Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-157/2024 25.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:00-da Hakim Məmmədli Aydan Zakir oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Xəqani küçəsi, ev 13 mənzil 13-də qeydiyyatda olmaqla Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 8 mənzil 24 -də yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə əvvəli 17 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,80 qram, 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,63 qram, 0,49 qram, 0,50 qram ümumi təmiz çəkisi 5,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində Şirvan şəhər polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində idarə etdiyi “Vaz 2103” markalı **-BJ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində olarkən saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,80 qram, 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,63 qram, 0,49 qram, 0,50 qram ümumi təmiz çəkisi 5,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, 12 may 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı məhlədə gəzərkən yerdə kibrit qutusunu və qutunun yanında üç ədəd ayrı-ayrılıqda kağız bükümləri görmüş, diqqətini cəlb etmiş, o, yerdən kibrit qutusunu və kağız bükümləri götürmüşdür. Tapmış olduğu 1 ədəd kibrit qutusunu və üç ədəd ayrı-ayrılıqda olan kağız bükümləri açdıqda içərisində narkotik vasitə olan marixuananı görmüş və özü də narkotik vasitə olan marixuanadan arabir istifadə etdiyindən həmin kibrit qutusunu və kağız bükümləri sonradan özü istifadə etməsi məqsədi ilə əynində şalvarının cibinə qoymuşdur. Sonra öz şəxsi işləri ilə məşğul olmuş və həmin marixuanalar da üzərində qalmışdır. 17 may 2024-cü il tarixdə, saat təxminən 20 radələrində o, Neftçala rayonundan olan qohumu Tahir Məmmədovla görüşmüş, Tahirlə idarə etdiyi “VAZ-2103 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhər ərazisində bir neçə dəqiqə gəzmiş, daha sonra avtomobilini şəhərin M.Ə.Rəsulzadə prospektində yerləşən yolun kənarında dayandırmışdır ki, mobil telefonuna nəzər yetirsin, bu vaxt Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılması üçün onu polis şöbəsinə dəvət etmiş, oda onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahisi təqdim olunmuş və o, hüquqlarını müdafiə etmək üçün vəkil seçmiş, vəkil gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predinet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsi təklif edildikdə o, üzərində olan bir ədəd kibrit qutusunun və üç ədəd ayrı-ayrılıqda kağız bükümlərin içərisində narkotik vasitə olan marixuananın olduğunu bildirib əynində olan şalvarın sağ yan cibindən həmin kibrit qutusunu və bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin 1 ədəd kibrit qutusu və 3 ədəd kağız kəsiyində olan qurudulmuş marixuanalar təhqiqatçı tərəfindən açılaraq baxılmış və verilən suallara cavab olaraq həmin bükümləri və kibrit qutusunu yaşadığı evin yaxınlığından yerdən tapdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmş və əynində olan şalvarının cibindən bir ədəd “XİAOMİ” markalı mobil telefon aşkar edildikdən sonra üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 3 ədəd ayrı-ayrı kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş, daha sonra müvafiq olaraq poçt zərfinə qablaşdırılaraq ağzı möhülənmiş və bundan sonra bu barədə protokol tərtib olunmuş oda bütün iştirakçılar kimi protokola imza etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə satmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, xx.xx.2024-cü il tarixdə icraatına Şirvan şəhəri, Xəqani küçəsi, ev 13 mənzil 13-də qeydiyyatda olmaqla Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 8 mənzil 24 -də yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi ilə məşğul olmaqda və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, Şirvan ŞPŞ-nin MSY-nin, polis nəfəri, polis baş serjantı Şahid3 Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsində əməliyyat müvəkkili Şahid1 və TB-nin baş təhqiqatçısı, polis kapitanı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Saat 20 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində getmiş və yol kənarında dayanıqlı vəziyyətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2103” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində sərnişin qohumu X5 ilə birgə olmasını görüb ona yaxınlaşıb və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, onu və yanında olan qohumu X8 şəhər polis şöbəsinə dəvət etmişlər. Hər iki şəxs, yəni Hüseynağa və Tahir etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuş, təhqiqat bölməsində baş təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda və üç ədəd kağız bükümləri çıxarıb içərisində narkotik vasitə olan marixuana olduğunu bildirib masanın üzərinə qoymuşdur. Bundan sonra həmin 1 ədəd kibrit qutusu və 3 ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar təhqiqatçı tərəfindən açılaraq baxılmış və verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümləri və kibrit qutusunu yaşadığı evin yaxınlığından yerdən tapdığını özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd “XİAOMİ” markalı mobil telefon aşkar edildikdən sonra üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda və kağız kəsiyində olan bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkiləri müəyyən olunduqdan sonra müvafiq olaraq poçt zərfinə qablaşdırılaraq ağzı möhürlənmiş və bundan sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında ifadələri elan edilmiş, ibtidai istintaq zamani şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs azadlığı 17 may 2024-cü il tarixdə, saat 20:00-da məhdudlaşdırılmış, 17 may 2024-cü il tarixdə, saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərarla iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. 19 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli 4(032)-122/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 may 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd kibrit qutusunda və 03 ədəd kağız kəsiyi bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu və 03 ədəd ayrı-ayrılıqda kağız bükümləri çıxarıb masanın üzərinə qoymuş, kağız bükümlərin içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, elektron tərəzi vasitəsilə kibrit qutusu çəkilən zaman həmin kütlənin çəkisinin 6,82 qram olduğu və digər 03 ədəd ayrı-ayrılıqda kağız bükümlərin içərisində olan narkotik vasitəyə bənzər kütlələr çəkilən zaman həmin kütlələrin çəkilərinin 0,48 qram,0,49 qram və 0,49 qram olmaları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 18/506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-3,80 qram, 3 ədəd kağız bükümdə ayrı ayrılıqda təmiz çəkiləri-0,63 qram, 0,49 qram, 0,50qram, ümumi çəkisi-5,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 8 mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan “Vaz” 2103” markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobilinə baxış keçirilmiş, baxış zamanı “Vaz” 2103” markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobildən heç bir qnunsuz əşya və predmet o cümlədən narkotik vasitə aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərarla iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Şirvan şəhər Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 4(032)-174/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay yəni, 17 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. 07 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3878 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-822/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in polikilinika şöbəsinin ruhi-əsəbi, narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnaməyə verilən cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 04 ay 08 gün müddət 08 (səkkiz) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 5,34 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdən, 25 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 04 ay 08 gün müddət 08 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 10 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 5,34 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-157/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-157/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver