Məhkəmə qərarları › İş №1(032)-138/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-138/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-138/2025 28.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:00-da Şirvan Şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1993-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Şirvan şəhəri, Niyazi küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,452 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarışı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 12 iyul 2025-ci il tarixdə saat 18:46-da Şirvan şəhəri Mahir Mirzəyev küçəsində tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən «Keno» markalı siqaret qutusundan 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,960 qram, 0,492 qram olmaqla ümumi təmiz çəkisi 1,452 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 12 iyul 2025-ci il tarixdə saat 18:30 radələrində Şirvan şəhərində olan dəmir yolunun kənarı ilə gedərkən yerdə “Keno” markalı siqaret qutusu görüb yerdən götürmüşdür. Həmin qutunun içərisinə baxdıqda 1 ədəd siqaret kağızında 2 ədəd büküm olduğunu görüb onları açaraq içərisində psixotrop maddə metamfetamin olduğunu bilmiş və bükümləri siqaret qutusu ilə birlikdə cibinə qoyaraq oradan uzaqlaşmışdır. Şirvan şəhəri Mahir Mirzəyev küçəsində olarkən polis əməkdaşları videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmet gəzdirib gəzdirmədiyini sual etmişlər. Polis əməkdaşı üzərinə baxış keçirərkən əynində olan göy rəngli şalvarın arxa sol cibindən «Keno» markalı siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusunun içərisinə baxıldıqda 01 ədəd siqaret kağızına bükülmüş 02 ədəd bükümdə «patı» deyilən psixotrop maddə metamfetamin və digər cibindən 01 ədəd mobil telefon aşkar edilmiş və polis əməkdaşları tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra polis əməkdaşlarının dəvəti ilə birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, o, həmin protokolla tanış olduqdan sonra həmin protokola imza etmişdir. Daha sonra polis şöbəsində hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş, daha sonra üzərindən aşkar olunan bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilmiş və sonra təkrar həmin bükümlər qablaşdırılmışdır. Baxış zamanı üzərindən aşkar olunmuş bükümlər elektron tərəzi ilə çəkilmişdir. Sonra polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, o, həmin protokolla tanış olduqdan sonra həmin protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Qabil oğlu ifadə verib göstərdi ki, 12 iyul 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Abışov X4 şəhər ərazisində psixotrop maddənin əldə edilməsi, saxlaması, gəzdirməsi və daşınması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili X2 və ŞPŞ-nin konvoy hissəsinin konvoyu Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 18 radələrində əldə etdikləri məlumat əsasında Şirvan şəhəri Mahir Mirzəyev küçəsinə getmişlər. Saat 18:46-da həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üstünü yoxlayan zaman sonuncunun əynində olan şalvarının arxa sol cibindən bir ədəd siqaret qutusu və şalvarının digər cibindən 01 ədəd mobil telefon aşkar olunmuşdur. Həmin siqaret qutusuna baxış apardıqda içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümdə 02 ədəd hər birinin içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin «patı» olduğunu, onu yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon və içərisində 02 ədəd bükümlər olan siqaret qutusu qablaşdırılmaqla götürülmüşdür. Sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlməsi təklif olunmuş, sonuncu da razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə bağlı protokol tərtib olunmuş və hər bir iştirakçı həmin protokola imza etdikdən sonra Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuş və şöbənin təhqiqatçısı tərəfindən sonuncu şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid4 Qabil oğlunun ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaqda Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid4 Qabil oğlunun ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 12 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 iyul 2025-ci il tarixli Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Abışov X4 şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2025-ci il tarixdə saat 18:46-da Şirvan şəhəri Mahir Mirzəyev küçəsində saxlanılaraq üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən «Keno» markalı siqaret qutusunun içərisindən 02 ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə və şalvarının digər cibindən 01 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 12 iyul 2025-ci il tarixli Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2025-ci il tarixdə saat 18:46-da Şirvan şəhəri Mahir Mirzəyev küçəsində saxlanılaraq üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən «Keno» markalı siqaret qutusunun içərisindən aşkar olunmuş 02 ədəd bükümlərə baxış keçirilən zaman bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2025-ci il tarixli, 18/528 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs…» sözləri yazılmış kağız paketdə 01 ədəd siqaret qutusunda olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,960 qram, 0,492 qram ümumi çəkisi 1,452 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi çəkisi-1,452 qram, tədqiqata sərf olundu-0,10 qram, qalıq-1,352 qram. İş materiallarında olan 14 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 14 iyul 2025-ci il tarixli, 4(032)-110/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni 12 iyul 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2025-ci il tarixli, 4659 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli Məhkəmə-tibbi ekspertizasının 371 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X8 xx.xx.2025-ci il tarixli, 18-1-35/2-1006/2025 nömrəli məktubundan görünür ki, Abışov X4 şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsinin Ruhi -əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Abışov X4 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan 22 avqust 2025-ci il tarixli Şirvan Şəhər Polis Şöbəsinin verilmiş əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş lakin keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 avqust 2025-ci il tarixdə verilmiş 3422 saylı arayışdan görünür ki, Abışov X4 şəhəri Niyazi küçəsi, ev 32 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X6 adlı övladları vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutlduğu vaxtdan, yəni 12 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,352 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında görüntünü özündə əks etdirən 01 ədəd disk, “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi” barədə görüntünü özündə əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,352 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında görüntünü özündə əks etdirən 01 ədəd disk, “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi” barədə görüntünü özündə əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar