Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-151/2023 13.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:25-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.1-ci maddələri ilə, xx.xx.1997-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 12A, mənzil 2-də qeydiyyatda olmaqla, ünvan 6-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Şirvan şəhərinin «Sever yolu» adlı ərazisində yerləşən dönərxanada Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxs istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs dönərxananın qarşısında qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yumruq və təpiklə sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasında qansızma, sol gözaltı nahiyədə qançır, sol gözətrafı nahiyədə sıyrıqlar, ağızın sol bucağında və alt dodağın iç səthində əzilmiş-cırılmış yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, qanunsuz olaraq 01 ədəd 7838-K nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modeli, çaxmaqlı, hamar tək lüləli, lüləsi kustar üsulla kəsilmiş, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı, yivsiz odlu silah hesab edilən ov tüfəngini əldə edib, daşımaqla, yaşadığı ünvan 1 ünvanının həyətindəki girişi küçəyə baxan birmərtəbəli obyektdə saxlamış və 11 aprel 2023-cü il tarixdə saat 05 radələrində yaşadığı ünvan 1 ünvanının həyətindəki girişi küçəyə baxan birmərtəbəli obyektə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz axtarış nəticəsində qeyd olunan ov tüfəngi obyektə girişdən sağ tərəfdə küncdə xalçaların arasından bir ədəd un kisəsinin içərisindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında birləşərək 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Şirvan şəhərinin «Sever yolu» adlı ərazisində yerləşən dönərxanada Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan müba hisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs dönərxananın qarşısında qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə yumruq və təpiklə sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasında qansızma, sol gözaltı nahiyədə qançır, sol gözətrafı nahiyədə sıyrıqlar, ağızın sol bucağında və alt dodağın iç səthində əzilmiş-cırılmış yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında birləşərək 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Şirvan şəhərinin «Sever yolu» adlı ərazisində yerləşən dönərxanada Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs dönərxananın qarşısında qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə yumruq və təpiklə sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasında qansızma, sol gözaltı nahiyədə qançır, sol gözətrafı nahiyədə sıyrıqlar, ağızın sol bucağında və alt dodağın iç səthində əzilmiş-cırılmış yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, təxminən 6 ildir ki, həyətyani sahəsində özünə məxsus çörək sexi işlədir. Şirvan şəhərində təxminən 15 dükana topdan qiymətinə çörək verir. Adını eşitdiyi Şirvan şəhər sakini olan Baba adlı şəxs də kiminsə sexində sürücü işləyir və dükanlara çörək paylayır. Onun sexində bişirilən çörəkləri dükanlara topdan satan işçilərindən biri ona mütəmadi olaraq bildirmişdir ki, Baba çörək verdikləri dükanlarda çörək polkalarında onların sexinə məxsus çörəkləri bir kənara yığır və işlədiyi sexə məxsus çörəkləri səliqəli olaraq polkaya düzür. Hətta onların sexinin çörəklərinin üstünə öz işlədiyi sexə məxsus çörəkləri yığır. O, bununla bağlı Babanın yaxınlarına dəfələrlə xəbərdarlıq etmişdir ki, Babaya desinlər ki, belə etməsin, bir-birlərinin çörəyinə dəyməsinlər. Lakin Baba onun xəbərdarlığına baxmayaraq öz hərəkətini davam etdirməklə yenə də dükanlarda onların sexinə məxsus çörəklərin üstünə öz işlədiyi sexə məxsus çörəkləri yığmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Baba ona zəng vuraraq bildirmişdir ki, onun qohumlarına ondan niyə şikayət etmiş, sözü var özünə desin. Telefonda aralarında sözlə mübahisə yaranmış və ondan soruşmuşdur ki, haradadır, yerini desin, gəlib üzbəüz söhbət etsinlər. O da heç bir etiraz etmədən Babaya olduğu yer olan sever yoluna gəlməsini istəmişdir. Təxminən 10-15 dəqiqədən sonra Baba idarə etdiyi avtomobillə o, olduğu yerə gəlmişdir. Həmin vaxt o, orada dönərxanada olmuşdur. Baba da avtomobilindən düşərək onun oturduğu yerə gəlmişdir. Baba ilə aralarında söhbət əsnasında mübahisələri yaranmış və onların arasında dava yaranmışdır. Onların aralarında dava olarkən orada heç kim olmadığından onları aralayan olmamışdır. Biraz dartışdıqdan sonra onlar aralanmışlar və birinci olaraq Baba dönərxanadan çıxıb öz avtomobilinə əyləşərək çıxıb getmiş və o da Babadan sonra dönərxanadan çıxıb avtomobilinə əyləşərək işinin dalınca getmişdir. Onların aralarında münaqişə olarkən o, heç bir xəsarət almamışdır. Babanın isə hər hansı bir xəsarət aldığını görməmişdir. Təxminən 2 gün sonra onu Şirvan şəhər Polis Şöbəsinə polis əməkdaşı çağırmışdır. Fikirləşmişdir ki, Baba ondan şikayət edib bu səbəbdən də qorxaraq polis şöbəsinə gəlməmişdir. İşləri ilə əlaqədar olaraq Bakı şəhərinə çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhərində olarkən mülki geyimli iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və Şirvan şəhər polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona izah etmişlər ki, barəsində Şirvan şəhər X7 bölməsində cinayət işi başlanmış və iş üzrə axtarış elan olunmuşdur. Bu səbəbdən də ona bildirmişlər ki, onlarla Şirvan şəhər Polis Şöbəsinə gəlməlidir. O da heç bir etiraz etmədən onlarla birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinə çatdıqdan sonra onu şöbənin müvəqqəti saxlama yerinə təhvil vermişlər. Sonradan onun yaşadığı ünvan 1 ünvanında yerləşən obyektində onun iştirakı və icazəsi ilə axtarış aparılmışdır. Axtarış zamanı yaşadığı evin həyətindəki obyektdə gizlətdiyi bir ədəd ov tüfəngi aşkar olunaraq götürülmüşdür. Tutulmamışdan təxminən 3-4 gün əvvəl günorta vaxtı Şirvan şəhərində olarkən məhlələrində olan zibilxanada silaha oxşayan əşya görmüşdür. Yaxınlaşıb baxdıqda həmin əşyanın tüfəng olduğunu müəyyən etmişdir. Həmin tüfəngin lüləsi kəsilmiş vəziyyətdə olmuşdur. O, kənarda heç kimin olmadığına əmin olaraq həmin tüfəngi götürərək gətirib həyətlərində olan tikilinin içərisində bir ədəd un kisəsinin içərisinə qoyaraq köhnə xalçaların altında gizlətmişdir. Həmin tüfəngi ov etmək niyyəti ilə özündə saxlamış və fikirləşmişdir ki, sonra sənədləşdirər. Baba ilə arasında yaranan münaqişə vaxtı onun yanında heç kim olmamışdır və aralarında yaranan münaqişə vaxtı heç biri xəsarət almamışlar. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də hadisə vaxtı onunla birlikdə olduqlarını təsdiq etdi. Əməlindən peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə əvvəlcə özünü təqsirli bilmədi, ifadə verərək bildirdi ki, 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə Elmarın yaşadığı evin qarşısında olan təndirinin yanında dayanıb söhbət etmişlər. Bu vaxt sonradan adını bildiyi Baba adlı şəxslə adını bilmədiyi bir nəfər şəxs Babanın idarə etdiyi avtomobillə təndirin qarşısında dayanmışlar. Bundan sonra Baba Elmara yaxınlaşmış və Elmarla nəsə söhbət etdikdən sonra Elmar Babaya bildirmişdir ki, maşınına oturub dalınca sürsün. Onlar da Şükranla birlikdə Elmarın idarə etdiyi “Niva” markalı avtomobilinə əyləşmişlər. Elmar birbaşa avtomobilini “Sever” yolunda olan dönərxanalarına sürmüşdür. Baba da idarə etdiyi avtomobillə yanında olan adını bilmədiyi şəxslə arxalarınca oraya gəlmişlər. Elmar dönərxananın qarşısında avtomobilini saxlamış və onlar birlikdə avtomobildən düşərək dönərxanaya girmişlər. Baba da yanında olan şəxslə birlikdə arxalarınca dönərxanaya daxil olmuşlar. Onlar hamısı dönərxanada sağ küncdə olan masada əyləşmişlər. Elmarla Baba öz aralarında çörək alveri barədə söhbət etmişlər. Elmarla Babanın arasında sözlə mübahisə yaranmış və onlar sakitləşdirmişlər. Biraz keçdikdən sonra Elmar söhbət əsnasında Babaya demişdir ki, çıxıb çöldə söhbət etsinlər. Baba və Elmar ayağa qalxıb dönərxanadan çıxarkən onlar da ayağa qalxıb çölə çıxmaq istəmişlər. Ayağa qalxdıqdan sonra Elmar Babanın sifət nahiyyəsindən yumruqla vurmuşdur. Onlar dərhal Baba və Elmarın arasına girərək onları aralamışlar. Şükranla o, Elmarı aralayaraq dönərxanadan çölə çıxartmışlar. Babanı isə yanında gələn adını bilmədiyi şəxs qolundan tutaraq dönərxanadan çölə çıxarıb avtomobilinə əyləşdirərək götürüb aparmışdır. Onlar isə dönərxananın qarşısında dayanıb təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra hərəsi öz işlərinin arxasınca getmişlər. Bundan sonra nə baş verdiyindən məlumatı yoxdur. Elmarla Baba dönərxanadan uca səslə mübahisə etdikləri üçün o, onların ikisini də sakitləşdirmək istəmiş, ola bilsin ki, Baba onu düzgün başa düşməmişdir. Həmin vaxt dərhal onları ayırmışlar və nə o, nədə ki, Şükran ona əl qaldırmamışlar. Elmarla Babanın arasında təxminən 5 dəqiqə münaqişə olmuş, dərhal onları aralayaraq münaqişənin davam etməsinə mane olmuşlar. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, dostu Təqsirləndirilən şəxs3lə birlikdə Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs dalaşarkən orada olduqlarını, Təqsirləndirilən şəxs1 müdafiə etdiklərini təsdiq etdi. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə əvvəl özünü təqsirli bilmədi, ifadə verərək bildirdi ki, 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə Elmarın yaşadığı evin qarşısında olan təndirinin yanında dayanıb söhbət etmişlər. Bu vaxt sonradan adını bildiyi Baba adlı şəxslə adını bilmədiyi bir nəfər şəxs Babanın idarə etdiyi avtomobillə təndirin qarşısında dayanmışlar. Bundan sonra Baba Elmara yaxınlaşmış və Elmarla nəsə söhbət etdikdən sonra Elmar Babaya bildirmişdir ki, maşınına oturub dalınca sürsün. O da Elmirlə birlikdə Elmarın idarə etdiyi “Niva” markalı avtomobilinə əyləşmişlər. Elmar birbaşa avtomobilini Sever yolunda olan dönərxanalarına sürmüşdür. Baba da idarə etdiyi avtomobillə yanında olan adını bilmədiyi şəxslə arxalarınca oraya gəlmişlər. Elmar dönərxananın qarşısında avtomobilini saxlamış və onlar hamı birlikdə avtomobildən düşərək dönərxanaya girmişlər. Baba da yanında olan şəxslə birlikdə onların arxalarınca dönərxanaya daxil olmuşlar. Onlar hamısı dönərxanada sağ küncdə olan masada əyləşmişlər. Elmarla Baba öz aralarında çörək alveri barədə söhbət etmişlər. Elmarla Babanın arasında sözlə mübahisə yaranmış və onlar Baba və Elmarı sakitləşdirmişlər. Biraz keçdikdən sonra Baba söhbət əsnasında Elmara demişdir ki, çıxıb çöldə söhbət etsinlər. Baba və Elmar ayağa qalxıb dönərxanadan çıxarkən onlar da ayağa qalxıb çölə çıxmaq istəmişlər. Ayağa qalxdıqdan sonra Elmar Babanın sifət nahiyyəsindən yumruqla vurmuşdur. Onlar dərhal Baba və Elmarın arasına girərək onları aralamışlar. Elmirlə o, Elmarı aralayaraq dönərxanadan çölə çıxartmışlar. Babanı isə yanında gələn adını bilmədiyi şəxs qolundan tutaraq dönərxanadan çölə çıxarıb avtomobilinə əyləşdirərək götürüb aparmışdır. Onlar isə dönərxananın qarşısında dayanıb təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra hərəsi öz işlərinin arxasınca getmişlər. Bundan sonra nə baş verdiyindən məlumatı yoxdur. Həmin vaxt dərhal onları ayırmışlar və nə o, nədə ki, Şükran ona əl qaldırmamışlar. Elmarla Babanın arasında təxminən 5 dəqiqə münaqişə olmuş, dərhal onları aralayaraq münaqişənin davam etməsinə mane olmuşlar. Təqsirləndirilən şəxs3 daha sonra ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, dostu Təqsirləndirilən şəxs2lə birlikdə Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs dalaşarkən orada olduqlarını, Təqsirləndirilən şəxs1 müdafiə etdiklərini təsdiq etdi. Əməlindən peşmandır.Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində işlədiyi sexin qarşısında dayanarkən adını eşitdiyi lakin üzünü görmədiyi Şirvan şəhərində çörək sexi olan Elmar adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, Şirvan şəhərində yerləşən özünə məxsus “Emilin təndiri”nin qarşısında dayanıb onu gözləyir, onunla işi vardır, gəlsin. O da həmin vaxtı dostu, Şirvan şəhərində yaşayan Elgünə zəng vurmuş və sonuncunu da götürüb idarə etdiyi sexə məxsus Ford markalı avtomobillə Elmar dediyi ünvana getmişdir. Onlar təndirin qarşısına çatanda təndirin qarşısında dayanan qara rəngli “Niva” markalı avtomobildən 3 nəfər şəxs düşmüş və ona yaxınlaşmışdır. Onlardan biri ona özünü təqdim edərək bildirmişdir ki, Elmar odur, ona zəng vuran o, olmuşdur. O da bildirmişdir ki, «buyur məni niyə bura çağırmağının səbəbini de». Elmar ona bildirmişdir ki, «otur maşınına arxamızca gəl Sever yoluna». Onlar öz avtomobilinə əyləşərək çıxmışlar, o da Elgünlə birlkikdə idarə etdiyi avtomobilə əyləşərək onların arxasınca sürmüşdür. Sever yolu deyilən ərazidə dönərxananın qarşısında Elmar avtomobilini saxlamış və avtomobildən düşərək üçü də dönərxanaya keçmişlər. O da Elgünlə birlikdə avtomobildən düşüb onların arxasınca dönərxanaya keçmişlər. Hamısı dönərxanada sağ küncdə olan masada əyləşmişlər. Əyləşdikdən sonra Elmar ona bildirmişdir ki, “bizim çörəyimizə bais olursan sən?”. O, Elmara cavab olaraq bildirmişdir ki, «mən səni başa düşmədim nə demək istəyirsən». Elmar və yanındakılar ona danışmağa imkan verməmişlər. Elmar ona hədə ilə bildirmişdir ki, “sən məni tanıyırsan kiməm?”. O, Elmara bildirmişdir ki, ona aydın deyil ki, onu bura niyə çağırmışlar. Bu vaxt Elmarın yanında olan sonradan adını bildiyi Elmir adlı şəxs ona təkidlə bildirmişdir ki, “Sakit dayan, böyük danışanda kiçik danışmaz”. Bundan sonra Elmar ona bildirmişdir ki, “əlim qanlıdır, orucam, mənim əlimi qana batırma”. Sonra Elmar təkidlə ona bildirmişdir ki, “Vapşe dur çıxaq sənlə çölə”. O da masadan qalxıb çölə çıxmaq istəyərkən dönərxananın içərisindən çölə çıxmamış, birinci addımında Elmar onu arxadan sol sifət nahiyəsinə yumruqla vurmuşdur. Bu vaxt o, özünü itirmiş və nə baş verdiyini bilməyərək sifətini tutub arxaya çevrilmişdir ki, görsün onu niyə vurmuşdur. Bundan sonra Elmar və yanında olan Elmir və adının sonradan Şükran olduğunu öyrəndiyi 3-cü şəxs onun sifət və bədən nahiyələrinə vurmağa başlamışlar. Yanında olan Elgün onları aralamaq istəsə də onlar 3 nəfər olduğu üçün onu onlardan aralaya bilməmişdir. O, onların yumruqlarına və təpiklərinə dözməyərək yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra onu yerdə hər üçü təpikləmişlər. O, xahiş etmişdir ki, buraxsınlar onu getsin, Elmar ona yerdə təpik vura-vura bildirmişdir ki, “de ki qələt eləmişəm, bundan sonra səni buraxaq.” O, onların təzyiqlərinə dözməyərək, Elmarın ondan tələb etdiyi kimi onlara bildirmişdir ki, “qələt etmişəm.” Bundan sonra onlar ondan aralanmışlar. O, ayağa qalxmaq istəyəndə başı gicəllənmiş və yerə yıxılarkən Elgün onun qoluna girərək saxlamış və dönərxanadan çıxıb maşınına gəlmişlər. Elgün avtomobili idarə etmiş və onu evlərinə gətirmişdir. Daha sonra atası Taleh onu xəstəxanaya aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərilmiş və evə buraxmışlar. Onlar dönərxanada olarkən özlərindən başqa heç kim olmamışdır. Aralarında münaqişə təxminən 20 dəqiqə davam etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib göstərdi ki, xx.xx.2023cü il tarixdə saat təxminən 16 radələrində əsgər yoldaşı Baba ona zəng vuraraq bildirmişdir ki, görüşüb çay içsinlər. O da heç bir etiraz etmədən bildirmişdir ki, «gəl məni götür gedək çay içək». Təxminən yarım saatdan sonra Baba onu yaşadığı qəsəbədən idarə etdiyi Ford markalı avtomobili ilə götürmüş və Köhnə şəhər yaşayş massivi istiqamətinə getmişlər. Köhnə şəhərdə “Emilin təndiri” adlı təndirin qarşısında saxlamış və maşından düşmüşlər. Bu vaxt orada olan qara rəngli “Niva” markalı avtomobildən tanımadığı 3 nəfər şəxs düşərək onlara yaxınlaşmışlar. Onlardan biri Babaya demişdir ki, «gedəyin çayçıya». Onlar öz avtomobillərinə əyləşib çıxmışlar, onlar da onların arxasınca getmişlər. Şirvan şəhərində “Sever” yolu deyilən ərazidə yerləşən dönərxananın qarşısında maşınları saxlamışlar, birlikdə dönərxanaya keçmişlər. Onlar hamısı dönərxananın sağ küncündə olan masada əyləşmişlər. Təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra Baba ona bildirmişdir ki, «sən bizi bağışla, çöldə gözlə, bizim söhbətimiz var». O da masadan qalxmış və kafedən çölə çıxaraq siqaret yandıraraq telefonunda olan videolara baxmışdır. Biraz keçmişdir ki, Baba üzü qanlı halda çölə çıxmışdır. O, Babadan nə olduğunu soruşduqda Baba ona bildirmişdir ki, «narahat olma məni apar aptekə». O, Babanı maşınına əyləşdirərək maşını özü sürmüş və sonuncunu qohumunun aptekinə aparmışdır. Aptekdə biraz oturduqdan sonra Baba maşını ilə evlərinə getmiş, o da marşrutla evlərinə getmişdir. Bundan sonra nə baş verdiyindən məlumatı olmamışdır. Onların arasında baş verən münaqişə vaxtı o, dönərxanadan çöldə olmuş, onların arasında hansı səbəbdən münaqişə olmasını və kimin kimlə dava etməsini görməmişdir. Sadəcə olaraq Baba dönərxanadan çölə çıxdıqdan sonra onun sifətinin qan içində olmasını görmüş, nə olduğunu soruşduqda bildirmişdir ki, «narahat olma sənlik deyil». Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 03 aprel 2023cü il tarixli, 136 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol gözün ağlı qişasında qansızma, sol gözaltı nahiyədə qançır, sol gözətrafı nahiyədə sıyrıqlar, ağızın sol bucağında və alt dodağın iç səthində əzilmiş-cırılmış yaralar küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 aprel 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 11 aprel 2023-cü il tarixli, 23/279R saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 7838 №-li silah, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir, hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş axtarış aparılması haqqında 11 aprel 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanının həyətyanı sahəsindəki girişi küçəyə baxan obyektdə axtarış keçirilmiş, axtarış zamanı obyektə girişdən sağ tərəfdə küncdə xalçaların arasından bir ədəd lüləsi kəsilmiş vəziyyətdə olan tüfəng aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdr. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İV № 491120 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs1, anası X2r. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İİ № 956384 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs1, anası X2r. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İİİ № 300573 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs1, anası X2r. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 may 2023-cü il tarixdə verilmiş 2661 saylı arayışdan görünür ki, Əmənov X8 şəhəri, Ə.Bayramov küçəsi, ev 18B ünvanında yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 may 2023-cü il tarixdə verilmiş 2915 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs2 barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 may 2023-cü il tarixdə verilmiş 2917 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 6 ünvanında yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs3 barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad edilən cinayətin onlar tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında ,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi,habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki,cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki,”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini,yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir.Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək,gücünü nümayiş etdirmək,qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Şirvan şəhərinin «Sever yolu» adlı ərazisində yerləşən dönərxanada Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxs istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs dönərxananın qarşısında qrup üzvləri Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan «Şükran» adlı şəxslə yumruq və təpiklə sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasında qansızma, sol gözaltı nahiyədə qançır, sol gözətrafı nahiyədə sıyrıqlar, ağızın sol bucağında və alt dodağın iç səthində əzilmiş-cırılmış yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmiş və bundan başqa, qanunsuz olaraq 01 ədəd 7838-K nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modeli, çaxmaqlı, hamar tək lüləli, lüləsi kustar üsulla kəsilmiş, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı, yivsiz odlu silah hesab edilən ov tüfəngini əldə edib, daşımaqla, yaşadığı ünvan 1 ünvanının həyətindəki girişi küçəyə baxan birmərtəbəli obyektdə saxlamış və 11 aprel 2023-cü il tarixdə saat 05 radələrində yaşadığı ünvan 1 ünvanının həyətindəki girişi küçəyə baxan birmərtəbəli obyektə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz axtarış nəticəsində qeyd olunan ov tüfəngi obyektə girişdən sağ tərəfdə küncdə xalçaların arasından bir ədəd un kisəsinin içərisindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 221.2.1 və 228.1-ci maddələrinin tərkibini təşkil edir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında birləşərək 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Şirvan şəhərinin «Sever yolu» adlı ərazisində yerləşən dönərxanada Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan müba hisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs dönərxananın qarşısında qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə yumruq və təpiklə sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasında qansızma, sol gözaltı nahiyədə qançır, sol gözətrafı nahiyədə sıyrıqlar, ağızın sol bucağında və alt dodağın iç səthində əzilmiş-cırılmış yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 221.2.1-ci maddəsinin tərkibini təşkil edir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında birləşərək 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Şirvan şəhərinin «Sever yolu» adlı ərazisində yerləşən dönərxanada Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs dönərxananın qarşısında qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə yumruq və təpiklə sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasında qansızma, sol gözaltı nahiyədə qançır, sol gözətrafı nahiyədə sıyrıqlar, ağızın sol bucağında və alt dodağın iç səthində əzilmiş-cırılmış yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 221.2.1-ci maddəsinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməklə onunla barışıq əldə edilməsini və onlara qarşı tələbin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.1.3-cü, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, əməllərindən peşman olmalarını CM-nin 59.2-ci maddəsinə əsasən hər üç təqsirləndirilən şəxsin, əlavə olaraq himayəsində 3 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 iş üzrə cəzalarını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması, CM-nin 228.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 11 aprel 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə islah işləri cəzası təyin olunmalı, cəzalarını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 01 ədəd 7838 №-li yivsiz odlu silah müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinə təhvil verilməlidir. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 221.2.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 10 ay müddətə azadlığın məhdudlaşdıırlması cəzası 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respubliksı CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 11 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 01 ədəd 7838-K №-li yivsiz odlu silah müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinə təhvil verilsin. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-151/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-151/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver