Məhkəmə qərarları › İş №1(032)-132/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-132/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-132/2023 13.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X6 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, X3 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 01 yanvar 2023-cü il tarixdə saat 21 radələrində tamah niyyətilə Şirvan şəhəri Füzuli küçəsində yerləşən “Gəmi Təmiri” adlı zavodun həyətində yerləşən X5 məxsus saxlanc yeri hesab edilən tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq tövlədən 400 manat dəyərində 02 (iki) yaş və 60 (altmış) kq çəkisi olan bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 400 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 12,80 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 22 fevral 2023-cü il tarixdə saat 13 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyattədbiri nəticəsində o, Şirvan şəhəri M.Əcəmi küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 14-də üzərində axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 12,80 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, son zamanlar maddi vəziyyətdən çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. 31 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Şirvan şəhəri, Çılpaqlı qəsəbəsi, Füzuli küçəsində yerləşən “Gəmi Təmiri” adlı zavodun yaxınlığında dəmir yığmış, dəmir yığan zaman “Gəmi Təmiri” adlı zavodun yaxınlığında inəklərin və qoyunların olduğunu görmüş, həmin zavodun həyətindən oğurluq etmək qərarına gəlmişdir. 01 yanvar 2023-ci il tarixdə saat 21 radələrində “Gəmi Təmiri” adlı zavoda gələrək küçədə bir qədər gözləmiş və heç kimin olmadığına əmin olduqdan sonra həmin “Gəmi Təmiri” adlı zavodun hasarından tullanaraq həyətə keçmişdir. O, həyətdə qoyunların olduğu tövləni tapmış, tövlənin içərsində təqribən 40-50 baş qoyun olmuşdur. O, tövlənin qapısını açıb oraya daxil olmuş, tövlədə olan qoyunun birini tutmuş, həmin qoyunu çətinliklə tövlədən küçəyə çıxartmışdır. Qoyunu yaxınlıqda olan sahəyə aparmış və ayaqlarını iplə bağlayaraq, sonra həmin ərazidən uzaqlaşmışdır. Şirvan şəhəri Füzuli küçəsində yolun kənarında “Qaz 3110” markalı taksinin dayandığını görmüş, həmin avtomobilin sahibinə Şirvan şəhəri Füzuli küçəsində yerləşən “Gəmi Təmiri” adlı zavoddan 1 baş qoyun almasını bildirib həmin qoyunu yaşadığı evə aparmaq istədiyini söyləmişdir. Həmin şəxs ona 5 manat pul verəcəyi təqdirdə qoyunu yaşadığı evə aparacağını bildirmiş, o da, həmin şəxslə razılaşmışdır. Qoyunu avtomobilin yük yerinə qoyaraq yaşadığı evin küçəsinə gəlmişdir. Sonradan yaşadığı evin küçəsində olan şəxslərə 1 baş qoyun satmasını söyləmiş, yaxınlıqda olan tanımadığı şəxslərdən bir nəfər ondan qoyunu 130 manata almışdır. Həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. O, 2022-ci ilin dekabr ayından etibarən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, 22 fevral 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Şirvan şəhəri, Xaqani küçəsində gəzən zaman yaşadığı evin yaxınlığında yerdə bir ədəd sellofan büküm görmüş və onun marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açıb içərisinə baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bilmiş, həmin marixuananı tapmış olduğu sellofan bükümdə əynindəki gödəkçənin sol iç cibinə istifadə etmək məqsədi ilə qoymuşdur. 22 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Şirvan şəhəri, M.Əcəmi küçəsində piyada hərəkətdə olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqlarnı söyləmişlər. Həmin vaxt ətrafda başqa insanlar olduğu üçün, həmçinin onun üzərində narkotik vasitə qurudulmuş marixuana olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmiş, bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otaqların birində polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmış, axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmiş, o da əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını söyləmişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Polis əməkdaşları ondan həmin bükümdə olan qurudulmuş marixuananı haradan əldə etdiyini soruşduqda tapdığını bildirmişdir. Daha sonra polis əməkdaşına təqdim etdiyim narkotik vasitə qurudulmuş marixuana bükümlə birlikdə zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Ekspertiza rəyi ilə tanış olduqdan sonra ona üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 12,80 qram olması məlum olmuşdur. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmiş, o, həmin qurudulmuş marixuananı 22 fevral 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Şirvan şəhəri, Xaqani küçəsində gəzən zaman yerdən tapmışdır. O, narkotik vasitədən istifadə edərkən tək olmuş, yanında heç kim olmamış, onun narkotik vasitədən istifadə etməyindən heç kimin xəbəri olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onun Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi olmuş, 2011-ci ildə “Kür” çayı daşan zaman onun evi yararsız vəziyyətə düşmüş, bundan sonra o, Şirvan şəhər İcra Hakimiyyətinin qərarı ilə Şirvan şəhəri Füzuli küçəsində yerləşən “Gəmi Təmiri” adlı zavodu ərazisində yaşayır. Həmin zavodun ətrafı dəmir barmaqlıqlar ilə əhatə olunmuşdur. O, həmin zavodun həyətində 60 baş qoyun, 8 baş inək saxlamışdır. Həmin zavodun daxilində tövlə düzətmiş, qoyunları ayrı tövlədə, inəkləri də ayrı tövlədə saxlamışdır. O, gündüz vaxtı inəkləri və qoyunları “Kür” çayının sahilində yerləşən meşədə otarmış, axşam heyvanları zavodun həyətində olan tövləyə salmışdır. 01 yanvar 2023-ci il tarixdə saat 18 radələrində o, qoyunları və inəkləri tövləyə salmış, sonra yaşadığı otağa getmişdir. 02 yanvar 2023-cü il tarixdə saat 09 radələrində o, tövləyə yaxınlaşan zaman qoyunun birinin çöldə olduğunu görmüş və tövləyə getmiş, tövlədə qoyunları sayan zaman bir baş qoyunun yerində olmadığını görmüşdür. Naməlum şəxs və ya şəxslər ona məxsus bir baş qoyunu oğurlamışdır. Ona məxsus olan 1 baş qoyun 01 yanvar 2023-cü il tarixdə saat 18 radələrindən 02 yanvar 2023-cü il saat 09 radələrinə qədər olan müddət ərzində Şirvan şəhəri, Füzuli küçəsində yerləşən “Gəmir Təmiri” adlı zavodun həyətində düzəltdiyi tövlədən oğurlanmışdır. Oğurluq nəticəsində ona 400 manat maddi zərər dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə icraatına Şirvan şəhəri Xaqani küçəsi-21, ev 728-də yaşayan X3 narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Qardaşxan Nəbiyevin üzərində axtarış aparılması zərurəti yaranmışdır. Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Qardaşxan Nəbiyevin yeri tərəflərindən müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Şirvan şəhəri M.Əcəmi küçəsində piyada hərəkət edən zaman saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 14-də videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Qardaşxan Nəbiyevin üzərində axtarış aparılmış, axtarış zamanı Qardaşxan Nəbiyevin üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə, içərisində yaşılımtıl rəngli, spesifik qoxulu narkotik vasitə quruudlmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. X10 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Qardaşxan Nəbiyev tərəfindən imzalanmışdır. Daha X10 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs X3 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X8 iştirakı ilə X3 üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı X3 əynində olan qara rəngli kurtkanın sol iç cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Şübhəli şəxs X3 təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs X3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 23 fevral 2023-cü il tarixli, 18/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...X3 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi-12,80 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 12,80 qram, tədqiqata istifadə olundu - 0,02 qram, qalıq 12,78 qramdır. Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizanın 30 mart 2023-cü il tarixli, 1741 nömrəli rəyindən görünür ki, müayinə zamanı X4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. X7 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli, 9/2497 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 60 kq çəkidə 2 yaşlı 1 baş qoyunun 2023-cü ilin yanvar ayınadək olan orta bazar qiyməti təxminən 400 manat müəyyən edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 267 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, X7 barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan 22 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 15:40-da tutulmuşdur. Cinayət işi materiallarında olan 24 fevral 2023-cü il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan 24 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən X3 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X3 əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə X3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X7 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 barəsində cəza təyin edərəkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X3 barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs X3 barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. X7 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 23 fevral 2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik və 05 may 2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat, cəmi 99 manat 74 qəpik məbləğində pul X2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,78 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə dəymiş ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 03 (üç) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilən cəzadan 04 (dörd) gün çıxılıb onun üzərində qəti olaraq, 03 (üç) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. X7 üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək X3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. 23 fevral 2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik və 05 may 2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat, cəmi 99 manat 74 qəpik məbləğində pul X2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. X7 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 12,78 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə dəymiş ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsinin vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar