Məhkəmə qərarları › İş №1(032)-154/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-154/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-154/2023 30.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:55-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,818 qram narkotik narkotik vasitə olan heroini 01 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi-0,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd polietilen kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan göy rəngli cins şalvarın sol yan cibində, “Winston” markalı siqret qutusunun içərsində daşıyaraq saxlamış, 23 mart 2023-cü il tarixdə saat 17:05 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Vaqif küçəsində, saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 1,818 qram narkotik narkotik vasitə olan heroini 01 ədəd polietilen kəsiyi bükümündə, ümumi təmiz çəkisi-0,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 22 mart 2023-cü il tarixdə axşam saatlarında Şirvan şəhərində yerləşən yaşadığı evin yaxınlığında yolun kənarından yerdən bir ədəd “Winston” markalı siqaret qutusunun olduğunu görmüş və yaxınlaşıb həmin qutunu götürüb, açıb içərisinə baxdıqda içərisində əvvəllər istifadə etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin “Winston” markalı siqaret qutusunu cibinə qoymuşdur ki, içərisində olan narkotik vasitə və psixotrop maddədən münasib bir yerdə istifadə edər. 23 mart 2023-cü il tarixdə saat 17:05də Şirvan şəhəri, Vaqif küçəsində hərəkət edərkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğum üçün üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda çoxlu sayda insan olduğu üçün, həmçinin onun üzərində heroin və metamfetamin olduğundan o, şəxsi axtarış aparılmasına etiraz etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, oda etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. X9 bölməsində olarkən mənə hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu çıxarmış və içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirərək onu masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret, bir ədəd alışqan və bir ədəd “Nokia” markalı mobil telefonuda çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümlər onun və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən olunduqdan sonra həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkildikdə heroinin çəkisi 2,35 qram metamfetaminin çəkisi isə 0,49 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları ondan həmin kütlələri haradan əldə etməsini soruşduqda, bildirmişdir ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Şirvan şəhərində, yerləşən yaşadığı evin yaxınlığında yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığı üçün üzərindən götürülmüş siqaret və alışqan özüə geri qaytarılmışdır. Bundan sonra protokol tərtib olunmuş, oda bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili işlədiyim zaman xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi ilə məşğul olmaqda və satmaqda şübhəli olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, İTB-nin sahə polis nəfəri polis serjantı Şahid2 və TB-nin təhqiqatçısı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra saat 17:05 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Vaqif küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşıb və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə getmək istəməsədə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Səxavət Garayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs oğlu əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu çıxarmış və içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirərək onu masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret, bir ədəd alışqan və bir ədəd “Nokia” markalı mobil telefonuda çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümlər iştirakçıların iştirakı ilə açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən olunduqdan sonra həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, daha sonra isə qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsini soruşduqda, bildirmişdir ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Şirvan şəhərində, yerləşən yaşadığı evin yaxınlığında yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığı üçün üzərindən götürülmüş siqaret və alışqan özünə geri qaytarılmışdır. Bundan sonra protokol tərtib olunmuş, oda bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu çıxarmış və içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirərək onu masanın üzərinə qoymuşdur. İş materiallarında olan 23 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan heroin bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2023-cü il tarixli, 18/332 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd siqaret qutusunda: -1 ədəd sellofan bükümün içərsində polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,818 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 1,818 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 1,768 qram. -1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,475 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,425 qram. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə, saat 17.20-də şübhəli şəxs qismində tutulmuş, 25 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 aprel 2023-cü il tarixdə verilmiş 2412 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 mart 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2161 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İİİ № 435473 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X7r. Cinayət işi materiallarına əlavə edilmiş AZE № 11478310 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X7r. Cinayət işi materiallarına əlavə edilmiş AZE № 11478311 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X7r. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30 avqust 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti təyin edilmiş cəzadan çıxılaraq, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,768 qram narkotik vasitə heroin və 0,425 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq ona 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,768 qram narkotik vasitə heroin və 0,425 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar