Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-140/2025 04.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:20-də Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Fərəcov salman Böyükağa oğlunun və Müdafiəçi, Təqsirləndirilən şəxs iştirkı ilə, xx.xx.1989-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən cəzadan azad edilmiş, Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs oğlu X3 Hallar Nazirliyində işə düzəltmək adı ilə yalan vəd verib ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 24 avqust 2021-ci Bakı şəhəri Binəqədi rayonunda 4000 manat pulu nağd formada və 2021-ci ilin oktyabr ayında Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” ticarət mərkəzində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə 3000 manat pulu istifadəsində olan kart hesabına köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı qızıdır. 2020-ci ildə o, Daxil Qoşunların Baş İdarəsindən ehtiyata buraxılmışdır. O, işdən çıxandan bir müddət sonra dayısı Qurbangilin Şirvan şəhərində yerləşən evində olarkən Zərərçəkmiş şəxs ona demişdir ki, oğlu X8 Nazirliyinə işə düzəltmək istəyir, bu səbəbdən onun Hacıqabul rayonunda yerləşən Daxili Qoşunların komandiri ilə danışıb, onlara kömək etməyini istəmiş, o da ona etiraz etməmişdir. O, Hacıqabul rayonunda yerləşən Daxili Qoşunların komadiri Etibar İlyasovla danışacağını demişdir. 2500 manat pulu 2021-ci ilin oktyabr ayında Şahid2 Şirvan şəhərindən onun istifadəsində olan kart hesabına köçürmüş, daha sonra həmin ayda Kənan ona zəng edərək, 500 manat pulu da onun kart hesabına köçürtmüşdür. Ümumilikdə Kənanın işinin düzəlməsi müqabilində 7000 manat pul almışdır. Kənanın işi alınmadığına görə Arifəgil ondan pulu tələb etməyə başlamışlar. Sonra anası demişdir ki, ona məxsus yardım pulu kartını dayısı Qurbangilə versinlər, həmin 7000 manat pulu kartdan çəksinlər. Bu minvalla 01 il 07 ay müddətinə hər ay 240 manat olmaqla dayısı Qurbangil kartdan pul çəkmişlər. Həmin kartdan çəkilən pulun məbləği ümumilikdə 4560 manat olmuşdur. Bundan əlavə o, əlbəəl olmaqla 500 manat pulu Arifəyə vermiş, bundan əlavə 250 manat pulu isə evlərində Arifəyə vermiş, sonda qalıq qalan 1690 manat pulu anası onlara ödəmişdir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyan cinayət işi məhkəməyə verilənədək tamamilə ödənilmişdir. Son olaraq əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını, həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində amnistiyanın tətbiq olunmasını, barəsində olan cinayət təqibinə qeyri-bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun bibisi qızıdır, 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs Hacıqabul rayonunda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu vəzifəsində işləmiş və Şirvan şəhərində kirayə evdə qalmışdır. Həmin vaxtlarda Nişanə günaşırı yaşadığı evə gəlmiş, bu vaxtlarda oğlu Şahid2 iş axtarmışlar. Nişanə onlarda olarkən oğlu Kənanın işə düzəlməyi ilə bağlı söhbət olarkən atası Qurban Nişanəyə demişdir ki, komandiri X1 işi ilə bağlı danışsın, bəlkə o Kənanın işə düzəlməyinə kömək edə bilər. Sonra Nişanə mobi telefonu ilə Etibar İlyasovla danışmış və atası Qurbana demişdir ki, Etibar demişdir ki, Qurban özü ona zəng etsin. Atası Qurban da Etibar İlyasova zəng edərək, onunla danışmış, lakin nə danışdıqlarını bilməmiş, sonra atası Qurban demişdir ki, Etibar həll edə bilər. Sonra Nişanəyə demişdir ki, özü Kənanın işini Etibarla danışsın, həll etsin və onlara desin. 2021-ci ilin avqust ayında Nişanə atası Qurbana zəng edərək, Etibarın ona zəng etdiyini, işin 7000 manat pul müqabilində düzələcəyini, həmin pulu və oğlu Kənanın sənədlərinin surətini ona vermələrini bildirmiş, sonra bu barədə ona demiş, o da atası Qurbana demişdir ki, hazırda 4000 manat pulları var, ilkin olaraq həmin pulu versinlər, qalan pulu da düzəldib verə bilərlər. Sonra onlar 4000 manat pulu və oğlu Kənanın sənədlərinin surətini bir ədəd paketə qoymuşlar və paketi bağlamışlar. Sonra atası Qurban və oğlu Kənan Etibarla görüşmək üçün Bakı şəhərinə getmişlər. Qurban ona bildirmişdir ki , Kənanın sənədlərinin surətini və 4000 manat pulu Nişanəyə verib, sonuncu içərisində pul və sənədlər olan paketi stolun üstünə qoymuşdur və “sənədlər və amanat məndədi” demişdir. 2021-ci ilin oktyabr ayında Nişanə zəng edərək, Etibarın ona zəng etdiyini, qalan 3000 manat pulu da istədiyini bildirmiş, o da borc xərc edərək, 3000 manat pulu düzəltmiş, sonra həmin məbləğdə pulu oğlu Kənana vermişlər, Kənan da həmin 3000 manat məbləğində pulu Nişanəyə məxsus bank kartına Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Elit TMdə ödəniş terminalı vasitəsi ilə göndərmişdir. Bundan sonra onlar uzun müddət gözləsə də, Kənanın işə düzəlməyindən bir xəbər olmamış, o da məcbur qalıb bu barədə Şirvan şəhər Polis Şöbəsinə şikayət etmişdir. Hadisə nəticəsində ona 7000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Şahid1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun bacısıqızıdır, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında Hacıqabul rayonunda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu vəzifəsində işləmiş və Şirvan şəhərində kirayə evdə qalmış, mahiyyəti üzrə bildirmişdir ki, həmin vaxtlarda Nişanə günaşırı yaşadıqları evə gəlmiş, bu vaxtlarda nəvəsi Kənanda işsiz olmuş və ona iş axtarmışlar. Bununla bağlı evdə söhbət olarkən o, Nişanəyə demişdir ki, Kənanın işə düzəlməsi ilə bağlı işlədiyi X2 komandiri Etibar İlyasova bu barədə desin, sonuncu bəlkə onlara kömək edər. Həmin vaxt Nişanədə ona etiraz etməmiş və istifadəsində olan mobil telefonu ilə Etibar İlyasova zəng edərək, onunla danışmış, sonra Nişanə ona demişdir ki, Etibar İlyasov ona demişdir ki, özü ona zəng etsin. O da Etibar İlyasova zəng edərək, onunla danışmış, lakin aralarında nəvəsi Kənanın işinin düzəlməsinə dair danışıq olmamış, o, Etibar İlyasovla danışandan Nişanəyə demişdir ki, özü Etibar İlyasovla danışsın, X4 Nazirliyində işə düzəlməsində köməklik edə bilər, ya yox. Həmçinin Kənanın işi ilə bağlı pul məsələsində danışsın ona desin. 2021-ci ilin avqust ayında Nişanə ona zəng edərək, Etibarın ona zəng etdiyini, işin 7000 manat pul müqabilində düzələcəyini ona dediyini, həmin pulu və Kənana dair sənədlərinin surətini ona vermələrini dediyini bildirmiş, o da bu barədə qızı Arifəyə demiş, sonuncu hazırda 4000 manat pulları olduğunu, ilkin olaraq həmin pulu verməcəklərini, qalan puluda düzəldib verə biləcəklərini demiş, sonra onlar 4000 manat pulu və Kənanın sənədlərinin surətini bir ədəd paketə qoymuşlar və paketi bağlamışlqar. Sonra o, Kənanla birlikdə Bakı şəhərinə gəlmişlər, həmin vaxt Bakı şəhərinə çatanda Nişanəyə zəng edərək, Bakı şəhərinə çatdıqlarını bildirmiş, Nişanə də onları 20 Yanvardan avtomobillə götürmüş və onlar birlikdə Etibar İlyasovun işlədiyi Daxili Qoşunların Baş İdarəsinə yola düşmüşlər. Yolda gedərkən Nişanə Etibara zəng edərək, onunla görüşmək üçün gəldiklərini dedikdə, sonuncu demişdir ki, nahar vaxtıdır, o idarədən çıxacaqdır. İdarənin yanında görüşsünlər. Onlar həmin vaxt Binəqədi rayonunda yerləşən Daxili Qoşunların Baş İdarəsinin qarşısına gəlmişlər, orada Etibar İlyasov yanında bir nəfər mayor rütbəli şəxslə birlikdə onların yanına gəlmiş, onlar sonra yaxınlıqda yerləşən çayxanada birinə getmişlər, orada masa arxasında əyləşmişlər. X9 həmin vaxt arasında adi qaydada söhbəti olmuş, lakin nəvəsi Kənanın işə düzəlməsi ilə bağlı söhbət olmamış, həmçinin, içərisində pul və sənədlər olan paket Nişanədə olmuş, sonuncuda həmin paketi stolun üstünə qoymuş və sənədlərin onda olduğunu demişdir. Sonra onlar yemək yemişlər və sağollaşıb ayrılmışlar. Oradan onlar Nişanə ilə 20 Yanvara gəlmişlər, oradan yola maşını ilə Şirvan şəhərinə gəlmişlər. 2021-ci ilin oktyabr ayında Nişanə zəng edərək, Etibarın ona zəng etdiyini, qalan 3000 manat puluda istədiyini bildirmiş, o da bu barədə qızı Arifəyə demiş, qızı Arifə də 3000 manat pulu borc xərc edərək, düzəltmiş, sonra pulu nəvəsi Kənana vermişlər, Kənanda həmin 3000 manat pulu Nişanəyə məxsus bank kartına Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Elit TM-də ödəniş terminalı vasitəsi ilə göndərmişdir. Bundan sonra onlar uzun müddət gözləsə də, Kənanın işindən bir xəbər olmamış, qızı Arifə məcbur qalıb bu barədə Şirvan şəhər polis şöbəsinə şikayət etdi. O, ilkin ifadəsində Etibar İlyasovla danışmağını deməkdə məqsədi o olmuşdur ki, o, Etibar İlyasovla telefonlada danışmış, sonrasında Bakı şəhərində görüşmüş, lakin aralarında nəvəsi Kənanın işə düzəlməsi ilə bağlı danışıq olmamış, onu və ailə üzvlərini Təqsirləndirilən şəxs indırmışdır ki, nəvəsi Kənanın işini Etibar İlyasov həll edir, bu səbəb o, ifadəsində Etibar İlyasov barəsində sonuncu ilə nəvəsi Kənanın işinin düzəlməsinə dair danışıq olduğunu demiş, lakin aralarında heç bir danışıq olmamışdır. Sonradan o, başa düşmüşdür ki, Nişanə onu və ailə üzvlərini inandırmaq üçün Etibar İlyasovdan istifadə etmiş, sonuncunun Nişanənin onlarla danışığından xəbəri olmamışdır. Nişanə “sənədlər məndədi” dedikdə, Etibar İlyasov heç bir söz deməmiş, sonra o, nəvəsi Kənanla Etibar və yanında olan şəxslə sağollaşıb çıxmış, Nişanə isə orada qalmış, ondan sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Şahid2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, ibtidai araşdırma zamanı Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yeri müəyyən edilib istintaqa təqdim olunanadək icraat dayandırılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər ərazisində yeri müəyyən edilərək tutulmuş və Şirvan şəhər X5 Hissəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” X10 25 oktyabr 2024-cü il tarixli 602 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon Poliklinikasının Narkoloji və Ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında olmamışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 08 yanvar 2025-ci il tarixli 3-18/2-42/2025 nömrəli məktubundan görünür ki, Şahid2 Azərbaycan Respublikasının Fövqəladə Hallar orqanlarında xidmətə qəbulla bağlı müraciət etməsi barədə Nazirliyin Kadr siyasəti Baş İdarəsində məlumat yoxdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx.xx.2025-ci il il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroru Kamal Talıbov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli,1(032)-74/2025 saylı qərarından görünür ki, dövlət ittihamçısı və müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin axtarış elan edilərək cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək yeri müəyyən edilib Şirvan ŞPŞ-nin İB-na təhvil verilənədək cinayət işinin ibtidai istintaqı dayandırılması qərara alınmışdır. Axtarışda olan şəxsin könüllü olaraq gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da Şirvan şəhər X6 Bölməsinə könüllü gələrək səhhətində yaranmış problemlər əlaqədar ibtidai istintaqın çağırışlarına gələ bilmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxsin axtarış elan edilərək cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək yeri müəyyən edilib Şirvan ŞPŞ-nin İB-na təhvil verilənədək cinayət işinin ibtidai istintaqı dayandırılması qərara alınmışdır. Axtarışda olan şəxsin könüllü olaraq gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da Şirvan şəhər X6 Bölməsinə könüllü gələrək səhhətində yaranmış problemlər əlaqədar ibtidai istintaqın çağırışlarına gələ bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin axtarış elan edilərək cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək yeri müəyyən edilib Şirvan ŞPŞ-nin İB-na təhvil verilənədək cinayət işinin ibtidai istintaqı dayandırılması qərara alınmışdır. Axtarışda olan şəxsin könüllü olaraq gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:45-də Şirvan şəhər X6 Bölməsinə könüllü gələrək səhhətində yaranmış problemlər əlaqədar ibtidai istintaqın çağırışlarına gələ bilmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnərək icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi üçün xx.xx.2025-ci il saat 20:00-da Şirvan şəhər Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-131/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmişdir. Təqsirləndirilən şəxsin axtarış elan edilərək cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək yeri müəyyən edilib Şirvan ŞPŞ-nin İB-na təhvil verilənədək cinayət işinin ibtidai istintaqı dayandırılması qərara alınmışdır. Axtarışda olan şəxsin könüllü olaraq gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da Şirvan şəhər X6 Bölməsinə könüllü gələrək himayəsində azyaşlı övladının olduğunu, həmi övladının səhhətində yaranmış problemlər əlaqədar ibtidai istintaqın çağırışlarına gələ bilmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X7 adlı bir övladı vardır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan ödənilmişdir. Barəsində amnistiya tətbiq edilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, əmlindən peşman olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin Qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrıayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM): 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, əmlindən peşman olmasını bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 1.12, 1.16-cı və 5.1-ci bəndinin təsir dairəsinə düşür. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12-ci bəndinə əsasən qadınlar təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respbulikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilməli və Azərbaycan Respbulikası CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin nin 43.3, 156.4, 344-347, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktı tətbiq edilsin və AR CPM-in 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-140/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-140/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver