Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-135/2025 16.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Tərcüməçi - X1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1980-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə həmin hökm ləğv edilərək iş yeni məhkəmə baxışına qaytarılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.3.4-cü maddəsi ilə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət əməli CM-nin 185.2.5-ci maddəsinə tövsif edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il 03 aya endirilmiş, 09 mart 2025-ci il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 370,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 07 iyul 2025-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saat 14:42-dən saat 14:55-dək Şirvan şəhəri Vidadi küçəsində videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılan vaxtı əynindəki köynəyinin altında və şalvarının bel hissəsində saxladığı 01 ədəd sellofan torbada təmiz çəkisi 370,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 07 iyul 2025-ci il tarixdə səhər tezdən “Kür” çayının kənarına gəzmək və hava almaq üçün getmiş, evinə qayıdan zaman yolun kənarında sellofan torba görmüş, götürüb içini açdıqda içərisində “nəşə”, yəni qurudulmuş marixuananı aşkar etmişdir. Özü narkotik vasitə marixuana istifadə etdiyi üçün həmin sellofan torbanı götürüb özündə saxlamaq və yavaş-yavaş həmin marixuananı istifadə etmək qərarına gəlmişdir. Torbanı götürüb şalvarının arxadan bel hissəsinə köynəyinin altına keçirmişdir. Şirvan şəhəri, Vidadi küçəsində olduğu zaman ona mülki geyimdə polis əməkdaşları yaxınlaşıb saxlamış, özlərini təqdim etdikdən sonra onun narkotik vasitələri əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Üzərinə baxış keçirildikdə həmin gün tapdığı, şalvarının arxadan bel hissəsinə keçirdiyi, içərisində narkotik vasitə marixuana olan sellofan torba aşkar edilib götürülmüş, kağız zərfdə ağzı möhürlənməklə qablaşdırılmış və üzərinə iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra onu Şirvan şəhər Polis şöbəsinə gətirmişlər, birlikdə polis şöbəsinə gəldikdən sonra şöbənin təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil İlqar Tapdıqovu seçmişdir. Vəkil İlqar Tapdıqov gəldikdən sonra ona məxsus 1 ədəd sellofan bağlamanın qablaşdırıldığı poçt zərfi açılaraq zərfin içindəki sellofan torbaya və torbadaki narkotik vasitə marixuanaya baxış keçirilməyə başlanılmış, baxış zamanı həmin bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasını bildirmişdir. Bundan sonra ona məxsus narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilərək çəkisi müəyyən edilmiş, bu barədə protokol tərtib olunmuş, özü də bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Üzərində narkotik vasitə olan marixuana olmasından heç kimin məlumatı olmamış, narkotik vasitə olan marixuna qəbul etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamışdır. Hazırda əməlindən peşmandır. İİ dərəcəli ömürlük əlil olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirdi ki, 07 iyul 2025-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə və ya psixotrop maddələrin istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkili Şahid2 və ƏRQ-nun kiçik inspektoru X3 ibarət əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri özü təyin olunmuşdur. Bundan sonra həmin gün saat 14:42-dən saat 14:55-dək olan müddət ərzində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Vidadi küçəsinə getmişlər və həmin küçədə polis serjantı X6 tərəfindən videoçəkiliş aparılmaqla piyada hərəkətdə olan Təqsirləndirilən şəxs operativ şəkildə tutularaq saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək, üzərində narkotik vasitə olmasını, istifadəsi və dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını ona bildirib üstünü yoxlamaq üçün üzərinə baxış keçirmişlər. Baxış vaxtı Zubkovun əynindəki köynəyinin altında və şalvarının bel hissəsində saxladığı bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixunaya bənzər kəskin iyli, yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilərək gələcəkdə istintaq üçün əhəmiyyət kəsb edə biləcək olduğuna görə götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan bükümündə olan narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq üzəri 55 saylı möhürlə möhürləndikdən sonra Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda tərəfindən həmin əməliyyat-axtarış tədbirinin keçirilməsinə və müvafiq əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, həmin protokola bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da imza etmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinə gətirilmiş, raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması təhqiqat bölməsinə həvalə olunmuş və Təqsirləndirilən şəxs təhqiqata bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 vermiş olduğu ifadəsində, eləcə də ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin saxlanılmasını özündə əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saat 14:42-dən saat 14:55-dək Şirvan şəhəri, Vidadi küçəsində videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynindəki köynəyinin altında, şalvarının bel hissəsində saxladığı bir ədəd sellofan torbada bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş 07 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, faktiki azadlığı 07 iyul 2025-ci il, saat 14:41-dən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 iyul 2025-ci il tarixdə saat 16:30-da tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18/513 nömrəli, 08 iyul 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ Təqsirləndirilən şəxs üzərindən.. ” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi - 370,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 370,0 qram, tədqiqata istifadə olundu - 0,10 qram, qalıq - 369,90 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 08 iyul 2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 08 iyul 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis polkovnik-leytenantı X2 icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 09 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 4(032)-106/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən Şirvan şəhər Polis şöbəsinə daxil olmuş tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.5-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının əvəlli xx.xx.2014-cü il tarixdən hesablanmaqla 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə həmin hökm ləğv edilərək iş yeni məhkəmə baxışına qaytarılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.3.4-cü maddəsi ilə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət əməli CM-nin 185.2.5-ci maddəsinə tövsif edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il 03 aya endirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 290 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 08 iyul 2025-ci il tarixli, 362 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizasının 08 avqust 2025-ci il tarixli, 4831 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habələ narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydalarının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, İİ dərəcəli ömürlük əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından bu halı onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.4-cü maddəsi ilə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə tövsif edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il 03 ay müddətinə endirilmiş, 09 mart 2025-ci il tarixdə cəza müddəti bitmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 369,90 qram olan, iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 369,90 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-135/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-135/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver