və onunla birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində otaqların birində ona çörək zavodundan dörd ədəd dəmir qapı oğurlandığını və həmin oğurluğu onun etdiyini bildirmişlər. O isə oğurluğu etmədiyini, lakin satdığı metalların içərisində dörd ədəd dəmir qapının olduğunu bildirmiş, həmin qapıları haradan əldə edilməsi soruşulmuş, o cavabında qaraçı kimi tanıdığı metal alqı-satqısı ilə məşğul olan şəxslərdən alıb satdığını və oğurluq olmasını bilmədiyini demiş, hətta o, metal metal qəbul olunan yerə öz şəxsiyyət vəsiqəsini verərək satış etmişdir. Bu cavabından sonra polis əməkdaşları ona insanlığa sığmayan şəkildə bir neçə dədə fiziki təsir göstərdikdən sonra növbətçi hissəyə təhvil vermişlər ki, onu Azərabycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə barəsində iş açsınlar. Səhəri gün onu yenidən otaqların birinə aparıb orada baş vermiş oğurluq hadisəsini boynuna almasını tələb etmişlər, razılaşmadığı halda isə külli miqdarda narkotik vasitə ilə yükləyəcəklərini bildirmişlər. O isə çıxlmaz vəziyyətdə qalmış və həmin oğurluğu boynuna almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisidir. Narkotik vasitə almağa pulu olmadığından oğurluq etmək qərarına gəlmiş, saat təxminən 16 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" X14 Cəmiyyətinin hasarından həyətinə daxil olmuş, oradan dəmir qapıdan ATSC-nin binasına daxil olmuşdur. Binanın içərisindən armatur tapmış, o, bundan sonra binanın ikinci mərtəbəsinə qalxmış və armaturla ikinci mərtəbədə olan liftin 04 ədəd qapısını yerindən çıxarmış, liftin qapılarını ikinci mərtəbədən həyətə atmış, daha sonra həyətə çıxmış və qapıları bir-bir hasardan bayıra atmışdır. Bundan sonra o, kömək üçün məhəllə uşağı Rasimin istifadəsində olan hazırda xatırlamadığı telefon nömrəsinə zəng edərək onu çağırmış, bir neçə dəqiqə sonra Rasim yola gəlmiş, bu zaman o, artıq opel markalı avtomobili saxlatdırmışdır ki, qapıları yükləsin. Rasim ondan qapıları haradan götürdüyünü soruşmuş, o isə qaraçılardan aldığını demişdir. Bundan sonra bir yerdə qapıları taksi kimi çağırdığı Opel markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmişlər. Avtomobili Rauf adlı şəxs idarə etmiş, o, Raufu taksi sürücüsü kimi tanımışdır. Qapıları yükləyəndən sonra Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbində Səbuhinin metal qəbulu sexinə aparıb satmışlar. Əldə etdiyi puldan 6 manat taksi sürücsünə, Rasimə isə 20 manat pul vermişdir. Bundan başqa o bildirmişdir ki, Səbuhi adlı şəxsə qapıların oğurluq olduğu barədə heç nə deməmiş, oğurladığı qapıların oğurluq olması barədə Rasim və Rauf adlı şəxslərə bir söz deməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsə də onun təqsirli olması zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs "xxxx" X14 Cəmiyyətinin nümayəndəsi qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, "xxxx" X14 Cəmiyyətinin direktorudur. Həmin X14 Cəmiyyəti fəaliyyətini dayandırmışdır. Ancaq ATSC-nin binasında müxtəlif avadanlıqlar vardır. Bir neçə gün bundan öncə qayını Natiq ona zəng edərək, ATSC-nin binasından müxtəlif avandanlıqların oğurlandığını demişdir. xx.xx.2022-ci il tarixdə o, Şirvan şəhərinə gəlib ATSC-nin binasına baxmış, bu zaman 09 ədəd hər birinin qiyməti 250 manat olan liftin dəmir qapılarının, 1 metrinin qiyməti 50 manat olan yoğun 150 metr mis kabelin, 03 ədəd hər birinin qiyməti 50 manat olan köhnə kondisionerin, 02 ədəd hər biri 60 kvadrat olan işlənmiş vəziyyətdə qiyməti 700 manat olan kondisionerin, 01 ədəd 400 manat dəyərində qazanxanın su nasosunun, 05 ədəd cərəyan transfarmatorunun içərisinin, 1120 manat dəyərində 560 ədəd yerə düzülmüş çuqun piltənin, 01 ədəd 150 manat dəyərində kiçik dəmir qapının, 01 ədəd 400 manat dəyərində böyük dəmir qapının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. "xxxx" X14 Cəmiyyətindən ifadəsində göstərilənlərdən başqa heç nə oğurlanmamışdır. Dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi barədə məhkəməyə ərizə təqdim etsə də, əslində ona hazıradək heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs ailəsini və azyaşlı uşaqlarını nəzərə alıb hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Şirvan şəhərində Opel Astra markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilimlə fərdi qaydada taksi kimi fəaliyyət göstərir və pulunu qazanır. Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 2022-ci ilin may ayının sonlarında Şirvan şəhərində taksi kimi fəaliyyət göstərən zaman şəhərin H.Əliyev prospektində hərəkətdə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona əl edərək, saxlatdırmış və demişdir ki, metal qəbulu sexinə dəmir aparmaq lazımdır, bunun üçün ona 6 manat pul verəcəkdir. O da, onunla razılaşmış və onunla dediyi yerə getmişlər, orada 4 ədəd dəmir materialdan olan qapıları avtomobilinin arxa yük yerinə yığmağa başlamışlar. Bu zaman oradan keçən bir nəfər şəxs onlara kömək etmiş və onlar dəmir qapıları avtomobilə yükləmişlər. Sonra onlar üçü oradan bir başa şəhərin M.Mirzəyev küçəsində yerləşən metal qəbulu sexinə gəlmişlər. Orada Xaləddin 4 ədəd dəmir qapını metal sexinə vermiş, sonra onun yanına gələrək, ona 6 manat pul vermiş, o da, idarəetdiyi avtomobillə oradan uzaqlaşıb getmişdir. Bundan başqa o bildirmişdir ki, o, həmin dəmir qapıların oğurluq olmasını bilməmiş, bu barədə Təqsirləndirilən şəxs ona bir söz deməmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, M.Mirzəyev küçəsində "xxxx" MMC-nin anbarı yerləşir. Həmin yerdə o, müxtəlif dəmir məmulatlarını alır. Həmin MMC-i X5 məxsusdur. O orada işçidir. Onun işi dəmirlərin alqı-satqısına nəzarət etməkdən ibarətdir. Ondan başqa orada 2 işçi vardır. Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanımış, o, bir neçə dəfə metal qəbulu sexinə müxtəlif əşyalar gətirmişdir. O da, onun şəxsiyyət vəsiqəsinin şəkilini çəkib telefonunda saxlamışdır. 2022-ci ilin may ayının sonlarında Xaləddin metalloma gəlmiş, onun yanında əlavə olaraq 3 nəfər də olmuş, onlar Opel markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişlər. Onlardan Xaləddini tanımış, Xaləddin avtomobildən 04 ədəd dəmir qapını düşürüb ona gətirmişlər. O, həmin dəmir qapını çəkmiş və 150 kiloqram olduğu müəyyən edilmiş, buna görə o, Xaləddinə 60 manat pul vermişdir. Bundan sonra onlar getmişlər. O, Xaləddindən başqa digər şəxsləri tanımamış, həmin şəxsləri ilk dəfə idi ki, görmüşdür. Bundan başqa o bildirmişdir ki, Xaləddin ona digər əşyalar gətirməmiş, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Baxış keçirmə və götürmə aparılması haqqında 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən metal qəbulu sexidir, həmin sexi işlədən X2 şəhər sakini Təqsirləndirilən şəxs ona satdığı 4 ədəd dəmir qapını təqdim edir, bundan sonra həmin 4 ədəd dəmir qapıya X3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Aqil Ağayev həmin 4 ədəd qapını tanıyaraq, həmin qapılar məhz "xxxx" X14 Cəmiyyətindən oğurlanan qapılar olduğunu bildirmişdir. Bundan sonra həmin 4 ədəd dəmir qapı tərəfimdən götürülməklə saxlanılması üçün Aqil Ağayevə təhvil verilmişdir.( i.v.108-109) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Əliyev X7 şəhər Məhkəməsinin 08.1.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şirvan Apelyasiya Məhkəməsinn qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. (i.v 69-70) Cinayət işi üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən "xxxx" X14 Cəmiyyətindən oğurlanmış 04 ədəd dəmir lift qapı 25 oktyabr 2022-ci tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi X6 qaytarılmışdır. (i.v 138-146) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini təqsirləndirilən şəxsin əvvəllər də qəsdən cinayət əməl törətməsi və məhkumluq həyatı yaşaması onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması isə CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs oğlu Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 07 ay 11 gün vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alır, əvvəllər məhkumluq həyatı yaşamasını, islah olunmamasını, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə maddi sübut olan "xxxx" X14 Cəmiyyətindən oğurlanan 4 ədəd dəmir dəmir lift qapı saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi X6 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxsə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan "xxxx" X14 Cəmiyyətindən oğurlanan 4 ədəd dəmir dəmir lift qapı saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi X6 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar