Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-131/2023 19.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:58 X10 Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019ci ildə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 06 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımış, həmin narkotik vasitənin bir hissəsini qanunsuz olaraq digər şəxsə satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 15,57 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitəni 7,92 qram və 7,65 qram çəkilərə ayıraraq 01 ədədi kibrit qutusunda və 01 ədəd polietilen kəsiyi bükümündə qablaşdırıb üzərində saxlamaqla daşımış, 28 fevral 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı Sabirabad şəhəri, S.Vurğun küçəsi, 35 nömrəli evin qarşısında həmin qurudulmuş marixuananın 7,92 qramını 01 ədəd polietilen kəsiyimi bükümündə tanışı Şahid1 70 manata satmış, həmçinin həmin narkotik vasitədən qalıq qalan 7,65 qram narkotik vasitə qurudulmuş marixuana isə 09 mart 2023-cü il tarixdə saat 19:00 radələrində Şirvan şəhər polis şöbəsinin cinayət-axtarışı bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və bildirdi ki, özü Sabirabad rayonunda yaşayır. 09 mart 2023-cü il tarixdə həyətində usta ilə birlikdə maşın təmir edərkən həyətə 4 nəfər tanımadığı şəxslər gələrək, polis əməkdaşları olmalarını və evində axtarış aparmalı olduqlarını bildirmişlər. Onun evinə, babasının evinə və quş damına baxsalar da qanunsuz heç nə tapa bilməmiş, daha sonra onu Şirvan şəhər polis şöbəsinə aparmışlar. Orada ona bildirmişlər ki, Kubra Qənbərovaya marixuana satmış və bu səbəbdən də o saxlanılmalıdır. Üzərinə bir ədəd kibrit qutusunda narkotik vasitəni qoyaraq çəkiliş aparmışlar. O əvvəlcədən heç bir etiraz etməmiş, bütün sənədlərə imza etmişdir. Özünü 234.1-ci maddə ilə təqsirli bilmişdir. Hazırda isə ümumiyyətlə özünü təqsirli bilmir. O, Kubra Qənbərovanı tanımış, onunla yaxşı münasibətlərdə olmuşdur. Lakin ona marixuana satmamışdır. Narkotik vasitə olan marixuanadan əvvəllər bir neçə dəfə toy mərasimlərində istifadə etmişdir. Məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı təqsirləndirilən şəxs özünü elan olunmuş qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə, səhər saatlarında yaşadığı Sabirabad şəhəri, S.Vurğun küçəsində yerləşən mənzilinin yaxınlığında küçədə piyada gəzərkən yolun qırağında 1 ədəd kibrit qutusunun olduğunu görmüş, həmin qutu diqqətini cəlb etdiyi üçün bükümü yerdən götürmüş, bükümün içərisinə baxdıqda narkotik vasitə olan marixuananın olduğunu görmüş, özü narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuşdur. 09 mart 2023-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərinə gəlmiş, həmin günü saat 19:00 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsində hərəkətdə olduğu zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin edilmiş, vəkil gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunu və 1 ədəd bıçağı çıxarıb masanın üzərinə qoymuş, həmin qutuda narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə olan marixuananı yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təqdim etdiyi narkotik vasitə olan marixuana təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, 28 fevral 2023-ci il tarixdə saat 22 radələrində Sabirabad rayonunda Şahid1 70 manata narkotik vasitə olan marixuana satmadığını bildirmişdir. Şahid1 şahid qismində məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla yaxın münasibətləri olmasını, onun Sabirabad şəhərində yaşadığı ünvanda bir neçə dəfə olduğunu, ona zəng etdiyini, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şirvan şəhər polis şöbəsinin istintaq təcridxanasına etap olunduğu müddətdə ona ərzaq apardığını, sonuncunun ondan həbsdən azad edilməsinə köməklik etməsinə dair xahiş etdiyini təsdiq etsə də, Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirdi. X1 özünün təqsirləndirilməsinə dair cinayət işinin üzrə məhkəmə baxışı zamanı dindirilərkən ifadəsində göstərmişdir ki, 2020-ci ildə su filtri şirkətində işləmiş, şirkətdən onu filtir satmaq üçün Sabirabad rayonuna göndərmişlər. Sabirabad rayonunda filtr satan zamanı Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs ilə aralarında münasibət yaranmış, Təqsirləndirilən şəxs ilə mobil telefonla danışmışlar. Təqsirləndirilən şəxs ilə tanışlıqları yarandıqdan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, narkotik vasitə istifadə edir, narkotik vasitə istifadə etmək istəsə ona sata bilər. 28 fevral 2023-ci il tarixdə taksi ilə Sabirabad rayonuna Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs ona bir ədəd bükümdə narkotik vasitə olan marixuana satmış, Təqsirləndirilən şəxs 70 manat pul vermiş, Təqsirləndirilən şəxs narkotik vasitə aldıqdan sonra Sabirabad rayonundan Şirvan şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs aldığı narkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan narkotik vasitəni üzərində saxlamış, 09 mart 2023-ci il tarixdə, saat 14:50 radələrində Şirvan şəhəri, Sabir küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, üzərində narkotik vasitə olması barədə onlarda məlumat olmasını bildirmişlər. Onu polis şöbəsinə dəvət etmiş, polis əməkdaşlarına həmin marixuananı Sabirabad rayon sakini Təqsirləndirilən şəxs 70 manata aldığını bildirmişdir. (Şirvan şəhər Məhkəməsinin 1(032)-158/2023 nömrəli, 07.08.223-cü il tarixli hökmünə istinadən) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 09 mart 2023-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni daşımaqla saxlayır və narkotik vasitələrin satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X6 ibarət əməliyyat qrupu yaradılmış, sonra 09 mart 2023-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Bayramlı qəsəbəsi, X16 küçəsinə getmişlər, 09 mart 2023-ci il tarixdə saat 19:00 radələrində həmin küçədə Təqsirləndirilən şəxs görmüş, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Daşqin İmanova dövlət hesabına vəkil dəvət etmişlər. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu və 1 ədəd bıçağı çıxarıb təqdim etmiş, həmin qutuda narkotik vasitə olan qurudulmuş marixuananın olmasını bildirmiş, sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmiş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi kibrit qutusunda olan maddə narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuananı xx.xx.2023-ci il tarixdə Sabirabad rayonunda yaşadığı evin yaxınlığından yerdən tapıb və istifadə etmək üçün üzərində gəzdirib. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və ədəd bıçaq zərfdə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olduğunu, Təqsirləndirilən şəxs 28 fevral 2023-ci il tarixdə Sabirabad rayonunda Şirvan şəhər sakini Kübra Qəmbərovaya 70 manata narkotik vasitə qurudulmuş marixuana satması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi və məlumatın təsdiqini tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3 Şahid2 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə, saat 19:00-da saxlanılmış, həmin tarixdə, saat 20:05-də şübhəli şəxs qismində tutulmuş, 09 mart 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 24-25, 98-100) Şəxsi axtarış və götürmə aparılması haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibində bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə, şalvarın sol yan cibindən bir ədəd bıçaq aşkar olunmuşdur. (i.v 32-33) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə marixuana, sol yan cibində bir ədəd bıçaq olduğunu bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 10 mart 2023-cü il tarixli, 18/282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda, təmiz çəkisi-7,65 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,02 qr, qalıq-7,63 qr. qalmışdır. (i.v.43- 46) Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra çəkisi 7,63 qram qalan narkotik vasitə marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v.165 -176) Məhkəmə-bioloji ekspertizasının 16 may 2023-cü il tarixli, 18/517 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X2 üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixunalar eyni tərkiblidir. (i.v.149-150) Məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli, 2859 nömrəli rəyində göstərilmişdir ki, İmanov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.149-150) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İmanov X7 Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-ci ildə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 06 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır.(i.v.129 -130) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 7(007)-387/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 06 (altı) ay 10 (on) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.133-136) “Şirvan şəhər mərkəzi xəstəxanası” X15 arayışından görünür ki, İmanov X4 RMXnın Poliklinika şöbəsinin “Əsəb-ruhi və narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 171) Şirvan şəhər Məhkəməsinin 1(032)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azercell telecom MMC-dən əldə edilmiş mobil telefon nömrələrinə daxil olmuş sms, zəng və anten dairələri barədə məlumatlara əsasən iş üzrə əhəmiyyətli aşağıdaki hallar müəyyən edilmişdir: - 01.02.2023-cü il tarixdə Şahid1 məxsus ********* mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus 050 ******* mobil telefon nömrəsinə “ Daşqın Nəvahini keçirəm, rayonda harda düşəcəm” məzmunlu sms göndərilmişdir. - 09.03.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 050 ******* mobil telefon nömrəsinin əhatə dairəsi Alibayramlı (Şirvan) göstərmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin qərarda qeyd olunmuşdur ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. O ki qaldı təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, məhkəmə onun məhkəmə iclasında bildirdikləri, həmçinin də ibtidai istintaqda özünü qismən təqsirli bilməsini, bütün istintaq dövrü ərzində ona qarşı irəli sürülmüş ittihamla əlaqədar etiraz etməməsini, Kubra Qənbərova ilə üzləşdirmə hallarını, ekspertiza rəylərini, şahid ifadələrini, həmçinin də müdafiə tərəfinin vəsatəti əsasında tədqiq edilən telefon anten məlumatlarını diqqətə alır, daxili inamını və yuxarıda sadalanan qanunvericilik normalarını, o cümlədən yuxarı instansiya məhkəmələrinin tövsiyyə xarakterli qərarlarını rəhbər tutaraq təqsirləndirilən şəxsə qarşı haqlı ittihamın irəli sürülməsini və onun bildirdiklərinin özünümüdafiə xarakteri daşımasını hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halların olmamasını və ağırlaşdırıcı hallar kimi əməlində cinayətlərin residivinin olmasını nəzərə alır, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X12 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,63 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 09 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şirvan şəhər Polis Şöbəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,63 qram çəkidə narkotik vasitə olan qurudulmiuş marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə xərci – 133 (yüz otuz üç) manat 86 (səksən altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-131/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-131/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver