Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-143/2025 06.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X5 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 2001-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən vaxtda və mənbədən 01 ədəd “Palmall” markalı siqaret qutusunda “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik maddələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan, 0,215 qram psixotrop maddə metamfetamini həmin “Palmall” markalı siqaret qutusun içərisində əldə edərək üzərində saxlamaqla daşıyıb yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə gətirərək mənzilin qonaq otağında yataq dəstlərinin və döşəkçələrin yığılmış hissədə, döşəkçələrin altında gizlətmiş, xx.xx.2025-ci il tarixdə saat 22:58-dən 23:18-dək Şirvan şəhər Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən videoçəkilişlə keçirilmiş əməliyyat axtarış tədbirlərinə müvafiq olaraq yaşadığı evə, yəni ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman mənzilin giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağında, yataq dəstlərinin və döşəkçələrin yığıldığı hissədə, döşəkçələrin altından qanunsuz olaraq xeyli miqdarda gizlədərək saxladığı həmin 01 ədəd “Palmall” markalı siqaret qutusunda 01 ədəd kağız bükümün içərisində xeyli miqdarda təmiz çəkisi 0,215 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, 11 iyul 2025-ci il tarixdə günorta saatlarında çörək almaq üçün yaşadığı evdən çıxaraq binanın həyətinə düşmüş, piyada hərəkət edən zaman içərisi biraz şişkin olan “Palmall” markalı siqaret qutusu diqqətini cəlb etmişdir. Həmin siqaret qutusunu götürərək içərisinə baxan zaman siqaret qutusunun içərisində ağ rəngli kağız bükülü, kağız bükülünün içərisində isə metamfetamin olduğunu görmüşdür. Əvvəllər metamfetamin istifadə etdiyinə görə həmin maddəni dərhal tanımış və istifadə etmək üçün siqaret qutusu ilə birlikdə götürüb cibinə qoymuşdur. Evə qayıtdıqdan sonra siqaret qutusunda olan metamfetamini evin qonaq otağında döşəklərin altında əvvəllər bir neçə dəfə psixotrop maddə qəbulu üçün istifadə etdiyi borucuqla birlikdə gizlətmişdir. Həmin gün axşam saatlarında yaşadığı evin qapısı döyülmüş, qapını açan zaman iki nəfər mülki geyimdə şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib müvafiq vəsiqələrini təqdim edərək narkotik vasitətələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu səbəbdən hazırda evinə baxış keçirməli olduqlarını bildirmişdirlər. Polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə dair heç bir eitrazı olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən videoçəkilişlə evə baxış keçirilmiş, baxış zamanı evin qonaq otağında, döşəklərin altında gizlətdiyi bir ədəd “Palmall” qutusunda olan psixotrop maddə və onu qəbul etmək üçün oraya qoyduğu borucuq aşkar edilərək götürülmüşdür. Bundan sonra övladı Turan ilə birlikdə Şirvan şəhər Polis şöbəsinə gəlmişdir. Aşkar olunmuş psixotrop maddəni qabalaşdırmaq üçün videoçəkiliş polis şöbəsinə gələnədək davam etmiş, polis şöbəsində həmin psixotrop maddə metamfetamin “Palmall” markalı siqaret qutusunda bir ədəd zərfdə qablaşdırılmışdır. Həmin psixotrop maddə metamfetamini tapmış, onu kiməsə vermək və ya satmaq fikri olmamışdır. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olunmamışdır. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokol ucadan oxunduqdan sonra doğruluğunu digər iştirakçılar kimi o da imzalayıb təsdiq etmişdir. Hazırda əməlindən peşmandır, cəza təyin edilərkən himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin NMQnun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tairxdə, saat 21 radələrində etibarlı, qərəzsiz mənbədən Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində daimi qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edib yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı tərəflərindən, yəni Şirvan ŞPŞnin X4 tərəfindən müzakirə olunmuş, Təqsirləndirilən şəxs tərəfindən saxlanılan və daşınılan psixotrop maddənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunaraq cinayət başında yaxalanması, psixotrop maddənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi, şəxsin saxlanıldığı yerdə zərurət yarandığı təqdirdə üstünün yoxlanılması, habelə olduğu yer tikinti obyekti, yaşayış sahəsi, və s. obyekt olduğu halda həmin yerə təxirəsalınmaz qaydada daxil olma və baxış keçirilməsi əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin qərara müvafiq olaraq əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə qrup rəhbəri olmaqla X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən 11 iyul 2025-ci il tarixdə, saat 22:58-dən başalayaraq videoçəkilişlə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı, ünvan 2 ünvanında olması, psixotrop maddəni həmin evdə saxlaması müəyyən edilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı həmin evə onun razılığı əsasında tərəflərindən təxirə salınmadan baxış keçirilmişdir. Baxış zamanı mənzilin giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağında, yataq dəstlərinin və döşəkçələrin yığılmış hissədə, döşəkçələrin altından siqaret qutusunun içərisində borucuq, kağıza bükülmüş sellofan bükümdə metamfetaminə bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş metamfetaminə bənzər kütlə siqaret qutusunda həmçinin borucuq mənzildə qablaşdırılma imkanı olmadığından videoçəkilişlə saxlanılan Təqsirləndirilən şəxs iştirakı ilə Şirvan şəhər Polis Şöbəsinə gətirilərək 01 ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Şirvan şəhər X9 Hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs xalası qızıdır. xx.xx.2025-ci il tarixdə axşam saat 19 radələrində paltarlarını yumaq üçün Turanəgilə getmişdir. Həmin vaxt evdə Turanə və azyaşlı oğlu Tunardan başqa heç kim olmamışdır. Bir neçə saat ərzində onunla ümumi mövzularda söhbət edib dərdləşmiş, təxminən saat 23 radələrində evin qapısı döyülmüşdür. Turanə yaxınlaşıb qapını açdıqda iki nəfər, mülki geyimdə şəxs özlərini təqdim edib polis vəsiqələrini göstərməklə polis əməkdaşı olduqları barədə məlumat verərək Turanəyə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu səbəbdən hazırda həmin evə baxış keçirməli olduqlarını bildirmişlər. Turanə polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən videoçəkilişlə evə baxış keçirilmişdir. Evə baxış zamanı qonaq otağında, döşəklərin altından 01 ədəd qara rəngli siqaret qutusunda borucuq (trubuçka) və ağ rəngli maddələr aşkar edilərək götürülmüşdür. Daha sonra videoçəkiliş davam edə-edə o, Turanə, övladı Tunar aşkar olunmuş maddələr ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə gətirilmişlər. Polis şöbəsində aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüşdür. Daha sonra ona məlum olmuşdur ki, evdən aşkar olunmuş ağ rəngli maddə insanlar arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamindir və Turanə həmin metamfetamini şəxsi istifadəsi üçün evdə saxlamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metafetamin istifadəçisi olduğu barədə məlumatı olmamışdır. Heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə saxlaması barədə əvvəlcədən məlumatı olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarında olan “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş “DVD” diskə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, 11 iyul 2025-ci il tarixdə, saat 22:58-də videoçəkilişlə başlanılan əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan tarixdə ünvan 4 ünvanında, Təqsirləndirilən şəxs yaşadığı evə onun razılığı əsasında həmin yaşayış mənzilinə yəni evə baxış keçirilir. Baxış zamanı mənzilin giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağında, yataq dəstlərinin və döşəkçələrin yığılmış hissədə, döşəkçələrin altından gizlədərək saxladığı 01 ədəd “Palmall” markalı siqaret qutusunun içərisində 01 ədəd borucuq və 01 ədəd kağız bükümün içərisində ağ rəngli, psxotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilir. Daha sonra videoçəkiliş dayandırılmadan aşkar edilmiş 01 ədəd borucuq və 01 ədəd kağız bükümün içərisində ağ rəngli, psxotrop maddə metamfetaminə bənzər kütlələr Şirvan şəhər Polis Şöbəsinə gəritirilərək inzibati binada, X1 baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 xidməti otağında 1 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənir. Zərfin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Cinayət işi materiallarına əlavə olunmuş şəxsin şübhəli şəxs qismində tanınması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 18/525 nömrəli, 12 iyul 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs Elşad qızına məxsus...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,215 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd borcuğun içərisində psixotrop maddə metafetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron təzərinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddə ilə eyni tərkibli olubolmadığını müəyyən etmək mümkün deyildir. Metamfetaminin ümumi çəkisi - 0,215 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,165 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 12 iyul 2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə istintaq bölməsinə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 12 iyul 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaq edilən ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Lətifov Şahid Sahib oğlunun icraatına qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 13 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 13 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 iyul 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 31 iyul 2025-ci il tarixli, 4629 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür; Cinayət işi materiallarına əlavə olunmuş doğum haqqında (AZ-İV № 593810) şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. X2, anası Təqsirləndirilən şəxsdır. Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 09 sentyabr 2025-ci il tarixli, 18-1-35/2-1095/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Bu günə kimi narkoloji qeydiyyatı olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 14 iyul 2025-ci il tarixli, 367 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi haqqında 02 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən bir ədəd “Palmall” markalı siqaret qutusunun içərisində bir ədəd bükümdə aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ekspert rəyindən sonrakı qalığı, yəni 0,05 qram tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,165 qram psixotrop maddə metamfetamin və psixotrop maddənin izləri olan borucuq maddi sübut kimi tanınaraq təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi haqqında 02 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək yoxlanılması və əşyaların götürülməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “DVD” disk və götürülən əşyalara baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini əks etdirən bir ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlaması və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X6 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etməsini və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CMnin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,165 qram olan psixotrop maddə metamfetamin və metamfetamin izləri olan borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,165 qram psixotrop maddə metamfetamin və metamfetamin izləri olan borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-143/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-143/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver