Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-149/2025 02.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:45-də Şirvan Şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Etibar oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Nizami küçəsi 38 saylı evdə qeydiyyatda olan, Şirvan şəhəri M.Mirzəyev küçəsi 52 saylı evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində idarə etdiyi QAZ 53A markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə Şirvan şəhəri, 1 May küçəsində yol ayrıcından sola doğru Şirvan şəhəri, 1 may küçəsinə 20 km/saat surətlə dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 2.5 “Dayanmadan keçəmək qadağandır” üstünlük yol nişanının tələblələrinə riayət etməyərək kəsişən yolda hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməli olduğu halda 1 May küçəsi ilə 60 km/saat surətlə hərəkətdə olan Zərərçəkmiş şəxs Ehtiram oğlunun idarə etdiyi “İsuzu” markalı **-JV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxıb avtomobilinin arxa sağ tərəfi ilə İsuzu markalı avtomobilin qabaq sol tərəfi ilə yolun Sabirabad rayonu istiqamətində sağ kənarından sola doğru 2.1 metr məsafədə toqquşmuş, nəticədə “İsuzu” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Ehtiram oğlunun qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə, sol təpə nahiyyəsinin əzilmiş-çapılmış yarası, döş qəfəsinin əzilməsi, sıxılması, hər iki aşağı ətrafın yumşaq toxumalarının əzilməsi-qançırı xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, X3 adına olan QAZ 53A” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə X5-İmtahan və X7 “B1, B, C1,C” kateqoriyalı BD-519633 nömrəli sürücülük vəsiqəsi əldə etmiş, Hazırda da həmin sürücülük vəsiqəsi qüvvədədir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində etibarnamə əsasında idarə etdiyi “QAZ 53A” markalı **-BN-*** dövlət qeydiyyat nişnalı yük avtomobili ilə yaşadığı ünvan 1 ünvanından çıxaraq Şirvan şəhəri, 1 May küçəsində yerləşən tikinti avadanlıqları mağazasına doğru hərəkət etmişdir. Hərəkət istiqaməti üzrə Şirvan şəhəri, 1 May küçəsinə hərəkətə davam etmək üçün “TAC” adlı mebel mağazasının yanında, ara yolda “Stop” yol nişanın yanında avtomobili dayanadıraraq baş yoldan yəni Şirvan şəhəri, 1 May küçəsi ilə hər iki istiqamətdə hərəkət edən avtomobillərin qarşısından keçməsini gözləyərək daha sonra Şirvan şəhəri, 1 May küçəsi istqamətində sola dönərək həmin küçə ilə Sabirabad rayonuna doğru təxminən 15-20 metr hərəkət etmiş, qəfildən idarə etdiyi yük avtomobilinin arxa hissəsindən zərbə dəymişdir. Zərbənin təsirindən idarə etməni itirərək yolun əks istimqamətinə doğru hərəkət etmiş, idarə etdiyi yük avtmobilinin sol hissəsi əks istiqamətli yolda daş hasara dəyib dayanmışdır. Həmin vaxt hadisə yerində olan şəhər sakinlərinin köməyi ilə avtomobildən yerə düşmüşdür. Avtomobildən düşdükdən sonra “İsuzu” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin idarə etdiyi QAZ 53A” markalı **-BN-*** dövlət qeydiyyat nişnalı yük avtomobilinin arxa sağ hissəsi ilə toqquşması ona məlum olmuşdur. O, “Qaz 53A” markalı ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini idarə etdiyi gün və ondan əvvəlki günlərdə spirtli içki qəbul etməmişdir. xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Qaz 53A” markalı ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə qəza törədərkən bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığı üçün bir müddət müalicə almış və müvafiq olaraq məhəkəmə tibbi ekspertizasından keçirilmişdir. Dayandığı yerdən baş yola yəni Şirvan şəhəri, 1 May küçəsi istiqamətindən Sabirabad rayon əraizisi istiqamətinə hərəkətə başladığı vaxt sürəti 20 km/saat olmuşdur. İdarə etdiyi “Qaz 53A” markalı ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hadisə baş verən gün və ümumiyyətlə heç bir texniki nasazlığı olmamışdır. Yol nəqliyyat hadisəsi zamanı avtmobilin sərnişin kabinasında ondan başqa heç kim olmamış və avtomobil yüksüz olmuşdur. Törətdiyi əmələ görə çox peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanın müqabilində 3000 manat ödəniş etməklə dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs bu barədə məhkəməyə ərizə təqdim edərək iş üzrə icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Etibar oğlu ifadə verib göstərdi ki, "xxxx" MMC-də sürücü işləyir. Həmin şirkətə məxsus “İsuzu” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı kiçik ölçülü yük avtomobilini idarə edir. Həmin yük avtomobili ilə şirkətin satışını həyata keçirdiyi ərzaq məhsullarının müxtəlif mağazalara daşınması ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində iş yoldaşı Şahid1 yük avtmobilinin sərnişin kabinasına əyləşdirərək Şirvan şəhəri, 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətində hərəkətə başlamış, Şirvan şəhəri, 1 May küçəsi ilə qeyd etdiyi istiqamətə hərəkətə davam edən zaman həmin küçədə yerləşən “Tac” adlı mebel mağazasının yanına çatmağa az qalmış yolun sol tərəfindən, ara yoldan “Qaz 53A” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtmobili ona yol vermədən hərəkətə davam edib anidən baş yola, yəni Şirvan şəhəri 1 May küçəsinə çıxaraq həmin küçədən Sabirabad rayonu istiqamətində hərkətə davam etmiş, o, “Qaz 53A” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini qarşısında gördükdə əyləcdən istifadə etmə imkanı olmamış, idarə etdiyi yük avtomobili “Qaz 53A” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin arxa sağ hissəsi ilə toqquşmuş, nəticədə idarəetməni itirərək yolun sağ hissəsində yerləşən dəmir barmaqlıqlara, daha sonra isə şam ağacına dəyib dayanmışdır. Bundan sonra iş yoldaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtmobildən çıxarılaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. xx.xx.2025-ci il tarixdə “İsuzu” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı kiçik ölçülü yük avtomobilini idarə edərkən və ya həmin tarixdən bir gün əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə baş verən zaman “İsuzu” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı kiçik ölçülü yük avtomobilini təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Hadisə qəfildən baş verdiyindən baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün heç bir texniki üsullardan istifadə etmə imkanı olmamışdır. Hadisə nəticəsində baş nahiyyəsinə tikiş qoyulmuş, kəllə beyin travması almış və hər iki ayağından zədə almışdır. Ona 3000 manat maddi ziyan dəymiş və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Şirvan şəhəri, 1 May küçəsində işlədiyi "xxxx" şirkətinə məxsus, şirkətin sürücüsü Zərərçəkmiş şəxsun idarə etdiyi İsuzu” markalı **-JV- *** dövlət qeydiyyat nişanlı kiçik ölçülü yük avtomobilində sərnişin qismində olmuşdur. Həmin gün səhər 07:30 radələrində Mahirlə birlikdə şirkətə getmiş, Mahir şirkətin qarajına daxil olaraq sürdüyü “İsuzu” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı kiçik ölçülü yük avtomobilini götürmüş, həmin avtomobillə Şirvan şəhəri, 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətində hərəkət etmişdirlər. Şirvan şəhəri, 1 may küçəsi ilə qeyd etdiyi istiqamətdə hərkətə davam edən zaman həmin küçədə yerləşən “Tac” adlı mebel mağazasının yanında ara yoldan “Qaz 53A” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtmobilinin birbaşa qarşılarına hərəkət etməsi nəticəsində qəza baş vermişdir. Hadisə zamanı o müxtəlif xəsarətlər amışdır. Bundan sonra isə onu Şirvan şəhər Mərkəzinə xəstəxanasına gətirərək ilkin tibbi yardım göstərdikdən sonra evə buraxmışdırlar. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “İsuzu” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı kiçik ölçülü yük avtomobilinin təxmini sürəti 50-60 km/saat olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı baş yolu gözləyib çıxmalı olan “Qaz 53A” markalı yük avtmobili anidən, gözləmədən və yol verməyərək Mahirin idarə etdiyi avtomobilin qaşısına çıxmış, nəticədə toqquşma baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində köməkçisi olduğu İsuzu markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hikmət Baxşəliyevlə birlikdə işlədikləri "xxxx" MMC-nin anbarından avtomobili götürüb Sabirabad rayonu istiqamətinə, Zərərçəkmiş şəxs idarəsində olan **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sıralama şəklində yola çıxmışlar. Həmin gün Zərərçəkmiş şəxs da istiqaməti Sabirabad rayonu istiqamətində olmuş, hər iki avtomobil Şirvan şəhəri, 1 May küçəsi ilə hərəkətdə olan zaman Mahir onlardan öndə hərəkət etmişdir. Şirvan şəhəri, 1 May küçəsində “Tac” mebel salonun yaxınlığında “Qaz 53A” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil Mahirin avtomobilinin keçməsini gözləmədən ani olaraq ara yoldan əsas yol olan Şirvan şəhəri, 1 May küçəsinə çıxaraq Sabirabad rayonu istiqamətində hərəkətə davam etmiş və nəticədə Mahirin idarə etdiyi “İsuzu” marklı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin “Qaz 53A” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfi ilə toqquşmuşdur. Qəza nəticəsində Mahirin idarə etdiyi “İsuzu” marklı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ hissəsində olan dəmir hasara, oradan da ağaclara çırpılmışdır. Bundan sonra onlar avtomobili saxlayıb Mahiri sıxışdığı avtomobildən FHNnin əməkdaşları ilə birlikdə çıxarmışlar. Sonra Zərərçəkmiş şəxs Şirvan Şəhər MX-na aparılmışdır. İş materiallarında olan 11 mart 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi Şirvan şəhəri, 1 May küçəsində həmin küçənin Sabirabad rayonu istiqamətində, “Qaz 53A” markalı ** BN *** dövlət qeydiyyat nişanlı yük avtomobili və “İsuzu” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı kiçik ölçülü yük avtmobilinin iştirakı ilə baş vermişdir. “Hadisə yerində tormoz izi yoxdur. Yol örtüyünün eni 8 metr olmaqla hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni isə 4 metrdir, Toqquşma yerindən asfaltın sağ tərəfində yolun qurtaracağına qədər olan məsafə 13 metr, sol tərəfə bütöv ağ xəttə qədər olan məsafə isə 2,5 metrdir. Qaz 53A” markalı ** BN *** dövlət qeydiyyat nişanlı yük avtomobili həmin yolun əks istiqamətində dayanmış, arxa sol hissəi zədəli, “İsuzu” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı kiçik ölçülü yük avtomobili isə öz hərəkət istiqamətində yolun kənarında sürücü-sərnişin kabinası zədəli vəziyyətdədir. İş materiallarında olan 11 mart 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokollaşdırma sənədindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 mart 2025-ci il tarixli, 138 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə, sol təpə nahiyyəsiin əzilmiş çapılmış yarası, döş qəfəsinin əzilməsi, sıxılması, hər iki aşağı ətrafın yumşaq toxumaların əzilməsi qançrı – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 11 mart 2025-ci ivl tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 17 iyun 2025-ci il tarixli, 8/694 nömrəli rəyində göstərilmişdir ki, 1.2 Qaz 53A markalı **-BN-*** dövlət qeydiyyat nişnalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Resplikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanamadan keçək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşsıını almağa texniki imkanı olmuşdur. 3.4 İsuzu markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlrində Yol hərəkəti haqqında” Azərbaycan Resplikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin təlblərinə uyğusuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşsıını almağa texniki imkanı olmuşdur. Sürücü Səmədov maksimum hərəkət surəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahsində avtomobili 60 km/saat sürətlə idarə edərə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Resplikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması”) qadağan nişanının tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan RQİ və TBŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-16-7/2-5595/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2004-cü il tarixdə “BC” kateqoriyalı AA-743401 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Lakin sonradan həmin sürücülük vəsiqəsi etibarlılıq müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2014-cü il tarixdə tərəflərindən AE-509048 saylı sürücülük vəsiqəsinə dəyişdirilmişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə etibarlılıq müddəti xx.xx.2034-cü il tarixinədək olan BD-519633 saylı “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan 16 oktyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3776 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Salyan RMX-nın Poliklinika şöbəsinin Ruhiəsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etmiş, həmin ərizəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Etibar oğlu məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və onlarla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Qaz 53 A» markalı ** BN *** dövlət qeydiyyat nişanlı yük avtomobili Təqsirləndirilən şəxs, «İsuzu» markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs Etibar oğluna qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış «Qaz 53 A» markalı ** BN *** dövlət qeydiyyat nişanlı yük avtomobili Təqsirləndirilən şəxs, «İsuzu» markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs Etibar oğluna qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(032)-149/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-149/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver