Məhkəmə qərarları › İş №1(032)-139/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-139/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-139/2025 11.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:37-də Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 sonuncunun oğlu X1 vəsiqəsi ala biləcəyinə dair yalan vəd verməklə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, vahid niyyətlə əhatə olunan qəsdlə 19 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanda yerləşən evindən özünə məxsus 5239-1517-6268-4853 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə cinayətdən məlumatı olmayan həyat yoldaşı X2 məxsus "xxxx" ASC-yə aid 4169-7388-6742-7118 nömrəli bank kartına göndərdiyi 400 manat, 28 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında yerləşən “Anexs Lombard”ın qarşısında quraşdırılmış “MilliÖN” pul köçürmə terminalı vasitəsi ilə cinayətdən məlumatı olmayan həyat yoldaşı X2 məxsus "xxxx" ASC-yə aid 4169-7388-6742-7118 nömrəli bank kartına göndərdiyi 200 manat, 02 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanda yerləşən evindən özünə məxsus 5239-1517-6268-4853 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə cinayətdən məlumatı olmayan həyat yoldaşı X2 məxsus "xxxx" ASC-yə aid 4169-7388-6742-7118 nömrəli bank kartına göndərdiyi 130 manat, 26 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanda yerləşən evindən özünə məxsus 5239-1517-6268-4853 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə cinayətdən məlumatı olmayan həyat yoldaşı X2 məxsus "xxxx" ASC-yə aid 4169-7388-6742-7118 nömrəli bank kartına göndərdiyi 35 manat pulu alıb, ələ keçirərək, verdiyi vədlərə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 765 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi ala biləcəyinə dair yalan vəd verməklə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, vahid niyyətlə əhatə olunan qəsdlə 12 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı yaşadığı ünvan 2 ünvanda yerləşən evindən özünə məxsus 5239-1517-6268-4853 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 5239-1517-9633-7452 nömrəli bank kartına göndərdiyi 500 manat, 13 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz evindən özünə məxsus 4169- 7388-3853-9074 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 5239-1517-9633-7452 nömrəli bank kartına göndərdiyi 400 manat, 19 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz evindən özünə məxsus 4169-7388- 3853-9074 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 5239-1517-9633-7452 nömrəli bank kartına göndərdiyi 100 manat pulu alıb, ələ keçirərək, verdiyi vədlərə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 avtomobilində ümumilikdə 2200 manat məbləğində olan cərimə pulunun 1450 manat pula sildirəcəyinə dair yalan vəd verməklə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, vahid niyyətlə əhatə olunan qəsdlə 25 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 ADM 000030 Shırvan Branch ünvanından onun "xxxx" ASC-yə aid 5239-1517- 9633-7452 nömrəli bank kartına göndərdiyi 350 manat, 29 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanda yerləşən evindən özünə məxsus ****0878 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 5239-1517-9633-7452 nömrəli bank kartına göndərdiyi 300 manat, 01 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanda yerləşən evindən özünə məxsus ****0878 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 5239-1517-9633-7452 nömrəli bank kartına göndərdiyi 300 manat, 02 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanda yerləşən evindən özünə məxsus ****0878 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 5239- 1517-9633-7452 nömrəli bank kartına göndərdiyi 200 manat, 04 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanda yerləşən evindən özünə məxsus **6494 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 5239-1517-9633-7452 nömrəli bank kartına göndərdiyi 200 manat, 06 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanda yerləşən evindən özünə məxsus **6494 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 5239-1517-9633-7452 nömrəli bank kartına göndərdiyi 100 manat pulu alıb, ələ keçirərək, verdiyi vədlərə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Şirvan şəhər sakini kimi tanımış, xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs1 zəng vursun və desin ki, ucuz qiymətə sürücülük vəsiqəsi istəyən olsa xəbər etsin. Həmin gün Səbuhiyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə zəng vuraraq bu barədə demiş, Səbuhi ona bildirmişdir ki, oğlu Sənan üçün sürücülük vəsiqəsi almaq istəyir. O Səbuhiyə bildirmişdir ki, 900 manat pula Sənan üçün sürücülük vəsiqəsi ala bilər. Səbuhi ona inanaraq onunla razılaşmışdır. Həmin vaxt ona təcili pul lazım olduğu üçün Səbuhiyə bildirmişdir ki, ilkin olaraq 400 manat ödənilməlidir. Səbuhi ona inanmış və ondan kart nömrəsi göndərməyini istəmiş, həmin vaxt özünə məxsus kart yanında olmadığı üçün istifadə etdiyi həyat yoldaşı Gülsüm Səfərovaya məxsus "xxxx" ASC-yə aid kart hesabını “Whatshap” sosial şəbəkəsi vasitəsi ilə Səbuhiyə göndərmişdir. Təxminən 15 dəqiqədən sonra Səbuhi həmin karta 400 manat pul göndərmişdir. O kartdan həmin 400 manat pulu götürərək ehtiyacına xərcləmiş və fikirləşmişdir ki, gələcəkdə Səbuhiyə deyər ki, alınmadı və pulunu qaytarar. Bundan sonra xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün Səbuhiyə zəng vuraraq bildirmişdir ki, oğlu üçün sürücülük vəsiqəsini almaqdan ötrü təcili olaraq 200 manat pul verilməlidir. Hətta Səbuhini həvəsləndirmək üçün ona yalandan demişdir ki, bundan sonra 200 manat da göndərəcək, ümumilikdə 800 manata oğlu Sənan üçün sürücülük vəsiqəsi alacaq. Səbuhi ona inanaraq ona əvvəlcədən göndərdiyi həyat yoldaşı Gülsüm Səfərovaya məxsus kart hesabına həmin gün 200 manat pul göndərmişdir. Təkrarən həmin 200 manatı götürərək öz ehtiyacına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün Səbuhiyə zəng vuraraq bildirmişdir ki, 130 manat təcili olaraq göndərsə oğlu Sənan üçün alacağı sürücülük vəsiqəsini ümumilikdə 730 manata ala biləcəyini bildirmişdir. Səbuhi ona inanaraq və minnətdarlıq edərək həmin günü ona əvvəlcədən göndərdiyi həyat yoldaşı Gülsüm Səfərovaya məxsus kart hesabına 130 manat pul göndərmişdir. O təkrarən həmin 130 manat pulu götürərək öz ehtiyacına xərcləmişdir. Səbuhiyə yalandan bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə oğlu Sənan ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə gəlsinlər. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Səbuhi ona zəng vuraraq bildirmişdir ki, oğlu Sənanla birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin qarşısında onu gözləyir. O, Səbuhiyə bəhanə uyduraraq bildirmişdir ki, getsinlər o deyəndə gələrlər. xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün Səbuhiyə zəng vuraraq yalandan bildirmişdir ki, təcili olaraq 35 manat rüsüm olaraq ödənilməlidi və bundan sonra oğlu üçün sürücülük vəsiqəsini Şirvan şəhərində yerləşən Qeydiyyatimtahan və texniki baxış şöbəsindən alacaq. Səbuhi ona inanaraq həmin gün ona əvvəlcədən göndərdiyi həyat yoldaşı Gülsüm Səfərovaya məxsus kart hesabına 35 manat pul göndərmişdir. Həmin pulu da götürərək öz ehtiyacına xərcləmişdir. Beləliklə Zərərçəkmiş şəxs1 oğlu Sənan üçün sürücülük vəsiqəsi alacağına inandıraraq ondan 765 manat pul alaraq onu aldatmışdır. Zərərçəkmiş şəxs1 hər dəfə ona zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda ona müxtəlif bəhanələr gətirərək oğlu Sənan üçün sürücülük vəsiqəsini ala bilmədiyini və yaxın vaxtlarda pulunu geri qaytaracağına söz vermişdir. Bundan əlavə bildirmişdir ki, Şahid meyvə-tərəvəz alarkən tanımışdır. Onunla söhbət edərkən bildirmişdir ki, o sürücülük vəsiqəsinə “B” kateqoriyası əlavə etmək istəyir. Ona bu məsələdə kömək edə biləcəyini və bunun müqabilində ona 250 manat pul verməli olduğunu bildirmiş və Şahid 50 manat beh almışdır. Bir neçə gün onun işini həll etməyə çalışsa da bu mümkün olmamış və ondan aldığı 50 manat behi geri qaytarmışdır. Daha sonra Səyyad ona demişdir ki, qohumu Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi almaq istəyir və əlaqə saxlaması üçün mobil nömrəsini Münasibə vermişdir. Münasib onunla əlaqə saxladıqda o bu işin həlli üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün Münasibə zəng vuraraq bildirmişdir ki, sürücülük vəsiqəsini almaq üçün ilkin olaraq 500 manat pul verilməlidir. Münasib ona inanaraq ona kart nömrəsi atmağını istəmişdir. Həmin vaxt özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş kartının üz şəklini çəkərək “Whatshap” sosial şəbəkəsi vasitəsi ilə Münasibə göndərmişdir. Təxminən 15 dəqiqədən sonra Münasib onun kart hesabına 500 manat pul göndərmişdir. Səhəri gün, yəni, xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün Münasibə zəng vuraraq bildirmişdir ki, təcili olaraq sürücülük vəsiqəsini almaq üçün 400 manat pul lazım olduğunu bildirmiş və qalan 100 manatı isə sürücülük vəsiqəsini götürəndə verəcəyini demişdir. Münasib ona inanaraq ona əvvəlcədən göndərdiyi özünə məxsus kart hesabına 400 manat pul göndərmişdir. Həmin pulu da götürərək öz ehtiyacına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün Münasibə zəng vuraraq sürücülük vəsiqəsini almaq üçün danışdığı kimi son 100 manatı ödəməsini istəmiş və 2 gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə sürücülük vəsiqəsini alacağına inandırmışdır. Münasib həmin gün ona əvvəlcədən göndərdiyi özünə məxsus kart hesabına 100 manat pulu da göndərmişdir. O, həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Nəhayət Zərərçəkmiş şəxs2 ondan Abşeron rayon Polis İdarəsinə şikayət etdikdən sonra Münasib Bəyaliyevin 1000 manat pulunu tam olaraq qaytarmışdır. Bundan əlavə bildirmişdir ki, 2025-ci ilin aprel ayında tanışı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3la söhbət zamanı Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, avtomobilinə olan 2200 manat cəriməni ucuz qiymətə sildirmək lazımdır. O Əfrasa mobil telefon nömrəsini vermiş və yalandan demişdir ki, lazımı olan adamla danışıb deyər. Bundan sonra Əfras özü ona zəng vurmuşdur. Həmin vaxt o Əfrasa bildirmiş ki, 1450 manat ver cərimənin hamısını sildirim. Əfras onunla razılaşmış və Əfrasa göndərdiyi özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş kart hesabına xx.xx.2025-ci il tarixdə 350 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat və xx.xx.2025-ci il tarixdə 100 manat hissə-hissə göndərməklə ümumilikdə 1450 manat pul göndərmişdir. Əfrasın ona göndərdiyi pulları ehtiyacı olduğu üçün öz məsrəflərinə xərcləmişdir. Sonradan istəmişdir ki, Əfrasın adına olan cərimələri ödəsin, lakin cərimə 2200 manat olduğu üçün ödəməyə imkanı olmamışdır. Bundan sonra Əfras ondan bu barədə soruşduqda o Əfrasa hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda cəriməni sildirəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs3 ondan Şirvan şəhər Polis Şöbəsinə şikayət edib. O səhfini başa düşərək Əfrasdan aldığı 1450 manat pulu tam olaraq ödəmişdir. Polis şöbəsinə çağırıldıqda isə fikirləşmişdir ki, onu tutacaqlar, bu səbəbdən də çağırışlara gəlməyərək Bakı şəhərində müxtəlif ünvanlarda gizlənmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olarkən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və Şirvan şəhər Polis Şöbəsinə gətirilmişdir. Əlavə olaraq bildirmişdir ki, həyat yoldaşı Gülsüm Səfərovaya məxsus hesab kartı həmişə onda olub və həmin karta aid mobil tətbiqi onun telefonunda olduğu üçün həyat yoldaşı Gülsümün məlumatı olmamışdır. Dələduzluq yolu ilə əldə etdiyi həmin pulları öz ehtiyaclarına xərcləmş, həmin işləri görmək üçün onun heç bir səlahiyyəti olmamışdır. Həmin pullardan heç kimə pul verməmiş, həmin vaxtlarda pula ehtiyacı olduğu üçün bu əməlləri törətmişdir. Sonradan biləndə ki, həmin şəxslər ondan hüquq mühafizə orqanlarına müraciət edib, bu səbəbdən də onların pullarını tam olaraq qaytarmışdır. Hərəkətindən səmimi peşman olduğunu, ehtiyacı olduğu üçün bu əməlləri törətməsini, gələcəkdə bir daha belə səhvə yol verməyəcəyini bildirərək özünü təqsirli bilib hərəkətindən utandığını qeyd etmişdir. Son olaraq əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını, özünün İİ qrup müddətsiz əlil olmasını, həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində amnistiyanın tətbiq olunmasını və barəsində olan cinayət təqibinə qeyri-bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid Ağaisa oğlu göstərdi ki, 2024-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs2 ilə söhbət edən zaman sonuncu ona sürücülük vəsiqəsi əldə etmək istədiyini, lakin imtahana hazır olmadığını, vəsiqəni almaqda ona köməklik etməyi bildirmişdir. 2024-cü ilin sentyabr ayında qohumu Zərərçəkmiş şəxs2lə telefon vasitəsi ilə əlaqə saxlamış və tanışı Təqsirləndirilən şəxs 1000 manat pul vəsaiti qarşılığında sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini söyləmişdir. Sonradan Münasibdən öyrənmişdir ki, o, Təqsirləndirilən şəxsla danışmış və sürücülük vəsiqəsi almaq üçün ümumilikdə Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Səfərov X5 Bəyalıyevi aldadadaq həmin pulu ələ keçirmiş, sürücülük vəsiqəsi almaq üçün heç bir iş görməmişdir. Buna görə də Münasib polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda isə Münasiblə söhbət zamanı sonuncu dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini bildirmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, teleqram göndərərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmiş, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü il tarixdə qohumu Səyyadla söhbət edən zaman sürücülük vəsiqəsi əldə etmək istədiyini, lakin imtahana hazır olmadığını, vəsiqənin almaqda ona köməklik edə biləcəyini bildirmişdir. 2024-cü ilin sentyabr ayında qohumu Şahid Ağaisa oğlu telefon vasitəsi ilə onunla əlaqə saxlamış və tanışı Təqsirləndirilən şəxs 1000 manat pul vəsaiti qarşılığında sürüçülük vəsiqəsi almaqda köməklik edə biləcəyini söyləmişdir. Səyyadın sözlərinə inanaraq onun təklifi ilə razılaşmış və Fuadın nömrəsini almışdır. xx.xx.2024-cü il tarixdə Fuadla əlaqə saxlayaraq tanışlıq vermiş və sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. İlkin olaraq xx.xx.2024-cü il tarxidə yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs məxsus 5239-1517-9633-7452 nömrəli hesabına 500 manat, xx.xx.2024-cü il tarxidə yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs məxsus 5239-1517-9633-7452 nömrəli hesabına 400 manat, bundan bir neçə gün sonra son olaraq həmin kart hesabına 100 manat pul göndərmişdir. Beləliklə ümumilikdə Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona xx.xx.2024-cü il tarixdə sürücülük vəsiqəsini götürə biləcəyini bildirmiş və onunla razılaşmışdır. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, teleqram göndərərək ona dəymiş ziyanın tam ödənilməsini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmiş, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış və telefon nömrələri bir-birlərində olmuşdur. Günlərin bir günü, yəni, xx.xx.2024-cü il tarixdə Fuad ona özünə məxsus ***-***- **-** saylı mobil nömrəsi ilə Vatçap vasitəsi ilə mesaj yazaraq sürücülük vəsiqəsi istəyən olsa münasib qiymətə həll edə biləcəyini bildirmişdir. Həmin vaxtlarda oğlu Sənan üçün sürücülük vəsiqəsi almaq istədiyindən fikirləşmiş ki, ucuz qiymətə alınarsa Fuadla həll etsin. Fuadla vatçapda yazışmaları zamanı Fuada bildirmiş ki, oğlu üçün istəyir. Fuad ona bildirmiş ki, 900 manata həll edər. O Fuadla razılaşmış və həmin gün yaşadığı Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 10, mənzil 12-də olduğu vaxt özünə məxsus Kapital Bank ASC tərəfindən verilmiş 5239-1517-6268-4853 seriyalı Birbank kartından mobil tətbiqi vasitəsi ilə Fuadın ona göndərdiyi həyat yoldaşı Gülsüm Səfərovaya məxsus Kapital Bank ASC tərəfindən verilmiş 4169-7388-6742-7118 seriyalı kart hesabına ilkin olaraq 400 manat pul göndərmişdir. Fuad ona bildirmiş ki, qalan pulu da hissə-hissə göndərər. Bundan sonra xx.xx.2024-cü il tarixdə Fuad ona Vatçap vasitəsi ilə zəng vuraraq bildirmiş ki, təcili olaraq 200 manat pul göndər, bundan əlavə 200 manatda göndərər sürücülük vəsiqəsini 800 manata düzəldəcək. O, Fuada inanaraq ünvan 3 ünvanında yerləşən “Anexs Lobard”ın qarşısında quraşdırılmış “MilliÖN” elektron ödəmə terminal vasitəsi ilə təkrarən Fuadın ona göndərdiyi həyat yoldaşı Gülsüm Səfərovaya məxsus Kapital Bank ASC tərəfindən verilmiş 4169-7388-6742-7118 seriyalı kart hesabına 200 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Fuad ona Vatçapla zəng vuraraq bildirmiş ki, 130 manat da göndərsin ümumilikdə 730 manata oğlunun sürücülük vəsiqəsini həll edib. O Fuada inanaraq yaşadığı Şirvan şəhəri L-nt İbrahimov küçəsi ev 10, mənzil 12-də olduğu vaxt özünə məxsus Kapital Bank ASC tərəfindən verilmiş 5239-1517-6268-4853 seriyalı Birbank kartından mobil tətbiqi vasitəsi ilə Fuadın ona göndərdiyi həyat yoldaşı Gülsüm Səfərovaya məxsus Kapital Bank ASC tərəfindən verilmiş 4169-7388-6742-7118 seriyalı kart hesabına 130 manat pul göndərmişdir. Fuad ona bildirmiş ki, o deyən vaxt Abşeron rayonu Xırdalan şəhərində yerləşən Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getsinlər. xx.xx.2024-cü il tarixdə Fuad ona Vatçap vasitəsi ilə zəng vuraraq bildirmiş ki, sabah, yəni xx.xx.2024-cü il tarixdə saat 10-da oğlu Sənanla birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə gəlsinlər. O səhəri gün, yəni, xx.xx.2024-cü il tarixdə saat 10-da oğlu Sənanla birlikdə Fuadın dediyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin qarşısında olmuşlar. Həmin gün saat 17-dək Fuada zəng vurmağıma baxmayaraq Fuada telefona cavab vermirmiş. Nəhayət saat 17-də Fuad telefonunu açaraq bildirmiş ki, hazırda işdə deyil, qayıtsınlar Şirvan şəhərinə, sürücülük vəsiqəsini Şirvan şəhərində yerləşən Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə göndərəcək. O Fuada təkrarən inanaraq Şirvan şəhərinə geri qayıtmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə Fuad ona Vatçhap vasitəsi ilə səs ataraq bildirmiş ki, təcili olaraq əvvəlcədən göndərdiyi kart hesabına 35 manat pul göndərsin, bundan sonra Şirvan şəhərində yerləşən Qeydiyyatimtahan və texniki baxış şöbəsindən sürücülük vəsiqəsini götürəcəklər. O, Fuada inanaraq yaşadığı Şirvan şəhəri L-nt İbrahimov küçəsi ev 10, mənzil 12-də olduğu vaxt özünə məxsus Kapital Bank ASC tərəfindən verilmiş 5239-1517-6268-4853 seriyalı Birbank kartından mobil tətbiqi vasitəsi ilə Fuadın ona göndərdiyi həyat yoldaşı Gülsüm Səfərovaya məxsus Kapital Bank ASC tərəfindən verilmiş 4169-7388-6742-7118 seriyalı kart hesabına 35 manat pul göndərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona göndərdiyi həyat yoldaşı Gülsüm Səfərovanın kart hesabına ümumilikdə 765 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə zəng vurmağına baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onu aldadırmış. Sonradan Fuad ona bildirmiş ki, sürücülük vəsiqəsi düzəldə bilmir, yaxın günlərdə ona verdiyi pulu qaytaracaq. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, notarial qaydada təsdiq olunmuş ərizə verərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və ya şikayətinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında istifadəsində olan “Mercedes” Axor markalı **-NL-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilində 2025-ci ilin mart ayından 2025-ci ilin aprel ayının sonlarına qədər yaranmış 2200 manat gecikmə borcumu sildirmək üçün Təqsirləndirilən şəxs ilə danışmışdır. Fuad ona nömrəsin verərək bildirmiş ki, ucuz qiymətə həll edə bilər. Bundan sonra o Təqsirləndirilən şəxs ona verdiyi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə danışmağa başlamış və Fuad ona bildirmiş ki, 1450 manat versin onun 2200 manat borcunu sildirsin. Təqsirləndirilən şəxs bu sözündən sonra ona inanaraq Fuadın ondan gecikmə borcumu silmək üçün istədiyi 1450 manat pulu Fuadın ona göndərdiyi "xxxx" ASC-yə məxsus 5239 1517 9633 7452 nömrəli plastik kartına xx.xx.2025-ci il tarixdə saat 13:26-da ADM 000030 Shırvan Branch ünvanından 350 manat, xx.xx.2025-ci il tarixdə saat 14:19-da "xxxx" ASC-yə məxsus 5239 15** **** 7452 nömrəli plastik kartına yaşadığı ünvan 7 ünvanından 300 manat, xx.xx.2025-ci il tarixdə saat 21:22-də "xxxx" ASC-yə məxsus 5239 15** **** 7452 nömrəli plastik kartına yaşadığı ünvan 7 ünvanından 300 manat, xx.xx.2025-ci il tarixdə saat 11:46-da "xxxx" ASC-yə məxsus 5239 15** **** 7452 nömrəli plastik kartına yaşadığı ünvan 7 ünvanından 200 manat, xx.xx.2025-ci il tarixdə saat 15:01-də "xxxx" ASC-yə məxsus 5239 15** **** 7452 nömrəli plastik kartına yaşadığı ünvan 7 ünvanından 200 manat, xx.xx.2025-ci il tarixdə saat 10:48-də "xxxx" ASC-yə məxsus 5239 15** **** 7452 nömrəli plastik kartına yaşadığı ünvan 7 ünvanından 100 manat göndərsə də Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldadaraq ona qarşı dələduzluq etmiş nə avtomobilinin gecikmə borcunu sildirməmiş, nə də ona verdiyi puldan 200 manatını geri qaytarsa da, qalan məbləği, yəni 1250 manatı hələ də qaytarmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. Şəxsin şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması barədə qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində yeri müəyyən edilərək tutulmuş və aidiyyatı üzrə Şirvan şəhər Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 19 iyun 2024-cü il tarixdə 523915******4853 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartına dair mobil tətbiq vasitəsilə X3 məxsus "xxxx" ASC tərəfindən verilmiş 416973******7118 nömrəli bank kartına 400 manat, 28 iyun 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Anexs Lombard”-ın qarşısnda quraşdırılmış “MilliÖN” elektron ödəmə terminalı vasitəsi ilə X3 məxsus "xxxx" ASC tərəfindən verilmiş 416973******7118 nömrəli bank kartına 200 manat, 02 iyul 2024-cü il tarixdə 523915******4853 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartına dair mobil tətbiq vasitəsilə X3 məxsus "xxxx" ASC tərəfindən verilmiş 416973******7118 nömrəli bank kartına 130 manat pul göndərilmişdir. Cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsüf edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Tutulmuş şəxsin MSY-dən azad olunaraq barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsi MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi, işlərin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsüf edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli və CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməsi və istintaqın ********* nömrəsi altında davam etdirilməsi, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan iş üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X9 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur . Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X6 adlı bir övladı vardır. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 295 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz ikinci dərəcəli əlildir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, müddətsiz ikinci dərəcəli əlil olmasını, himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin Qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM): 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək müddətsiz İİ dərəcəli əlil olmasını, himayəsində iki azyaşlı övladının olduğunu bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 1.15, 1.16-cı və 5.1-ci bəndinin təsir dairəsinə düşür. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15-ci bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, həmçinin həmin Qərarın 1.16-ci bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respbulikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilməli və Azərbaycan Respbulikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan 09 (doqquz) ədəd ödəmə qəbzləri cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin nin 43.3, 156.4, 344-347, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilsin və AR CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 09 (doqquz) ədəd ödəmə qəbzləri cinayət işi materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar