Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-134/2024 17.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - X2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında 05 avqust 1973-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 yüksək vəzifədə işləyən tanışları vasitəsilə Azərbaycan Respublikası vənəndaşlığını düzəltdirəcəyinə, sonuncunun arvadı Gülnarə Şamedovaya isə sosial müavinət düzəldəcəyinə dair imkanının olmasına inandıraraq, bununla bağlı yalan vədlər verib, etibarından sui-istifadə etməklə, aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 2020-ci ilin sentyabr ayında Şirvan şəhəri, Xəqani küçəsində 3100 manat, 2020-ci ilin sentyabr ayında Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində 600 manat, 2021-ci ilin oktyabr ayında Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində 600 manat, 2022-ci ilin may ayında Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində 500 manat, 25 iyun 2022-ci il tarixdə Şirvan şəhəri, Səməd Vurğun küçəsində 800 manat, 2022-ci ilin iyul ayında Şirvan şəhəri, X25 prospektində yerləşən “Tural” şadlıq sarayının həyətində 200 manat, 2022-ci ilin iyul ayında Şirvan şəhəri, Səməd Vurğun küçəsində yerləşən 26 saylı binanın qarşısındakı parkda 1500 manat, 11 iyul 2023-cü il tarixdə Şirvan şəhəri, Səməd Vurğun küçəsində 200 manat pulları alıb, ələ keçirərək, sonradan verdiyi vədlərə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə xeyli miqdar təşkil edən 7500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncunun arvadı X7 X11 xadiməçi işinə düzəldəcəyinə dair imkanının olmasına inandıraraq, bununla bağlı yalan vədlər verib, etibarından sui-istifadə etməklə, aldadaraq, 16 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Şirvan şəhəri Tofiq İsmayılov küçəsində 3000 manat pulu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs2 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncunun oğlu X21 «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X30 mühafizəçi işinə düzəldəcəyinə dair imkanının olmasına inandıraraq, bununla bağlı yalan vədlər verib, etibarından sui-istifadə etməklə, aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2023-cü ilin mart ayının əvvələrində Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Foto Uğur” mağazasının qarşısında 1200 manat pulu, 2023-cü ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs3 Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən «Al market» adlı mağaza quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan Şahid1 məxsus 5213-6751-8904-4788 nömrəli bank kartına göndərdiyi 1500 manat pulu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs3 ümumilikdə 2700 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X4 yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncunun oğlu X8 Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair imkanının olmasına inandıraraq, bununla bağlı yalan vədlər verib, etibarından sui-istifadə etməklə, aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Namiq Əmiraslanovun 12 aprel 2023-cü il tarixdə Şirvan şəhəri, Neftçilər küçəsində yerləşən «Üzil» market adlı mağazada quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan Şahid2 məxsus 4169-7387-7021-8653 nömrəli bank kartına göndərdiyi 800 manat pulu, 26 aprel 2023-cü il tarixdə Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən marketdə quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan Şahid1 məxsus 5213-6751-8904-4788 nömrəli bank kartına göndərdiyi 650 manat pulu, 2023-cü ilin avqust ayının ortalarında X14 şəhəri X25 prospektində yerləşən “Tural” şadlıq sarayının həyətindəki çay evində 2000 manat pulu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərərçəkmiş şəxs Namiq Əmiraslanova ümumilikdə 3450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncunun əlillik qrupunu dəyişdirəcəyinə dair imkanının olmasına inandıraraq, bununla bağlı yalan vədlər verib, etibarından sui-istifadə etməklə, aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Nahayət Qafarovadan 2023-cü ilin iyun ayında Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında 1000 manat pulu, 2023cü ilin iyun ayında həmin ünvanda 1500 manat pulu, Zərərçəkmiş şəxs5 12 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Ballı” marketdə quraşdırılmış «Pashapay» ödəmə terminalı vasitəsilə ona məxsus olan 4613-8602-0566- 5548 nömrəli bank kartına göndərdiyi 500 manat pulu, 29 iyun 2023-cü il tarixdə həmin ünvanda quraşdırılmış «Pashapay» ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 200 manat pulu, 03 iyul 2023-cü il tarixdə həmin ünvanda quraşdırılmış «Pashapay» ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 50 manat pulu, 11 iyul 2023-cü il tarixdə həmin ünvanda quraşdırılmış «Pashapay» ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 100 manat pulu, 20 iyul 2023-cü il tarixdə həmin ünvanda quraşdırılmış «Pashapay» ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 100 manat pulu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs5 ümumilikdə 3450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, Şirvan şəhər sakini Namiqi Əmiraslanovu tanıyır. O, əvvəllər "xxxx" ASC-də Namiqin yaşadığı yer üzrə nəzarətçi vəzifəsində işləmişdir. Təxminən 2022-ci ilin sonlarında Namiq ona zəng edərək oğlu Nurlanı işə düzəltmək istədiyini bildirmiş, ondan Fövqəladə Hallar Nazirliyində tanışının olmasını soruşduqda, o da bir nəfərin olmasını, danışıb ona məlumat verəcəyini demişdir. 1-2 gün sonra Namiq yenidən zəng etmiş, ondan danışıb-danışmamağını soruşduqda, Namiqə danışdığını, sənədlər hazırlanıb göndərilməsini deyildiyini bildirmişdir. Bundan sonra o, Namiq və Namiqin 2 oğlu ilə birlikdə Bakı şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin qarşısına getmişlər. Həmin vaxt Namiq ondan qiymət barədə soruşduqda heç bir qiymətin hələ ki, deyilmədiyini demişdir. 2023-cü ilin aprel ayında Namiqə bildirmişdir ki, imtahanla bağlı 800 manat pul istəyirlər. Namiq ona 800 manat pulun hazır olduğunu dedikdə Namiqə bildirmişdir ki, «sənə kart şəkli göndərəcəm, həmin pulu karta göndər». Namiq Əmiraslanov onunla razılaşmışdır. 12 aprel 2023-cü il tarixdə o, "xxxx" ASC-də işlədiyi vaxt abonenti olan Zəminə adlı qadına zəng vurub bank kartı lazım olduğunu demiş, həmin kartı götürüb Neptun marketin həyətinə gəlməsini xahiş etmişdir. Neptun marketin qarşısında görüşüb Zəminədən kartını almış, həmin kartın şəklini Namiq Əmiraslanovun mobil telefonuna göndərmişdir. Həmin günü X9 verdiyi kartın hesabına 800 manat pul göndərmişdir. O, Zəminə ilə bankomata yaxınlaşmış, Zəminə kartdan 800 manat pulu çıxarıb ona vermişdir. O, həmin puldan Zəminəyə verməmiş, Zəminəyə həmin pulu kimin göndərməsi və nə üçün göndərməsi barədə heç bir söz deməmişdir. 26 aprel 2023-cü il tarixdə o, Namiqdən imtahanla bağlı yenidən 650 manat pul istəmişdir. Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayının həyətində olan çay evində sonradan adını bildiyi Zamanxan adlı şəxsdən kartını alıb həmin kartın şəklini Namiq Əmiraslanova göndərmişdir. Namiq Əmiraslanov həmin kart hesabına 650 manat pul göndərmiş, o, həmin pulu Zamanxan adlı şəxsin kart hesabından çıxarmışdır. Sonra Zamanxana pul köçmədiyini deyib kartını özünə qaytarmışdır. Bundan 20 gün sonra, yəni təxminən may ayında işdə olan sənədlərlə bağlı Namiqdən yenidən 100 manat pul istəmiş və Namiq də hazırda xatırlamadığı kart hesabına 100 manat pul göndərmişdir. Bundan sonra Namiq ona dəfələrlə zəng etmiş, lakin o, işin həll olacağını bildirərək məsələni yubatmağa çalışmışdır. Namiqdən 3450 manat deyil, ümumilikdə 1550 manat pul almmışdır və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 təxminən 1 ildir ki, tanıyır. 2023-cü ilin fevral ayında X19 şadlıq sarayının yanında çayxanada çay içərkən Namiq ondan qardaşı oğlu Elminin arvadının X11 xadiməçi işinə necə qəbul etdirmək mümkün olduğunu soruşmuşdur. O, Elminə demişdir ki, bir nəfər tanışı vardır, danışıb nəticəsi barədə ona deyəcək. Həmin günün sabahı Namiqlə zəngləşmişlər, Namiqə yalandan bildirmişdir ki, danışmış, işi düzəldə biləcəkdir. Namiq də ondan qiymətini soruşduqda o da 2000 manat pula məsələnin həll olunacağını demişdir. Sonra yenidən X31 sarayının çayxanasında görüşmüşlər. Namiq ona demişdir ki, əgər 2000 manat istəyirlərsə Elminə 3000 manat desin. X33 zəng vurmuş və Elmin Tural şadlıq sarayının çayxanasına gəlmişdir. Elmin gələndən sonra Elminlə söhbət etmişlər. Elmindən 3000 manat pul istəmişlər. Pulu verməmişdən qabaq Elminə arvadının sənədlərini götürməsini bildirmişdir. Elmin də sənədlərin surətini çıxartdırdıqdan sonra əmisi Namiqlə birlikdə Diaqnostika mərkəzinin qarşısında ona sənədləri vermişdir. Sonra o, Elminə demişdir ki, pulu çatdırmaq lazımdır. X31 sarayının çayxanasına gəlmişlər və Elmini orada gözləmişlər. Elmin də 1 saat sonra gəlmiş və pulu əmisi Namiqə təqdim etmişdir. Sonra Namiq pulu ona vermişdir. O da bildirmişdir ki, işə düzəldən adam guya xəstəxanadadır və onu xəstəxanaya çağırır. Onlar X1rşısına getmişlər. Həmin puldan 2000 manat Namiqdən götürüb Hacıqabul xəstəxanasına getmiş, 20 dəqiqədən sonra geri qayıtmışdır. Namiqə pulu verdiyini bildirmişdir. Ortada qalan 1000 manat pulun 500 manatını Namiqə vermişdir ki, bu işdə xeyrləri olmuşdur. Namiq Əmiraslanovun onun Zərərçəkmiş şəxs2 aldadaraq pulunu ələ keçirməyindən məlumatı olmamışdır. Elmindən aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs3 2023-cü ilin mart ayında Rəfael adlı tanışı vastəsilə tanış olmuşdur. Mahir ona bildirmişdir ki, oğlunu Şirvan ŞMX-ya mühafizəçi vəzifəsinə işə düzəltmək istəyir. Mahirə demişdir ki, qardaşı orda işləyir, onunla danışdıqdan sonra deyər. O, heç kimlə danışmamışdır. 2023cü ilin mart ayında Mahirə zəng edərək bildirmişdir ki, «sənin dediyin işi danışdım düzələn işdir, amma 2500 manat xərci olacaq». Mahir də onunla razılaşmışdır. 2023-cü ilin mart ayında Şirvan şəhərində yerləşən “Foto uğur” mağazasının qarşısında ona 1200 manat pul vermişdir. Bundan 3 gün sonra Mahirə zəng edərək iş ilə bağlı daha 1500 manat pul istəmişdir. Mahir də onunla razılaşmışdır. Mahirə kart şəkli göndərmişdir. Mahir həmin kart hesabına 1500 manat pul göndərmişdir. O, özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə Mahirə zəng vuraraq özünü Ramiz kimi təqdim edərək, sonuncuya işinin tezliklə düzələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3la guya bu işin düzəlməsi ilə məşğul olan qadın səsi ilə özü danışmışdır. Mahirdən aldığı ümumilikdə 2700 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Bakı şəhər sakini Zərərçəkmiş şəxs5 ilə sosial şəbəkədə 01 iyun 2023-cü il tarixdə tanış olmuşdur. Zərərçəkmiş şəxs5 ilə danışan zaman ona bildirmişdir ki, gözdən İİ qrup əlildir, təqaüd alır, lakin İ qrup əlillik dərəcəsi almaq istəyir. O, Zərərçəkmiş şəxs5 bildirmişdir ki, 2000 manat müqabilində əlillik dərəcəsini dəyişdirə bilər. O, bir neçə gün sonra Zərərçəkmiş şəxs5 zəng vurub, yalandan bildirmişdir ki, «sənin işini danışmışam, 1000 manat pulu indi ver, qalan 1000 manat puluda sənin əlillik dərəcən dəyişildikdən sonra verəcəksən». 2023-cü ilin iyun ayının əvvəllərində o, Zərərçəkmiş şəxs5 ilə Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığında görüşmüşdür. Zərərçəkmiş şəxs5 ona 1000 manat pul vermişdir. Həmin vaxt Nəhayət ona bildirmişdir ki, nəvəsi də əlildir, nəvəsi üçün də əlillik dərəcəsi düzəltmək istəyir. O, Nəhayətə bildirmişdir ki, «nəvənə pulsuz əlillik dərəcəsi düzətdirəcəm». Zərərçəkmiş şəxs5 özünə məxsus olan ***-***-**-** saylı mobil nömrədən zəng vuraraq özünü Cavid Mehdizadə kimi təqdim etmiş, sonuncuya yalandan işinin tezliklə həll olunacağını bildirmişdir. O, sonradan Nəhahət Qafarovadan bank kartına göndərməklə 12 iyun 2023cü il tarixdə 500 manat, 29 iyun 2023-cü il tarixdə 200 manat, 03 iyul 2023-cü il tarixdə 50 manat pul almışdır. O, Zərərçəkmiş şəxs5 aldadaraq sonuncunun ümumilikdə 3450 manat pulunu ələ keçirmişdir. Bundan başqa, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs4 ilə 2020-ci ildə tanış olmuş, həmin vaxt o, Şirvan Su kanal idarəsində işləmişdir. Zərərçəkmiş şəxs4 2020-ci ildə ona yaxınlaşaraq bildirmişdir ki, ikili vətəndaşlıq almaq istəyir. O, Arifə bildirmişdir ki, onun yaxın adamı vardır, onunla danışıb xəbər edəcək. Zərərçəkmiş şəxs4 onunla razılaşmışdır. Təqribən 3 gündən sonra Zərərçəkmiş şəxs4 bildirmişdir ki, yaxın adamı vardır, onunla danışmış, həmin şəxs bildirmişdir ki, məzuniyyətdədir, qayıtdıqdan sonra maraqlanıb bildirəcək. Təxminən 10 gün sonra Zərərçəkmiş şəxs4 yaxınlaşıb, bildirmişdir ki, yaxın adamı vardır, onunla danışmış, 3000 manata işini həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs4 həmin məbləğdə pula onunla razılaşmışdır. O, Arifə bildirmişdir ki, sənədlərini hazırlasın, 1500 manat pulu indi verəcək, qalan 1500 manat puluda iş müddətində verəcək. 2020-2021-ci illər ərzində o, Zərərçəkmiş şəxs4 ümumlikdə 3100 manat pul almışdır. Həmin pulları da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Aruf Şamedovdan 7500 manat pul alması barədə deyilənləri qəbul etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Rasif adlı şəxsi təxminən bir il olardı ki, tanıyır, təqsirləndirilən şəxs "xxxx" ASC-nin onun yaşadığı yer üzrə nəzarətçi vəzifəsində çalışırdı. Nurlan Əmiraslanov onun oğludur, heç bir rəsmi yerdə işləmir. Buna görə də, o, oğlunu işə düzəltmək istəmişdir. 2023-cü ilin aprel ayı ərzində Rasif ilə söhbət əsnasında danışarkən sonuncu ona bildirmişdir ki, istəyirssə oğlunu FHN-nə işə düzəltsin. O da Rasətin bu təklifi ilə razılaşmışdır. Oğlunun işə düzəlməyi üçün isə 6000 manat pul lazım olduğunu bildirmişdir. Sonra Rasif ona möbil nömrəsini vermişdir. Sonradan Rasif onunla əlaqə saxlayaraq oğlu Nurlanın şəxsiyyət vəsiqəsinin surətini və hərbi biletinin surətini istəmiş və onunla birlikdə Bakı şəhərinə getməklərini dediyi üçün o, oğlu və Rasif adlı şəxs ilə birlikdə 2023-cü ilin aprel ayı ərzində Bakı şəhərinə getmişlər. Orada Rasif ilə Bakı şəhərində metronun Elmlər Akademiyası metrostansiya yaxınlığında yerləşən FHN-nin əsas binasının qaşısına getmişlər, Rasif onlara bir ədəd blank gətirmiş, birlikdə həmin blankı doldurmuşlar, sonradan oğlu Nurlan ilə birlikdə gedib həmin blankı poçta qoymaq istəmiş, lakin orada qəbul etməmişlər. Rasif adlı şəxs həmin blankı orada bir yerə qoyub rəhbərliyə çatacağını söyləmişdir. Şirvan şəhərində olanda Rasif ondan özünə qarşı inam yaratmış, buna görə 2023-cü ilin aprel ayının 12-də Rasif ona kart nömrəsi atmışdır ki, 800 manat pul lazımdır. O da, həmin gün Şirvan şəhəri, Neftçilər küçəsində yerləşən “Üzil” marketdən ödəmə terminalı vasitəsi ilə Rasifə göndərdiyi kart hesabına 800 manat pul yollamışdır ki, məsələ həll olsun. Bundan sonra aprel ayının 26-da Rasif ondan yenə də 650 manat pul istəmiş, o da həmin gün Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən marketdən ödəmə terminalı vasitəsilə 650 manat pulu Rasifin ona göndərdiyi kart hesabına göndərmişdir. Bundan sonra aprel ayından avqust ayına qədər Rasif ondan heç bir pul istəməmişdir. Üstündən vəd edilmiş müddət keçdikdən sonra o, Rasəfə zəng edərək, işinin nə yerdə olduğunu soruşmuş, Rasif isə ona məsələnin qısa vaxtda həll olacağını demişdir. Həmin ilin avqust ayının ortalarında Rasif ondan oğlunu idmandan keçirtməyə görə 2000 manat pul istəmişdir. O da Rasiflə Tural şadlıq sarayının həyətindəki çay evinin otağında görüşüb sonuncuya 2000 manat pulu əlbə-əl vermişdir. Bundan sonra dəfələrlə Rasifə zəng edib işin nə yerdə qaldığını soruşduqda, Rasif narahat olmamağı, Elşən müəllimlə danışdığını, işin həll olacağını demişdir. Lakin müddət keçdikcə işinin həll olunmadığını görənədə başa düşmüşdür ki, Rasif onları aldadır. Buna görə də o, Şirvan şəhər polis şöbəsinə bu barədə müraciət etmək qərarına gəlmişdir. Namiq Əmiraslanov ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs puldan başqa oğlunun şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin surətini vermişdir. Bundan başqa qardaşı oğlu Zərərçəkmiş şəxs2 yoldaşı X20 şəhər Dioqnostika xəstəxanasına xadiməçi kimi işə düzəldəcəyi adı ilə 3000 manat pulu almışdır. Puldan başqa X28 şəxsiyyət vəsiqəsinin surətini almışdır. Təqsirləndirilən şəxs FHN-də tanışının olduğunu, onun vasitəsi ilə oğlu Nurlanı FHN-ə sıravi vəzifəyə düzəldəcəyini, hansı sənədlər hazırlayacağını və həmin sənədləri hara təqdim edəcəyini deməmişdir. Rasif ona heç bir sənəd aldığını deməmiş, hansısa sənədi göstərməmiş və ya verməmişdir. Polis şöbəsinə ərizə ilə müraciət edəndə məbləği tam hesablamamış, lakin polis şöbəsində ona məlum olmuşdur ki, Rasifə verdiyi məbləğ 3450 manat təşkil edir. Yəni ərizədə qeyd etdiyi məbləği səhvən o qədər qeyd etmişdir. Ümumilikdə ona 3450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 2015-2016-cı ildən ərazidə "xxxx" idarəsinin işçisi kimi tanıyır. 16 yanvar 2023-cü il tarixdə Rasifin əmisioğlu Nurlanı FHN-ə işə düzəltməyini əmisi Namiqdən öyrənmişdir. Həmin vaxtlarda həyat yoldaşı Əmiraslanov Könülə iş axtardığı üçünü əmisi ona Rasifin işə adam düzəltdiyini demiş, o da əmisinə demişdir ki, Rasifə desin ki, arvadı X5 mərkəzinə işə düzəltsin. İşdə düzəltmək üçün qaynatası Yasəfin adına "xxxx" ASC-dən 500 manat, "xxxx" ASC-dən 2630 manat kredit olaraq pul götürmüş, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Söyüdlük” çay evinin yanında Rasif ilə görüşmüş, əmisi Namiqin yanında Rasifə 3000 manat pul vermişdir. Rasif ona bu işi Dioqnostika mərkəzində işləyən İlham adlı həkimin köməkliyi ilə düzəldəcəyini bildirmişdir. Rasif ona İlhamın nömrəsin vermişdir ki, onunla əlaqə saxlasın. O, İlham adlı həkimə dəfələrlə zəng eləsə də həmin şəxs hər dəfəsində onu aldatmışdır. 2024-cü ilin noyabr ayında əmisi Namiq onun yanına gələrək Rasifin onları aldatmağını bildirmiş, bu barədə Polisə şikayət eləmək lazım olduğunu demişdir. Rasifin ondan başqa əmisi Namiqdən oğlunu FHN-ə işə düzəldəcəyi adı ilə pul aldığını, bundan başqa pulu verdikdən 15 gün sonra ***-***-**-** saylı nömrədən yoldaşına zəng olunaraq özünü Sevil kimi təqdim edən şəxsin yoldaşı Könülə nömrəni İlham həkimdən aldığını bildirməsini, işə qəbul olduğunu və bir neçə günə işə çağırılacağını dediyini qeyd etmişdir. Rasifə zəng edib işin nə yerdə qaldığını soruşduqda, Rasifin müxtəlif bəhanlər gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs arvadı X7 Şirvan Diaqnostika mərkəzinə işə düzətməsi üçün 16 yanvar 2023-cü il tarixdə Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində 3000 manat pul verdiyini, Təqsirləndirilən şəxs puldan başqa yoldaşı Könülün şəxsiyyət vəsiqəsinin surətini, ailə tərkibi haqqında arayışı verdiyini bildirmişdir. Ümumilikdə ona 3000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, yaşadığı ərazidə Rasif adlı şəxs ilə təxminən 2023-cü ilin mart ayında Rəfael adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Onun həyat yoldaşı Rəfaelin işlətdiyi çörək sexində işləyir. Rəfael onun oğluna iş axtarmağını bilmişdir. Rəfael ona demişdir ki, Rasif ona deyir ki, iş vardır, lazım olsa düzəldər. O da Rəfaelə demişdir ki, problem deyil, razıdır, əsas odur ki, övladı işləsin. Rəfael onu Rasiflə tanış etmiş o, Rasiflə görüşəndə ona öz qardaşı Ramiz müəllimin nömrəsin vermişdir. Həmin nömrə ***-***-**-**-dir. Rasif ona demişdir ki, bu nömrə ilə əlaqə saxlasın. O, həmin nömrəyə zəng etmiş, bir nəfər şəxs onunla danışmış, o, elə bilmişdir ki, həmin şəxs elə Ramiz müəllimdir. Telefonda danışdığı şəxs ona ***-***-**-** saylı nömrəni verib demişdir ki, bu nömrə Aliyə xanımındır, TƏBİB-də böyük vəzifədə işləyir, bu məsələ ilə bağlı ona kömək edəcək. Daha sonra o, Aliyə xanımla əlaqə saxlamış, özünü Aliyə xanım kimi təqdim edən şəxs ona demişdir ki, 3000 manat pul lazımdır işin həll olması üçün. O isə imkanının olmamasını bildirmiş, buna görə də onlar 2500 manata razılaşmışlar. Əlavə olaraq 200 manat da sənədləşmə işlərinə istəmişdir. 2023-cü ilin mart ayının əvvəllərində Rasif ilə Şirvan şəhərində yerləşən “Foto Uğur” mağazasının qarşısında görüşüb 1200 manat Rasifə pulu əlbə-əl vermişdir. Bundan 2-3 gün sonra ***-***-**-** saylı nömrədən zəng edərək özünü Ramiz kimi təqdim edən şəxs ona demişdir ki, 5213 6751 8904 4788 nömrəli “Azər Türk” bank hesabına 1500 manat pul ödəməyi lazımdır. O da həmin gün 1500 manat pulu deyilən kart hesabına Şirvan şəhər H.Əliyev prospektində yerləşən “AL” marketdən “Milli Ön” ödəmə terminalı vasitəsilə göndərmişdir. Rasif isə ona «səbirli ol işlər qaydasına düşəcək» demişdir. Həmçinin ***-***-**-** saylı nömrədən Ramiz adlı şəxsə və ***-***-**-** saylı nömrədən Aliyə adlı qadına zəng edərək məsələnin nə yerdə qaldığını bildirdikdə tezliklə məsələnin həll olunacağını ona bildirmişlər. İşinin düzəlmədiyini gördükdən sonra o, Ramiz müəllim adlandırılan şəxsin nömrəsin tapmış və nömrənin ona verilən nömrə olmadığını görmüş, danışan zaman isə səsinin başqa olduğunu anlamışdır. Məsləyə aydınlıq gətimək məqsədi ilə Ramiz müəllim adlandırılan şəxsin işlədiyi Şirvan ŞMX-ya getmişdir. Baş vermiş hadisə ilə bağllı Ramizə demiş, sonuncu isə bu məsələdən xəbəri olmadığını bildirmişdir. Elə bu zaman Ramiz müəllimin adı ilə danışan şəxs ona zəng etmiş, Ramiz müəllim özü telefonu alıb danışmaq istədikdə telefon söndürülmüşdür. Bundan sonra o, bilmişdir ki, Rasif qardaşı Ramizin adı ilə danışmışdır. Zərərçəkmiş şəxs3 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs puldan başqa oğlunun şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin surətini, diplomunun surətini vermişdir. Təqsirləndirilən şəxs Aliyə xanımın vasitəsilə ŞMX-ya işə düzəldəcəyini bildirmiş, hansı sənədlər hazırlayacağını və həmin sənədləri hara təqdim edəcəyini deməmişdir. Ümumilikdə ona 2700 manat maddi ziyan dəymiş, dəymiş ziyandan 800 manat onu Təqsirləndirilən şəxs ilə onu tanış etmiş Rafael adlı şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, hal-hazırda ünvan 5 ünvanında müvəqqəti qeydiyyatda olaraq yaşayır, onun ata evi Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yerləşir. Təqsirləndirilən şəxs ilə həmin qəsəbədə yerləşən çayxanada 2020-ci ildə tanış olmuşdur. Rasif həmin vaxtlar qeyd etdiyi ərazidə "xxxx" idarəsinin işçisi kimi fəaliyyət göstərmişdir. O, həmin vaxtlar Miqrasiya idarəsində tanışı olan bir nəfər şəxs axtarmışdır ki, ona Azərbaycan Respublikası vətəndaşlığı düzəltdirsin. Rasif də bunu eşitmiş və ona demişdir ki, adamı vardır, ona vətəndaşlıq düzəldə bilər. Rasif ona bildirmişdir ki, 3100 manat pul qarşılığında ona Azərbaycan Respublikasının vətəndaşlığı düzətdirə bilər. 2020-ci ilin sentyabr ayının ortalarında Rasiflə Şirvan şəhərində, Çılpaqlı qəsəbəsində çayxanada görüşmüşlər. Təqsirləndirilən şəxs ona pulu hazırlayıb-hazırlamadığını soruşduqda, bildirmişdir ki, pul yaşadığı evdədir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bu gün görüşsünlər, pulu ona versin ki, o da onun sənədlərini hazırlasın. 2020-ci ilin sentyabr ayında o, Təqsirləndirilən şəxsla Şirvan şəhəri, Xəqani küçəsində görüşmüş, həmin küçədə o, avtomobilinin içərisində Rasifə 3100 manat pul vermişdir. Bundan sonra Rasif ona demişdir ki, narahat olmasın, adam var, onunla danışıb ona Azərbaycan Respublikası vətəndaşlığı düzətdirəcək. Daha sonra 2020-ci ilin sentyabr ayında Rasif ona bildirmişdir ki, vətəndaşlıq almaq üçün 600 manat pul lazımdır. 2020-ci ilin sentyabr ayında Rasif ilə Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən “Foto Uğur” mağazasının qarşısında görüşmüş və Rasifə 600 manat pul vermişdir. Rasif ona pulun sənədlərə və dövlət rüsumu ilə əlaqədar lazım olduğunu demişdir. Ona vətəndaşılığın verilməsi ilə bağlı işinin isə 2021-ci ilin oktyabr ayına kimi bitəcəyini bildirmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında Rasif ona demişdir ki, «sənin sənədlərinə imtina verilib, buna görə 600 manat da pul lazımdır». O, Rasiflə buna görə həmin gün Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən 9 mərtəbəli binanın qarşısında görüşmüş və Rasifə 600 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin may ayında Rasif ondan 500 manat pul istəmişdir ki, Əmək və X18 Nazirliyinə köçürəcək. Rasiflə Şirvan şəhəri Tofiq İsmayılov küçəsində görüşüb, sonuncuya 500 manat pul vermişdir. Rasif ona ***-***-**-** saylı nömrəni vermişdir ki, bununla əlaqə saxlasın, adı Aidə xanımdır, güya ki, Miqrasiyada işləyir. O da onunla əlaqə saxlamış, həmin Aidə kimi özünü təqdim edən qadın ondan 1000 manat pul istəmişdir ki, Prezident aparatından sənəd almaq üçün lazımdır. O da xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, S.Vurğun küçəsində Təqsirləndirilən şəxs ilə görüşüb sonuncuya 800 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra, yəni iyul ayında Rasif ondan daha 200 manat pul istəmiş və həmin pulu Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Tural” şadlıq sarayını həyətində 200 manat pulu Rasifə əlbə-əl vermişdir. Rasif isə hər dəfə ona demişdir ki, onun işini düzəldəcək. 2022-ci ilin iyul ayında arvadı Gülnarə Şamedovanın sosial müavinəti kəsilmişdir. O da, həmin müavinatı yenidən düzəltdirmək istəmişdir. O, Rasifdən sosial müavinat düzəltdirmək üçün əlaqələrinin olub-olmamasını soruşmuş, Rasif isə ona düzəldə biləcəyini bildirmişdir. Bununla əlaqədar Rasif ondan həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surətini, nikah şəhadətnaməsinin surətini almış və işin müqabilində 1500 manat pul lazım olduğunu bildirmişdir. O da arvadından xəbərsiz yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi bina 26-nın qarşısındakı parkda 2022-ci ilin iyul ayında Rasiflə görüşmüş və orada Rasifə 1500 manat pul vermişdir. Rasif hər dəfə onu aldadaraq işlərinin düzələcəyin bildirsə də, heç bir irəliləyiş olmamışdır. Bundan baqşa Rasif 2023-cü ilin iyul ayında ondan öz vətəndaşlıq işi ilə əlaqədar olaraq 200 manat pul istəmişdir. O da xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, S.Vurğun küçəsi Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs 200 manat pul vermiş, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onun işlərini düzəltmədiyi üçün Şirvan şəhər polis şöbəsinə məlumat vermək qərarına gəlmişdir. Daha sonra öyrənmişdir ki, Rasif ondan başqa şəxsləri də aldatmışdır. Buna görə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Ümumilikdə ona 7500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, nəvəsi Kənan Qafarov İİİ dərəcəli əlildir. Nəvəsi hazırda 150 manat təqaüd alır. 2023-cü ilin may ayında facebook sosial şəbəkəsində Şirvan şəhər İcra Hakimiyyətinin əlil uşaqları gəzintilərə aparması barədə məlumatı görmüşdür. O, həmin səhifəyə şərh yazmışdır ki, onun da nəvəsi əlilidir, nəvəsinin də gəzintiyə aparılmasını istəyir. 01 iyun 2023-cü il tarixdə facebook sosial şəbəkəsində ona Təqsirləndirilən şəxs adlı istifadəçi mesaj yazmışdır ki, Şirvan şəhəri, İcra Hakimiyyətində yerləşən su idarəsində müavin işləyir, əlil uşaqları gəzintiyə onlar aparır. O, Təqsirləndirilən şəxs adlı şəxslə sosial şəbəkədə yazışmağa başlamışdır. Təqsirləndirilən şəxs ondan mobil nömrəsini istəmiş, o, Rasifə Əzizova özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Təqsirləndirilən şəxs ona ***-***-**-** saylı mobil nömrədən zəng vurmuşdur. O, Təqsirləndirilən şəxs ilə mobil telefonla danışan zamanı sonuncu ona bildirmişdir ki, nəvəsi nə üçün əlildir. O, nəvəsinin xəstəlikləri barədə Rasifə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «sənin nəvənə düzgün əlilik dərəcəsi verməyiblər, mən sənin övladın üçün İ qrup əlillik dərəcəsi ala bilərəm». O, Təqsirləndirilən şəxs bildirmişdir ki, «mən də İİ-qrup gözdən əliləm». Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «sənə də İ qurp əlilik dərəcəsi düzətdirə bilərəm». Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 20 Yanvar metrosunun yaxınlığında xəstəxana vardır, həmin xəstəxanada həkim var o, həkim ona və nəvəsinə əlilik dərəcəsi düzəldə bilər. Təqsirləndirilən şəxs bildirmişdir ki, «həkim sənin əlilik qrupunu dəyişmək üçün 5000 manat pul istəyir». O, Təqsirləndirilən şəxs bildirmişdir ki, 5000 manat pul çoxdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «həkim ilə danışaram, 4000 manata sənin əlilik qrupunu dəyişər». O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 2023-cü ilin iyun ayının əvvələrində Təqsirləndirilən şəxs ona zəng vurub bildirmişdir ki, həkim ilə danışmış, həkim bildirmişdir ki, 4000 manat müqabilində əlillik dərəcəni dəyişəcək. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun 4000 manat pulu yoxdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, pulu hissə-hissə versin. Bundan sonra o, Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda 1000 manat pulu vardır. Təqsirləndirilən şəxs ona Bakı şəhərinə gələcəkyini, onunla görüşüb 1000 manat pulu alacağın bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 2023-cü ilin iyun ayının əvvələrində Təqsirləndirilən şəxs ona zəng vurub, bildirmişdir ki, Bakı şəhərindədir. O, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin iyun ayında Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığında görüşmüş və 1000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ondan pulu alıb, bildirmişdir ki, sənədlərinin şəklini çəkib mobil telefonuna göndərsin. O, sənədlərinin şəklini çəkib Təqsirləndirilən şəxs mobil telefonuna göndərmişdir. xx.xx.2023-cü il tarixdə ona məxsus olan mobil telefona ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Həmin şəxs ona bildirmişdir ki, Sosial Müdafiə Nazirliyində işləyir, adı Cavid Mehdizadədir. Ona bildirmişdir ki, «həkiminə bildir ki, məni görsün». O, özünü Cavid Mehdizadə kimi təqdim edən şəxslə danışandan sonra Təqsirləndirilən şəxs zəng vurub, bildirmişdir ki, ona Sosial Müdafiə Nazirliyindən zəng gəlmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həkim ilə danışıb ona məlumat verəcək. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng vurub, bildirmişdir ki, həkim ilə danışmış, həkim bildirmişdir ki, 500 manat pul verməlidir. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, 500 manat pulu yoxdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «sənin əvəzinə həkimə 500 manat pul verərəm. Sən də mənə həmin pulu qaytararsan». O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqribən 2-3 gündən sonra Təqsirləndirilən şəxs ona zəng vurub, bildirmişdir ki, həkim 1000 manat pul istəyir. O, Rasifə bildirmişdir ki, pulu hazırlayır. 2023cü ilin iyun ayında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında görüşmüşlər. O, Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan alıb, bildirmişdir ki, pulu həkimə verəcək, əlillik qrupu tezliklə dəyişəcək. O, Təqsirləndirilən şəxs tez-tez zəng vurub əlilik dərəcəsinin nə vaxt dəyişəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «sənə Sosial Müdafiə Nazirliyindən Aliyə xanım adlı şəxs zəng vuracaq». Təqribən 2 gündən sonra ona zəng gəlmişdir. Həmin şəxs ona bildirmişdir ki, Sosial Müdafiə Nazirliyində işləyir, adı Aliyədir, onun və nəvəsinin sənədlərinin onda olduğunu, tezliklə işin düzələcəyini bildirmişdir. Bundan əlavə 150 manat pul verməli olduğunu bildirmişdir. O, Aliyə adlı qadınla danışdıqdan sonra Təqsirləndirilən şəxs zəng vurmuşdur. Aliyə adlı qadınla danışdığını, həmin şəxsin ondan 150 manat pul istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Aliyə adlı qadına özü 150 manat verəcək, o da pulu olanda verər. O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bir neçə gün sonra ona özünü Emin Nəsirli kimi təqdim edən şəxs zəng vurub, bildirmişdir ki, sənədləri onlardadır, onlara pul verməlidir. O, bundan sonra Təqsirləndirilən şəxs zəng vurub, bildirmişdir ki, ona zəng gəlmiş, həmin şəxs ondan pul istəmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «sənin sənədlərin Sosial Müdafiə Nazirliyindədir, bunun üçün sənə zəng vururlar». O, Təqsirləndirilən şəxs bildirmişdir ki, nə qədər pul verməlidir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həkimə 500 manat, 550 manat isə Sosial Müdafiə Nazirliyin işçilərinə pul verilməlidir. O, Təqsirləndirilən şəxs ilə razılaşmış, Təqsirləndirilən şəxs ona "xxxx" ASC-nin 4613-8602- 0566-5548 saylı plastik kartının şəklini göndərib, bildirmişdir ki, pulu bu karta göndərər. O, 12 iyun 2023-cü il tarixdə Yeni Günəşli qəsəbəsində yerləşən “Ballı” marketdən Təqsirləndirilən şəxs kart hesabına 500 manat pul göndərmişdir. 29 iyun 2023-cü il tarixdə həmin mağazadan 200 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, 11 iyul 2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə də 100 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng vuran zaman sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə sənədlərinin düzələcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onun əlillik qrupunu dəyişməmişdir. Nə də ki, pulunu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs5 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığında 1000 manat, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında 1500 manat nağd pul vermişdir. 12 iyun 2023-cü il tarixdə Yeni Günəşli qəsəbəsində yerləşən “Ballı” marketdən Təqsirləndirilən şəxs kart hesabına 500 manat, 29 iyun 2023-cü il tarixdə həmin mağazadan 200 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, 11 iyul 2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə də 100 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs onun əlillik qrupunu dəyişmək üçün 3450 manat pul vermişdir. Ümumilikdə ona 3450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən çay evində tanış olmuşlar. Təqsirləndirilən şəxs tez-tez həmin çay evinə gəlmişdir. Təqsirləndirilən şəxs 2023-cü ildə çay evinə gəlmiş, çay evində bildirmişdir ki, ona pul göndərəcəklər, lakin kartı yoxdur. Ondan kartının olub-olmamasını soruşmuş, o, Təqsirləndirilən şəxs kartını vermişdir. Təqsirləndirilən şəxs kartı ondan alıb getmiş, bir müddət sonra geri qayıdaraq kart hesabına pul ata bilmədiklərini deyib onun kartını geri qaytarmışdır. Təqsirləndirilən şəxs pulu kimin göndərməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs su idarəsində işləmişdir. Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Şahid2 onun anasıdır. Anasının özünə məxsus **********218653 saylı “Kapitalbank” kartı vardır. Anası həmin kartı ona vermişdir. 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona məxsus olan mobil nömrəyə zəng vurmuşdur. Ona bildirmişdir ki, pul gələcək, bunun üçün kart lazımdır. Ona bildirmişdir ki, kartını ona versin. O, həmin kartın şəklini bir nəfər şəxsə göndərəcək. Həmin şəxs karta pul atacaq. Kartını ona versin ki, o, kartdan pul çıxarmışdır. O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. O, yaşadığı evdən Təqsirləndirilən şəxs onu çağırdığı ünvana, yəni Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Neptun” marketin həyətinə getmişdir. Təqsirləndirilən şəxs ilə orada görüşmüşdür. O, kartını Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs kartın şəklini kiməsə göndərmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ilə bankomata yaxınlaşmışlar. O, kartını bankomata daxil etmişdir. Karta 800 manat pul köçmüşdür. O, kartdan 800 manat pulu çıxarmışdır. Həmin pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs bundan sonra ondan ayrılıb getmişdir. Təqsirləndirilən şəxs kartdan çıxardığı puldan ona verməmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, özünə pul göndərməlidirlər, kartı yoxdur. O, buna görə Təqsirləndirilən şəxs kartını vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmişdir. Şahid2 sərhədkeçmə məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14:27-də X24 Aeroportundan ölkə ərazisini tərk edərək Türkiyə Respublikasının Ankara şəhərinə getmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, Şahid3 onun qızıdır. Şahid3 hal-hazırda onunla eyni ünvanda yaşamır. O, özünə “Kapitalbank”-dan plastik kart almış, həmin kartı 2022-ci ildə qızına vermişdir. Kart qızında olmuşdur. Qızına pul lazım olanda o, qızının kart hesabına pul göndərmişdir. Təqsirləndirilən şəxs tanımır, qızının Təqsirləndirilən şəxs kartı nə üçün verməsi barədə heç bir məlumatı yoxdur. Həmin kart ona məxsus olsa da qızında olmuşdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 20 may 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X12 icraatına qəbul edilmişdir; 20 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır; 20 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 21 may 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmiş və iş üzrə əməl Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsindən, həmin Məcəllənin 178.2.2ci və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; 26 fevral 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X12 icraatına qəbul edilmişdir; 26 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; 26 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; 26 fevral 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmiş və iş üzrə əməl Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsindən, həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir; 06 dekabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X10 icraatına qəbul edilmişdir; 06 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X6 zərərçəkmiş şəxs qismində tanınmışdır; 06 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; 06 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 18:00-da tutulmuşdur; 07 dekabr 2023-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış HK-1/361 nömrəli material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq davam etdirilmişdir; 07 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; 08 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Şirvan şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 4(032)-318/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərk 03 il 06 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 21 dekabr 2023-cü il tarixli, 18-1-35/2-1160/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü, Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri Naxçıvan küçəsi ev 273 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər X16-əsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 746 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Şirvan şəhər Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 4(032)-2/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edilməmişdir; 18 yanvar 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X12 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; Şirvan şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 4(032)-50/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay olmaqla, yəni 06 may 2024cü il tarixədək uzadılmışdır; Şirvan şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 4(032)-108/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 26 may 2024-cü il tarixədək uzadılmışdır; Şirvan şəhər Məhkəməsinin 24 may 2024-cü il tarixli, 4(032)-124/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə, yəni 26 may 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək uzadılmışdır; 28 may 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməkdə təqsirli olması, onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X17 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs peşman olmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasının əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “CD” disk və 05 (beş) ədəd ödəmə qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “CD” disk və 05 (beş) ədəd ödəmə qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-134/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-134/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver