Məhkəmə qərarları › İş №1(032)-15/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-15/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-15/2025 26.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:08-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİ dərəcəli əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 29 may 2024-cü il tarixdə saat 07 radələrində idarəetdiyi texniki cəhətdən saz vəziyyətdə olan "VAZ 21011 minik" markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 saylı tam orta məktəbin yolundan üzü Şirvan şəhər istiqamətinə çıxmaq üçün hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyib, nəticədə ehtiyatsızlıqdan üzü Salyan rayon istiqamətində hərəkətdə olan Şahid idarəetdiyi “Mercedes Benz 310 DKA" markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobusun ön hissəsi ilə toqquşaraq, idarəetdiyi “VAZ 21011 minik" markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs “ikitərəfli hidrotoraks, hər iki ağ ciyər aşağı pay arxa bazal seqmetdə konsolidasiya sahəsi (kontuziya), sol tərəfli qabırğaların çoxsaylı yerdəyişmiş ikili sınıqları, sağ V qabırğa qövsündə az yerdəyişmiş sınıq, soltərəfli pnevmotoraks, pnevmomediastinum, döş qəfəsinin sol yuxarı hissəsində sol qoltuqaltı və boyun nahiyyəsində dərialtı emfizema” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmadan ibarət cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, 2-ci qrup əlildir, idarəetdiyi “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil anası Zərərçəkmiş şəxs adınadır. Sürücülük vəsiqəsinin müddəti 2021-ci ildə bitmiş, o, qeyd edilən “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. 29 may 2024-cü il tarixdə saat 07 radələrində övladları və anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evdən çıxmışlar, övladlarını 12 saylı məktəbə aparmaq üçün avtomobillə yola düşmüşlər. Övladlarını məktəbə düşürdükdən sonra o, idarəetdiyi “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə məktəbin yolundan Salyan-Şirvan yoluna çıxaraq üzü Şirvan şəhər istiqamətinə dönərkən “Mercedes Benz 310 DKA” markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzü Salyan istiqamətində gəldiyini görmüş, həmin vaxt o, dönməyə çalışarkən mikroavtobusun ön hissəsi idarəetdiyi avtomobilin sol tərəfinə dəymiş və avtomobillər toqquşmuşdur. Toqquşma zamanı o və anası Zərərçəkmiş şəxs xəsarət almışlar. İş üzrə zərərçəkmiş şəxs olan anası Zərərçəkmiş şəxs ondan şikayətçi olmamış və hazırda da şikayətçi deyil. Əməlindən peşmandır. Cəza təyin edilərkən özünün xəstəliyinin və 2-ci qrup əlil olmasının, himayəsində dörd azyaşlı uşağının və ağır böyrək çatışmazlığı nəticəsində dializ xəstəsi olan anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Sonuncunun idarə etdiyi “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir, həmin avtomobili oğlu İsmayıl idarə edir, lakin o, oğlu İsmayıla etibarnamə verməmişdir. 29 may 2024-cü il tarixdə saat 07 radələrində o, oğlu İsmayıl və övladları “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evdən çıxmışlar və oradan Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 saylı tam orta məktəbin qarşısına gəlmişlər və nəvələrini məktəbə düşürmüşlər. Sonra Təqsirləndirilən şəxs idarəetdiyi “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə məktəbin yolundan Salyan-Şirvan yoluna çıxaraq üzü Şirvan şəhər istiqamətinə dönərkən “Mercedes Benz 310 DKA” markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzü Salyan istiqamətində gəldiyini görmüşlər. Həmin vaxt İsmayıl avtomobillə dönməyə çalışarkən mikroavtobusun ön hissəsi idarəetdiyi avtomobilin sol tərəfinə dəymiş və avtomobillər toqquşmuşdur. Toqquşma zamanı o və oğlu İsmayıl xəsarət almışlar. Təqsirləndirilən şəxs onun övladı olmaqla sonuncuya qarşı heç vaxt şikayətçi olmamış və olmayacaqdır. Ağır böyrək çatışmazlığı səbəbindən dializ xəstəsidir, onu həkimə yalnız oğlu İsmayıl aparır. İsmayıl özü də xəstədir, İİ dərəcəli əlildir. Bundan əlavə İsmayılın himayəsində gəlini və dörd azyaşlı uşaqları da vardır. Oğlu Təqsirləndirilən şəxs cəza təyin edilməsinin o, eləcə də İsmayıl və ailəsi üçün ağır məhrumiyyətlərə səbəb olacağının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, “Mercedes Benz 310 DKA” markalı ** LP *** dövlət qeydiyyat nişanlı mikroavtobus Şirvan şəhərində 9 saylı marşurut üzrə fəaliyyət göstərmiş, həmin mikroavtobusu o, idarə etməmişdir, mikroavtobus anası X2 mülkiyyətində olmuşdur. 29 may 2024-cü il tarixdə mikroavtobus qrafik üzrə iş günü olmadığından o, mikroavtobusun salon hissəsini təmir etdirmək üçün Salyan rayonuna aparmışdır. Həmin gün saat 07 radələrində o, həmin məqsədlə Salyan-Şirvan yolu ilə Hacıqəhrəmanlı qəsəbəsində mikroavtobusla hərəkətdə olarkən 12 saylı tam orta məktəbin qarşısından keçərkən “VAZ 21011” markalı avtomobil qarşında anidən dönmə hərəkəti etməyə başlamış, həmin vaxt aralarında təxminən 5-6 metr məsafə olmuş, həmin vaxt o, “VAZ 21011” markalı avtomobillə toqquşmaqdan qaçınmaq üçün yayınmağa çalışsa da, bu mümkün olmamışdır. Həmin vaxt “VAZ 21011” markalı avtomobil anidən onun hərəkət zolağına çıxaraq, surətlə manevr etməyə çalışsa da, bu mümkün olmamışdır. Həmin vaxt idarəetdiyi avtomobilin ön hissəsi “VAZ 21011” markalı avtomobilin sol tərəfinə dəymişdir. Zərbənin təsirindən “VAZ 21011” markalı avtomobilin biraz aralı düşmüşdür. O, dərhal mikroavtobusdan düşmüş və həmin “VAZ 21011” markalı avtomobilə yaxınlaşmış və görmüşdür ki, avtomobilin sürücü Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs xəsarət almışdır. Həmin vaxt TTYS-nə zəng edərək bu barədə məlumat vermiş və yardım çağırmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə TTYS-dan və polis şöbəsindən əməkdaşlar gəlmişlər və Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən yer şəhərin Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 16 saylı məktəbin qarşısından keçən yoldur. Hadisə yeri yaşayış məntəqəsi daxilidir, yol asfalt örtüklü, quru, düz və hamardır. Hərəkət iki istiqamətlidir, hərəkət istiqamətləri 1.3 üfüqi nişanlanma xətti ilə ayrılır. Bir istiqamətdə hərəkət zolaqları düz xətlə bölünmüşdür. 4 hərəkət zolağı olmaqla, hərəkət hissənin eni bir istiqamətdə 3,5 metrdir. Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024cü il tarixli, 08476 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-8/2169 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 xx.xx.2024-cü il tarixli 262 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-ikitərəfli hidrotoraks, hər iki ağ ciyər aşağı pay arxa bazal seqmetdə konsolidasiya sahəsi (kontuziya), sol tərəfli qabırğaların çoxsaylı yerdəyişmiş ikili sınıqları, sağ V qabırğa qövsündə az yerdəyişmiş sınıq, soltərəfli pnevmotoraks, pnevmomediastinum, döş qəfəsinin sol yuxarı hissəsində sol qoltuqaltı və boyun nahiyyəsində dərialtı emfizema-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 29 may 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X9” X15 Ambulator məhkəmə psixiatrik ekspertizasının 08 oktyabr 2024-cü il tarixdə 2934 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlnin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli əqli gerilik aşkar edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyəti vardır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Şirvan RQİ və TB şöbəsinin 07 avqust 2024-cü il tarixli 3-13-16-7/2-6398/2024 saylı məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Ş.İsmayılzadə küçəsi ev 16da yaşayan Təqsirləndirilən şəxs 2507.2017-ci il tarixdə “B” kateqoriyalı AE-523724 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Lain, həmin sürüclük vəsiqəsi xx.xx.2019-cu il tarixdə 2 (iki) il etibarlıq müddəti olan AE-533199 saylı sürücülük vəsiqəsinə dəyişdirilmişdir. Hal-hazırda onun adı sürücülük hüququ məhdudlaşdırılmış şəxslərin siyahısında mövcud deyildir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli 18-1-35/2-1190/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında deyil. Şirvan şəhər İHB-nin Hacıqəhrəmanlı Qəsəbə İƏV üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşulardan qəsəbə sakinlərindən şikayət daxil olmayıb. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı 4 övladı vardır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcə əlilliyə görə 393 manat 33 qəpik pensiya alır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 4 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən İİ dərəcəli əlil olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 48-ci hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri kimi müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ikinci dərəcəli əlil olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Şərti məhkum edilmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti müəyyən edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan - 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 344-347-ci, 351- 353-cü, 381-ci , 384-cü, 385-ci maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan - 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın . Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar