Məhkəmə qərarları › İş №1(032)-139/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-139/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-139/2023 12.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 4 MR., H.Seyidzadə küçəsi, ev 17, mənzil 6-da-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Sarayeva 222, mənzil 168-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Bank of Baku” bankında gecikmə borcunun sıfırlanması üçün ona müraciət edən Zərərçəkmiş şəxs “Bank of Baku” bankında gecikmə borcunun sıfırlanması barədə yalan vəd verərək, aralarında yaranmış yaxın münasibətə görə Kamil Məmmdlinin ona qarşı yaranmış inam və etimadından istifadə edərək xx.xx.2022-ci il tarixdə saat 20:55 radələrində Fizuli rayon, Horadiz qəsəbəsindən 610 (altı yüz on) manat, xx.xx.2022-ci il tarixdə saat 13:26-da Şirvan şəhər H.Əliyev prospektində yerləşən Əmin bazardan 405 (dör yüz beş) manat və 2022-ci ilin noyabr ayının 3-cü on günlüyünün sonuna qədər olan müddətdə isə Şirvan şəhərindən 400 (dör yüz) manat olmaqla ümumilikdə 1415 manat pulu Fizuli rayon və Şirvan şəhərində yerləşən ödəmə terminallarından faktiki istifadəsində olan X1 adına “Kapital bank” tərəfindən verilmiş 6768 6771 7585 0605 nömrəli bank kartına köçürülməsinə nail olub həmin pulu Bakı şəhər ərazisində yerləşən bankomatlardan çıxarmaqla şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, 2022-ci ilin noyabr ayında Kamillə Bakı şəhəri, N.Nərimanov metrosunun yaxınlığında yerləşən adını xatırlamadığı çay evində görüşmüş və orada oturub çay içən zaman Kamillə bank kreditləri mövzusunda söhbət etmiş və Kamil bundan sonra onun mobil nömrəsini götürmüş və həmin yerdən durub getmişlər. Həmin gündən bir neçə gün sonra yəni 2022-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub “Bank of Baku” bankında gecikmə borcunun olmasını bildirmiş, o da Kamilə telefonda bildirmişdir ki, onun həmin banka olan borcunu sıfırlaya bilər deyib, Kamildə özünə qarşı inam yaratmış və həmin işin müqabilində 1400- 1500 manat pul verməli olduğunu Kamilə bildirdikdə onlar bu barədə razılaşmışlar. Kamil ilə onun arasında olan bu söhbətdən sonra xx.xx.2022-ci il tarixdə Kamillə danışmış və Kamilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin WhatsAppına o, istifadəsində ***-***-**-** saylı mobil nömrənin WhatsAppından istifadəsində olan Kapital Banka məxsus 6768 6771 7585 06 05 saylı plastik kartın şəklini çəkib atmışdır. Bundan sonra Kamil ilkin olaraq həmin kart hesabına 610 manat atmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Kamil yenidən ona zəng vuraraq 6768 6771 7585 06 05 saylı plastik karta 405 manat atdığını bildirmiş və bundan 3 gün sonra Kamil yenidən ona zəng vurub 6768 6771 7585 06 05 saylı plastik karta 400 manat atdığını və başqa pulunun olmadığını ona bildirdikdə o da Kamillə razılaşmış və həmin pulu götürüb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş 1415 manat məbləğində ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, Elanrəni “Anama” mina təmizləmə agentliyində işlədiyi müddətdə tanımışdır. 2022-ci ilin noyabr ayında Elnarə ilə Bakı şəhəri, N.Nərimanov metrosunun yaxınlığında yerləşən adını xatırlamadığı çay evində görüşmüş və orada oturub çay içən zaman Elnarə ilə bank kreditləri mövzusunda söhbət etmiş və Elnarənin mobil nömrəsini götürdükdən sonra həmin yerdən durub getmişdir. Həmin gündən bir neçə gün sonra yəni 2022-ci ilin noyabr ayının sonlarında o, Elnarəyə məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub “Bank of Baku” bankında gecikmə borcunun olmasını bildirmişdir. Bundan sonra Elnarə ona telefonda bildirmişdir ki, həmin banka olan borcunu sıfırlaya bilər deyib özünə inam yaratmış və həmin işin müqabilində 1400 manat pul verməli olduğunu bildirmiş və onlar bu barədə razılaşmışlar. Bu söhbətdən sonra xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəinin WhatsAppına Elnarə istifadəsində ***- ***-**-** saylı mobil nömrənin WhatsAppından Kapital Banka məxsus 6768 6771 7585 06 05 saylı plastik kartın şəklini çəkib atmış və o, ilkin olaraq həmin kart hesabına 610 manat atmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, yenidən Elnarəyə zəng vuraraq 6768 6771 7585 06 05 saylı plastik karta 405 manat atdığını bildirib, bundan 3 gün sonra Elnarəyə yenidən zəng vurub 6768 6771 7585 06 05 saylı plastik karta 400 manat atdığını və başqa pulunun olmadığını Elnarəyə bildirdikdə Elnarə onunla razılaşıb banka olan gecikmə borcu silinəcəyini bildirmişdir. O gündən sonra o, Elnarə ilə nə qədər əlaqə saxlasa da Elnarə onu müxtəlif bəhanələrlə aldatmışdır ki, həmin pulu geri qaytaracaq. Hal-hazırda ona dəymiş 1415 manat məbləğində maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş “baxış keçirilməsi haqqında” 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “Kapital Bank”-a məxsus plastik kart şəklinin üzaərində “6768 6771 7585 0605” nömrəli qeyd edilmiş və həmin kartın üzərində kart sahibinin Vusal Mirzəyev olması müəyyən edilmişdir. Bundan əlavə olaraq Zərərçəkmiş şəxs təqdim etdiyi 2 ədəd qəbzə baxış keçirilərkən həmin qəbzlərin xx.xx.2022-ci il tarixdə 610 manat və xx.xx.2023-cü il tarixdə isə 405 manat pulun Vusal Mirzəyevə göndərilməsi özündə əks olunması qeyd edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-33/2022 saylı, 18 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-nin 73-1.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, cinayət təqibi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək,məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Bank of Baku” bankında gecikmə borcunun sıfırlanması üçün ona müraciət edən Zərərçəkmiş şəxs “Bank of Baku” bankında gecikmə borcunun sıfırlanması barədə yalan vəd verərək, aralarında yaranmış yaxın münasibətə görə Kamil Məmmdlinin ona qarşı yaranmış inam və etimadından istifadə edərək xx.xx.2022-ci il tarixdə saat 20:55 radələrində Fizuli rayon, Horadiz qəsəbəsindən 610 (altı yüz on) manat, xx.xx.2022-ci il tarixdə saat 13:26-da Şirvan şəhər H.Əliyev prospektində yerləşən Əmin bazardan 405 (dör yüz beş) manat və 2022-ci ilin noyabr ayının 3-cü on günlüyünün sonuna qədər olan müddətdə isə Şirvan şəhərindən 400 (dör yüz) manat olmaqla ümumilikdə 1415 manat pulu Fizuli rayon və Şirvan şəhərində yerləşən ödəmə terminallarından faktiki istifadəsində olan X1 adına “Kapital bank” tərəfindən verilmiş 6768 6771 7585 0605 nömrəli bank kartına köçürülməsinə nail olub həmin pulu Bakı şəhər ərazisində yerləşən bankomatlardan çıxarmaqla şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibini təşkil edən cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanı tam şəkildə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhəkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 2-ci bəndinə görə şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CM-nin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb,məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasının aşağı həddində cərimə cəzasının təyin edilməsi onun islah olunmasına xidmət edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Cəzasının əvvəli hökm icraya yönəldilən vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar