Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-152/2025 27.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:45-də Şirvan Şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, A oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, dalan 2, ev 21-də qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd polietilen torbada təmiz çəkisi 475,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla üzərində saxlamış, 30 avqust 2025-ci il tarixdə saat 15:09-dan 15:16-ya qədər olan müddət ərzində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, M.Mirzəyev küçəsində saxlanılıb üzərində yoxlama aparılan zaman əlində olan həmin 01 ədəd polietilen torbada təmiz çəkisi 475,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 30 avqust 2025ci il tarixdə təxminən saat 14-15 radələrində Şirvan şəhəri ərazisində yerləşən, Şirvan kanal deyilən yerdə piyada gəzən zaman yolun kənarında sellofan torbada nəsə olduğunu görmüş, onun marağını cəlb etdiyi üçün həmin torbanı yerdən götürüb içərisinə baxan zaman içərisində qurudulmuş marixuana olmasını bilmiş, özü istifadə etmək üçün həmin sellofan torbanı götürüb, əlində saxlamışdır. Bir qədər sonra piyada Şirvan şəhəri, M.Mirzəyev küçəsi ilə hərəkət edərkən mülki geyimdə olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu demişlər, əlindəkinin nə olduğunu soruşduqda qurudulmuş marixuana olmasını söyləmişdir. Polis əməkdaşları həmin vaxt üzərində şəxsi axtarış aparmışlar, lakin başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən ondan aşkar edilmiş sellofan torbadakı qurudulmuş marixuana zərfə qablaşdırılmış, o və digər şəxslər tərəfindən imzalanmış, möhür vurularaq bağlanmışdır. Qablaşdırmanın üzərində imza etdikdən sonra polis əməkdaşları onu Şirvan Şəhər Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş, doğru yazıldığı üçün protokolda imza etmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir qədər sonra vəkil gəldikdən sonra videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilib götürülmüş sellofan torbada olan qurudulmuş marixuananın qablaşdırıldığı zərf açılmış, narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, doğru yazıldığı üçün həmin protokolda müdafiəçisi ilə birlikdə imza etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 30 avqust 2025-ci il tarixdə etibarlı və qərəz doğuramayan mənbədən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, dalan 2, ev 21-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin istehlakı ilə məşğul olur və Şirvan şəhəri, M.Mirzəyev küçəsində hərəkətdədir. Bu səbəbdən əməliyyat-axtarış tədbirinin gedişində tərəfindən təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və rəhbərliyi altında ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Şirvan ŞPŞ-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən 30 avqust 2025-ci il tarixdə saat 15:09-da başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Mirzəyev küçəsində hərəkətdə olarkən görmüşlər, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torbanın içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qadağan olunmuş başqa hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Aşkar edilib götürülmüş narkotik vasitəyə bənzər kütlə kağız paketə qoyulmaqla DİN-in 55 saylı möhürü ilə möhürlənərək tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri yekunlaşdığından Təqsirləndirilən şəxs şəhər polis şöbəsinə gətirilmiş və aidiyyəti üzrə təhqiqat orqanına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 həmin ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 30 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 4(032)-124/2025 saylı, 01 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd sellofan torbada narkotik vasitə olması ehtimal edilən kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin sellofan torbaya baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl qablaşdırmada olan kütlənin Təqsirləndirilən şəxsa məxsus olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs qablaşdırmanın içərisində olan kütlənin özünə məxsus olmasını bildirmiş, qablaşdırma açıldıqdan sonra sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marxiuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan torbanı Şirvan şəhəri ərazisində, Şirvan kanalının yaxınlığından tapdığını, istifadə etmək üçün götürüb üzərində gəzdirdiyini, sellofan torba elektron tərəzidə ölçülmüş və çəkisi 489 qram göstərmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin qablaşdırıldıqdan sonra məhkəmə-bioloji ekspertizasına göndəriləcəyi izah edilmiş və ekspertiza rəyi əldə edildikdən sonra sonuncunun rəylə tanış olunacağı bildirilmiş, sonra isə həmin sellofan torba qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxsdan ona qarşı hər hansı fiziki zorakılıq və ya məcburiyyət olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs ona qarşı heç bir təzyiq olmadığını qeyd etmiş, müdafiəçinin də sualına cavab olaraq ona qarşı hər hansı bir təzyiq olmadığını qeyd etmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 31 avqust 2025-ci il tarixli 18/630 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi - 475,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunanadır. Marixuananın təmiz çəkisi - 475,0 qram, tədqiqata istifadə olundu - 0,10 qram, qalıq - 474,90 qram. İş materiallarında olan Məhkəmə narkoloji ekspertizasının 18 sentyabr 2025-ci il tarixli, 5836 nömrəli Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin, Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş polietilen torbada narkotik vasitə qurudulmuş marixuananı kimdən, haradan əldə etməsi barədə dəqiq məlumatın olmaması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsindən ailə üzvlərinin və yaxınlıqda yaşayan qonşularının xəbərləri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətlərindən görünür ki, Əliyev X3 şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şirvan şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə isə barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladı vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsüf edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladının olduğunu bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 1.16-cı və 5.1-ci bəndlərinin təsir dairəsinə düşür. Belə ki, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 5.1-ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndində qeyd edilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməli və o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 474,90 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan “Təqsirləndirilən şəxs üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında əməliyyat-axtarış tədbiri zamanı qqeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi” barədə görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilsin və o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 474,90 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan “Təqsirləndirilən şəxs üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında əməliyyat-axtarış tədbiri zamanı qqeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi” barədə görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN:
Məhkəmə qərarları › İş №1(032)-152/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-152/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver