Məhkəmə qərarları › İş №1(032)-153/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-153/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-153/2023 06.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Kəmalə Marif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Şirvan şəhər sakini X6 “tik-tok” sosial şəbəkəsində qeyri-obyektiv bir müxbirə müsahibə verərək güya onu Şirvan şəhər Mərkəzi Xəstəxanasının doğum evində təhqir etdiyini bildirmiş, sonradan ərizə ilə Şirvan şəhər Polis şöbəsinə müraciət etmiş, müraciəti əsasında toplanmış material Şirvan şəhər məhkəməsinə baxılmaq üçün verilmiş, lakin Şirvan şəhər Məhkəməsində işə obyektiv baxıldıqdan sonra elan edilmiş Qərarın onu qane etmədiyini, məhkəmənin koridorunda yenidən onu təhqir etdiyini bildirmişdir. O, özünün İİ qrup əlil olmasını və qazi bacısı olmasını əsas gətirərək müxtəlif instansiyalara və sosial şəbəkələrə əsassız, qərəzli və böhtan xarakterli məlumatlar verməklə şərəf və ləyaqətini alçaltmağa, işgüzar nüfuzuna xələl yetirməyə çalışır. Artıq Kəmalənin bu əməlləri özünü “tik-tok” şəbəkəsində göstərməyə başlamış, haqqında yayılmış videonun şərhlər bölməsinə barəsində xoşagəlməz və alçaldıcı rəylər yazılmasına səbəb olmuşdur. Tibb bacısıdır, Kəmaləni isə yalnız xəstəxanaya gələndə orada həkimlərə qarşı qeyri-etik, təhqiramiz hərəkətlər və söyüşlər işlədərkən tanımışdır. Həmin vaxt Kəmaləyə sadəcə onu sakitləşdirmək məqsədilə demişdir ki, “xanım, uşaq yerə düşə bilməz, doğuş stolu iridir”. Lakin onun bu sözündən dahada hiddətlənərək Kəmalə bu dəfə ona qarşı təhqiramiz söyüşlər və ifadələr işlətsədə ictimai yer və iş yeri olduğuna görə ona cavab qaytarmamışdır. Həmin vaxt Kəmalə ondan DİN “102” qaynar xətt telefon mərkəzinə zəng vuraraq şikayət etmişdir. Sonradan DİN “102” xidmətindən daxil olmuş məlumat əsasında polis növbətçisinin yazdığı raporta əsasən barəsində inzibati iş açılmış və Azərbaycan Respublikasının İXMnin 510-cu maddəsi ilə təqsirli bilnmişdir. Həmin maddə əsasında inzibati xəta haqqında iş baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Şirvan şəhər Məhkəməsində (sədrlik edən hakim - C.Mustafayev) işə obyektiv və qərəzsiz baxaraq Kəmalənin şikayətinin heç bir əsasının və sübutunun olmamasını, eləcədə inzibati materiala heç bir sübutedici material əlavə edilməməsini əsas tutaraq barəsində açılmış inzibati xəta haqqında işə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3(032)-501/2023 saylı qərar qəbul etmişdir. Məhkəmədə bir daha sübut olunmuşdur ki, heç bir günahı yoxdur və Kəmalənin şikayəti şər və böhtan xarakterlidir. Lakin həmin qərardan dahada hiddətlənən Kəmalə durmayaraq dahada irəli gedərək bu dəfə müxtəlif media və sosial şəbəkələrdə haqqında şər və böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Bu hal uzun sürə bilməz. Bu videolar mənəvi psixoloji vəziyyətinə və səhhətinə çox mənfi təsir göstərməkdədir. Kəmalənin bu qanunsuz əməllərinə son qoyulmalıdır. Xüsusi ittiham qaydasında şikayət etmiş olduğu şəxsin hərəkətləri barəsində müxtəlif aidiyyəti ünvanlara, Şirvan şəhər Polis şöbəsinə şikayət ərizəsi ilə şikayətlər etmişdir. Lakin bütün bunlara baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət olunmuş şəxs hərəkətlərini davam etdirmişdir. Etdiyi şikayət Şirvan şəhər Polis şöbəsində araşdırılmış və xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bütün qeyd etdiyi əsaslara uyğun olaraq barəsində rüsvayçı məlumatların yayılması şərəf və ləyaqətinə xələl gətirmişdir. Barəsində yayılmış yalan və böhtan xarakterli məlumatlar cəmiyyət və ya ayrı-ayrı şəxslər arasında ona qarşı mənfi rəy yaratdığından cinayət işi başlanılmasına dair məhkəməyə müraciət etməyi zəruri bilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı X5 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 təkrar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblər olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə isə şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməməsi hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtinaya əsas verir. İş materialları ilə təsdiq olunur ki, xüsusi ittihamçı məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsini və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar