Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-141/2024 22.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:38-də Şirvan şəhər Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Səmədova) Xuraman Ağasalam qızına verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014cü il tarixli, 2(032)-1116/2014 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(032)-642/2020 nömrəli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(032)-1576/2022 nömrəli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixinədək cəmi 10650 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Əliyeva (Səmədova) Xuraman Ağasalam qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X12 adında bir övladı dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmış, uşaq anası ilə qalmışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqla maraqlanılmadığını və heç bir maddi köməklik göstərilmədiyini əsas gətirərək nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası barədə bildiriş onun ünvanına göndərilmişdir. Bildirişləri qəbul etsə də aliment pulunu maddi imkanı kifayət qədər olmadığından ödəyə bilməmişdir. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə on gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilmişdir. Bundan başqa ittiham aktında 10650 manat aliment borcu olduğu göstərilsə də, onun işlədiyi dövrlərdə əmək haqqından müəyyən tutulmalar olmuş, lakin həmin məbləğlər maddi ziyan hesablanarkən aliment borcundan silinməmişdir. Hal-hazırda işləyir və əmək haqqını aldıqdan sonra 3000 manat məbləğində ödəniş edəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X12 adında bir övladı dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə on gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə on gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də, işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti tam ödəməmiş və Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən cəmi 10650 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda cəzalandırılmasını istəyir. Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun tam şəkildə ödənilməsini tələb edir və hər dəfə yalan vədlər verərək aliment borcunu ödəmədiyindən ona ciddi cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1116/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment xx.xx.2014-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra sənədi xx.xx.2015-ci il tarixdə Şirvan Şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və rəsmi gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və rəsmi gəlir aşkar edilməmişdir. Alimentin ödənilməsi üçün Təqsirləndirilən şəxs dəfələrlə şifahi və rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, o, üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmiş, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şirvan şəhər Məhkəməsinin 3(032)-642/2020 saylı, xx.xx.2020ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, eləcə də müvafiq qaydada xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən tələb yenə icra olunmamışdır. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, həmin ünvanda yaşamaması müəyyən edilmiş və barəsində xx.xx.2022ci il tarixində “borclunun axtarılması barədə” qərar qəbul edilmişdir. Polis əməkdaşları tərəfindən yaxalanaraq xx.xx.2022-ci il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Şirvan şəhər Məhkəməsinin 3(032)-1576/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, eləcə də müvafiq qaydada xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən tələb yenə icra olunmamışdır. İcra sənədinin icrasının təmin olunması məqsədi Şirvan Şəhər Məhkəməsinin 8(032)-4/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment pulunu tələbkara ödəməmiş, göstərilən icra sənədi üzrə 10650 manat borcu yaranmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərinə düşən öhdəliyi icra etməyərək, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, həmçinin dövlətin adından çıxarılmış məhkəmə qərarını icra etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 09 dekabr 2014-cü il tarixli, 2(032)-1116/2014 saylı Şirvan şəhər Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, X4 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2008-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 478 saylı nikah qeydinin pozulması, onların birgə nikahlarından 29 yanvar 2012-ci ildə anadan olmuş X7 X1 himayəsində saxlanılması, 29 yanvar 2012-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli 21 iyul 2014cü ildən hesablanmaqla Əli-Bayramlı şəhərində anadan olmuş və Şirvan şəhəri C.Cabbarlı küçəsi ev 10-da yaşayan cavabdeh Təqsirləndirilən şəxs hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan 08 oktyabr 2020-ci il tarixli, 3(032)-642/2020 saylı və 16 dekabr 2022-ci il tarixli, 3(032)-1576/2022 saylı Şirvan Şəhər Məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-1116/2014 nömrəli, 09 dekabr 2014-cü il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən X3 ödənilən aliment ödənişləri barədə ödəniş cədvəlində göstərilir ki, Təqsirləndirilən şəxs aliment borcundan xx.xx.2018-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla, cəmi 950 manat ödəniş etmiş, 10650 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin təqdim etdiyi Bank Respublika ASC tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs hesabından xx.xx.2021-ci il tarixdə 295 manat, xx.xx.2021-ci il tarixdə 223 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 134 manat 92 qəpik olmaqla, cəmi 802 manat 92 qəpik pul Zərərçəkmiş şəxs kart hesabına köçürülmüşdür. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli, 5-8-112-595 saylı Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, nümayəndəlikdə Təqsirləndirilən şəxs icarəsində, istifadəsində torpaq sahəsi və pay torpağının olub-olmaması barədə məlumat yoxdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 oktyabr 2023-cü il tarixdə verilmiş 6134 saylı arayışdan görünür ki, Əliyev X10 şəhəri, C.Cabbarlı küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X2 Filialının məktubundan görünür ki, Təqsirləndirilən şəxs işaxtaran şəxs kimi qeydiyyatda deyil və onun istifadəsində olan mobil nömrələrlə əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin vətəndaşın ünvanına məktub göndərilərək filiala yaxınlaşması tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 may 2024-cü il tarixli, 313-12/2- 86375/2024 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan 03 mart 2023-cü il, 15 iyun 2023-cü il, 26 sentyabr 2023-cü il, 25 oktyabr 2023-cü il və 13 fevral 2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 306.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd olunan cinayət əməlinin obyekti qismində ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin, habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını, təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s. qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin ədalət mühakiməsi əleyhinə olan münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi . Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qəsdin obyektini ədalət mühakiməsi əleyhinə olan münasibətlərin təşkil etməsini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, maddi ziyanın ödənilməməsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin etmədiyindən ona daha ciddi cəza olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmaldır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353, 384-cü maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-141/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-141/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver