Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-130/2023 05.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:35-də Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1976-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 26A, mənzil 36-da yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 05(beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 4,24 qram, 4,28 qram, 4,29 qram, 4,74 qram və 4,91 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi – 22,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib əynindəki gödəkçəsinin sol iç cibində daşıyaraq saxlamış, 01 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, 20 Yanvar küçəsində küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək həmin tarixdə saat 22:15-dən 22:30-dək müddətdə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 05(beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 4,24 qram, 4,28 qram, 4,29 qram, 4,74 qram və 4,91 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi – 22,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Tutulmamışdan bir neçə gün qabaq Şirvan şəhəri, 20 Yanvar küçəsində piyada gəzərkən yerdə 1 ədəd kibrit qutusu görmüş, diqqətini cəlb etdiyi üçün həmin kibrit qutusunu yerdən götürmüş, içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu görmüş və istifadə etmək üçün cibinə qoymuşdur. 01 mart 2023-cü il tarixdə saat 21 radələrində o, yaşadığı Şirvan şəhəri, 20 Yanvar küçəsində gəzən zaman özünü şübhəli apardığına görə polis əməkdaşları ona yaxınlaşıb ona onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsi-axtarış keçirilmiş, şəxsiaxtarış zamanı əynindəki gədəkçəsinin sol iç cibində özü qəbul etmək üçün saxladığı içərisində qurudulmuş marixuana narkotik vasitəsi olan 05 ədəd kibrit qutusu aşkar edilib götürülmüş, sorğu zamanı o üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutularını məsuliyyətdən yayınmaq məqsədilə Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Lakin həmin narkotik vasitəni yerdən tapmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şirvan şəhər polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyirərkən 01 mart 2023cü il tarixdə polis şöbəsində olan zaman məlumat daxil olmuşdur ki, xx.xx.1976-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs halhazırda Şirvan şəhəri ərazisindədir və onların üzərində narkotik vasitə vardır həmçinin o narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğuldur. O bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə təxminən saat 21:30 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsinə getmiş, Xəyyamı həmin küçədə hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özlərini təqdim etmişlər, Xəyyama onlarla polis şöbəsinə getməsini bildirmiş, Xəyyam da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Xəyyamın əynindəki gödəkçəsinin sol iç cibindən 05 ədəd kibrit qutusu və həmin kibrit qutularının içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, sorğu-sual zamanı Xəyyamın özü həmin 5 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı bir müddət əvvəl Bakı şəhərində tanımadığı şəxsdən qutusunu 50 manata aldığını, 2 qutusunda olan qurudulmuş marixuanadan istifadə etdiyini qalan 5 kibrit qutusunu isə üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 01 mart 2023-cü il tarixdə polis şöbəsində olan zaman həmin vaxt Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məlumat daxil olmuşdur ki, xx.xx.1976-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri ərazisindədir və onun üzərində narkotik vasitə vardır, həmçinin o narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğuldur. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra Şirvan ŞPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə təxminən saat 21:30 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsinə getmiş, Xəyyamı həmin küçədə həmin küçədə hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özlərini təqdim etmişlər, Xəyyama onlarla polis şöbəsinə getməsini bildirmiş, Xəyyam da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Xəyyamın əynindəki gödəkçəsinin sol iç cibindən 05 ədəd kibrit qutusu və həmin kibrit qutularının içərisində narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlələr aşkar olunmuş, sorğu-sual zamanı Xəyyamın özü həmin 5 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı bir müddət əvvəl Bakı şəhərində tanımadığı şəxsdən qutusunu 50 manata aldığını, 2 qutusunda olan qurudulmuş marixuanadan istifadə etdiyini qalan 5 kibrit qutusunu isə üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol iç cibindən 05 ədəd kibrit qutusu və həmin kibrit qutularının içərisində narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlələr aşkar olunmuş, sorğu-sual zamanı Xəyyamın özü həmin 5 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı bir müddət əvvəl Bakı şəhərində tanımadığı şəxsdən qutusunu 50 manata aldığını, 2 qutusunda olan qurudulmuş marixuanadan istifadə etdiyini qalan 5 kibrit qutusunu isə üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol iç cibindən 05 ədəd kibrit qutusu və həmin kibrit qutularının içərisində narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlələr aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 02 mart 2023cü il tarixli 18/259 saylı №-li rəydən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 4,24 qram, 4,28 qram, 4,29 qram, 4,74 qram, və 4,91 qram, ümumi çəkisi – 22,46 qram olan bitki mənşəli kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsualla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 22,46 qram, tədqiqata sərf edilən miqdarı 0,1 qram (hər ob-0,02 qram), qalıq 22,36 qramdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə, saat 21.55-də şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarı ilə həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 aprel 2023-cü il tarixdə verilmiş 2276 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2342 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli, 4 (032)-184/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddətinin uzadılmasından imtina edilmişdir. İş materiallarında olan Şirvan ŞPŞ-nin 28 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “ev dustaqlığı” qətimkan tədbiri ilə bağlı üzərində tətbiq edilmiş nəzarət qurğusu 24 iyun 2023-cü il tarixdə çıxarılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət 07 (yeddi) ay 18 (on səkkiz) azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 22,36 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət 07 (yeddi) ay 18 (on səkkiz) azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 22,36 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-130/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-130/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver