Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-143/2024 30.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 2000-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də satış təmsilçisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 01 iyun 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz-21074” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, 1 May küçəsindən Sabirabad rayonu istiqamətində yolun Şirvan şəhəri 1 May küçəsindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni dönmə zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu və həmin Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini pozaraq, yəni sola dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, idarə etdiyi “Vaz-21074” minik markalı avtomobili Sabirabad rayonu istiqamətinə görə sol tərəfində yerləşən döngəyə dönmək məqsədilə asfalt yolun ortasına doğru hərəkət etdirərək, Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21074” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun sağ əlin V sümüyünün sınığı, sol dizdə şişkinlik, hərəkət məhdudluğu ilə müşayiət olunan dərəcəsi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, “Vaz-21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətiçisi X3r. Lakin faktiki olaraq avtomobil ona məxsusdur. Qeyd edilən avtomobili etibarnamə əsasında idarə edir. Avtomobili idarə etməyə sürücülük vəsiqəsi mövcuddur. 16 dekabr 2023-cü il tarixdə saat təxminən 12 radələrində həmin avtomobillə Şirvan şəhəri 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətində 55 km/saat sürətlə hərəkət edən zaman sola dönmə xəbərdarlıq işığını yandırdıqdan sonra avtomobili yolun dönmə üçün nəzərdə tutulmuş hissəsində saxlamaq məqsədilə tormoz vermiş, avtomobili tam dayanma həddinə qədər saxlamağa az qalmış avtomobilin sol arxa qapısından digər avtomobilin çırpıldığını hiss etmiş, arxadan onun avtomobilinə digər avtomobil çırpıldıqdan sonra o özündən asılı olmayaraq idarəetməni itirmiş, onun avtomobili yolun ortasında fırlandıqdan sonra dayanmış, avtomobil dayandıqdan sonra o ətrafda olan adlarını bilmədiyi şəxslərin köməkliyi ilə avtomobildən düşmüş, bu zaman o avtomobilinə çırpılmış digər avtomobilin “Vaz-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və avtomobilin sürücüsünün Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində o sol çiynindən, Əli isə bədəninin digər nahiyələrindən xəsarət aldığı üçün həmin yerə Şirvan ŞMX-nın X11 avtomobili gəlmiş və onları Şirvan ŞMX-ya aparmışlar. Şirvan ŞMX-da ona ilkin tibbi yardım olunduqdan sonra onu evə buraxmışlar. 2 gün sonra o sol körpücük sümüyündə sınıq olduğu üçün Şirvan şəhər Diaqnostika Mərkəzində əməliyyat olunmuşdur. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın onun tərəfindən tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və ya şikayətinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, “Vaz-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətiçisi X4 olsa da avtomobil faktiki olaraq ona məxsusdur. Hazırda avtomobili etibarnamə əsasında idarə etsə də, həmin etibarnaməni xx.xx.2023-cü il tarixdə almış, xx.xx.2023-cü il tarixdə, yəni hadisə baş verən zaman avtomobilə dair etibarnaməsi mövcud olmamışdır. 16 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Şirvan şəhəri 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətində idarə etdiyi “Vaz-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 70 km/saat sürətlə hərəkətdə olan zaman qarşıda “VAZ-21074” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə xəbərdarlıq işığını yandırmadan sola tərəf istiqamətləndiyini görmüş, bu zaman o hadisənin qarşısını almaq üçün tormoz vermiş, lakin idarə etdiyi avtomobillə “VAZ-21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısından vurmuş, bundan sonra avtomobillərin hər ikisi dayanmış, hadisədən sonra ərazidə olan çoxsaylı tanımadığı şəxslər onu avtomobildən çıxarmışlar. O, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər almış, Vüsal da çiyin nahiyəsindən xəsarət aldığı üçün həmin yerə Şirvan ŞMX-nın X11 avtomobili gəlmiş və onları Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Şirvan şəhər Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım olunduqdan sonra onu evə buraxmışlar. Təqsirləndirilən şəxs hadisə nəticəsində ona dəymiş ziyanı tam ödəmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Həmçinin, cinayət işi materiallarına əlavə edilmiş hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında vermiş olduğu ifadələrində göstərdikləri əyani olaraq öz təsdiqini tapmışdır. Belə ki, DVD diskdə olan videoçəkilişdən görünür ki, yol-nəqliyyat hadisəsindən əvvəl Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətinə doğru hərəkətdə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21074” markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobili yolun Sabirabad rayonu istiqamətinə görə sol tərəfində yerləşən döngəyə dönmək məqsədilə asfalt yolun ortasına doğru hərəkət etmiş, Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön tərəfi ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21074” markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan tərəfindən toqquşdurmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin baş müstəntiqi X5 icraatına qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir; cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin baş müstəntiqi X5 icraatına qəbul edilmişdir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 30 dekabr 2023-cü il tarixli, 18-1-35/2-1230/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs Şirvan şəhər X1 Tibbi Yardım bölməsinə “sağ əlin V daraq sümüyünün sınığı, sol dizin əzilməsi” diaqnozu ilə daxil olmuşdur. Həkim M.Nəsirov tərəfindəndən ambulator müalicə olunmuşdur. Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs xx.xx.2023xx.xx.2023-cü il tarixdə Şirvan MDM Cərrahiyyə şöbəsində “sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı” diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdə evə buraxılmışdır; məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2023-cü il tarixli, 653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər - sağ əlin V daraq sümüyünün sınığı, sol dizdə şişkinlik, hərəkət məhdudluğu - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 16 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəbə olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2024-cü il tarixli 3-16-16/2-8/344 saylı rəyindən görünür ki, VAZ-2107 markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə mənfi rəy daxil olmamışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; zərərçəkmiş şəxs qismində tanımaq haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 13 may 2024-cü il tarixli, 18-1-41/2-393/2024 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul şəhəri, M.Əliyev küçəsi, ev 15 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir; cinayət işinin icraata qəbul olunması haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi X2 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması və dəymiş ziyanın tam ödənilməsi ilə əlaqədar xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, iş materiallarını araşdıraraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını və bu barədə xahişini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədəuyğundur. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün müvafiq olaraq Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351, 353, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının 128 (bir yüz iyirmi səkkiz) manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün müvafiq olaraq Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-143/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-143/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver