Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-133/2024 01.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X2 Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 2007-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 27 may 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən “Səməd Vurğun adına park”da tanışlarının daha əvvəl “Tik-Tok” sosial şəbəkəsində baş vermiş mübahisəsinə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs müdaxilə etməsini bəhanə edərək, kənar şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək qarın nahiyyəsinə təpik zərbəsi ilə vurub, onu yerə yıxmaqla “sağ dizin aşağı bayır qütbündə qançır kimi” sağlamlığa zərər vurmamaqla dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müşaiyət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Şirvan peşə liseyində 2-ci kursda mühasibat uçotu üzrə təhsil alır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında heç bir tanışlıq və ya qohumluq yoxdur. 22 fevral 2024-cü il tarixdə tanışı Aydanın xalası Gülər ona “İnstagram” sosial şəbəkəsində yazaraq, ona bacısı qızı Aydanın 10 nömrəli məktəbin qızları ilə danışığa gedəcəyini deyib, onun da Aydanın yanında getməyini və ona kömək etməyini istəmiş, həmin vaxt Gülər ona özünün də onlarla gələcəyini demişdir. 23 fevral 2024-cü il tarixdə saat 12 radələrində onunla bir litseydə təhsil alan Gilasla birlikdə 9 nömrəli məktəbə getmiş və orada Aydanla görüşmüşlər. Həmin vaxt Aydanın yanında 3 nəfər başqa qız olmuş, Aydan və yanında olan qızlar orada olan musiqi məktəbinin arxasına getmişlər. Təxminən 10 dəqiqə Aydan və yanında olan qızlar məktəbin arxasında söhbət etmişlər. Həmin vaxt söhbətin nə olmasını, nə səbəbdən onların musiqi məktəbinin arxasına getməsini bilməmiş, sonra Aydan və yanında olan qızlar gəlmişlər. Həmin vaxt Aydan və yanında olan qızların arasında olan mübahisə bitməmiş, o da onlara demişdir ki, səs küy salmasınlar, kənardan başqaları onlara tərəf baxırlar, gedək məktəbdən kənara orada söhbət edək. Orada Zərərçəkmiş şəxs, Fatimə Salmanova, Gilas, Gülay, Selcan, Aydan, Nuray və iki nəfər tanımadığı qız olmuş, sonra onlar birlikdə Azad marketin arxasında yerləşən S.Vurğun küçəsindəki parka gəlmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun saçından tutmuş və çəkmiş, sonra isə Gilasın qarnına təpiklə vurmuşdur. Bu zaman Fatimə, Gülay, Fatimə Salmanova və Şahzadə Gilasın üstünə düşmüşlər və onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Fatimə onu təpiklə qarnından vurmuş, o da qarşılıq olaraq Fatimənin qarnına təpiklə vurmuşdur. Fatiməyə yetirmiş olduğu təpiyin zərbəsindən sonuncu yerə yıxılmışdır. Sonra Fatimənin sevgilisi ora gələrək Fatiməni yerdən qaldırmışdır. Bu zaman Fatimə anidən orada dayanmış Selcanı da təpiklə vurmuşdur. Aralarında olan mübahisə dayanmasına baxmayaraq Fatimə və onun yanında olan qızlar onlara qarşı söyüş söyməyə başlamışlar. Sonra mübahisə dayanmış, onlar da oradan uzaqlaşıb evlərinə gəlmişlər. Şirvan şəhəri S.Vurğun küçəsində yerləşən binların arasındakı parkda baş vermiş mübahisə 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı orda o, Fatimə Salmanova, Nuray, Şahzadə, Fidan, Gülay, Gilas, Selcan, Aydan və digər tanımadığı qızlar olmuşdur. Hadisə zamanı o, qarnından, başından və əllərindən xəsarət almışdır. Xəsarətlərlə bağlı o və ailə üzvləri Polisə şikayət etməmişlər, həmçinin tibbi ekspertizadan keçməmiş, bu səbəbdən aldığı xəsarətlər sağalmış, hazırda heç bir xəsarəti qalmamışdır. Zərərçəkmiş şəxsə barışıq təklif etmişdir. Əməlindən peşmandır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi həmçinin, məhkəmə iclasında tədqiq edilmiş, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları, həmçinin işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şirvan şəhəri 10 nömrəli tam orta məktəbdə 10-cu sinifində oxuyur, nənəsi ilə birlikdə Şirvan şəhərində yaşayır, anası Qanuni nümayəndə2 Bakı şəhərində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 2024-cü ilin fevral ayının 16-da onunla bir məktəbdə oxuyan Şahzadə və 9 nömrəli məktəbdə oxuyan Nuray adlı qız arasında “Tik-tok” sosial şəbəkəsində mübahisə olmuş, Nuray Şahzadəni “Tik-tok” sosial şəbəkəsində nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, həmin vaxt o, Elmira və Gülay həmin “Tik-tok” sosial şəbəkəsində Şahzadənin canlı yayım zamanı səhifəsini izləmişlər və bu mübahisənin şahidi olmuşlar. Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən Musiqi məktəbinin yanında görüşmək barədə razılığa gələrək ertəsi gün onlar qeyd olunan yerdə görüşmüşlər, bu zaman Nurayla Şahzadə aralarında danışmışlar və Nuray səhv hərəkət etdiyini bildirmiş və üzr istəmişdir. Təxminən 1 həftə sonra, yəni 23 fevral 2024-cü il tarixdə o, Şahzadə, Elmira və Gülay oxuduqları 10 nömrəli məktəbin qarşısında hərəkətdə olarkən qəfildən Nuray, Fidan və yanlarında tanımadığı digər qızlarla birlikdə onların qabaqlarını kəsmişlər. Həmin vaxt Fidan və yanındakı qızlar onlara qarşı nəlayiq sözlər demişlər və onların arxalarınca getmələrini bildirmişlər. Onlarda onların arxasınca getmişlər. Həmin vaxt onlar şəhərin S.Vurğun küçəsinə gəlmişlər. Orada olan parkda olarkən Fidan və yanında olan Selcan adlı qız onların düz hərəkət etmədiklərini, Nuraydan haqsız yerə üzr istətmələrini bildirmişlər. Sonra Fidan onun ünvanına nəlayiq söyüşlər söymüş və üstünə gəlmiş və təpik zərbəsi ilə onun qarnına vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, həmin vaxt qarnında küt ağrı hiss etmiş, qarnı pis ağırmağa başlamış, həmçinin yerə yıxılanda sağ dizi əzilmiş, həmin vaxt Fidan onu yerdə olan zaman təpik zərbələri ilə vurmağa başlamış, zərbələrin təsirindən o, yerdən dura bilməmişdir. Həmin vaxt orada olan digər qızların da aralarında mübahisə düşmüş, lakin o, yerdə olduğundan və özünü Fidanın zərbələrindən qorumağa çalışdığından kimin kimi vurmasını görə bilməmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, sonra ətrafdan kənar şəxslər gəlmişlər və onları ayırmışlar. Bundan sonra o, Şahzadə, Elmira və Gülay oradan uzaqlaşıb evlərinə getmişlər. Fidan Məmmədovadan başqa heç bir qız ona xəsarət yetirməmiş, Fidan Məmmədova onu təpiklə vurmuş, başqa heç bir əşya ilə vurmamışdır. Hadisə vaxtı ona aid heç bir əşyaya maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs onunla barışmağa cəhd etsə də barışmamış, şikayətçidir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində bildirdi ki, 23 fevral 2024cü il tarixdə saat 12 radələrində o, bir sinifdə oxuduğu Şahzadə, Fatimə, Elmira ilə birlikdə məktəbdən çıxaraq evə getmək üçün yola düşmüşlər. Həmin vaxt 9 nömrəli məktəbdə oxuyan Nuray, Aydan, Rasimə və yanında olan digər qızlar onlarla üzbəüz gələrək, onlara nalayiq söyüş söyüb, arxaları ilə S.Vurğun küçəsində yerləşən parka gəlmələrini bildirmişlər. Onlarda onların arxasınca getmişlər. Parka çatdıqda orada olan söhbətgahda X5 üzr istəməsi məsələsinə etiraz edərək, bu hərəkətin düz olmadığını bildirmişdir. Bundan sonra Fidan anidən təpiklə Fatimənin qarnına vurmuş və zərbədən Fatimə yerə yıxılmış, həmin vaxt Fidan Fatiməni yerdə təpiklə vurmağa davam etmişdir. Bu zaman Selcanla Aytən onun sol gözünə yumruqla vurmuşlar. Sonra isə Gilas və yanında olan qız Şahzadə ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt orada olan Rasimə mübahisəni telefonu ilə çəkmişdir. Mübahisə zamanı ətrafdan tanımadıqları şəxslər gəlmişlər və onları ayırmışlar. Bundan sonra Nuray və onunla gələn qızlar qaçıb getmişlər. Onlarda oradan evlərinə getmişlər. O, evə gedən sonra ona anası zəng etmiş və anası ilə birlikdə 9 nömrəli məktəbə getmişdir. Sonra o, anası ilə birlikdə evə gəlmiş, hadisədə iştirak edən digər qızları isə polis şöbəsinə aparmışlar. Bundan başqa o bildirmişdir ki, baş vermiş hadisə 10-15 dəqiqə ərzində baş vermiş, baş vermiş mübahisə şəhərin S.Vurğun küçəsində yerləşən binların arasındakı parkda baş vermişdir. Hadisə zamanı orada o, Nuray, Şahzadə, Fidan, Gilas, Selcan, Aydan və digər tanımadığı qızlar olmuşdur. Hadisə vaxtı Selcanla Aydan onu sol gözündən yumruqla vurmuşlar, lakin o və ailə üzvləri şikayət etməmişlər, həmçinin tibbi ekspertizadan keçməmiş, bu səbəbdən aldığı xəsarətlər sağalmış, hazırda heç bir xəsarəti qalmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə5 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində bildirdi ki, 15 fevral 2024cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində tanışları olan qızlarla yazışırmışlar, həmin vaxt Nuray səhifəsində paylaşdığı videogörüntüyə görə onu səhifənin komentari hissəsində nəlayiq formada təhqir etmişdir. Həmin vaxt aralarında sözlə mübahisə olmuş. sonra səhifənin şəxsi danışıq hissəsində mübahisə etmişlər, həmin vaxt növbəti günə görüş təyin etmişlər ki, məsələni aydınlaşdırsınlar. Növbəti gün, yəni 16 fevral 2024-cü il tarixdə Musiqi məktəbinin arxasında o, Fatimə, Gülay, Nuray və yanında olan tanımadığı 2 qız görüşmüşlər. Həmin vaxt Nuray səhf etdiyini etiraf etmiş və ondan üzr istəmişdir. Bununla da aralarında olan məsələ bağlanmışdır. 23 fevral 2024-cü il tarixdə o, yanında olan Fatimə, Gülay və Elmira ilə birlikdə məktəbdən çıxıb evə gedərkən Nuray və onun yanında olan tanımadığı qızlar onu S.Vurğun küçəsində yerləşən parka çağırmışlar, onlar parka getmişlər, orada olan qızlar Nurayın söyüş söyməsinin düz etmdiyini bildirmişlər və nəticədə mübahisə düşmüşdür. Mübahisə zamanı Fidan təpiklə Fatiməni vurmuş, sonra X11 döymüşlər. Gilasla Aytəndə onunla mübahisə etmişlər və onu vurmuşlar. Həmin vaxt onlar saçını yolmuşlar və başından vurmuşlar. Sonra ətrafdan kənar şəxslər gəlmişlər və onları ayırmışlar və onlar evlərinə getmişlər. O, evə gedəndən 1 saat sonra oxuduğu məktəbin direktoru onu məktəbə çağırmışlar. O, məktəbə getdikdən sonra oradan 9 nömrəli məktəbə getmişlər. Sonra ora polis əməkdaşları gəlmişlər və onlar polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Baş vermiş hadisə 10-15 dəqiqə davam etmiş, mübahisə şəhərin S.Vurğun küçəsində yerləşən binaların arasındakı parkda baş vermişdir. Hadisə vaxtı o, başından xəsarət almış, lakin o və ailə üzvləri şikayət etməmişlər, həmçinin tibbi ekspertizadan keçməmişdir. Bu səbəbdən aldığı xəsarətlər sağalmış, hazırda heç bir xəsarəti qalmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid5 ifadəsində bildirdi ki, 23 fevral 2024cü il tarixdə saat 12 radələrində o evdən çıxmış və kursa getmək üçün piyada yola düşmüşdür. O, şəhərin L-nt İbrahimov küçəsində olarkən Fidan ona zəng edərək, 9 nömrəli məktəbin yanına gəlməyini bildirmiş, o da, onun dediyi qaydada 9 nömrəli məktəbin yanına getmişdir. Deyilən yerdə ondan başqa Gilas, Fidan və tanımadığı başqa qızlar olmuşdur. Sonra onlar oradan S.Vurğun küçəsində yerləşən parka getmişlər. Orada söhbətgahda olarkən Fidanla Fatimə arasında sözlə mübahisə olmuş, Fidan bu zaman Fatimənin ünvanına nəlayiq söz demiş, onlar da demişlər ki, söyüş söyməyin, ayıbdır. Lakin Fidan heç kimə məhəl qoymamış və Fatimə ilə mübahisə etməyə başlamışdır. Bu zaman Fidan təpiklə Fatimənin qarnına vurmuş və Fatimə yerə yıxılmışdır. Sonra orada olan qızların da arasında mübahisə düşmüş, mübahisə zamanı orada çoxlu qız olduğundan kimin kiminlə mübahisə etməsini dəqiq xatırlamamışdır. Mübahisə 10-15 dəqiqə davam etmiş, həmin vaxt ətrafdan kənar şəxslər gəlmişlər və mübahisəni sakitləşdirmişlər. Bundan sonra onlar da oradan uzaqlaşıb evlərinə getmişlər. Baş vermiş hadisə 10-15 dəqiqə davam etmişdir. Mübahisə şəhərin S.Vurğun küçəsində yerləşən binaların arasındakı parkda baş vermiş, hadisə vaxtı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 23 fevral 2024-cü il tarixdə o, X7 tədbirdən çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs də onun yanında olmuşdur. Fidan ona onlarla birlikdə 9 nömrəli məktəbin yanına getməsini bildirmişdir. O da razılaşmışdır. Onun ora getməyinə səbəb Fatimə və tanıdığı digər qızların onun mərhum atasını söymələri olmuşdur. O da ora getmişdir ki, bu söyüş məsələsinə aydınlıq gətirsin. Bundan sonra onlar S.Vurğun küçəsində yerləşən parka tərəf getməyə başlamışlar. Bir az sonra Fatimə və yanında olan digər qızlar onlara tərəf gəlmişlər. Həmin vaxt onlar parkda olan söhbətgahın içərisinə yığışmışlar. Bu zaman Gülay onun atasının ünvanına söyüş söymüş, sonra isə Fatimə onun ünvanına söyüş söymüşdür. X12 saçından tutmuş və onu təpiklə qarnından vurmuşdur. Sonra o biri qızlar arasında mübahisə düşmüşdür. Mübahisə zamanı Şahzadə onu təpiklə vurmuş və saçından tutmuşdur. O, həmin vaxt Şahzadəni itələmiş, lakin Şahzadə ondan əl çəkməmişdir. Sonra isə Gülay onun üstünə gəlmiş və saçından tutmuşdur. Sonra isə Selcan ora gəlmiş, Selcan onları ayırmaq istəsə də, ayrıa bilməmişdir. Sonra Selcanla onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Fatimənin sevgilisi gəlmiş, o üstlərinə gəlmiş və onlara qarşı qışqıraraq aralaşmaqlarını bildirmişdir. Bundan sonra onlar aralaşmışlar və evlərinə getmişlər. Baş vermiş hadisə 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış yetkinlik yaşına çatmayan Şahid1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə6 məhkəməyə gəlməmişdir. Yetkinlik yaşına çatmayan Şahid1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncu onunla bir sinifdə oxuyur. 2024-cü ilin fevral ayının 16da o, Şirvan şəhəri, 20 yanvar küçəsində yerləşən Musiqi məktəbinə diplomunu almaq üçün getmiş, Həmin vaxt o, diplomunu almış, sonra məktəbdən çıxanda Şahzadə ona demişdir ki, məktəbin arxasında qızlar söhbət edir, o da onunla gəlsin. O, Şahzadə ilə birlikdə məktəbin arxasına keçmiş, həmin vaxt orada qızlar Gülay, Fatimə, Şahzadə və digər tanımadığı qızlar olmuş, həmin vaxt orada qızlar söhbət etmişlər, söhbətin məzmumu üzr istəmə ilə bağlı olmuşdur. Belə ki, Nurayın Şahzadədən üzr istəməsi olmuş, təxminən 5-10 dəqiqə sonra onlar oradan dağılışmışlar. Həmin vaxt orada heç bir mübahisə və ya dava dalaş olmamış, 23 fevral 2024-cü il tarixdə 12 radələrində o və sinif yoldaşları dərsdən çıxmışlar və evə getmək üçün yola düşmüşlər. Həmin vaxt onlar, yəni o, Şahzadə, Gülay və Fatimə birlikdə piyada gələrkən görmüşdür ki, irəlidə qızlar dayanıb. Həmin vaxt qızların içərisindən Nurayı görmüşdür. Onlar onlara yaxınlaşan zaman yəni yollarını gedərkən həmin Nuray və yanında olan qızlarda onlara tərəf gəlmişlər. Həmin vaxt onlar üz-üzə gəldikdə, qızlardan Fidan adlı qız Fatiməni söymüş, sonra Fidan onlara qarşı da söyüş söymüş, onlarda niyə söyüş söyməsini bildirdikdə, oradan olan Azad marketin arxa tərəfindəki parka getmək qərarına gəlmişlər. Sonra onlar şəhərin S.Vurğun küçəsində yerləşən parka getmişlər. Həmin vaxt onlar bir tərəfdə Nuray, Fidan və digər qızlar isə bir tərəfdə dayanmışlar. Həmin vaxt Fidan Nuraya demişdir ki, hansı qızla arasında mübahisə olub. Nuray demişdir ki, onun Fatimə ilə arasında mübahisə olub. Bu zaman Fidan anidən Fatimənin qarnına təpiklə vurmuş, Fatimə həmin vaxt təpiyin zərbəsindən arxası tərəfə getmiş, bu zaman Fidan Fatimənin saçından tutaraq onu kənara çəkmiş və Fatimə yerə yıxılmışdır. Həmin vaxt digər qızlarla onların aralarında mübahisə düşmüş, lakin kimin kimi vurmasını dəqiq bilə bilməmiş, o da orada qızın biri ilə mübahisəsi olmuş, lakin həmin qızın kim olmasını bilməmişdir. Həmin vaxt ətrafdan kənar şəxslər gəlmişlər və bir nəfər şəxs kənardan onlara tərəf qışqırandan sonra mübahisə dayanmışdır. Onlar sol tərəfə getmişlər. Onlarda mübahisə edən qızlar orada olan söhbətgaha tərəfdə qalmışlar. Sonra həmin qızlar oradan uzaqlaşıb getmişlər, onlarda onlar gedəndən sonra getmişlər. Bundan sonra o evə gəlmiş və bu barədə valideynlərinə məlumat vermiş, bundan əlavə bildirmişdir ki, o, evə gəldikdən sonra mübahisə barədə valideyninə demiş, sonra demişdir ki, mübahisəni kimsə telefonla çəkib. Bundan sonra anası atası Natiqə zəng edərək, bu barədə məlumat vermiş, atası Natiqdə bu barədə Şirvan şəhər Polis şöbəsinə şikayət etmişdir. Videoçəkiliş mübahisə barədə olmuşdur. Atasıda onun üçün narahat olduğundan videonun yayılmasının qarşısını almaq üçün şikayət etmişdir. Bundan başqa o bildirmişdir ki, baş vermiş hadisə 10-15 dəqiqə ərzində baş vermiş, baş vermiş mübahisə şəhərin S.Vurğun küçəsində yerləşən binların arasındakı parkda baş vermiş, hadisə zamanı orada o, Nuray, Şahzadə, Fidan, Gülay, Gilas və digər tanımadıqları qızlar olmuş, hadisə vaxtı xəsarət almamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmişdir; Məhkəmə tibbi ekspertizasının 26 fevral 2024-cü il tarixli, 104 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-sağ dizin aşağı bayır qütbündə qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 fevral 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir; zərərçəkmiş şəxs kimi tanımaq haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; təqdim etmə və baxış keçirmə haqqında 15 mart 2024-cü il tarixli protokoldan və 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 01 ədəd DVD diskdə olan videogörüntü 00:00:29 saniyədir, videogörütüdə hadisə şəhərin S.Vurğun küçəsində yerləşən parkın içərisindəki söhbətgahda olması görünür. Görüntüdə söhbətgahın içərisində sayı dəqiq bilinməyən qızların mübahisəsi və aralarında sözlə və əl qol hərəkətləri ilə mübahisələri, bir nəfər qızın isə mübahisə zamanı yerə yıxılması görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin yerə yıxılan qızın özü olduğunu, onu yerə yıxan şəxsin isə onunla mübahisə edən Təqsirləndirilən şəxs olduğunu, sonuncunun onu təpiklə vurması nəticəsində yerə yıxılmasını bildirdi. Videogörüntüdə hadisənin ictimai yerdə olmaqla ətrafda yaşayış binaların olması müşahidə olunur. Mübahisənin səs-küylə müşayiət olunması da görünür; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X9 Ərazi Bölmələri İdarəetmə Birliyi “Şirvan şəhər mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin 29 aprel 2024-cü il tarixli, 18-1-35/2-689/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 214 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsinə dair 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 may 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini, yəni xuliqanlıq (ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olduğundan cəza təyin edilərkən həmçinin aşağıdakılar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəzanın təyin olunmasının ümumi əsasları ilə, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, yeniyetmənin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin oluna bilər. Qanunvericilik 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanlara təyin edilə biləcək cəza növləri müəyyən edilərkən onların əqli və iradəvi xüsusiyyətlərinin, cinayətin törədilməsi hallarının, eləcə də cəmiyyətdə olan faydalı roluna uyğun olaraq yenidən inteqrasiyasına yardım etmiş olmasının nəzərə alınması tələbi beynəlxalq hüquq normalarından da irəli gəlir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İslah işləri cəzasına münasibətdə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. İslah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər (Cəzaların İcrası Məcəlləsinin 40 və 41.1-ci maddələri). Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən islah işləri cəzası məhkumun əsas iş yeri üzrə çəkilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iş yerinin olması və işləməsi halı aşkar edilməmişdir. Bu səbəbdən şəxsə islah işləri cəzasının təyin edilməsi də məqsədəmüvafiq deyildir. Azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə münasibətdə məhkəmə hesab edir ki, həmin cəzanın təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilməsini törətmiş olduğu əmələ görə ağır cəza olduğundan qanuni və ədalətli cəza deyildir. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı elektron nəzarət vasitəsi tətbiq edilir, həmin nəzarət vasitəsinin tətbiqi təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində cəmiyyətdə öz yaşıdları arasında mənfi emosiyalar doğuracağına və tərəflərindən mənfi xarakterizə olunacağına dəlalət edir. Azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 28 iyul tarixli 652 nömrəli Qərarı ilə ölkəmiz BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na (Pekin Qaydaları) qoşulmuş, milli qanunvericilik bu sənəddən irəli gələrək təkmilləşdirilmişdir. Pekin Qaydalarına əsasən, yuvenal ədliyyə sistemində yetkinlik yaşına çatmayanın əmin-amanlığının təmin edilməsi ön planda olmalıdır. Bundan əlavə, Pekin Qaydalarının 17-ci maddəsində yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsinin prinsipləri sadalanır:
1. Veriləcək cəza təkcə cinayətin törədilməsi və ağırlıq dərəcəsindən deyil, eyni zamanda azyaşlının şərait və ehtiyacları, həmçinin cəmiyyətin ehtiyaclarına uyğun olmalıdır.
2. Azyaşlının şəxsi azadlığına qoyulacaq məhdudiyyətlər diqqətlə yoxlanıldıqdan sonra tətbiq olunmalı, belə məhdudiyyətlər mümkün qədər az tətbiq olunmalıdır.
3. Azadlıqdan məhrum etmə cəzası azyaşlının ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi hallarından başqa tətbiq edilməməlidir.
4. Yetkinlik yaşına çatmayanlarla bağlı işlərdə azyaşlıların reabilitasiyası rəhbər prinsip olmalıdır. Pekin Qaydaları tələb edir ki, kiçik xətalar istisna olmaqla bütün hallarda cəzanın təyin edilməsindən öncə sosial sorğu haqqında hesabat mövcud olmalıdır. Sosial sorğu haqqında hesabata uşağın ailə vəziyyəti, uşağın harada, kiminlə yaşaması, təhsil və sağlamlıq vəziyyəti də daxil olmaqla uşağın hazırki vəziyyəti və uşağın cinayəti törətməsi və anlaması halları daxil edilməlidir. Göründüyü kimi yetkinlik yaşına çatmayanlara münasibətdə azadlıqdan məhrum etmə ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi halları olduğu təqdirdə təyin edilə biləcək cəza olaraq nəzərə alınmışdır. Hazırki halda təqsirləndirilən şəxs tərəfindən törədilmiş olan əməl böyük icitmai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir”. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara cəza təyin edilməsinin məqsədi cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona cərimə cəzası təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 da məhkəmə iclası zamanı qızı Təqsirləndirilən şəxs Şirvan Peşə Liseyində təhsil aldığını, müstəqil əmlakının olduğunu, cərimə cəzası təyin olunacağı təqdirdə onu ödəmək iqtidarında olduğunu, digər cəzaların təyin edilməsi isə qızını mənəvi cəhətdən sarsıda biləcəyini bildirib Təqsirləndirilən şəxs barəsində məhz cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət Məcəlləsinin 85.2-ci maddəsinin tələblərindən göründüyü kimi cərimə cəzası yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönələ bilən əmlakı olan yetkinlik yaşına çatmayana altı yüz manatadək miqdarda təyin edilir. Cinayət Məcəlləsinin 85-ci maddəsi yetkinlik yaşına çatmayanlar barəsində tətbiq edilən cəza növlərini məhdudlaşdıraraq cəmi 5 cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən etmiş və hər bir cəza üçün qısaldılmış müddət və ya azaldılmış məbləğlər nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-nin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayəti etiraf etməsini, əməlindən peşman olduğunu CM-nin 59.2-ci, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini 59.1.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, yuxarıda sadalananları nəzərə alaraq, eləcə də onun daha ağır cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daha ağır cəzaya məhkum edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün icraya yönəldiyi vaxtdan hesablanmalı və hökmün icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 85.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli hökmün icraya yönəldiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Ceyhun Mustafayev