Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-146/2024 17.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat: 15:35-də Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2006-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, F.X.Xoyski küçəsi, bina 6, mənzil 28-də qeydiyyatda olan, hazırda həqiqi hərbi xidmət keçən, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 09 mart 2024-cü il tarixdə saat 15 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən dayanacağın yaxınlığında dayanmış Zərərçəkmiş şəxs2 qarşı əxlaq normalarına zidd olan və qeyri-etik hərəkətlərə yol verən zaman onun bu hərəkətlərini görərək haqlı irad bildirilən Zərərçəkmiş şəxs2 qeyri rəsmi ərarvad münasibətində olduğu Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, kənar şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və özgənin əmlakının zədələnməsi ilə ilə müşayiət edilən hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək, Zərərçəkmiş şəxs1 boynundan sıxmaqla və sifətinə yumruqla vurmaqla yerə yıxıb ona “boyunun sağ yan səthində sıyrıqlar kimi dərəcəsi təyin edilmədiyi üçün sağlamlığa zərər vurmayan xəsarət və həmin vaxt arxa cibində olan “Samsung A51" markalı mobil telefonunun zədələnməsinə səbəb olmaqla 250 (iki yüz əlli) manat maddi ziyan vurduqdan sonra həmin vaxt onun Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinə mane olmaq istəyən və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 qızma müqavimət göstərməklə, sonuncunun sağ əlinə yumruqla vuraraq ona “sağ əlin lll barmağının l falanqasında sıyrıqlar” kimi dərəcəsi təyin edilmədiyi üçün sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 09 mart 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri. F.X.Xoyski küçəsində dostları Şahid1 və Şahid2 ilə birlikdə deyib-gülərək Şirvan şəhərində yerləşən "Ağ saray" şadlıq sarayına işə gedərkən dayancağın arxasında Zərərçəkmiş şəxs2 dayandığını görmüşlər. Həmin vaxt əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 onlara "öz vəziyyətinizə, evinizdəkilərə gülün" demişdir. Bu vaxt Şahid2 “xanım sizə gülmürdük, səhv başa düşmüyün" demişdir. O isə "xanım nə deyirsiz, sizlə kimin işi var?" demiş, həmin vaxt Zərərçəkmiş şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 gəlmiş və həyat yoldaşından "nə məsələdir?" deyə soruşmuşdur. Zərərçəkmiş şəxs2 həyat yoldaşına "salam verirdilər" demişdir. Zərərçəkmiş şəxs1 öz nömrəsini Şahid1 verərək "axşam zəngləşib söhbət edərik" demişdir. Oradan uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs1 onun barəsində polisə şikayət edəcəyini düşünərək onların olduğu dayanacağa qayıtmış və Zərərçəkmiş şəxs2 üzr istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona "sənin anana bacına gülsəm, xoş gələr?" deyə soruşduqda, o qəzəblənmiş və Zərərçəkmiş şəxs1 yumruq zərbəsi vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 yaxınlaşıb onları aralamaq istəmiş, daha sonra Şahid1 və Şahid2 da araya girərək onları aralamış və onlar oradan uzaqlaşıb getmişlər. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ola bilsin ki, onları aralaşdırmaq istəyərkən əli toxunmuşdur. Özünü qeyd edilən maddə ilə təqsirli bilir, əməli törədərkən yetkinlik yaşına çatmamışdır, əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəyən maddi ziyanı ödəmişdir. Hal-hazırda ordu sıralarında həqiqi hərbi xidmətdədir, müsbət xarakterizə olunur və gələcəkdə də hərbiçi olmaq arzusundadır. Qeyd olunanları nəzərə alaraq barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, 09 mart 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən dayanacaqda yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə avtobus gözləmişlər. O, ayaqqabısını dəyişdirmək üçün evə qayıtmış, təxminən 5-6 dəqiqədən sonra evdən çıxıb Zərərçəkmiş şəxs2 yanına gəlmişdir. Həmin vaxt görmüşdür ki, onlarla bir qəsəbədə yaşayan Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs oradadırlar və Təyyar Göyçəklə mübahisə edir. O da yaxınlaşıb nə baş verdiyini soruşmuş, həmin vaxt Göyçək demişdir ki, "heç nə qonşudur, salamlaşıram". O da bu sözdən sonra Təyyarla salamlaşmış, bundan sonra Təyyar əlini onun boynuna atmış və ona "gəl qıraqda söhbət edək” demişdir. Təyyarla kənara çəkildikdən sonra sonuncuya demişdir ki, “nə səbəbdən Göyçəklə əl-qol hərəkətləri ilə danışırsan?”. Bu zaman Emin demişdir ki, heç bir problem yoxdur, sadəcə salamlaşırlar. Bu zaman Təyyar aqressiv formada salamlaşmadığını bildirmişdir. Bundan sonra o, Eminə mobil nömrəsini vermiş və bu məsələni aydınlaşdırmaq üçün görüş təyin etmişdir. Həmin vaxt onlar sağollaşıb ayrılmışlar və o, Zərərçəkmiş şəxs2 yanına gəlmişdir. Təxminən 5 dəqiqə sonra Emin, Elvin və Təyyar təkrar onlara yaxınlaşmışlar. Bu zaman Elvin və Emin kənarda dayanmışlar, Təyyar isə onunla və Göyçəklə əl-qol hərəkətləri ilə danışmağa başlamışdır. O da Təyyarı kənara çəkmiş və niyə belə hərəkətlər etməsini soruşmuşdur, Təyyar da demişdir ki, sadəcə salamlaşırdıq. Sonra o, Zərərçəkmiş şəxs2 yanlarına çağırmış və nə baş verdiyini soruşmuş, o, bildirmişdir ki, Təyyar o avtobus dayanacağında tək duran zaman ona gülmüş və onu narahat etmişdir. O da, bu sözləri eşitdikdən sonra Təyyara demişdir ki, “ayıb deyil, sənin də evində anan-bacın var, bu nə hərəkətdi edirsən?”. Bu zaman Təyyar heç bir əsaslı səbəb olmadan onu itələmiş, o, yerə yıxılmış və bu zaman arxa cibində olan telefon zədələnmişdir. Həmin vaxt Göyçək araya girib onları ayırmaq istədikdə, onun sağ əli zədələnmişdir. Bu zaman Göyçək əlini tutmuş və kənara çəkilmiş, bu zaman orada olan Elvin və Emin Təyyarı və onu aralaşdırmışlar. Həmin vaxt Elvin və Emin Təyyarı oradan uzaqlaşdıraraq aparmışlar, o və Göyçək isə oradan bir başa Şirvan şəhər Polis şöbəsinə gedərək şikayət etmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi, Təqsirləndirilən şəxsla barışdığını, sonuncu tərəfindən dəymiş ziyanın ödənildiyini bildirdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 09 mart 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri. F.X.Xoyski küçəsində qardaşı Şahid1 və dostu Təqsirləndirilən şəxs ilə birlikdə deyib gülə-gülə Şirvan şəhərində yerləşən "Ağ saray" şadlıq sarayına işə gedərkən dayancağın arxasında bir qız dayandığını görmüşlər. Həmin vaxt əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 onlara "öz vəziyyətinizə və evinizdəkilərə gülün" sözünü demişdir. Təyyar ona demişdir ki, "xanım nə deyirsiz, sizlə kimin işi var?". O da “xanım üzürlü sayın, Təyyarın yerinə üzr istəyirəm" demişdir. Həmin vaxt Göyçəyin həyat yoldaşı Zərərçəkmiş şəxs1 gəlmiş və həyat yoldaşından "nə məsələdir'?" deyə soruşmuşdur. Göyçək həyat yoldaşına "salam verirdilər" dedikdə, o, "xanım biz sizə salam verməmişik" deyə bildirmişdir. Eyyub "mən sizi tanıyıram" demiş və onlara yaxınlaşmışdır. Daha sonra Təyyar Eyyubun çiyninə əlini qoyaraq onu qırağa çəkmişdir. O, onların arxasınca getmişdir. Daha sonra Eyyub "yoldaşımın yanında soruşa bilmirəm, nömrəni ver axşam yığıb söhbət edərik" demişdir. O, mobil telefon nömrəsini Zərərçəkmiş şəxs1 demiş və oradan uzaqlaşmışlar. Daha sonra Təyyar qızın onlardan polisə şikayət edəcəyini düşünərək onların olduğu dayanacağa qayıtmış və Zərərçəkmiş şəxs2 üzr istəmişdir. O və qardaşı Emin kənarda dayanmışlar. X5 birlikdə dayanacağın digər tərəfinə keçmişlər, sonra Eyyub Göyçəyi çağırmış. Göyçək onların yanına gedəndən X5un səs küyünü eşitmişlər və onlara tərəf gedəndə Eyyub yerdə olduğunu görmüşlər. O və qardaşı Emin Təyyarı və Eyyubu bir birindən ayırmışlar və oradan uzaqlaşaraq getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə tibbi ekspertizasının 13 mart 2024-cü il tarixli 129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlərsağ əlin lll barmağın l falanqasında sıyrıqlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 09 mart 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. İş materiallarında olan Məhkəmə tibbi ekspertizasının 13 mart 2024-cü il tarixli 130 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətboyunun sağ yan səthində sıyrıqlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 09 mart 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. İş materiallarında olan 15 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən Məcburi köçkünlərin yaşadığı binaların qarşısında yerləşən dayanacaqdır. Dayanacaq binalara gedən yolda girişdə yerləşir. Ətrafda yaşayış binaları vardır, orada yaşayan əhalinin hərəkət intensivliyi müşahidə edilir. Ətrafda yaşıllıq sahə və ictimai iaşə obyektləri vardır. Dayanacağın hər tərəfi asanlıqda müşahidə edilə bilir. Binalardan dayanacaq ətrafında olanlar asanlıqla görünür. İş materiallarında olan 07 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli komandanlığın müşahidəsi altına vermə haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X2 barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X7 18- 135/2- 685/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. İş materiallarında olan 13 may 2024-cü il tarixli Şirvan şəhər-İsmayıllı rayon MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən onun barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən N nömrəli hərbi hissəsindən verilmiş xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı hərbi qulluqçu kimi göstərmiş, verilən tapşırıqları vaxtı-vaxtında icra etmiş, xidmət yoldaşları arasında özünə nüfuz qazanmış, geyim formasını səliqəli daşımışdır. Hərbi nəzakət və davranış qaydalarını yaxşı bilir və bunlara riayət etməyə çalışır. Tabelik münasibəti olan və olmayan zabit heyəti ilə qarşılıqlı davranış qaydalarını bilir və buna əməl edir. Hərbi işini vicdanla öyrənir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi öz vəzifə borclarının məsuliyyətini dərk edir. Hərbi nizamnamələrin tələblərini bilir, öyrənməkdə çətinlik çəkmir. Tənqidlərdən düzgün nəticə çıxarır, öz nəzəri və praktiki biliklərinin artırılması istiqamətində daimi çalışır. Fiziki cəhətdən sağlamdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək, Zərərçəkmiş şəxs1 boynundan sıxmaqla və sifətinə yumruqla vurmaqla yerə yıxıb ona “boyunun sağ yan səthində sıyrıqlar kimi dərəcəsi təyin edilmədiyi üçün sağlamlığa zərər vurmayan xəsarət və həmin vaxt arxa cibində olan “Samsung A51" markalı mobil telefonunun zədələnməsinə səbəb olmaqla 250 (iki yüz əlli) manat maddi ziyan vurduqdan sonra həmin vaxt onun Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinə mane olmaq istəyən və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə, sonuncunun sağ əlinə yumruqla vuraraq ona “sağ əlin lll barmağının l falanqasında sıyrıqlar” kimi dərəcəsi təyin edilmədiyi üçün sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini yetkinlik yaşına çatmadan törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edərək əməlindən peşman olmuş, zərəçəkmiş şəxslərlə barışıq əldə etmiş, vurulmuş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətdədir. Beləliklə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs ictimai təhlükəli olmadığı və onun şəxsi həyatında şəraitin ciddi surətdə dəyişməsi müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə görə isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Həmin qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin, 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərilir ki, “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmiş, törətmiş olduğu cinayət az ağır cinayətlər kateqoriyasına aiddir, cinayət törədilərkən ətrafda əhali sıxlıq təşkil etməmişdir, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, dəymiş maddi ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur, yaşayış yerindən müsbət xarakterizə olunur, hazırda müddətli həqiqi hərbi xidmətdədir və hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı hərbi qulluqçu kimi göstərmiş, verilən tapşırıqları vaxtı-vaxtında icra etmiş, xidmət yoldaşları arasında özünə nüfuz qazanmışdır, şəraitin dəyişməsi ilə onun təhlükəliliyi aradan qalxmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, əməli törədərkən yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş ziyanı ödədiyini, hazırda müddətli həqiqi hərbi xidmətdə olduğunu və gələcəkdə hərbiçi olmaq arzusunda olduğunu bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş 250 manat maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2.3 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 74-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş 250 manat maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-146/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-146/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver