Məhkəmə qərarları › İş №1(032)-145/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-145/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-145/2024 16.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11.15-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Qanuni nümayəndə1 və zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin nümayəndəsi (eyni zamanda mülki iddiaçı) X4, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 01 ay 21 gün cəzadan vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi ev 40, mənzil 2-də qeydiyyatda olan və yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarına əsasən əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmərinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq yaşayış sahəsinə və başqa saxlanc yerinə daxil olmaqla, özgə əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşımadan ibarət cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4nə məxsus 01 ədəd 800 manat dəyərində dövlət və ya ictimai əhəmiyyətli olmayan paylayıcı qurğunu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4nə ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Şirvan şəhəri, T.İsmayılov küçəsi 31 saylı binanın yuxarı hissəsində yerləşən və başqa saxlanc yeri hesab edilən damına həmin damın qapısının klidinin açıq vəziyyətdə olmasından istifadə edərək qanunsuz olaraq daxil olub, oradan sonuncuya məxsus 01 ədəd 800 manat dəyərində qara rəngli “Asus” markalı notebooku, 01 ədəd 200 manat dəyərində çadırı və 01 ədəd 200 manat dəyərində “Samsung” markalı tozsovuranı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 yanvar 2024-cü il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs5 X7 Filialına məxsus Şirvan şəhəri, 1 May küçəsində Sabirabad-Şirvan şosesindən keçən kabelkanalizasiya quyusundan dövlət və ictimai əhəmiyyətli 3 metr uzunluqda 124 manat 89 qəpik dəyərində TQ-500x2 tipli rabitə kabelini və 53 metr uzunluqda 1829 manat 30 qəpik dəyərində TQ400x2 tipli kabelini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs5 X7 Filialına ümumilikdə 1954 manat 19 qəpik (min doqquz yüz əlli dörd manat on doqquz qəpik) dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 03 fevral 2024-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, Məmməd Əsədov küçəsi ev 34 A-da yerləşən Zərərçəkmiş şəxs6 qızının yaşadığı fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olduqdan sonra həyətdəki başqa saxlanc yeri hesab edilən hindən 3 ədəd 150 manat dəyərində hind quşunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus və başqa saxlac yeri hesab edilən yarımtikiliyə qanunsuz olaraq daxil olub, oradan 15 ədəd 4 metr uzunluğunda 150 manat dəyərində atma taxtaları, 7 ədəd 3 metr uzunluğunda 100 manat dəyərində list dəmirləri, 20 ədəd 3 metr uzunluğunda 150 manat dəyərində taxtaları və 20 ədəd 1,5 metr uzunluğunda 150 manat dəyərində armaturları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 fevral 2024-cü il tarixə, saat 01 radələrində Şirvan şəhəri, M.İbrahimov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olduqdan sonra həyətdəki başqa saxlanc yeri hesab edilən toyuq damından 5 (beş) ədəd xoruzu və 8 (səkkiz) ədəd toyuğu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1ya ümumilikdə 310 (üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda yəni, 0,335 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 16 may 2024-cü il tarixdə, saat 13:05-də Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,335 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3 177.2.3-2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etməklə ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş, uzun müddətdir ki narkotik vasitələrdən istifadə edir. 22 dekabr 2023-cü il tarixdə Şirvan şəhərində olarkən maddi vəziyyəti ağır olduğundan hardansa oğurluq edib, qazanc əldə etmək qərarına gəlmiş, səhəri gün yəni, 23 dekabr 2023-cü il tarixdə, saat 05 radələrində şəhərin Çılpaqlı qəsəbəsində olarkən Retro kərpic zavodunun yanından çöllük sahəyə tərəf piyada getmiş, həmin vaxt çöllük sahədə elektrik transformatorunu görmüş, həmin vaxt ətraf qaranlıq olmuş və heç kim olmamışdır. O da bu fürsətdən istifadə edib, tranformatora yaxınlaşmış və görmüşdür ki, transformator işləmir. Sonra transformatorun orta aşağı hissəsində qapaq olmasını görmüş, həmin qapağı açdıqda transformatorun içərisində qurğu olmasını görmüş və həmin qurğunun içərisində mis və ya başqa dəyəri olan material olmasını fikirləşib həmin qurğunu yerindən sökərək, özü ilə götürüb oradan uzaqlaşaraq şəhərin avtovağzal adlanan yerinə dəmir yolu xəttinin yanına gəlmişdir. Həmin vaxt orada oğurladığı qurğunu sındırıb sökmüş və içərisində olan materialları bir yerə yığmış və mis materialı özü ilə götürüb, qurğunun qalan hissəsin yolla gedərkən atmışdır. Sonra qurğunun içərisindən götürdüyü mis materialı səhəri gün səyyar dəmir alan şəxslərdən birinə 45 manata satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 04 yanvar 2024-cü il tarixdə günorta saatlarında Şirvan şəhəri T.İsmayılov küçəsi 31 saylı binanın birinci blokunun beşinci mərtəbəsində olan bana çıxış qapısı açıq olduğundan bana göyərçin tutmağa çıxmış, həmin vaxtı banı gəzərkən görmüşür ki, banın bir tərəfinə müxtəlif ev əşyaları yığılıb. Həmin əşyaların içərisindən bir ədəd qara rəngli notebooku, bir ədəd çadırı və bir ədəd “Samsung” markalı tozsovuranı ayıraraq kənara qoymuş, həmin əşyaları oğurlamaq qərarına gəlmiş, lakin günorta vaxtı olduğundan sakinlərin onun oğurluq etməyini görəcəklərindən ehtiyat etmiş və qərara gəlmişdir ki, gecə vaxtı gəlib onları aparsın. Həmin gün, yəni, 04 yanvar 2024-cü il tarixdə, saat təxminən 23 radələrində həmin binanın yanına gələrək kənara göz gəzdirmiş, kənarda heç kimin olmadığına əmin olaraq qeyd etdiyi blokun açıq vəziyyətdə olan çıxış qapısından bana çıxmış, günorta əşyaların içərisindən ayırdığı bir ədəd qara rəngli notebooku, bir ədəd çadırı və bir ədəd “Samsung” markalı tozsovuranı özü ilə gətirdiyi kisəyə yığaraq bandan düşmüşdür. Həmin əşyaları gətirib həyətlərində gizlətmişdir. Səhəri gün Şirvan şəhəri “Köhnə Bazar”adlanan əraziyə yaxın yerdə tanımadığı şəxsə həmin əşyaları öz evinin əşyaları olduğuna və xəstə olduğu üçün satıb dərman alacağına inandıraraq üçünü bir yerdə 400 manata satmışdır. Həmin pulu öz məsrəflərinə xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə Şirvan şəhərində olarkən əvvəldən olduğu kimi hardansa oğurluq etmək qərarına gəlmiş, 09 yanvar 2024-cü il tarixdə, saat 06 radələrində şəhərin 1 May küçəsində piyada yolla üzü Sabirabad dairəsinə gedərkən yolun yan tərəfində qazılmış yer görmüş, həmin vaxt ora diqqətlə baxdıqda, həmin yerdən elektrik xəttinin keçdiyini bilmiş, bu zaman ətrafda kimsə olmamış, o da həmin elektrik xəttini bağlandığı yerdən açmış və çəkərək naqili çölə çıxartmış, sonra həmin naqili qatlayıb yığmış və oradan uzaqlaşıb dəmiryolu vağzalının yanına gəlmiş, orada naqili bir təhər əritmiş, sonra naqilin ərimiş hissəsin özü ilə götürmüş, qalan hissəsin orada gizlətmişdir. Səhəri gün ərimiş metalı Sabirabad rayonunda səyyar dəmir alan şəxslərdən birinə 57 manata satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 2024-cü ilin fevral ayında maddi çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmiş, 03 fevral 2024-cü il tarixdə, saat 15 radələrində o, Şirvan şəhəri, Məmməd Əsədov küçəsində olduğu zaman evin həyətyani sahəsində hind quşlarının və toyuqların olduğunu görmüşdür. O, həmin hind quşlarını oğurlamaq qərarına gəlmiş, həmin günü saat 21 radələrində o, Şirvan şəhəri, Məmməd Əsədov küçəsində yerləşən evin yaxınlığına getmiş, hava qaralıq olduğundan həmçinin ətrafda heç kimin olmadığından istifadə edib evin həyətində tullanmışdır. Sonra evin həyətin axtarmağa başlamış, evin həyətində bir ədəd hinin olduğunu görmüş, o, hinin qapsını açmış, hinə daxil olmuş, 3 ədəd hind quşunu tutmuş, həmin hind quşlarının ayağını özü ilə apardığı ip ilə bağlamış, sonra həmin quşları küçəyə çıxarmış, hind quşlarını özü ilə gətirdiyi torbaya qoymuş, sonra hind quşlarını yaşadığı evə aparmış, 04 fevral 2024-cü il tarixdə hind quşlarını götürüb Sabirabad rayonuna getmiş, Sabirabad rayonunda yolun kənardında olan tanımadığı şəxslərə hind quşlarını satmasını demişdir. Orada ondan tanımadığı şəxsə həmin hind quşunun 1 ədədini 40 manatdan olmaqla 120 manata satmışdır. Daha sonra yaşadığı evə getmiş, 120 manat pulu maddi xərclərinə vermişdir. Bundan başqa bildirmişdir ki, 2024-cü ilin fevral ayının əvvəlində maddi cəhətdən sıxıntısı olduğundan oğurluq etmək qərarına gəlmiş, 07 fevral 2024-cü il tarixdə axşam saatlarında Şirvan şəhəri, M.Mirzəyev küçəsində piyada hərəkətdə olduğu zaman yarımtikili görmüş, o, həmin yarımtikilidən oğurluq etmək qərarına gəlmiş, həmin gün təxminən saat 22 radələrində yarımtikiliyə tərəf yaxınlaşmış, hava qaralıq olduğundan həmçinin ətrafda heç kimin olmadığından evin həyətinə daxil olub orada olan yarımtikilidən 15 ədəd atma taxtalar, 7 ədəd list dəmirlər, 20 ədəd taxtalar və 20 ədəd armaturları bir qədər vaxt ərzində götürüb gizlin bir yerdə gizlətmiş, həmin list dəmirləri, armaturları və taxtalardan isə bir qədərini həmin günün səhəri Şirvan şəhəri ərazisində səyyari dəmir alan şəxslərə satmışdır. Bəzi taxtaları ilə Şirvan şəhəri ərazisində Dəmiryol vağzalının yanında gizlətmiş, qeyd etmişdir ki, həmin yerdə o, Şirvan şəhəri ərazisində etdiyi müxtəlif oğurladığı əşyalardan da gizlətmiş, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, 18 fevral 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Şirvan şəhəri, M.İbrahimov küçəsinə getmiş və orada yaşayış olmayan evləri yoxlamağa başlamışdır. Bundan sonra o, Şirvan şəhəri, M.İbrahimov küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinə baxdıqdan sonra adam olmadığını dəqiqləşdirib həmin evin həyətinə daxil olmuş və bundan sonra evin həyətində toyuq damından 8 ədəd toyuq və 5 ədəd xoruzu özü ilə gətirdiyi kisəyə qoyub həmin həyəti tərk etmişdir. Bundan sonra o, həmin toyuq və xoruz ilə birlikdə yolun kənarına gəlmiş, oğurladığı toyuq və xoruzların çoxunu həmin günün səhəri Sabirabad rayonunda yerləşən heyvan bazarında hamsını 100 manata satıb, yaşadığı ünvana geri qayıtmışdır. Bundan başqa bildirmişdir ki, 16 may 2024-cü il tarixdə, saat 10 radələrində şəhərin G.Şıxbalaoğlu küçəsində piyada hərəkətdə olarkən yerdə bir ədəd sellofan bükümü görmüş və həmin bükümü yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğunu görmüş, həmin bükümdə olan kütləni özü ilə götürmüşdür ki, sonradan istifadə edər. 16 may 2024-cü il tarixdə, saat 13 radələrində şəhərin G.Şıxbalaoğlu küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəçi üçün vəkillərin siyahısı təqdim olunmuş, o da, həmin siyahıdan vəkil seçmiş, vəkil gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video müşahidə vasitəsi ilə aparılacağı və buna etirazının olub olmadığı soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyini təklif etmişlər və o da, şalvarının cibindən bir ədəd sellofan bükümü təqdim etmiş və bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq imza etmiş, ondan başqa vəkil və polis əməkdaşları da həmin protokolda imza etmişlər. Bundan başqa o bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin satış ilə məşğul olmamış, o, Şirvan şəhər PŞ-nə gətirildikdən sonra ona müdafiəçi təyin olunmiş, ona Şirvan şəhər PŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamışdır. O, yuxarıda qeyd etdiyi vaxtlarda Şirvan şəhəri Çılqaqlı qəsəbəsindəki Bakcell MMC-yə məxsus aparat, bundan başqa digər ünvandan taxta materialları, Kürmost adlanan yerdən elektrik naqillərini, bağ evləri adlanan yerdən ev quşlarını və stansiya adlanan yerdən hindquşlarını oğurlamış, o, oğurluq hadisələrin törədərkən yanında kimsə olmamış, o, tək olmuş, o, oğurluq hadisələrin törədərkən kənardan kimsə onu görməmiş, o, oğurladığı əşyaları və həyət quşlarını satdığı şəxslərə oğurluq olması barədə heçnə deməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, yaşadığı evin həyətyanı sahəsində ev quşlarını saxlamaq üçün hin vardır. Həmin hində 25 toyuq və xoruz olmuşdur. 17 fevral 2024-cü il tarixdə, gecə saat 01 radələrində həyətdən xoruzların səsinin gəldiyi eşitmiş, sonra həyətə nəzər yetirmiş və evə qayıdaraq yatmışdır. 17 fevral 2024-cü il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra həyətdən 05 ədəd xoruzun və 08 ədəd toyuğun oğurlandığını görmüş, həmin günü Bakı şəhərinə xəstəxanaya getdiyi üçün şikayət etməmiş, sonradan DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə nəticəsində ona 310 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, sakinlər evlərində olan artıq əsyaları yaşadıqları binanın banına yığmışlar. 2023-cü ilin iyul ayının 6-da o da evdə olan bəzi artıq əsyalar, yəni özünə məxsus "Asus" markalı noutbukunu, bir ədəd çadırını, bir ədəd evin elektrik tozsovuranını motoskletinə məxsus müəyyən ehtiyyat hissələrini binanın damına qoymuş, yaşadıqları binanın banına iki tərəfdən çıxış olmuşdur. Onların blokdan olan çıxışının qapısına kilid vurmuş və həmin kilidin açarı onda olmuşdur. Digər çıxışın qapısı isə həmin blokda beşinci mərtəbədə Əlizamində olmuşdur. 06 yanvar 2024-cü il tarixdə motoskletinə ehtiyyat hissəsi lazım olduğundan banın qapısının klidini özü açmış və bana çıxmışdır. Yığdığı əşyalara baxdıqda görmüşdür ki, oraya qoyduğu "Asus" markalı noutbuku, bir ədəd çadırı və bir ədəd evin elektrik tozsovuranı yerində yoxdur. Bundan sonra o, bandan aşağı düşmüş və Əlizaminlə görüşərək onların blokunda olan bana çıxış qapısının açıq olub-olmamasını soruşmuş, Əlizamin bildirmişdir ki, təxminən iki həftədir ki, onlar tərəfdən olan bana çıxış qapısı açıq vəziyyətdədir. Bundan sonra ona məlum olmuşdur ki, ki, naməlum şəxs və ya şəxslər həmin açıq qapıdan bana çıxış və ona məxsus əşyaları oğurlamışdır. 08 yanvar 2024-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Bundan başqa o bildirmişdir ki, təxminən 2023-cü ilin noyabr ayında həmin əşyaların yerində olduğunu görmüşdür. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ona anasından qalmış, hazırda yarımtikilidir. Təxminən 11 il ərzində müəyyən hissəsi tikilmişdir. Evin çəpəri və hasarı hazırda yoxdur. 11 fevral 2024-cü il tarixdə qeyd edilən ünvana baş çəkmək üçün getmiş, yarım tikilidən 150 manat dəyərində 15 ədəd 4 metr uzunluğunda atma taxtalar, 100 manat dəyərində 7 ədəd 3 metr uzunluğunda list dəmirlərin, 150 manat dəyərində 20 ədəd 3 metr uzunluğunda taxtalar və 150 manat dəyərində 20 ədəd 1,5 metr uzunluğunda armaturların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş, sonra Şirvan şəhər polis şöbəsinə gedib bu barədə ərizə təqdim etmişdir. O, sonuncu dəfə həmin ünvanda xx.xx.2024-cü il tarixdə olmuş, həmin vaxt qeyd etdiyi əşyalar yerində olmuş, oğurluq edən şəxs və ya şəxslər çox güman ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddətdə oğurluq hadisəsini törətmişlər. Bildirmişdir ki, ümumilikdə ona 550 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyinə görə ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AZTELEKOM Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Filialının Şirvan şöbəsinin nümayəndəsi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü, saat 09 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AZTELEKOM Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Filialına məlumat daxil olmuşdur ki, şəhərin 1 May küçəsində internet kəsilib. Bununla bağlı həmin küçədə internet xəttinin yoxlanılması ilə bağlı araşdırma aparılmış, araşdırma nəticəsində müəyyən etmişlər ki, 1 May küçəsində kabel kanalizasiya quyusundan keçən və 3 istiqamətə ayrılmış TQ-500x2- 3 metr, TQ400x2-3 metr və TQ400x2-50 metr uzunluqda ümumilikdə 56 metr kabel xətti kəsilərək oğurlanmış, həmin vaxt oğurluqla bağlı tərəflərindən müvafiq akt tərtib edilmiş, bundan sonra polis şöbəsinin müvafiq sorğusuna əsasən, həmin oğurlanmış 56 metr kabelin ümumi dəyərinin 1954 manat 19 qəpik olması müəyyən edilmiş və bu barədə rəsmi qaydada Şirvan şəhər polis şöbəsinə məlumat verilmişdir. Maddi ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AZTELEKOM Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Filialının Şirvan şöbəsinin nümayəndəsi qismində dindirilmiş X6 mülki iddia ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş, 1954 manat 19 qəpik maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 MMC-nin hesabına keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquq şöbəsinin məhkəmə işləri üzrə mütəxəssis vəzifəsində işləyir, İşlədiyi Zərərçəkmiş şəxs4 MMC-nin Azərbaycan Respublikası üzrə rayonlarda baza stansiyaları vardır, həmin baza stansiyasiyaları müəyyən müddət daxilində fəaliyyət göstərdikdən sonra yenilənir və təzəsi ilə dəyişdirilir. Hazırda, Şirvan şəhərində Zərərçəkmiş şəxs4 MMC-nin baza stansiyaları vardır. Həmin baza stansiyaları istismar tarixinə uyğun olaraq fəaliyyət göstərir. Şirvan şəhəri üzrə ümumilikə 10-12 ədəd paylayıcı qurğu vardır. Həmin qurğulardan biri hazırda şəhərin Hacıqəhrəmanlı qəsəbəsində yerləşir, Çılpaqlı qəsəbəsində yerləşən paylayıcı qurğu istismar müddəti bitdiyindən hazırda istismardan çıxarılmışdır, həmin qurğunun alınan tarixə qiyməti 800 manat olmuş, hazırda qurğu istismardan çıxarıldığından və fəaliyyəti olmadığından qurğunun talanması ilə bağlı heç bir şikayət, iddia və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 16 may 2024-cü il tarixdə, saat 13 radələrində o, Şirvan şəhər PŞ-nin İTB-nin polis nəfəri Şahid1 ilə birlikdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət esinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, o onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul etmiş və onlarda birlikdə Şirvan şəhər PŞ-nə gəlmiş, PŞ-də Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin TB-də vəkillərin siyahısı təqdim olunmuş, vəkil seçmiş, vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər İTB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 16 may 2024-cü il tarixdə, saat 13 radələrində o, Şirvan şəhər PŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət esinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, o onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul etmiş və onlarda birlikdə Şirvan şəhər PŞ-nə gəlmiş, PŞ-də Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin TB-də vəkillərin siyahısı təqdim olunmuş, vəkil seçmiş, vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs6 qızı məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, Məmməd Əsədov küçəsi, ev 34 A-da yaşayır. evinin ətrafı daş hasarla əhatə olunmuşdur. Yaşadığı evin həyətində ev quşları saxlamış, həmin quşları saxlamaq üçün hin düzətmiş, həmin hində 4 ədəd hind quşu, 3 ədəd ördək və 5 ədəd toyuq saxlamış, 03 fevral 2024-cü il tarixdə saat 19 radələrində ev quşlarını hinə salmışdır. 04 fevral 2024-cü il tarixdə saat 11 radələrində hinə yaxınlaşmış, hinin qapsını açmış, hinə baxan zaman hindən 3 ədəd hind quşunun olmadığını görmüş, digər ev quşları isə hində olmuş, o bundan sonra ərizə ilə Şirvan ŞPŞ-nə müraciət etmiş, ona məxsus olan Şirvan şəhəri, Məmməd Əsədov küçəsi, ev 34 A-da yerləşən evin həyətində olan hindən 03 ədəd hind quşunun oğurlanması nəticəsində ona 150 manat maddi zərər dəymiş, ona məxsus olan evin həyətində yerləşən hindən 03 ədəd hind quşu 03 fevral 2024-cü il tarixdə oğurlanmış, oğurluq nəticəsində ona 150 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi həmin sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Maddəni kimdən və haradan əldə etməsi soruşulduqda narkotik vasitəni 16 may 2024-cü il tarixində yaşadığı evin yaxınlığından yerdən tapıb istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf Nazirliyinin Aztelekom MMC-nin X7 Filialının 10 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, 1 May küçəsində yerləşən kabel kanalizasiya quyusundan keçən 3 istiqamətə ayrılan TQ 500x2-3metr dəyəri 124.89, TQ 400x2-53 metr dəyəri 1829.30. Cəmi 1954 manat 19 qəpik dəyəri olan kabellər oğurlanaraq Aztelecom MMC-nin X7 Filialının Şirvan şöbəsinə maddi ziyan dəymişdir. 16 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığı 16 may 2024-cü il tarixdə, saat 13:05-də məhdudlaşdırılmış, saat 14:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 16 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi həmin sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Maddəni kimdən və haradan əldə etməsi soruşulduqda narkotik vasitəni 16 may 2024-cü il tarixində yaşadığı evin yaxınlığından yerdən tapıb istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16 may 2024-cü il tarixli, 3-16-16/2-18/500 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs təqdim etdiyi….” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,335 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi- 0,05 qram, qalıq-0,285 qram. 17 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 4(032)-121/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. 17 may 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli ********* nömrəli ********* nömrəli ********* nömrəli ********* nömrəli ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işi ilə bir icraatda birləşməklə istintaq ********* nömrə altında aparılmış və ********* nömrəli cinbayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 177.2.3 177.2.3-2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X8 30 may 2024-cü il tarixli 18-1- 35/2-847/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMXnın narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AZTELEKOM Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Filialından daxil olmuş 21 iyun 2024-cü il tarixli 3-27-1800/2-420/2024 nömrəli məktubundan görünür ki,xx.xx.2024-cü ildə Şirvan şəhəri, 1 May küçəsindən oğurlanmış TQ500x2, TQ400x2 markalı rabitə kabelləri dövlət və ictimai əhəmiyyətli kabellər siyahısına daxildir. Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2024-cü il tarixli 4077 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 aprel 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə 02 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığına görə şöbənin qeydiyyatından çıxarılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 01 ay 21 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı 0,285 qram narkotik vasitə heronin qalığı və oğurlanmış əşyaların qalıqları maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-836/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 69.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 01 ay 21 gün cəzadan vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomoniyadan məcburi müalicə təyin edilməli, onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,285 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, 1954 manat 19 qəpik maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 40 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 MMC-nin hesabına ödənilməlidir. Digər zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddia tam təmin edilsin, 1954 manat 19 qəpik maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 40 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 MMC-nin hesabına ödənilsin. Digər zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə əlaqədar mülki iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,285 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar