Məhkəmə qərarları › İş №1(032)-136/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-136/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-136/2024 18.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:00-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, G.Mehmandarov küçəsi ev 45, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,219 qram, 0,041 qram, 0,044 qram, 0,048 qram və 0,043 qram, 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,128 qram və 0,307 qram, ümumi çəkisi - 0,830 qram olan qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroini və 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,032 qram və 0,036 qram olmaqla ümumi çəkisi - 0,068 qram olan ağımtıl rəngli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib daşıyaraq yaşadığı Şirvan şəhəri, G.Mehmandarov küçəsi, ev 45, mənzil 3 ünvanında yerləşən mənzilin qonaq otağında olan masanın üzərində saxlamış, 03 aprel 2024-cü il tarixdə saat 13:24-dən, 13:55-dək olan müddətdə Təqsirləndirilən şəxs razılığı ilə, videoçəkilişlə keçirilmiş baxış nəticəsində həmin 05 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,219 qram, 0,041 qram, 0,044 qram, 0,048 qram və 0,043 qram, 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,128 qram və 0,307 qram, ümumi çəkisi - 0,830 qram olan qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroin, 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,032 qram və 0,036 qram olmaqla ümumi çəkisi - 0,068 qram olan ağımtıl rəngli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə olan metamfetamin və içərisində narkotik vasitə heroin izləri olan 02 ədəd şüşə ampula, 07 ədəd şpris və 05 ədəd şpris başlığı Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, G.Mehmandarov küçəsi, ev 45, mənzil 3 ünvanında yerləşən mənzilin qonaq otağında olan masanın üzərindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmişlər, qapını döymüşlər, qapını açdıqda, polis əməkdaşları ona narkotik vasitələrdən istifadə etməsində şübhəli olduğunu bildirib, üzərində və evində narkotik vasitənin olub-olmamasını soruşmuşlar. O da evdə narkotik vasitə olduğunu bildirib, polis əməkdaşlarının evə baxış keçirməsinə razılıq vermişdir. Baxış zamanı o polis əməkdaşlarına otaqda masanın üzrəində olan 5-6 büküm olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, heroini qarışdırmaq üçün lazım limon duzunu təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddə metamfetamini Salyanda üzdən tanıdığı şəxsdən 4 bükümdə almış, özü istifadə etməsi üçün sonradan bükümlərə ayırmışdır. Gündəlik həm narkotik vasitə heroindən, həm də psixotrop maddə metamfetamindən 0,5 qramdan çox istifadə edir. Baxış zamanı aşkar edilib götürülmüş bükümlər tərəzidə çəkilmiş, polis tərəfindən qablaşdırılaraq götürülümüş, tərtib edilmiş protokola digər iştirakçılar kimi o da imza etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz təsir və təzyiqə yol verilməmişdir. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Evindən aşkar edilib götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metametamini özünün istifadə etməsi məqsədi ilə ayrı-ayrı bükümlərə bölməklə saxlamış, onları satmaq niyyəti olmamışdır. Buna görə özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, təxminən 22-23 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, buna görə də, dəfələrlə məhkum olunmuşdur. Uzun müddət məhkumluq həyatı yaşamışdır. Azadlığa çıxdıqdan sonra da, narkotik vasitə heroin və psixotop maddə metamfetamindən istifadə edir. O, həftədə bir dəfə narkotik vasitə və psixotrop maddələri almaq üçün Salyan şəhərinə gedir, üzdən tanıdığı şəxslərdən pul müqabilində alır. Hazırda həmin şəxslərin adları o, biləni Elşən və Ramindir. Sonuncu dəfə o, həmin şəxslərdən narkotik almış və yaşadığı evə gətirmişdir. Evdə aldığı narkotiklərdən ayrı-ayrı bükümlərə ayırmışdır. Həmin narkotik və psixotrop maddələri həm özü istifadə edəcək, həm də ki, dost-tanış istəsə pul müqabilində satacaqdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 13:25 radələrində evdə olarkən qapı döyülmüş, qapını açdıqda Şirvan şəhər Polis Şöbəsinin işçiləri olduqlarını görmüşdür. Həmin şəxslər özlərini təqdim etmiş, əməliyyat məlumatı daxil olduğunu və yaşadığı evdə baxış aparacaqlarını demişlər. O da etiraz etməmiş və bu barədə ərizə yazıb polis əməkdaşına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı baxışın videoçəkiliş vasitəsi ilə aparılacağını dedikdə o, buna etiraz etməmişdir. Daha sonra polis əməkdaşı ondan yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunla qadağan əşya və ya predmet olduğu soruşulmuş, o, bildirmişdir ki, evin qonaq otağında narkotik vasitə və psixotrop maddə vardır, həmin otağa keçmək lazımdır. O, narkotik vasitə və psixotrop maddələri saxladığı evi qonaq otağına keçmək lazım olduğunu demişdir. Polis əməkdaşları həmin otağa daxil olduqdan sonra bildirmişdir ki, ona məxsus narkotik vasitə və psixotrop maddə hazırda masanın üzərindədir. Masanın üzərində olan 3 büküm heroin, 1 bükümün içərisində 2 büküm olan heroin, 2 ədəd sellofan bükümdə heroin, 2 ədəd kağız bükümdə metamfetamin, 2 ədəd şüşə flakon, 1 ədəd plastik qabda limon duzu, 5 ədəd şpris başlığı və 7 ədəd şprisi polis əməkdaşlarına təqdim etdmişdir. Kağız bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən olunduqdan sonra baxış zamanı təqdim etdiyi heroin və metamfetamin bir ədəd ağ zərfdə qablaşdırılaraq möhürlənərək polis əməkdaşı tərəfindən götürülmüşdür. “İpro” markalı mobil telefon və ona məxsus "xxxx" ASC-yə məxsus plastik bank kratı polis əməkdaşı tərəfindən götürülmüşdür. Qablaşdırmanın üzərində doğru olduğunu üçün imza etmişdir. O, videoçəkiliş zamanı səmimi olaraq etdiyi cinayət əməlini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Şirvan polis şöbəsinə gətirmişlər. Yaşadığı evdə baxışın aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol doğru yazıldığı üçün o, polis əməkdaşları kimi protokolda imza etmişdir. Polis şöbəsində olarkən hüquqlarımın müdafiə olunması üçün vəkil ilə təmin olunmuş, şübhəli şəxs kimi tutulmağı ona izah edilmişdir. Sonra üzərində müdafiəçisi Şirvan Regional vəkil bürosunun vəkili X1 və polis əməkdaşının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonda bu barədə protokol tərtib edilmiş, doğru yazıldığı üçün o, vəkili və polis əməkdaşı kimi protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etməklə göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, G.Mehmandarov küçəsi, ev 45, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz yolla əldə etdiyi narkotik vasitələri saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, Şirvan şəhəri, G.Mehmandarov küçəsi, ev 45, mənzil 3 ünvanına getmişlər. Şirvan şəhəri, G.Mehmandarov küçəsi, ev 45, mənzil 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın qapısı döyülmüşdür. Həmin ünvan 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir və sol qapıdır. Təqsirləndirilən şəxs qapını açdıqdan sonra ona Şirvan ŞPŞ-nin CAB-a daxil olmuş məlumat əsasında yaşadığı evdə baxış keçirilməsinin zəruriliyi bildirilmiş və ondan baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Həmçinin daxil olmuş məlumatın məzmunu haqqında Təqsirləndirilən şəxs məlumat verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, G.Mehmandarov küçəsi, ev 45, mənzil 3 ünvanında baxış keçirilməsinə etirazının olmadığını və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunla qadağan əşya və ya predmet olduğu soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, evin qonaq otağında narkotik vasitə və psixotrop maddə vardır. Onlar Təqsirləndirilən şəxs bildirməsi ilə onunla birlikdə giriş qapısından sonra sağ tərəfdə olan qonaq otağına daxil olmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus narkotik vasitə və psixotrop maddə hazırda masanın üzərindədir. Masanın üzərində olan 5 büküm heroinə bənzər kütlələr, əlavə olaraq 1 bükümün içərisində 2 büküm olan heroinə bənzər kütlələr, 2 ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlələr, 2 ədəd şüşə flakonda narkotik vasitə heroin və ya psixotrop maddə metamfetaminə bənzər izlər, 1 ədəd flakonda limon duzuna oxşar kütlə, 5 ədəd şpris başlığı və 7 ədəd şpris aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunanları Salyan rayonunda üzdən tanıdığı Elşən və Ramin adlı şəxslərdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs verilən şifahi sorğu zamanı aşkar olunanları niyə görə ayrı-ayrı bükümlərə ayırdığı soruşulduqda özü üçün azaz istifadə etmək məqsədi ilə özünü ayırdığını söyləmişdir. Kağız bükümlərdə olan narkotik vasitə heroinə bənzər kütlələr və psixotrop maddə metamfetaminə bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 7 ədəd kağız bükümdə, 2 ədəd sellofan bükümdə kütlələr, 2 ədəd şüşə flakon və 1 ədəd plastik qabda olan kütlə, 5 ədəd şpris başlığı və 7 ədəd şpris bir ədəd ağ zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Daha sonra müvafiq protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokola imza etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir . Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evin qonaq otağında narkotik vasitə və psixotrop maddə vardır, həmin otağa keçmək lazımdır. Evin giriş qapısından içəri daxil olduqdan sonra Təqsirləndirilən şəxs saxladığı narkotik vasitə və psixotrop maddənin yerini göstərə biləcəyini demişdir. Onlar Təqsirləndirilən şəxs bildirməsi ilə onunla birlikdə giriş qapısından sonra sağ tərəfdə olan qonaq otağına daxil olmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus narkotik vasitə və psixotrop maddə hazırda masanın üzərindədir. Masanın üzərində olan 7 büküm heroinə bənzər kütlələr - 3 ədəd ayrı-ayrı kağız bükümlərdə heroinə bənzər kütlələr , 1 bükümün içərisində 2 büküm olan heroinə bənzər kütlələr, 2 ədəd sellofan bükümdə heroinə bənzər kütlələr və 2 ədəd ayrı-ayrı kağız bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 2 ədəd şüşə flakonda narkotik vasitə heroin və ya psixotrop maddə metamfetaminə bənzər izlər, 1 ədəd flakonda limon duzuna oxşar kütlə, 5 ədəd şpris başlığı və 7 ədəd şpris aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunanları Salyan rayonunda üzdən tanıdığı Elşən və Ramin adlı şəxslərdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs verilən şifahi sorğu zamanı aşkar olunanları niyə görə ayrı-ayrı bükümlərə ayırdığı soruşulduqda özü üçün az-az istifadə etmək məqsədi ilə özünü ayırdığını söyləmişdir. Bundan baqşa şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 22-23 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunmasını bildirmişdir. Kağız bükümlərdə olan narkotik vasitə heroinə bənzər kütlələr ayrı-ayrılıqda çəkilərkən çəkisinin müvafiq olaraq 0,23 qram, 0,09 qram, 0,08 qram, 1 ədəd kağız bükümün içərisində olan 2 ədəd bükümdəkinin 0,53 qram, 02 ədəd sellofan bükümlərdə olan heroinə bənzər kütlələr ayrıayrılıqda çəkilərkən çəkilərinin müvafiq olaraq 0,31 qram və 0,35 qram, kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə bənzər kütlələr ayrı-ayrılıqda çəkilərkən çəkilərinin müvafiq olaraq 0,05 qram və 0.07 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 7 ədəd kağız bükümdə, 2 ədəd sellofan bükümdə kütlələr, 2 ədəd şüşə flakon və 1 ədəd plastik qabda olan kütlə, 5 ədəd şpris başlığı və 7 ədəd şpris bir ədəd ağ zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Cinayət işi materiallarında olan : xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 14:40-da tutulmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 03.04 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yazılı razılığı , videoçəkiliş vasitəsi ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evin qonaq otağında narkotik vasitə və psixotrop maddə vardır, həmin otağa keçmək lazımdır. Evin giriş qapısından içəri daxil olduqdan sonra Təqsirləndirilən şəxs saxladığı narkotik vasitə və psixotrop maddənin yerini göstərə biləcəyini demişdir. Onlar Təqsirləndirilən şəxs bildirməsi ilə onunla birlikdə giriş qapısından sonra sağ tərəfdə olan qonaq otağına daxil olmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus narkotik vasitə və psixotrop maddə hazırda masanın üzərindədir. Masanın üzərində olan 7 büküm heroinə bənzər kütlələr - 3 ədəd ayrı-ayrı kağız bükümlərdə heroinə bənzər kütlələr, 1 bükümün içərisində 2 büküm olan heroinə bənzər kütlələr, 2 ədəd sellofan bükümdə heroinə bənzər kütlələr və 2 ədəd ayrı-ayrı kağız bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 2 ədəd şüşə flakonda narkotik vasitə heroin və ya psixotrop maddə metamfetaminə bənzər izlər, 1 ədəd flakonda limon duzuna oxşar kütlə, 5 ədəd şpris başlığı və 7 ədəd şpris aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunanları Salyan rayonunda üzdən tanıdığı Elşən və Ramin adlı şəxslərdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs verilən şifahi sorğu zamanı aşkar olunanları niyə görə ayrı-ayrı bükümlərə ayırdığı soruşulduqda özü üçün az-az istifadə etmək məqsədi ilə özünü ayırdığını söyləmişdir. Bundan baqşa şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 22-23 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunmasını bildirmişdir. Kağız bükümlərdə olan narkotik vasitə heroinə bənzər kütlələr ayrı-ayrılıqda çəkilərkən çəkisinin müvafiq olaraq 0,23 qram, 0,09 qram, 0,08 qram, 1 ədəd kağız bükümün içərisində olan 2 ədəd bükümdəkinin 0,53 qram, 02 ədəd sellofan bükümlərdə olan heroinə bənzər kütlələr ayrıayrılıqda çəkilərkən çəkilərinin müvafiq olaraq 0,31 qram və 0,35 qram, kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə bənzər kütlələr ayrı-ayrılıqda çəkilərkən çəkilərinin müvafiq olaraq 0,05 qram və 0.07 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 7 ədəd kağız bükümdə, 2 ədəd sellofan bükümdə kütlələr, 2 ədəd şüşə flakon və 1 ədəd plastik qabda olan kütlə, 5 ədəd şpris başlığı və 7 ədəd şpris bir ədəd ağ zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul etmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-86/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(032)-15/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, həmin məhkumluğu ödənilməmişdir. X3 X4 xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/372 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı..” sözləri yazılmış kağız paketdə 05 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,219qr, 0,041qr, 0,044qr, 0,048qr, 0,043qr, 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,128qr, 0,307qr, ümumi çəkisi-0,830 qram olan qəhvəyimtil rəngli madələr küstar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan herondir. 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,032qr, 0,036qr, ümumi çəkisi-0,068qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd plastik qabda təmiz çəkisi- 1,050 qram olan ağımtıl rəngli maddə narkotik vasitə və psioxtrop maddələrə aid deyildir.02 ədəd şüşə ampulanın, 07 ədəd şprisin və 05 ədəd şpris başlığının içərsində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxsə yenidən ittham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən yeni məzmunda ittham elan edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2920 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 178 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli 18-1-35/2-589/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər mərkəzi xəstəxanasının PHŞ-nin poliklinika şöbəsinin narkoloji kabinetində “tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri G.Mehmandarov küçəsi 45 saylı evin 3 nömrəli mənzilində qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında bildirdiklərinə tənqidi yanaşır, onun ibtidai istintaqda özünü qismən təqsirli bilməklə yaşadığı evdən aşkar edilib götürülmüş 3 büküm heroin, 1 bükümün içərisində 2 büküm olan heroin, 2 ədəd sellofan bükümdə heroin, 2 ədəd kağız bükümdə metamfetaminin ona məxsus olmaqla həmin narkotik və psixotrop maddələri həm özü istifadə edəcəyi, həm də dost-tanış istəsə pul müqabilində satacağı barədə ifadələrini, narkotik vasitələrin və psixotrop maddənin 9 ədəd ayrı bükümlərdə olmaqla yanaşı ayrı-ayrı növlərdən olmasını, ekspertiza rəylərini, o cümlədən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməsi barədə iş üzrə keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyini, üzləşdirmə hallarını, şahid ifadələrini diqqətə alır, daxili inamını və yuxarıda sadalanan qanunvericilik normalarını, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarını rəhbər tutaraq təqsirləndirilən şəxsə qarşı düzgün ittihamın irəli sürülməsini və onun bildirdiklərinin özünümüdafiə xarakteri daşımasını hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. O həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(032)-15/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs soncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını, cəzasını yüngülləşdirən halları, onun qəsdən cnayət törətməyə görə əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və cəzanı ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası hədləri daxilində CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 03 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 56.1.3-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nın 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan ümumilikdə 0,690 qram heroin, 0,048 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 31 manat 95 qəpik qəpik təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri – 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,690 qram heroin, 0,048 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş materiallarında olan baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar