Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-157/2023 06.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 44,213 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 11 mart 2023-cü il tarixdə saat 23 radələrində Şirvan şəhər X11 X14 Yol Patrul xidmətinin əməkdaşları tərəfindən Şirvan şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan gödəkçənin sol yan cibindən bir ədəd polietilen bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, əvəllər “nəşə” kimi tanınan narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 11 mart 2023-cü il tarixdə işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin gün saat 10 radələrində Bakı şəhərində “Nəsimi” metrostansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman səkinin kənarında yerdə sellofan büküm diqqətini cəlb etmişdir. O, həmin sellofanı götürüb açanda içərisində narkotik vasitə marixuana olduğunu görmüşdür. Həmin bükümü əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur ki, gələcəkdə istifadə etsin. Bakı şəhərində işləri alınmadığı üçün geri, yəni, Şirvan şəhərində qayıtmışdır. Şirvandan isə Sabirabad rayonu Nəsimi kəndində yaşayan bacısı Firuzəgilə qonaq getmişdir. Həmin gün saat 23 radələrində bacısı oğlu Elçin ona əmisi oğlu Ramalı Şirvan şəhərində yaşadığı kənd evlərinə birlikdə aparıb qayıtmağı təklif etmişdir. O, da Elçinə razılıq vermişdir. Elçinə məxsus olan Vaz 2107 markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ramalı evlərinə gətirəndə Şirvan şəhərində Heydər Əliyev prospektində dövlət yol polisinin əməkdaşları Elçinə saxla əmri vermişlər. Buna səbəb isə Elçinin yol hərəkəti qaydalarını pozması olmuşdur. Polis əməkdaşları avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra onlardan şübhələnməyə başlamışlar. Onları narkotik vasitə istifadəçisi olub-olmadıqlarını yoxlamaq məqsədilə polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah ediləndən sonra vəkillərin siyahısı təqdim olunmuşdur. O, həmin siyahıda adı qeyd olunmuş vəkil X5 hüquqlarını müdafiə etməsini istədiyini bildirmiıdir. Vəkil X10 polis şöbəsinə gələndən sonra polis əməkdaşları vəkilin yanında videoçəkilişlə üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa könüllü təqdim etməyini istəyəndə əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümü çıxardaraq təqdim etmiş və üzərində ondan başqa heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmişdir. Həmin bükülü vəkilin iştirakı ilə açılaraq içərisinə baxıldıqda içərisində marixuanaya bənzər maddə olduğu bildirilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış aparılsa da üzərindən başqa heç bir narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər aşkar olunmamışdır. Polis işçilərinin sorğusuna cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı könüllü olaraq təqdim etdiyi bir ədəd bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuanadır. Həmin narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Aşkar olunan bükümdəki maddə bir ədəd içərisi boş zərfə qablaşdırılmışdır. Üzəri möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış aparılması ilə əlaqədar polis işçiləri tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət və tələbi olmadığından tərtib edilmiş protokolu özü də imzalamışdır. Sonradan məlum olmuşdur ki, onunla birlikdə avtomobildə olan bacısı oğlu Elçin Məmmədovun və sonuncunun əmisi oğlu Ramal Məmmədovun da üzərindən narkotik vasitə aşkar edilmişdir. O, Elçin və Ramalın narkotik vasitə, yəni, marixuana istifadə etdiklərindən məlumatı olsa da, həmin gün nə Elçinin, nə də Ramalın üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Həmçinin cibində narkotik saxlamağı barədə nə Elçinə, nə də Ramala məlumat verməmişdir, yəni, həmin şəxslər də onun üzərində nartotik vasitə olmasından xəbərsiz olmuşlar. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 11 mart 2023-cü il tarixdə saat 23:30-da Şirvan ŞPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid2 və Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə Şirvan şəhəri, Heydər Əliyev prospektində xidmətdə olduqları zaman “VAZ 2107” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozduğunun şahidi olmuşlar. Həmin avtomobil saxlanılmışdır. Sürücüyə yaxınlaşdıqları zamanı X12n və avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs və Ramal Məmmədovun özünü şübhəli apardıqlarını, narkotik vasitələrin təsiri altında olmalarından şübhələnmişlər. X12 Şirvan PŞ-yə dəvət etmişlər. Elçin Məmmədovun idarə etdiyi avtomobili Şirvan ŞPŞ-nin cərimə meydançasına, Elçin Məmmədovu, Təqsirləndirilən şəxs və Ramal Məmmədovu isə Şirvan ŞPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Bu barədə raportla rəhbərliyə müraciət edərək, aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişlər. Raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində baş təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuşdur. Vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərsində narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını və Bakı şəhərində metrostansiya yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərsində narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını və Bakı şəhərində metrostansiya yaxınlığından tapdığını bildirmişdir. İş materiallarında olan 12 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sol yan cibindən bir ədəd polietilen bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 12 mart 2023cü il tarixli 18/293 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 44,213 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 44,213 qram, tədqiqata sərf edilən miqdarı 0,05 qram, qalıq 44,163 qramdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə, saat 00.40-da şübhəli şəxs qismində tutulmuş, 13 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu mənzil kommunal təsərrüfatı birliyi 85 saylı MKİS tərəfindən 06 sentyabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli 2083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İİİ № 163447 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İV № 816049 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İİ № 306386 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və himayəsində olan azyaşlı uşaqlarını təkbaşına böyütməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdən, 13 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 44,163 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdən, 13 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 44,163 narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-157/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-157/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver