Məhkəmə qərarları › İş №1(032)-13/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-13/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-13/2024 16.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Sabirabad rayonu, Şıxlahalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 07 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu olan, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla Şirvan şəhəri, RMZ-nin uşaq baxçasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 26 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən “Sərvət” şadlıq sarayının qarşısında olan zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğunu görüb, ona yaxınlaşaraq səkinin üzərində daş plitənin üstünə otuzdurduqdan sonra əlini Zərərçəkmiş şəxs şalvarının qabaq sağ yan cibinə salaraq orada olan 158 manat nağd pulu götürüb, çıxaran vaxtı Zərərçəkmiş şəxs tərəfindən qanunsuz əməli ifşa olunaraq, pulunun ələ keçirilməsi ilə bağlı qışqırıb köməyə çağırış etməsinə, qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı irad bildirməsinə baxmayaraq, öz əməlinin cinayət olduğunu dərk etməklə, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək, taladığı əmlakı özündə saxlamaqla hadisə yerindən qaçaraq uzaqlaşıb, Zərərçəkmiş şəxs 158 manat məbləğində maddi ziyan vurmaqla sonuncunun əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla təqsiri bilməyərək, ifadəsində bildirmişdir ki, Sərvət şadlıq sarayında ofisiant işləmiş, xx.xx.2023cü il tarixdə, saat 23 radələrində toy məclisi qurtardıqdan sonra digər ofsiantlarla birlikdə iclasda iştirak etmiş, sonra şadlıq sarayından çıxaraq yaşadığı ünvana getmişdir. Səhəri günü onu polis idarəsinə xırda talama əməlinə görə çağırmışlar. Orada isə müstəntiq ona hazırki əməli boynuna almasını bildirmiş, o da qorxduğundan razılıq verib bütün sənədlərə imza etmişdir. Heç kimin cibinə girməmiş və oğurluq etməmişdir. Məhkəmə iclasından fərqli olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Sərvət şadlıq sarayında xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində toy məclisi qurtardıqdan sonra evə getmək üçün yola düşmüş, bir nəfər 40-45 yaşlarında olan bir şəxsin uzanaraq orada olmasını görmüş, həmin şəxsin ilkin olaraq öldüyünü zənn etmiş və həmin şəxsə yaxınlaşdıqda həmin şəxsin sərxoş olmasını görüb həmin şəxsi ayağa qaldıraraq “Sərvət” şadlıq sarayı ilə üzbə-üz yerləşən avtoyuma məntəqəsinin kənarına beton səkinin yanına gətirmişdir. Həmin vaxtı yolun kənarında yerləşən ağaclıq hissədə onunla birlikdə ofsiant işləyən Şahid3 dayanmasını görmüşdür. Bundan sonra həmin şəxsin üzərinə baxmaq üçün əlini əynində olan şalvarının sağ yan cibinə salıb hər hansı bir dəyərli əşyanın olub-olmamasına baxan zaman cibində pulun olmasını görmüş və həmin pulu götürən zaman həmin şəxs ayılmış və qışqırmağa başlamış, o, həmin şəxsin cibindən pulu götürüb qaçaraq uzaqlaşmağa başlamışdır. Bundan sonra həmin şəxs qışqırsa da o, oradan uzaqlaşaraq yaşadığı ev istiqamətində hərəkətə başlamış və yaşadığı ünvana çatdıqdan sonra həmin pulu sayan zaman 158 manat olmasını görmüşdür. Bundan sonra polis əməkdaşları onu götürüb polis şöbəsinə gətirmişlər. Hadisə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayı ilə üzbə-üz yerləşən avtoyuma məntəqəsinin yaxınlığında baş vermişdir. İlkin ifadəsində Şahid3 adını deməkdə məsuliyyətinin ağır olmaması üçün elə bir ifadə vermişdir. Lakin hal hazırki ifadəsində doğru olanı deyir, Zərərçəkmiş şəxs qarşı soyğunculuq cinayət əməlini o, tək törətmiş və əməlindən çox peşmandır. O, Şahid3 35 manat verməmiş, hadisəni onun tərəfindən törədilməsini Şahid3 gördüyünü bilmişdir. Hadisə vaxtı hadisə yerinin yaxınlığında Şahid3 dayanıb telefonla oynamış və o biri ofsiantlar da ondan uzaqda olmuşdur. Hadisə 1-2 dəqiqə davam etmişdir. Hadisə vaxtı hər hansı bir xəsarət almamışdır. Onun Şahid3la heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Şahid3 özü və yaxın ətrafı tərəfindən ona təzyiq və təsir olunmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 iyun 2023-cü il tarixdə, saat 18 radələrində Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayında toy şənliyinə getmişdir. Toy şənliyində bir az spirtli içki qəbul etmiş, saat 22 radələrində toydan çıxmaq qərarına gəlmiş və şadlıq sarayının tərk edib qonşular onun sərxoş vəziyyətdə olduğunu görməsin deyə “Sərvət” şadlıq sarayı ilə üzbə-üz olan “Avtoyuma” məntəqəsinin yanına gedib orda beton səkinin üstündə oturmuşdur. Bundan bir neçə dəqiqə sonra o, yuxulamış və həmin vaxtı kimsə ona yaxınlaşaraq onu ayağa qaldırıb bir qədər kənara aparmışdır. Orada həmin şəxsin əynində olan şalvarının sağ cibinə əlini salmasını və pulu çıxarmasını hiss edib o, dərhal ayılmış və həmin şəxsin qaçmasını görüb qışqıraraq pulunu apardılar demiş, ilk öncə ona cavan oğlan yaxınlaşmış və həmin cavan oğlanın qaçan oğlanın arxası ilə Vüsal qaçma pulu qaytar deməsini görmüş və həmin şəxsin pulu aparan şəxsi tanıdığını başa düşmüşdür. Həmin şəxsdən qaçan şəxsin adını soruşduqda Vüsal olduğunu demişdir. Daha sonra oraya başqa şəxslər də gəlmişlər və polisə bu barədə məlumat vermişlər, sonra o, polis şöbəsinə gəlib bu olanlar barədə məlumat vermişdir. Hadisə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayının yaxınlığında baş vermişdir. Ona ümumilikdə 158 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Sərvət” şadlıq sarayında ofsiant olaraq gündəlik 10-12 manata işləyir. Təqsirləndirilən şəxs və Şahid3 tanıyır, Vüsal və Emin onunla birlikdə Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayında ofsiant olaraq işləmişlər. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən zalında toy məclisində saat 18:00-da işə başlamışlar, həmin vaxtı Emin və Vüsal da onunla birlikdə toya gələn qonaqlara qulluq etmişdir. Həmin gün saat təxminən 23 radələrində toy məclisi qurtarmış və o, bütün ofsiantlarla birlikdə iclasda iştirak etmişlər. Bundan sonra o, yanında olan iş yoldaşları ilə birlikdə Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayından çıxmışlar və evə getməyə başlamışlar. “Sərvət” şadlıq sarayı ilə üzbə-üz olan avtoyuma sexinin yaxınlığında Şahid3 onları qışqıraraq yanına çağırmış və bir nəfər şəxsin sərxoş vəziyyətdə olmasını, yerə uzandığını bildirmişdir. Onlar həmin yerə yaxınlaşanda həmin şəxs ayağa durub bildirmişdir ki, cibindən pulunu aparmışlar. O da Emindən pulu kimin apardığını soruşduqda Emin ona bildirmişdir ki, pulu Təqsirləndirilən şəxs götürüb qaçmışdır. Bundan sonra həmin şəxsin yanında dayanmış və DİN-nin 102 zəng mərkəzinə məlumat verdiyi üçün polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və həmin şəxslə özləri sorğu aparmağa başlamışlar və onlarda İlkinlə birlikdə həmin yerdən uzaqlaşıb getmişlər. Hadisə baş verdiyi yerə gedən zaman Təqsirləndirilən şəxs hadisə baş verdiyi yerdə görməmiş, orada Şahid3 görmüş və həmin yerə onları Şahid3 çağırmışdır. O, konkret olaraq Yaşar Qarayevin cibindən pulu kimin götürməsini görməmiş, lakin hadisə yerinə gedən zaman orada olan Şahid3 ona pulu Təqsirləndirilən şəxs götürüb qaçmasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir.(i.v 129-130) Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının sonlarından Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayında günlük 12 manat əmək haqqı almaqla ofsiantlıq edir. xx.xx.2023-cü il tarixdə Sərvət şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən zalda işdə olmuş və saat 18 radələrində toy məclisi başlamış, o, bəy stolunun sağ hissəsində əyləşən kişi qonaqlara qulluq etməyə başlamışdır. Həmin günü saat 23 radələrində toy məclisi qurtardıqdan sonra digər ofsiantlarla birlikdə iclasda iştirak etmişdir. İclasdan sonra o, şadlıq sarayından çıxaraq yaşadığı ünvana getmək üçün yola düşmüş və yolda bir nəfər şəxsin uzanaraq orada olmasını görmüşdür. Həmin şəxsin yanında onunla birlikdə işləyən Vüsalı görmüşdür. Vüsal həmin şəxsi ayağa qaldıraraq yolu keçirib aparmağa başlamışdır. O da Vüsalın arxasında əlində telefonla oynayaraq piyada hərəkət etmişdir. Başı telefona qarışıq olmuş və birdən kişinin qışqırdığını, Vüsalın isə qaçdığını görmüşdür. Kişi qışqırıb pulunu apardılar demiş, o da Vüsalın arxası ilə qaçmamasını, götürdüyü pulu həmin şəxsə geri qaytarmasını demişdir. Lakin Vüsal qaçıb getmişdir. O, həmin şəxsə yaxınlaşaraq asfaltın ortasından qaldırmışdır. Həmin şəxs ondan pulu götürüb qaçan şəxsin adını soruşmuş və o da həmin şəxsə Vüsalın adını söyləmişdir. Sonra yanlarına başqa şəxslər də gəlmişlər. Sonra o, oradan uzaqlaşaraq 10 saylı orta məktəbin yanında yerləşən “Bilyard” adlanan kafeyə gələrək bir bakal pivə alaraq içmişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onunla birlikdə tutulmuş, saxlanılan zaman maddi imkanının olmamasını bildirərək ona kömək etməsini xahiş etmiş, bu səbəbdən də onun valideyni Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən «Sərvət» şadlıq evinin qarşı hissəsidir. (i.v 9-14) 28 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 49) Cinayət işi üzrə əməl xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmiş və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisənin hansı qaydada baş verməsini hadisə yerində əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. (i.v.53-56) Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 07 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir.(i.v 114) Azərbaycan Respublikası “Tibbi Ərazi NBölmələrinin İdarəetmə Birliyi “PHŞ Şirvan şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli PHŞ-6-35/2-438/2023 saylı məktubdan görünür ki, İbişov X1 ŞMX-nın ruhi əsəb kabinetində “Nevrastaniya. Kəskin ifadə olunmuş. Özünü kəsmələrlə” diaqnozu ilə qeydiyyatdadır.Narkoloji kabinetdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v 121) Məhkəmə-tibbi ekspertizasının 17 iyul 2023-cü il tarixli, 302 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. (i.v 140) Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə ona dəymiş maddi ziyan tamamilə ödənilmiş,ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsinə tənqidi yanaşır, onun ibtidai istintaq zamanı bildirdiklərini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini və işdə olan digər sənədləri əsas tutaraq onun məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakterli hesab edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, əvvəllər də talama cinayətinə görə məhkum olunmasını, cəzasını yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan - 28 iyun 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar