Məhkəmə qərarları › İş №1(032)-15/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-15/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-15/2024 05.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 15:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında 28 avqust 1982-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 18 iyul 2024-cü tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə «axtarış» elan edilmiş, 20 noyabr 2024-cü il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs vəkil olmasına inandıraraq, müəyyən miqdarda pul müqabilində Azərbaycan Respublikası Ali Məhkəməsində oğlu Şahid3 Əfrayim oğlunun xeyrinə qərar çıxardıracağına dair yalan vəd verərək, etibarından sui-istifadə edib, bu məqsədlə Zərərçəkmiş şəxs 27 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Əmin market» adlı mağazada olan ödəmə terminalı vasitəsilə onun 4169-7377-0649-0964 nömrəli "xxxx" ASC-yə aid bank kartına mədaxil edilən 500 manat, 20 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən «Şirvan market» adlı mağazada olan ödəmə terminalı vasitəsilə onun 4169-7377-0649-0964 nömrəli "xxxx" ASC-yə aid bank kartına mədaxil edilən 100 manat, 14 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən «Şirvan market» adlı mağazada olan ödəmə terminalı vasitəsilə onun 4169- 7377-0649-0964 nömrəli "xxxx" ASC-yə aid bank kartına mədaxil edilən 80 manat pulları alıb, cinayət əməlini davam etdirməklə 2022-ci ilin dekabr ayında ünvan 5 ünvanda Zərərçəkmiş şəxs 1000 manat pulu alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1680 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin oktyabr ayında Şirvan şəhərində yaşayan tanışı Şahid5 ona zəng vurub bildirmişdir ki, Ali məhkəməyə kassasiya şikayəti yazdırmaq istəyən tanışları vardır, həmin şəxslərə kömək edib-edə bilməyəcəyini soruşmuşdur. O, Şahid5 bildirmişdir ki, sənədlərlə tanış olduqdan sonra dəqiq söz deyə biləcək. Şahid5 ona demişdir ki, «sənin nömrəni tanığım şəxsə verirəm, o, sənə zəng vuracaq». O, Şahid5la razılaşmışdır. İki gün sonra ona bir nəfər qadın zəng vurub Şirvan şəhər məhkməsində və Şirvan Apellyasiya məhkəməsində Şahid3 Əfrayim oğlunun cehiz və qızıl-zinət əşyalarına dair işlərinin olduğunu və həmin işlərdə qarşı tərəfin xeyrinə qətnamə çıxarıldığını, həmin qətnamədən narazı olduqlarını bildirmişdir. O, həmin şəxsə bildirmişdir ki, məhkəmə qətnaməsinin şəkillərini onun mobil nömrəsinə göndərsin, həmin qətnaməyə baxsın. 25 oktyabr 2022-ci il tarixdə o, Zərdab rayonundan Bakı şəhərinə gedən zaman Hacıqabul rayonunda yerləşən “Qədir Xum” restoranında Qorxmaz, Qorxmazın anası, Qorxmazın qardaşı və qardaşının arvadı ilə görüşüb onlarda olan digər sənədlərlə də tanış olmuşdur. Onlara bildirmişdir ki, məhkəmə tərəfindən ciddi prosessual norma pozuntusuna yol verilmiş, iş üzrə mediasiya tələb olunmalı halda buna əhəmiyyət verilməmiş, həm Mediasiya haqqında qanunun və Mülki Prosessual Məcəllənin tələbləri pozulmuşdur. O, Qorxmaz və ailə üzvlərinə bildirmişdir ki, «sizə keyfiyyətli kassasiya şikayəti hazırlayaram». Kassasiya şikayəti üçün vəkil orderi vacib olduğu üçün işə vəkil əlavə edəcəyini bildirmişdir. Özünün 3 rayon üzrə mediator olduğunu qeyd etmişdir. O, onlara bildirmişdir ki, vəkilin xərcləri ilə barabər 1200 manat pul lazımdır. Məhkəmədə Şahid3 xeyrinə qərar çıxdığı halda əlavə olaraq ona pul verməli olacaqlarını bildirmişdir. Şahid3 anası bildirmişdir ki, məhkəmədə onların xeyrinə qətnamə çıxdığı halda ona 2000 manat pul verəcək. O, onlarla razılaşmışdır. 27 oktyabr 2022-ci il tarixdə Şahid3 qardaşının arvadı ona məxsus olan **********490964 nömrəli "xxxx" kartına 500 manat pul göndərmişdir. O, 2022-ci ilin noyabr ayında kassasiya şikayəti hazırlamışdır. Sonra Şirvan şəhərinə gəlmişdir. Şirvan şəhərində Ramiz Qorxmazın anası və atası ilə görüşərək onları kassasiya şikayəti ilə tanış etmişdir. Onlara bildirmişdir ki, Bakı şəhərində Şahid4 adlı vəkil vardır, onunla müqavilə bağlamalıdırlar ki, vəkil orderi kassasiya şikayətinə əlavə edilərək elektron məhkəmə sisteminə yerləşdirilsin. Onlar onunla razılaşmışlar. 11 noyabr 2022-ci il tarixdə Qorxmazın qardaşı arvadı ona zəng vurub bildirmişdir ki, vəkil Şahid4 ilə müqavilə bağlamışlar. Hüquq məsləhətxanasının kassasına 300 manat pul ödəmişlər. Bundan sonra o, kassasiya şikayətini həm çap variantında həm də elektron qaydada vəkil Şahid4 təqdim etmişdir. Şahid3 ailə üzvlərindən aldığı puldan 300 manat nağd şəkildə Nicata təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Şahid3 ailə üzvüləri kart hesabına 100 manat pul göndərmişdir. 14 dekabr 2022-ci il tarixdə Şahid3 ailə üzvləri kart hesabına 80 manat pul göndərmişdir. 20 mart 2023-cü il tarixdə Şahid3 qardaşının arvadı X6 məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(106)-1569-2022 saylı qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması barədə qərarın şəklini ona göndərmişdir. Qərardadla tanış olanda ona məlum olmuşdur ki, kassasiya şikayəti vəkil Şahid4 tərəfindən imzalanmadan göndərilmiş və bu səbəbdən geri qaytarılmışdır. O, Nicata belə bir problem yaratdığını və bunu həll etməli olduğunu bildirdikdə aralarında mübahisə yaranmışdır. Nicat ilə münasibətləri pozulmuşdur. Nicat onun zənglərinə cavab verməmişdir. 2023-cü ilin may ayında Mediator vəzifəsindən çıxdıqdan sonra mobil nömrəsini dəyişdiyi üçün Şahid3 və yaxınları ilə əlaqəsi kəsilmişdir. Hesab edir ki, vəkil Şahid4 öz səhvini sığortalamaq üçün həmin şəxsləri onun üstünə qaldırmış və hazırki şikayətin edilməsinə nail olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun kart hesabına pulu kimin göndərməsini dəqiq deyə bilməz. Lakin punun kart hesabına göndərilməsi barədə məlumatları ona Zeynəb bildirmişdir. Şahid3 ailə üzvləri 27 oktyabr 2022-ci il tarixdə ona məxsus olan **********490964 nömrəli "xxxx" kartına 500 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, 14 dekabr 2022-ci il tarixdə 80 manat kart hesabına pul göndərmişdir. Şahid3 ailə üzvləri ona 680 manat pul göndərmişdir. O, onlardan aldığı puldan 300 manatını vəkilə vermiş, 80 manat Ali məhkmənin hesabına dövlət rüsumu ödəmiş, 400 manat isə özü kassasiya şikayəti hazırlamağı üçün almışdır. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs, Qonça Haxaliyeva və Ramiz ilə Şirvan şəhərində görüşmüş, o, onlara kassasiya şikayəti yazdığını bildirmişdir. Kassasiya şikayəti ilə onları tanış etmişdir. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və ya şikayətinin olmamasını nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, oğlu Qorxmaz arvadı Aytən Haxiəliyevadan boşanmışdır. Şirvan şəhər məhkəməsinin qərarı ilə oğlu Qorxmaza 21000 manat pulu Aytən Haxiəliyevanın hesabına köçürməsi barədə qərar qəbul etmişdir. O, Şirvan şəhər məhkəməsinin qərarından narazı olduğu üçün Şirvan Apellyasiya məhkməsinə müraciət etmək qərarına gəlmişdir. Bunun üçün vəkil axtarmışlar. Arvadı Şahid2 Şirvan şəhər mərkəzi xəstəxanasında tibb bacısı işləyir. Arvadı orada mühafizə xidmətində işləyən Şahid5 ilə söhbət edən zaman oğlu Qorxmazın məhkəmədə işi üçün vəkil axtardıqlarını bildirmişdir. Şahid5 Təqsirləndirilən şəxs adlı vəkil tanıdığını arvadına bildirmişdir. Şahid5 arvadına Təqsirləndirilən şəxs mobil nömrəsini vermişdir ki, onunla əlaqə saxlasınlar. Arvadı Şahid2 evə gəldikdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə zəng vurmuş, Zamiq arvadına bildirmişdir ki, Bakı şəhərində vəkillər bürosunun müdiridir. Arvadı oğlunun məhkəmədə işinin olmasını bildirdikdə, Zamiq arvadına demişdir ki, 3000 manat pulun qarşılığında Ali Məhkəmədə oğlu Qorxmazın xeyrinə qərar qəbul etdirə bilər. 25 oktyabr 2022-ci il tarixdə arvadı, oğlu və gəlini Hacıqabul rayonunda yerləşən “Qədir Xum” restoranında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Ailə üzvləri evə gəldikdən sonra ona bildirmişlər ki, Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, 3000 manat qarşılığında Ali Məhkəmədə oğlu Qorxmazın xeyrinə qərar qəbul etdirə bilər. 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus olan 4169-7377-0649-0964 saylı kartın şəklini arvadının mobil telefonuna göndərmişdir. O, həmin kart hesabına Şirvan şəhəri, Heydər Əliyev prospekti 10-da yerləşən “Əmin” bazar marketdən olan terminaldan 500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs oğlunun sənədlərini hazırladığını, Ali Məhkəmədə tanışlarının olduğunu, oğlunun xeyrinə tezliklə Ali Məhkəmədə qərar çıxartdıracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs kart hesabına Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şirvan” marketdən 100 manat pul göndərmişdir. 14 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kart hesabına Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şirvan” marketdən 80 manat pul göndərmişdir. 2022-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs Şirvan şəhərinə gəlmişdir. O, arvadı və Şahid5 Təqsirləndirilən şəxs ilə Şirvan şəhərində yerləşən “Cənnət Bağı” restoranında görüşmüşlər. Təqsirləndirilən şəxs onlarla söhbət etmişdir. Bildirmişdir ki, tezliklə Ali Məhkəmədə oğlunun xeyrinə qərar çıxartdıracaq. O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs onunla və arvadı ilə birlikdə yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, iş hazırdır, tezliklə məhkəmə qərar verəcək. Təqsirləndirilən şəxs ondan 1000 manat pul istəmiş, o, Şirvan şəhəri, Xəqani küçəsi 23/618-də arvadı Şahid2 yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra bildirmişdir ki, Ali Məhkəmədə qərar çıxdıqdan sonra da 1500 manat pul verəcək. O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən getmişdir. Həmin müddətdən sonra o, dəfələrlə Təqsirləndirilən şəxs zəng vursa da onun mobil telefonuna zəng çatmamışdır. O, Təqsirləndirilən şəxs kart hesabına ümumilikdə Şirvan şəhərindən 680 manat pul göndərmiş, Şirvan şəhəri, Xəqani küçində yaşadığı evin həyətində isə 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs onu aldadaraq Ali Məhkəmədə oğlu Şahid3 xeyrinə qərar çıxardacağı adı altında ondan 1680 manat pul almışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir tələb və ya şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahidlər X5 və Şahid2 məhkəməyə gəlməmişdir. X3 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş X5 və Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduqları ifadələrində Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, hazırda Şirvan şəhər mərkəzi xəstəxansında mühafizə xidmətinin rəisi işləyir. Şahid2 Şirvan ŞMXda işləyir, onunla münasibəti normaldır. 2022-ci ilin oktyabr ayında Şahid2 ona bildirmişdir ki, oğlu Qorxmazın barəsində Şirvan şəhər məhkəməsi qərar çıxarmış, həmin qərardan narazıdır, bunun üçün Ali Məhkəməyə müraciət etmək istəyir, lakin vəkil tapa bilmir. O, vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs məsləhət görmüşdür. Şahid2 ona bildirmişdir ki, Zamiqin mobil nöməsini versin, onunla əlaqə saxlasın. O, Təqsirləndirilən şəxs mobil nömrəsini Şahid2 vermişdir. 2022-ci ilin dekabr ayında Qonça Haxaliyeva ona bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhərinə gələcək. Ona bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıdığı üçün onlarla birlikdə onunla görüşə getsin. 2022-ci ilin dekabr ayında Şirvan şəhərində yerləşən “Cənnət Bağı” restoranında o, Zərərçəkmiş şəxs, Şahid2 Təqsirləndirilən şəxs ilə Şirvan şəhərində yerləşən “Cənnət Bağı” restoranında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs, Qonça Haxaliyevaya və Zərərçəkmiş şəxs bildirmişdir ki, Ali Məhkmədə tezliklə oğlunun xeyrinə qərar çıxartdıracaq. Bundan sonra Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs ondan ayrılıb birlikdə getmişlər. Sonradan Şahid2 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onları aldatmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid4 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid4 həmin ifadəsində bildirmişdir ki, hazırda Səbail rayonu 3 saylı vəkil bürosunda vəkil işləyir. Zərdab rayon sakini Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır. Təqsirləndirilən şəxs ilə münasibətləri əvvələr normal olmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayında ona bildirmişdir ki, Şirvan şəhərində şəhid ailəsi vardır, onlara hüquqi yardım etmək lazımdır. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, şəhid ailəsidirsə onlara kömək edə bilər. 11 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng vurub bildirmişdir ki, onunla müqavilə imzalamaq istəyir. O, Əfrayimə bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən ofisinə gəlsin. Həmin vaxt o, ofisdə olmamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng vurmuşdur. Bildirmişdir ki, ofisə gəlmişdir. O, Əfrayimə bildirmişdir ki, hazırda büroda deyil. Onlara bildirmişdir ki, büroda operatora 300 manat pul versin. Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Həmin gün o, büroya getmişdir. Operator ona bildirmişdir ki, Zərərçəkmiş şəxs 300 manat pul vermişdir. O, həmin puldan 190 manat orderə, 50 manat isə kassasiya şikayətinə dövlət rüsumu ödəmişdir. Sonra o, Şirvan Apellyasiya məhkəməsinin mülkü kollegiyasına kassasiya şikayəti vermişdir. X11 müddətin keçdiyi üçün kassasiya şikayətini geri qaytarmışdır. O, yenidən 10 yanvar 2023-cü il tarixli qərardaddan şikayət verərək qərardadın ləğv edilərək müddətin bərpa olunaraq kassasiya şikayətinin əlavə edərək Ali Məhkəmənin mülki kollegiyasına göndərmişdir. Həmin sənədlərin bir surətini Şirvan Apellyasiya məhkməsinə göndərmişdir. Ali Məhkəmənin mülkü kollegiyasının hakimi qərardad qəbul edərək, verdiyi kassasiya şikayətini Şirvan Apelyasiya məhkəməsinə geri qaytarmışdır. Sonradan Zərərçəkmiş şəxs ona zəng vurmuşdur. Ona bildirmişdir ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, vəkil kimi kassasiya şikayəti verməmişdir. O, sənədləri, orderi, kassasiya şikayətinin surətini, ödədiyi qəbzləri Zərərçəkmiş şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona nağd formada və ya kart köçürməsi formasında heç bir ödəniş etməmişdir. O, Zərərçəkmiş şəxs ilə müqavilə imzalamış, buna görə də Zərərçəkmiş şəxs ona 300 manat pul vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 22 iyun 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi X4 icraatına qəbil edilmişdir; 22 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 17 iyul 2023-cü il tarixli şəxsin şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (ş/v - AZE********) şübhəli şəxs qismində tanınmış və axtarış elan olunmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs tutularaq Şirvan şəhər Polis şöbəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır; 06 avqust 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tutularaq Şirvan şəhər polis şöbəsinin MSY-nə təhvil verilmişdir; 06 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; 06 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur; «Zərdab rayon mərkəzi xəstəxanası» X12 16 sentyabr 2023-cü il tarixli, 18-1-79/2- 196/2023 nömrəli məktubunda göstərilmişdir ki, Zərdab rayonunda anadan olmuş və həmin rayonun Azərbaycan küçəsi ev 11, mənzil 15-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 24, mənzil 38-də yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Marif oğlu “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X12 Poliklinkasının Narkoloji və Psixiatriya kabinetində dispanser qeydiyyatında durmur; Şirvan şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 1(032)-15/2024 saylı qərarından görünür ki, 28 avqust 1982-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, onun yeri müəyyən olunduqda barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 21 noyabr 2024-cü il tarixli, 3-16-17/42/2-5969/2024 saylı məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)15/2024 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1982-ci il təvəllüdlü, Zərdab rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Arif oğlu xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir; Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışmasını, sonuncunun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351, 353, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün CM-nin 73-1.1-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar