Məhkəmə qərarları › İş №1(032)-143/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-143/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-143/2023 19.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:10-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Şirvan şəhər mərkəzi xəstəxanası” X2 tibb bacısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrar və xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə tanışı Zərərçəkmiş şəxs1 avtomobil alqı-satqı biznes fəaliyyəti ilə məşğul olduğunu bildirərək Zərərçəkmiş şəxs1 2021-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Rövşən” adlı şadlıq sarayının qarşısında 4500 manat, həmin tarixdən təxminən 3 gün sonra Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" ASCnin Şirvan filialı binasının qarşısında 2000 manat, 01 oktyabr 2021-ci il tarixdə Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən “Şirvan” adlı ticarət mərkəzinin yaxınlığında 2300 manat, 09 oktyabr 2021-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Şirvan” adlı ticarət mərkəzinin yaxınlığında 4000 manat, 04 dekabr 2023-cü il tarixdə “Şirvan şəhər mərkəzi xəstəxanası” X3 inzibati binasının yaxınlığında 500 manat və 05 dekabr 2021-ci il tarixdə Şirvan şəhər Mərkəzi Poçtun yaxınlığında 2000 manat pulunu ələ keçirmiş, tez bir zamanda qaytaracağı vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək aldatma yolu ilə ona xeyli miqdarda, yəni ümumilikdə 15300 (on beş min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 “Şirvan şəhər mərkəzi xəstəxanası” X2 xadimə kimi işə düzəlməsinə köməklik edəcəyini vəd verərək 16 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 sonuncunun yaşadığı Şirvan şəhəri, H.Əliyev prospekti, ev 7, 13 saylı mənzildə 3000 (üç min) manat pul almasına baxmayaraq vədinə əməl etməyib özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə icalsında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şirvan şəhər mərkəzi xəstəxanasında tibb bacısı işləmişdir. Onun bir nəfər tanışının 2000 manat faiz borcu olmuş, həmin şəxs ondan pulunu istəmişdir. O, atası Raziyə borcu olmasını bildirmiş, buna görə bankdan pul götürmək istəmişdir. Onun borcu olduğu şəxs ona Kamil adlı tanışının olmasını, Kamilin onu və atasını Sabirabad rayonunda yerləşən “Access” banka aparacağını bildirmişdir. Kamil onu və atasını özünə məxsus “Opel” markalı avtomobillə Sabirabad rayonunda yerləşən banka aparmış, həmin vaxt Kamil ilə arasında münasibət yaranmışdır. Kamil onun mobil nömrəsini götürmüş, o da Kamilin mobil nömrəsini götürmüşdür. Bir neçə gündən sonra Kamil ona zəng vurmuş, ondan nə qədər pul lazım olmasını soruşmuş, o da Kamilə 6500 manat pul lazım olmasını bildirmiş, Kamil ona 12 faizlə 6500 manat pul verə biləcəyini söyləyərək hər ay 740 manat pul verməli olduğunu bildirmişdir. O da Kamillə razılaşmışdır. Kamil 2020-ci ilin dekabr ayının əvvəlində ona 12 faizlə 6500 manat pul vermişdir. O da Kamilə özünə məxsus olan "xxxx" ASC-yə məxsus əmək haqqı kartını və həmin banka aid başqa hesab kartı vermişdir. Həmin kart 1 il müddətində Zərərçəkmiş şəxs1 qalmışdır. Zərərçəkmiş şəxs1 bir il müddətinə həmin kart hesabından hər ay 740 manat pul çıxartmışdır. "xxxx"ASC-yə məxsus olan hesab kartından isə 1000 manat pul çıxartmışdır. Bir ildən sonra o, Kamilə zəng vurmuş, ondan faizlə götürdüyü pulu ödəyə bilmədiyini söyləmiş, Kamil isə aldığı 6500 manat pulu geri qaytarmasını bildirmiş, 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs1 onun iş yerinə gəlmiş, ona pulun faizinin verməsini söyləmiş, o isə Kamilə pulunun olmadığını bildirmişdir. Kamil həmin müddətlərdə onun yaşadığı mənzilə bir neçə dəfə gəlmiş, o da Kamilə 1000 manat pul vermişdir. Həmin müddətdən sonra o, Kamildən pul almamış, Kamil isə onun yaşadığı mənzilin yaxınlığına gələrək ona faizlə verdiyi pulu qaytarmasını söyləmişdir. O Kamildən pulu faizə almışdır. Belə ki, həmin dövrdə onun 6-7 nəfər müxtəlif şəxslərə böyük məbləğlərdə borcu var idi. Kamildən aldığı pullar ilə həmin şəxslərin borcunu qaytarmışdır. Kamilə avtomobil alveri ilə məşğul olub şərik kimi pul verəcəyini bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin avtomobil alqı-satqısı ilə əlaqədar Kamil ilə yazışmalarının hansı səbəbdən aparılmasına dair suallarını konkret olaraq cavablandıra bilməmişdir. Bundan başqa, Şirvan şəhər sakini Şahid1 uzun müddətdir ki, tanıyır. Şahid1 ilə münasibətləri normal olmuşdur. Şahid1 “Aytac” şadlıq sarayında bir müddət xadimə işləmişdir. O, Şahid1 ilə işlədiyi müddətdə Şərqiyə ona gəlini Zərərçəkmiş şəxs2 halhazırda işsiz olmasını, iş axtarmasını söyləmiş, o da Şahid1 gəlinini Şirvan şəhər mərkəzi xəstəxasına işə düzəldə biləcəyini bildirərək 3000 manat pul lazım olmasını söyləmişdir. O, 14 iyun 2023-cü il tarixdə, saat 14 radələrində Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanına getmişlər, həmin vaxt evdə Zərərçəkmiş şəxs2 olmuşdur. O, Zərərçəkmiş şəxs2 onu Şirvan ŞMX-da xadimə işinə düzəldəcəyini söyləmiş, bunun üçün ona 3000 manat pul verməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 ona əri Asif Paşayev ilə danışıb bu barədə məlumat verəcəyini bildirmiş, 16 iyun 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanına getmiş, Zərərçəkmiş şəxs2 ona 3000 manat pul vermi, həmin pulu əri Asif Paşayevin bankdan kredit götürməsini söyləmişdir. O da 3 ay müddətinə Samirəni işə düzəldəcəyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin surətini ona verməsini söyləmiş, Zərərçəkmiş şəxs2 da şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Zərərçəkmiş şəxs2 pulu ona verən zaman otaqda Asif Paşayev və Şahid1 olmuşdur. O, Zərərçəkmiş şəxs2 pulu və sənəd surətini aldıqdan sonra yaşadığı evə getmiş, həmin pulu maddi ehtiyaclarına xərcləmiş, həmin pul ilə Zərərçəkmiş şəxs2 işə düzətmək üçün heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs2 ona pul verdikdən sonra ona dəfələrlə zəng vurub nə vaxt işə çıxacağını soruşmuş, o da dəfə müxtəlif bəhanələr gətirərək, tezliklə işə çıxacağını bildirib Samirəni aldatmışdır. Bu epizod üzrə özünü təqsirli bilir və hazırda ona vurulmuş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsin təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahid ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası Razi Bağırov onun atası ilə birlikdə işləmişdir. 2020-ci ilin dekabr ayında iş yoldaşı Samirə adlı qadın ondan avtomobili ilə Təqsirləndirilən şəxs və atası X1 rayonunda yerləşən “Access” banka aparmasını xahiş etmiş, o da Təqsirləndirilən şəxs və X1 rayonunda yerləşən “Access” banka aparmışdır. Bankdan geri qayıdan zaman Təqsirləndirilən şəxs ondan mobil telefon nömrəsinin verməsini, onunla işi olmasını söyləmiş, o da mobil nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında ona zəng vurmuş, ona avtomobil alqı-satqısı ilə məşğul olmasını bildirib 6500 manat pul lazım olmasını, onun 6500 manat pulunun olması təqdirində verməsini, avtomobil alqı-satqısı ilə məşğul olacağını söyləmiş və ona da əlavə pul verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs maddi imkanının olmadığını söyləmişdir. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ona yenidən zəng vurmuş, ondan həmin məsələ barəsində nə düşündüyünü soruşmuş, o da Aynurəyə pulunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona tanıdığı şəxslərdən borc alıb Aynurəyə verməsini söyləmiş, bu sahədə çox pul qazanmasını bildirib ona əlavə də pullar verəcəyini söyləmişdir. Onun həmin vaxt evdə 6500 manat pulu olmuş, həmin pulu Təqsirləndirilən şəxs verməyi, Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olub ona əlavə pul verməsini fikirləşmişdir. O, 2021-ci ilin yanvar ayının əvvələrində Təqsirləndirilən şəxs zəng vurmuş, Aynurəyə 4500 manat pul vermək istədiyini bildirmiş, o, Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq sarayının yanına getmiş, Təqsirləndirilən şəxs şadlıq sarayının yaxınlığında tək dayanmış, o, Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs 4500 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan alıb yaxşı ucuz avtomobil olmasını, həmin avtomobili 6500 manata satmalarını, əlavə olaraq da ona 2000 manat pul hazırlamasını söyləmişdir. O, Təqsirləndirilən şəxs evdə pulunun olmasını söyləmiş, həmin pulu ona verəcəyini bildirmiş, sonra o, yaşadığı evə getmiş, təqribən 3 gün sonra Təqsirləndirilən şəxs ona zəng vurmuş, ondan harada olduğunu soruşmuş, o da Təqsirləndirilən şəxs işdən gəlməsini bildirmiş, Təqsirləndirilən şəxs 2000 manat pulu nə vaxt verəcəyini soruşmuş, o da Təqsirləndirilən şəxs pulunun özündə olmasını, istədiyi zaman görüşə biləcəklərini, pulu verə biləcəyini söyləmiş, Təqsirləndirilən şəxs ona Şirvan şəhərində yerləşən “Kapital” bankın yanında olmasını söyləmiş, o da Aynurəyə həmin yerə gəlməsini söyləmişdir. O, Təqsirləndirilən şəxs ilə görüşmək üçün Şirvan şəhərində yerləşən “Kapital” bankın qarşısına getmiş, Təqsirləndirilən şəxs 2000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra ustasının avtomobil tapmasını, avtomobilin yaxşı vəziyyətdə olmasını, həmin avtomobili alacağını söyləmiş, sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana aparmışdır. O, Təqsirləndirilən şəxs avtomobili ilə yaşadığı binanın qarşısına aparmış, Təqsirləndirilən şəxs avtomobildən enmiş, avtomobildən endikdən sonra binanın qarşısında ona 2 ədəd avtomobil göstərmiş, həmin avtomobillərin Aynurəyə məxsus olmasını söyləmişdir. Sonra o, yaşadığı evə getmişdir. 2021-ci ilin yanvar ayının sonlarında o, Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş, 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ona zəng vurmuş, ona əməliyyat olunmasını, bir-iki gündən sonra onunla görüşəcəyini söyləmiş, o, Təqsirləndirilən şəxs hansı xəstəxanada olmasını soruşub oraya gəlməsini və görüşmlərini bildirmiş, Təqsirləndirilən şəxs ona kürəkəninin xəstəxanada olmasını, bu səbəbdən xəstəxanaya gəlməməyini istəmiş, o da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 2-3 ay müddətində Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş, 2021-ci ilin may ayında o, Aynurəyə zəng vurmuş, Aynurəyə pula ehtiyacının olmasını, onun pulunu verməsini bildirmiş, Təqsirləndirilən şəxs ona yaşadığı binanın qarşına gəlməsini söyləmiş, o, Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısına getmiş, Təqsirləndirilən şəxs binanın həyətinə enmiş, Təqsirləndirilən şəxs ilə birlikdə Şirvan şəhərində yerləşən “Urfa” adlı restorana getmişlər, Təqsirləndirilən şəxs ilə oturub çay içmişlər, Təqsirləndirilən şəxs ona əməliyyat olunmasını, hal-hazırda maddi imkanının zəif olmasını, onun pulunu qaytaracağını, əməliyyat olduğu üçün avtomobilləri satmasını söyləmişdir. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona yeni avtomobilin olmasını, həmin avtomobili almaq üçün 2300 manat pul lazım olmasını, həmin avtomobili alıb düzəltdirib satacağını, ona pul verəcəyini bildirmiş, o, 01 oktyabr 2021-ci il tarixdə Şirvan şəhərində yerləşən “Bank of Baku” filialına getmiş, bankda həmin vaxt onun 3100 manat kreditindən qalmış, o, bankdan 5400 manat pul götürmüş, həmin puldan 3100 manat borcuna çıxmışlar, 2300 manat ona pul vermişlər. O, pulu bankdan götürdükdən sonra Təqsirləndirilən şəxs zəng vurmuş, 2300 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs avtomobil alacağını, avtomobili düzəltdirib satacağını, oradan əldə etdiyi gəlirdən onun verdiyi pulları tam formada geri qaytaracağını söyləmiş, o, da Aynurə ilə razılaşmışdır. 08 oktyabr 2021ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurmuş, yeni avtomobil tapmasını, özünün 6000 manat pulunun olmasını, avtomobili 11000 manata satmalarını, ona 5000 manat pul tapmağını, həmin pulu Aynurəyə verməsini, Aynurənin də avtomobili alıb-satacağını, ona da gəlirdən verəcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs pulunun olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs ona, həmin avtomobili alacaqları zaman yaxşı gəlir əldə edəcəklərini söyləmiş, o, Təqsirləndirilən şəxs inanmışdır. Şirvan şəhərində yerləşən “Bank of Baku” filialına getmişdir. Bankda ona 5000 manat pul lazım olmasını söyləmiş, bankdan da ona 4090 manat pul verilə biləcəyi söylənilmiş, hər ay 500 manat pul ödəməsi bildirilmişdir. O, Təqsirləndirilən şəxs zəng vurmuş, Aynurəyə bankdan ona 4090 manat pul verilməsini, hər ay 500 manat pul ödəməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs bankdan pulu götürüb Aynurəyə verməsini, avtomobil alıb-satacağını, gəlirlə həmin pulu banka ödəyəcəyini bildirmiş, o, bankdan 4090 manat pul götürmüş, sonra Təqsirləndirilən şəxs 4000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan almış, ona bir ədəd "xxxx" ASCyə məxsus kart vermiş, ona həmin karta hər ay 500 manat pul atacağını söyləmiş, o da Aynurə ilə razılaşmışdır. Bir aydan sonra Aynurə ona zəng vurmuş, həmin karta 500 manat pul göndərməsini söyləmiş, o, həmin kartdan 500 manat pul çıxartmış, pulu kreditə ödəmiş, təqribən 1 aydan sonra Təqsirləndirilən şəxs ona zəng vurmuş, ona yaşadığı binanın qarşısına gəlməsini söyləmiş, o, Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısına getmiş, Təqsirləndirilən şəxs ona avtomobili satmasını söyləyib ona 200 manat pul vermiş, sonra ona başqa avtomobillərin də olmasını, həmin avtomobilləri satıb ona yenidən pul verəcəyini bildirmiş, o da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 04 dekabr 2021-ci ildə Təqsirləndirilən şəxs ona zəng vurmuş, “VAZ 2106” markalı avtomobilin olmasını, həmin avtomobili almaq üçün 2500 manat pulun çatmadığını, 2500 manat pul tapmasını, həmin pulu Aynurəyə verməsini, həmin avtomobili almasını söyləmiş, o da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ona Şirvan ŞMX-nin qarşısna gəlməsini söyləmiş, o, 04 dekabr 2021-ci ildə Şirvan ŞMX-nın qarşısına getmişdir, Təqsirləndirilən şəxs 500 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan almış, ondan 2000 manat pulu nə vaxt verəcəyini soruşmuş, o, Aynurəyə 2000 manat evdə pulunun olmasını, evdən götürüb verəcəyini söyləmişdir. 05 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə görüşmüş, ona 2000 manat pul vermiş və Təqsirləndirilən şəxs pulu ondan almışdır. Aynurə ona xx.xx.2022-ci il tarixdə pulu qaytaracağını söyləmiş, o da Aynurə ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs zənglərinə cavab verməmişdir. 10 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iş yerinə getmiş, Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs ona qohumlarının gələcəyini, qohumları ilə söhbət etməsini bildirmiş, 2 nəfər tanımadığı şəxs xəstəxanaya gəlmiş, həmin şəxslər ona 19 mart 2022-ci il tarixdə Aynurənin qızının toyu olacağını, toydan sonra Aynurənin onun pulunu qaytaracağını söyləmişlər. Həmin müddətdən sonra Aynurə onun zənglərinə cavab verməmiş, pulunu da geri qaytarmamışdır. O, dəfələrlə Aynurəyə zəng vurub pulunu istəsə də, Aynurə müxtəlif bəhanələr gətirərək, pulu verəcəyini bildirsə də pulu ona verməmişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona avtomobil alqı-satıqısı ilə məşğul olmasını, ondan pul alıb avtomobil alacağını, avtomobili satıb pulunu qaytaracağını, ona əlavə pul verəcəyini söyləmiş, Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olmaq adı altında onu aldatmışdır. Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 15300 manat puldan 700 manat pul geri qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, özünə iş axtarmışdır. Qayınanası 2022-ci ilin iyun ayının əvvələrində ona işlədiyi yerdə Təqsirləndirilən şəxs adlı şəxsin işləməsini, Aynurənin işə adam düzəldə biləcəyinin söyləməsini bildirmiş, ona Aynurə adlı şəxslə danışmasını, onu işə düzəltməsinin söyləməsini bildirmiş, o da qayınanası ilə razılaşmışdır. Qayınanası bir neçə gündən sonra ona Aynurə adlı şəxslə danışmasını, Aynurənin onu Şirvan şəhər mərkəzi xəstəxanasına işə düzəldə biləcəyinin və bunun üçün 3000 manat pul lazım olmasının söyləməsini bildirmiş, o da qayınanasına Aynurə adlı qadını evlərinə qonaq çağırmasını, Aynurə ilə özünün söhbət edəcəyini bildirmişdir. Aynurə 12 iyun 2022-ci il tarixdə onun yaşadığı evə gəlmiş, həmin vaxt evdə o, əri Şahid2 və qayınanası Şərqiyyə olmuşdur. Aynurə adlı şəxs ona Şirvan şəhər mərkəzi xəstəxanasında işləməsini, onu həmin xəstəxanaya xadimə düzəldə biləcəyini, bunun üçün 3000 manat pul lazım olmasını söyləmiş, o da Aynurədən xəstəxanada nə işləyəcəyini soruşmuş, Aynurə ona bir çox şəxsi xəstəxanaya işə düzəltməsini, onu xəstəxanada xadimə düzəldəcəyini, hər ay 300-400 manat əmək haqqı alacağını bildirmiş, o da Aynurə ilə razılaşmışdır. Əri Şahid2 16 iyun 2022-ci il tarixdə "xxxx" ASCdən kredit götürmüşdür. 16 iyun 2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzilə gəlmiş, həmin vaxt evdə o, əri Şahid2 və qayınanası Şərqiyyə Babaşova olmuşdur. O, 3000 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs ondan 3000 manat pul alması barədə kağıza qeyd eləyib yazmasını söyləmiş, Təqsirləndirilən şəxs ona həmin yazını yazmasını özünə təhqir bilməsini, bir neçə nəfər şəxsi işə düzəltməsini söyləmiş, sonra ona xəstəxanada yüksək vəzifədə işləyən tanışının olmasını, tanışı vasitəsi ilə onu 1 ay müddətinə işə düzəldəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs pulu və onun şəxsiyyət vəsiqəsini götürüb yaşadığı mənzildən getmişdir. Təqribən 10 gün sonra Təqsirləndirilən şəxs ona zəng vurmuş, 2 ədəd şəkil çəkdirib gətirməsini və ona verməsini söyləyib işə düzəlmək üçün şəkillərin sənədlərə əlavə edilməsini bildirmişdir. O, şəkil çəkdirmiş, Təqsirləndirilən şəxs zəng vurmuş, şəkillərin hazır olmasını söyləmiş, Təqsirləndirilən şəxs ona yaşadığı mənzilə gəlib şəkilləri götürəcəyini söyləmiş, həmin şəkilləri Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs şəkilləri ondan alan zaman ona narahat olmamağını, onu tezliklə işə çağıracaqlarını bildirmiş, o da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Həmin vaxtdan 2 ay keçdikdən sonra o, Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs işinin nə üçün düzəlməməsini soruşmuş, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamış, sonra Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. Hazırda ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində Babaşova Şərqiyyə Əsəd qızı və Şahid2 da Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: İstintaq zamanı aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (i.v. 56-61) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.152-153) “Şirvan şəhər mərkəzi xəstəxanası” X3 arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (i.v.143) Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi audio səs yazıları dinlənilmiş, sms mətnləri tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan yazışmalarda təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 - “Turbo.az atmışam”,“Yaxşı görüm neynirəm məndə başım lap itib qızıl orda batır maşın burda beh verilib qalıb o biri faiz ordan istiyir.üçüdə onun vaxtıdı”, “Mənə 1000 manat tapa bilərsən 10 günlük maşın var alım qalıb yerdə. Heç olmaya kömək et 9 özüm alım satım ürəyim partlıyır. indi gedib baxıblar kənddə” kimi mesajları özünün göndərdiyini təsdiq etmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə işin mövcud hallarını, tərəflərin ifadələrini, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında aparılan vatsap-sms yazışmalarını araşdırarkən təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 avtomobil alverində onunla şərik kimi pul qazanmaq adı ilə deyil, özünün avtomobil alveri ilə məşğul olaraq, bu işdən yaxşı qazanc əldə edəcəyini və məhz bu bəhanə ilə sonuncunun xeyli miqdarda vəsaitini digər şəxslərə böyük məbləğlərdə borcunu qaytarmaq üçün aldadaraq ələ keçirməsi halının öz təsdiqini tapmasını hesab edir. O ki qaldı təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməsi ilə əlaqədar ittihamla özünü təqsirli bilməməsinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun özünün həm ibtidai istintaq, həmçinin də məhkəmə zamanı vermiş olduğu ziddiyyətli ifadələri ittiham tərəfinin təqdim etdiyi sübutlarla qarşı-qarşıya qaldığı təqdirdə uğursuz özünümüdafiə cəhdindən başqa bir şey deyildir. Həmçinin təqsirləndirilən şəxsin özünün də bildirdiyi kimi müxtəlif şəxslərə böyük məbləğlərdə borcunun olması halı - onun Zərərçəkmiş şəxs1 avtomobil alveri adı altında əldə ediləcək pulları şərik kimi bölmək və ya onu avtomobil alqı-satqısından yaxşı gəlir əldə etməsini, bu işdə qazanmaq üçün ona dəstək adı ilə pul almasını bildirməsindən asılı olmayaraq - zərərçəkmiş şəxsin xeyli məbləğdə pulunun ələ keçirmək niyyətinin artıq əvvəlcədən yaranmış olmasını bir daha təsdiqləyir və özü-özlüyündə təqsirləndirilən şəxsin əməlinə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəsinin pul vəsaitini ələ keçirməsi kimi qiymət verilməsinə yetərli sayılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə əlaqədar mülki iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 1 nömrəli mənzilini hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə əlaqədar mülki iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar