Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-152/2024 13.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:05-də Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olan, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 33, mənzil 121-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 03 may 2024-cü il tarixdə saat 17:30 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, H.Əliyev prospekti 16 ünvanda yerləşən Şirvan şəhər X1 şöbəsinin sarı otağında ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında Şirvan şəhər Mərkəzi Xəstəxanasının növbətçi həkimi Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması hədəsi ilə və sonuncuya məxsus əmlakın zədələnməsi ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyub, Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edərək sonuncuya məxsus fonondeskop cihazını əli ilə qəsdən yerə vurub sındıraraq Zərərçəkmiş şəxs 40 (qırx) manat maddi ziyan vurmaqla ictimai qaydanın ümumilikdə 5 dəqiqə müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, ona görə də, başında şiddətli ağrılar olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 16:30 radələrində Şirvan şəhər Mərkəzi xəstəxanasına tək getmiş, təcili yardım şöbəsinə daxil olmuş, orada olan həkimlərə şiddətli baş ağrıları olduğunu demiş, ağrısı keçməsindən ötrü ona tibbi yardım göstərilməsini istəmişdir. Bir qədər gözləmiş, lakin ona heç bir tibbi yardım göstərilməmişdir. Bundan bərk əsəbləşmiş, həkim Zərərçəkmiş şəxs ona Analgin+dimedrol vurulmasını istəmişdir. Bundan sonra sarğı otağına keçmiş, həkim Zərərçəkmiş şəxs da orada olmuşdur. O, əsəblərini cilovlaya bilməmiş, səs-küy salmışdır. Pənah həkimin qarşısında olan, stolun üzərində olan fonendoskop aparatını və stolun üzərindəki jurnalı götürüb, zərblə yerə atmışdır. Həmin vaxt sarğı otağında bir neçə şəxslər olmuş, lakin onları tanımamışdır. Həkimlərə qarğış edərək onun gününə düşməklərini demişdir. Hadisə zamanı heç kimi vurub xəsarət yetirməmiş, həmin mübahisə təxminən 5 dəqiqə müddətində davam etmiş, mübahisəni kimlərin görməsini bilməmişdir. Az sonra oradan çıxıb yaşadığı evə getmişdir. Hal-hazırda tək yaşayır, atası və anası vəfat etmişdir. Bacısı isə təxminən 1 il bundan əvvəl Bakı şəhəri ərazisində olarkən yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Heç bir kəsi yoxdur. 2016-cı il tarixdən isə onda nevroz və panikatak xəstəliyi aşkar olunmuşdur. Hazırda Zərərçəkmiş şəxsla barışmış və ona dəymiş maddi ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şirvan şəhər Mərkəzi xəstəxanasında növbətçi həkim işləyir. xx.xx.2024cü il tarixdə Şirvan şəhər X1 şöbəsində olarkən təxminən saat 17:30 radələrində Şirvan ŞMX-nın sarı otağında Şirvan şəhər sakini, Təqsirləndirilən şəxs ona təcili olaraq Analgin və Dimedrol vurulmasını tələb etmiş, o, Təqsirləndirilən şəxs müayinə etmiş, müayinə etdikdən sonra iynə və dərmana ehtiyacı olmadığını dedikdə Təqsirləndirilən şəxs səbəbsiz yerə onun üstünə qışqırıb, orada səs-küy salaraq ətrafda olan şəxslərin, pasiyentlərin narahatçılığına səbəb olmuş, onu ucadan nalayiq ifadələrlə təhqir etmişdir. Anidən stolun üzərində olan ona məxsus 40 manat dəyərində fonendoskop aparatını və stolun üzərində olan xidməti jurnalı yerə zərblə çırpmış, səs-küyə ətrafda olan şəxslər və həkimlər gəlmişdir. Təqsirləndirilən şəxs sakitləşdirmək istəsələr də, o, daha da aqressivləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs xəstəxananı tərk etmişdir. Əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs Acil şöbəsinə gələrkən görmüşdür. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirməmiş, lakin ona məxsus 40 manat dəyərində fonendoskop aparatını yararsız hala salmışdır. O, bu barədə Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə təxminən 5 dəqiqə müddətində davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şirvan ŞMX-da olarkən Acil şöbəsində səs-küy eşitmiş, dərhal həmin yerə yaxınlaşdıqda Təqsirləndirilən şəxs orada Şirvan ŞMX-nın növbətçi həkimi Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, üstünə qışqırdığını, ətrafda olan şəxslərin və pasiyentlərin narahatçılığına səbəb olduğunu görmüşdür. O, dərhal Təqsirləndirilən şəxs nizam intizama dəvət edib oradan bayıra çıxarmağa çalışmış, lakin Təqsirləndirilən şəxs daha da aqressivləşib ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. O, Xəyalə Qurbnanzadəni bayıra çıxartmış, sonradan Acil şöbəsinə daxil olub sarı otağına baxdıqda yerdə sındırılmış vəziyyətdə fonendoskop aparatının olduğunu görmüşdür. Pənah həkimdən nə olduğunu soruşduqda həmin cihazı az əvvəl Təqsirləndirilən şəxs səbəbsiz yerə sındırdığını bildirmiş, bundan sonra bu barədə akt tərtib olunmuşdur. Həmin hadisə zamanı orada səs-küy yaranmış, bu ətrafda olan pasiyentlərin və həkimlərin narahatçılığına səbəb olmuşdur. Həmin hadisə təxminən 5 dəqiqə müddətində davam etmişdir. Məhkəmə iclasında X2 və Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 may 2024-cü il tarixdə saat 17:30 radələrində Şirvan şəhər Mərkəzi Xəstəxanasının həyətində yerləşən Acil şöbəsinin 1-ci mərtəbəsində olan otaqda Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozduğu, səs-küy saldığı və Şirvan şəhər Mərkəzi Xəstəxanasının növbətçi həkimi Zərərçəkmiş şəxs məxsus fonondeskop aparatı yararsız hala saldığı, hadisənin 5 dəqiqə müddətində davam etdiyi, həmin xəstəxanada durğunluq olduğu, ora kənar şəxslər toplaşdığı və orada çoxlu sayda pasiyentlərin olduğu müəyyən olunmuşdur. İş materiallarında olan, baxış keçirilməsi haqqında 06 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilən fotoşəkillərdən görünür ki, hadisə yeri Şirvan şəhər Mərkəzi Xəstəxanasının həyətində yerləşən Acil şöbəsinin 1-ci mərtəbəsində olan sarı otaqdır. Baxışda iştirak edən Şirvan şəhər Mərkəzi Xəstəxanasının növbətçi həkimi Zərərçəkmiş şəxs sarğı otağını göstərib, hadisə vaxtı məhz həmin yerdə Təqsirləndirilən şəxs ictimai qaydanı pozduğunu, səs-küy saldığını və ona məxsus fonondeskop aparatını yararsız hala saldığını və xidməti jurnalı zərblə yerə çırpıb cırdığını bildirmişdir. Zərərçəkmiş şəxs göstərdiyi yerə baxış keçirilərkən həmin yerin ictimai yer olması, orada çoxlu sayda pasiyentlərin və daima insanların olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Şirvan şəhər X3 Hüquqi Şəxsin 14 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin Ruhi-əsəb narkoloji kabinetində qeydiyyatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 iyul 2024cü il tarixli, 1950 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman mülayim dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən dissosiativ konversion pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda mülayim dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 iyul 2024-cü il tarixdə verilmiş 3578 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 iyul 2024-cü il tarixdə verilmiş 295 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair 19 iyul 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Modern Hospital klinikası tərəfindən verilmiş 11 aprel 2020-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində Modern Hospital klinikasında nevropatoloqun müayinəsində olmuş və ona “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Nevroz.” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respubliksı Nevroloji klinikası tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən nevroloji klinikaya müraciət etmişdir, hazırkı dövrə qədər müalicəsi davam edir. xx.xx.2024-cü il tarixində Nevroloji kilinikaya yenidən müraciət etmiş, müayinədə olmuş, Nevrotik depressiv hallar, Panik atak, vegetativ sinir sisteminin somatoform pozğunluğu diaqnozu qoyulmuşdur, klonozepam 2mq, estolam 20mq tabletləri təyin edilmişdir. Xəstəliyinin kəskinləşməsi ilə əlaqədar olaraq psixiatrın müayinəsi tövsiyə olunur. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki,cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin cəza təyin edərkən qəsdin obyektinin ictimai qayda olması, cinayət əməlinin qəsdən törədilməsini və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda qadın olmaqla əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə islah işləri cəzası təyin olunmalı, cəzasını iş yeri üzrə çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından ilkin tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzanın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli onun qazancından ilkin tutulmalar aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş baqşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-152/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-152/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver