Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-16/2023 08.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, Energetik-2 küçəsi, ev 98-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində Şirvan şəhəri H.Əliyev prospektində yerləşən “Füzuli” adlı parkda tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla bir zərbə vuraraq ona hər iki burun və sol almacıq sümüyünün infraorbital kənarının yerini dəyişən, alın sümüyünün ön aşağı divarının, sağ almacıq sümüyünün və hər iki əng cibinin ön divarının yerini dəyişməyən xətti sınıqları, hər iki gözaltı nahiyədə şişkinlik-qançır, sol gözün ağlı qişasında qansızma xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır xəsarət yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla qohumluq münasibətləri vardır, bundan da əlavə 2020-ci ilin mart ayından etibarən Zərərçəkmiş şəxs onun bacısı Ləman Vəliyeva ilə nişanlı olmuş, xx.xx.2021-ci il tarixdə isə onların toy məclisləri olmuş, 2021-ci ilin aprel ayında isə onların ailə münasibətləri pozulmuşdur. Həmin zamandan etibarən isə Zərərçəkmiş şəxs ailəsi ilə onların ailə arasında münasibətlər soyuq olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Şirvan şəhəri ərazisində yerləşən “Füzuli” adlı parkda sinif yoldaşı Şahid5 ilə birlikdə gəzərkən Zərərçəkmiş şəxs, bibisi oğlu Şahid4 və yanlarında da tanımadığı 3 nəfər şəxslə qarşılaşmışlar, həmin zaman Zərərçəkmiş şəxs ona baxaraq onu qıcıqlandırıcı və qeyri-etik hərəkətlər edərək gülməyə başlamış, o isə Fəridə fikir verməmişdir. Daha sonra Zərərçəkmiş şəxs ondan biraz kənarda dayanaraq yenə ona eyni qeyri etik, qıcıqlandırıcı hərəkətlər göstərib mobil telefonu ilə özünün fotoşəkillərini çəkməyə başlamış və biraz sonra parkda yerləşən “Çınqıl” adlı çay evinə gedib həyətdə olan stolların birinin arxasında əyləşmişlər. O da bu zaman ətrafda olan uşaqlardan birini yanına çağırmış və əli ilə Zərərçəkmiş şəxs göstərərək sonuncuya yaxınlaşmasını, Fəridə onu göstərib yanına çağırmağının söyləməsini demiş, həmin uşaq da çay evində əyləşən Fəridə yaxınlaşmış, onu göstərib nəsə söyləmişdir. Həmin vaxt o, “Füzuli” adlı parkın çıxışında dayanmışdır. Uşaq Fəridə onun söylədiklərini bildirdikdən sonra Fərid və bibisi oğlu Qədir stoldan qalxıb onun istiqamətində gəlməyə başlamışlar. Onun da yanında həmin zaman sinif yoldaşı Şahid5 vardır. Fərid və Qədir onlara çatdıqda Qədir əvvəlcə onunla, sonra yanında olan sinif yoldaşı Azərlə görüşmüş, bu zaman Fərid də ona yaxınlaşmış, lakin Fərid onunla görüşməmiş, Fəridlə birlikdə söhbət edərək onlardan kənara aralaşmışlar. O, Fəriddən hansı səbəblə onu gördükdə ona qarşı qeyri-etik davranışlar və qıcıqlandırıcı hərəkətlər etməsini soruşmuş, Fərid də cavabında ona nalayiq ifadə işlətmiş, bu səbəbdən o, sol yumruqla Fəridin burun nahiyəsindən bir zərbə vurmuş, Fərid də üzü üstə yerə yıxılmış, o da dərhal oradan uzaqlaşıb yaşadığı ev istiqamətində getməyə başlamış, yaşadığı evin olduğu küçəyə daxil olduqda arxadan sinif yoldaşı Şahid5 qaçaraq ona çatmış, Azərlə biraz söhbət etdikdən sonra yaşadığı evə getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə müalicə xərci olaraq 4000 manat məbləğində pul təklif etmiş, barışığa cəhd göstərmişdir. Lakin zərərçəkmiş şəxs onunla barışmaqdan imtina etmişdir. Mülki iddianın maddi ziyan hissədə təmin edilməsinə etiraz etmir, mənəvi ziyan hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla əvvəllər aralarında düşmənçilik və ədavətləri olmamışdır. Onu da qeyd etmək istəyir ki, o, Təqsirləndirilən şəxs bacısı Ləman Vəliyeva ilə xx.xx.2021-ci il tarixdə nişanlanmışlar, 2021-ci ilin aprel ayının sonlarında nişanları pozulmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində o, Şirvan şəhəri “Füzuli” adlı parkda yerləşən “Çınqıl” adlı çayxananın həyətində sinif yoldaşları Sənan Eyyubov, Şahid1, Şahid3 və bibisi oğlu Şahid4la birlikdə əyləşib çay içmişlər. Həmin zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb Fərid adlı şəxsin kim olmasını soruşduqda o, cavab verərək “mən” olduğunu söyləmiş, həmin şəxs əli ilə həmin çayxananın sonunda, parkda dayanan Təqsirləndirilən şəxs göstərib sonuncunun onu çağırmasını söyləmişdir. O da həmin zaman oraya baxdıqda Təqsirləndirilən şəxs, qardaşı Tərlan Vəliyev və yanlarında olan tanımadığı 5 nəfər şəxsin dayanmasını görmüşdür. O, həmin zaman stoldan qalxıb Təqsirləndirilən şəxs istiqamətində gedərkən bibisi oğlu Şahid4 da ayağa qalxaraq onunla birlikdə getməyə başlamışdır. O və bibisi oğlu Şahid4 Təqsirləndirilən şəxs və yanındakılar istiqamətində gedərkən onlar da parkdan bağ evləri istiqamətində getməyə başlamışlar. O, çayxananın sonuna çatdıqda dayanmış, təxminən 10 addım ondan aralıda olan Təqsirləndirilən şəxs onu parkın sonuna doğru çağırmış, o da Teymura gəlməyəcəyini, onun yanına gəlməsini söyləmişdir. Bu zaman Təqsirləndirilən şəxs yanında olan şəxslərdən ayrılıb onun yanına gəlmişdir. Həmin zaman bibisi oğlu Qədir Teymurla görüşdükdən sonra sonuncunun yanında olan qardaşı və tanımadığı şəxslərlə görüşmək üçün onların yanına gedib görüşmüşdür. Teymur da onunla əllə görüşdükdən sonra birlikdə “Çınqıl” adlı çayxana istiqamətində hərəkət etməyə başlamışlar, təxminən 2-3 addım irəliləyən zaman Teymur qəflətən sol əli ilə yumruqla onun sifət nahiyəsindən vurmuşdur. O da yerə yıxılmış və Teymur parkın kənarına doğru, yəni yaşadığı evin olduğu küçə istiqamətində qaçmağa başlamışdır. Teymurla birlikdə yanında olan tanımadığı iki nəfər şəxs də getmişlər. Lakin Tərlan və yanında olan iki nəfər tanımadığı şəxs bibisi oğlu Qədirin qolundan tutub saxlamışlar. O da həmin zaman yerdə uzanıqlı vəziyyətdə olmuş və burunundan qan gəlmişdir. Biraz sonra ətrafda olan tanımadığı şəxslər ona yaxınlaşmışlar, həmin şəxslər ona köməklik təklif etmişlər. Bu zaman da çayxanada olan sinif yoldaşları onun yanına gəlmişlər, Sənan Eyyubov ona yerdən qalxmağına köməklik etmişdir. X3 Şirvan şəhər MX-na aparmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona 4000 manat məbləğində pul təklif edilmiş, lakin onun müalicə xərcləri ümumilikdə 8000 manatdan çox olduğu üçün razılaşmamışdır. Ona görə də təqsirləndirilən şəxslə barışmır, ona ağır cəzanın verilməsini və mülki iddianın maddi və mənəvi ziyan hissədə tam təmin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində Şahid1 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs tanımır. xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində dostlarım Zərərçəkmiş şəxs, Şahid3, Sənan Eyyubov və Fəridin bibisi oğlu Şahid4 Şirvan şəhərində yerləşən “Füzuli” adlı parkda olan “Çınqıl” adlı çayxananın həyətində stolda əyləşib çay içmişlər. Həmin vaxt tanımadıqları bir nəfər şəxs yaxınlaşıb onlardan Fəridin kim olmasını soruşmuş, Fərid də cavab verərək özünü göstərmişdir. Həmin şəxs əli ilə çayxananın sonunda dayanan bir nəfər şəxsi göstərib həmin şəxsin onu çağırmasını Fəridə söyləmişdir. Həmin vaxt Fərid və Qədir stoldan qalxıb həmin şəxs istiqamətində getməyə başlamışlar, onlar isə stolda qalmışlar. Fəridlə Qədir stoldan qalxıb gedən zaman onlar nə məsələ olmasını soruşduqda, Qədir tanışlarının olmasını söyləmişdir. O, əyləşdiyi stoldan geriyə çevrilib Fərid və Qədirin arxasınca baxmışdır. Parkda olan gölün kənarında Fəridi çağıran şəxsin yanında 5-6 nəfərlə birlikdə dayanmasını görmüşdür. Qədir irəlidə gedib həmin şəxsə və yanındakılara yaxınlaşıb onlarla görüşmüş, həmin zaman o, üzünü çevirmiş və onlara baxmamış, Sənan və Altunla söhbət etməyə başlamışlar. Təxminən 2 dəqiqə sonra səs eşitmiş və çevrilib ətrafa baxarkən Fəridin yerdə uzanıqlı olmasını, Fəridin yanından onu çağıran şəxsin parkın kənarında olan evlər istiqamətində qaçmasını, Qədirin yanında olan tanımadığı 3 nəfər şəxsin Qədirin qolundan tutub saxlamasını görmüşdür. Həmin zaman o, Altun və Sənan stoldan qalxmışlar, Sənan Fərid istiqamətində qaçmağa başlamış, o və Altun isə çayxanada hesabı ödədikdən sonra həmin istiqamətdə gedərkən Sənanın Fəridi aparmasını görmüşlər. Bu səbəbdən Qədirin yanına getmişlər. Həmin zaman Qədirin yanında olan 3 nəfər tanımadığı şəxs artıq Qədirin qolunu buraxmışlar, onlar oraya çatdıqda həmin şəxslər aralaşıb getmişlər, sonra Sənanla telefonla danışmışlar, Fəridlə xəstəxanada olmasını söylədikdən sonra onlar da Şirvan şəhər MX-na getmişlər. Sonradan Fəriddən onu vuran həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə ilə vurmasını görməmiş, o, həmin zaman çayxanada stolda əyləşmiş, Fəridin qışqırıq səsini eşidəndən sonra Fəridin yerdə uzanıqlı olmasını görmüşdür. Təxminən 2 dəqiqə sonra Fəridin qışqırıq səsini eştimişdir. O, həmin zaman Fəridin yerdə uzanıqlı olmasını gördükdə ətrafda olan tanımadığı 4-5 nəfər şəxsin sonuncuya yaxınlaşmasını görmüşdür. Həmin zaman həmin 3 nəfər şəxs Qədirin yanında dayanıb sonuncunun qolundan tutub saxlamışlar, lakin həmin 3 nəfər şəxs Qədiri vuraraq sonuncuya xəsarət yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verib, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində Şahid4 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Şirvan şəhər sakini kimi tanıyır, onunla əvvəllər aralarında düşmənçilik və ədavətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində o, dayısı oğlu Zərərçəkmiş şəxs, Fəridin dostları Sənan Eyyubov, Şahid1 və Şahid3 ilə Şirvan şəhərində yerləşən “Füzuli” adlı parkda olan “Çınqıl” adlı çayxananın həyətində stolda əyləşib çay içmişlər. Həmin zaman tanımadıqları bir nəfər şəxs yaxınlaşıb onlardan Fəridin kim olmasını soruşmuş, Fərid də cavab verərək özünü göstərmişdir. Həmin şəxs əli ilə çayxananın sonunda dayanan bir nəfər şəxsi göstərib həmin şəxsin onu çağırmasını Fəridə söyləmişdir. O, həmin şəxsə baxdıqda Təqsirləndirilən şəxs olmasını görmüşdür. Həmin vaxt Fərid və o, stoldan qalxıb Teymur istiqamətində getməyə başlamışlar, Fəridin dostları isə stolda qalmışlar. Onlar Teymur istiqamətində gedərkən Teymurun yanında qardaşı Tərlanın və tanımadığı 2 nəfər şəxsin də olmasını görmüşdür. Teymur onları parkın qurtaracağına, yəni parkın çıxışı olmayan tərəfə çağırmış, lakin Fərid gəlməyəcəyini bildirmiş və onlar yerlərində, yəni parkda olan gölün kənarında dayanmışlar. Həmin vaxt Teymur, qardaşı Tərlan və yanlarında olan 2 nəfər tanımadığı şəxs onlara dorğu gəlmişlər. Fərid ondan 2-3 addım arxada dayanmışdır. Onlara yaxınlaşanda o, ilk öncə Teymurla görüşmüş, sonra irəliyə gedib Tərlanla görüşmüşdür. Həmin zaman Teymur Fəridə yaxınlaşmışdır. Bu zaman o, tanımadığı 2 nəfər şəxslə görüşdüyü zaman Teymur Fəridlə təxminən 2-3 addım yan-yana irəliləyən zaman qəflətən Teymur sol əli ilə Fəridin burun nahiyəsində bir dəfə yumruqla vurmuş, Fərid də yerə yıxılmışdır. O, həmin vaxt Teymurun üzərinə getmək istədikdə Tərlan və yanında olan 2 nəfər tanımadığı şəxs onun qolundan və bədənindən tutub Teymurun üzərinə getməyə mane olmuşlar. Teymur da qaçaraq parkdan yaşadığı ev istiqamətində getməyə başlamışdır. Həmin vaxt çayxanadan Sənan Fəridin yanına gəlib Fəridin ayağa qalxmağına köməklik edib sonuncunu aparmışdır. Bundan sonra da Altun və Variq onun yanına gəlmişlər, artıq Tərlan və digərləri onu buraxmışlar. Sonra Tərlan və yanında olan şəxslər çıxıb getmişlər, onlar da Sənanla telefonla danışıb xəstəxanada olduqlarını bildikdə oraya getmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə ilə vurmasını görmüş, sol əli ilə yumruqla Fəridin burun nahiyəsinə bir dəfə vurmuşdur. Fəridlə Teymurun bacısının nişanlı olmasını, sonradan nişanlarının pozulması səbəbindən aralarında soyuq münasibətin olmasını bilmiş, lakin həmin zaman konkret olaraq hansı səbəbdən Teymurun Fəridi vuraraq xəsarət yetirməsini bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla görüşdüyü andan Fəridi yumruqla vuraraq xəsarət yetirməsi təxminən yarım dəqiqə davam etmişdir. Həmin zaman parkda, ətrafda çoxlu tanımadığı şəxslər vardır, Teymur Fəridi vurduğu zaman Fəridin ətrafına bir neçə şəxs toplanaraq Fəridin səhhəti ilə maraqlanmışlar. Həmin şəxslər onu vurmamış, həmçinin o da həmin şəxsləri vurmamış, Tərlan və digərləri onun Teymurun üzərinə getməməyi üçün tutub saxlamışlar, Teymur oradan uzaqlaşdığı zaman onu buraxmışlar. Məhkəmə baxışında şahid qismində Şahid5 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla sinif yoldaşı olmuşlar və dostluq münasibətləri vardır, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Belə ki, 2021-ci ilin mart ayında Teymurun bacısı Ləmanla Fəridin toy məclisləri olduqdan sorna tanımış və Şirvan şəhər sakini olmasını bilmiş, lakin onunla hər hansı bir münasibəti, düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Şirvan şəhəri ərazisində yerləşən “Füzuli” adlı parkda Teymurla birlikdə gəzərkən Fərid və yanlarında da tanımadığı 4 nəfər şəxslə qarşılaşmışlar, həmin zaman Fərid Teymura baxaraq sonuncunu qıcıqlandırıcı və qeyri-etik hərəkətlər edərək gülməyə başlamış, Teymur isə həmin zaman Fəridə fikir verməmişdir. Daha sonra Fərid onlardan biraz kənarda dayanaraq yenə Teymura eyni qeyri etik, qıcıqlandırıcı hərəkətlər göstərib mobil telefonu ilə özünün fotoşəkillərini çəkməyə başlamış və biraz sonra parkda yerləşən “Çınqıl” adlı çay evinə gedib həyətdə olan stolların birinin arxasında yanında olan şəxslərlə birlikdə əyləşmişlər. Teymur da bu zaman ətrafda olan uşaqlardan birini yanına çağırmış və əli ilə Fəridi göstərərək yaxınlaşmasını, Fəridə onu göstərib öz yanına çağırmağının söyləməsini demiş, həmin uşaq da çay evində əyləşən Fəridə yaxınlaşmış, Teymuru göstərib Fəridə nəsə söyləmişdir. Həmin zaman Teymur və o, “Füzuli” adlı parkın çıxışında dayanmışlar. X5 söylədiklərini bildirdikdən sonra Fərid yanında olan bir nəfər şəxslə stoldan qalxıb onların istiqamətlərində gəlməyə başlamışlar. Fərid və yanında olan şəxs onlara çatdıqda Fəridin yanındakı şəxs əvvəlcə Teymurla görüşmüş, sonra onunla görüşdüyü zaman Teymur həmin şəxsin Fəridin bibisi oğlu Qədir olmasını söyləmiş, Qədir də onunla görüşmüş, bu zaman Fərid Teymura yaxınlaşmış, lakin Fərid Teymurla görüşməmiş, həmçinin onunla da görüşməmişdir. Həmin vaxt Teymurla Fərid birlikdə söhbət edərək o və Qədirdən təxminən 5 addım kənara aralaşmışlar. Onlardan söhbət edərək təxminən 5 addım aralaşdıqdan sonra Teymur sol yumruqla Fəridin burun nahiyəsindən bir zərbə vurmuş, Fərid də üzü üstə yerə yıxılmışdır. Teymur Fəridi vurduqdan sonra dərhal oradan uzaqlaşıb yaşadığı ev istiqmətində getməyə başlamış, o da bunu görüb Teymurun arxası ilə getməyə başlamışdır. Teymur yaşadığı evin olduğu küçəyə daxil olduqda sonuncuya çatmış, həmin küçədə biraz dayanıb söhbət etdikdən sonra Teymur yaşadığı evə getmiş, o da yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs onları gördükdə Teymura qarşı qeyri-etik davranışlar və qıcıqlandırıcı hərəkətlər etmişdir, Teymur da Fəridin belə davranış və hərəkətlərindən əsəbləşdiyi üçün sonuncunun burun nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Teymur Fəridi yanına çağırdığı zaman sonuncuya vuraraq xəsarət yetirmək və ya döymək fikri olmamış, Fəridlə söhbət edərək özünə qarşı qıcıqlandırıcı hərəkətlərinin səbəbini soruşmaq və bir daha onu gördükdə eyni hərəkətləri etməməsi barədə xəbərdarlıq etmək olmuşdur. Teymurla Fərid söhbət edərək o və Qədirdən təxminən 5 addım irəlilədikdən sonra Teymur Fəridi yumruqla vurmuşdur. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs o və Şahid4 aralaşdığı zaman nə söhbət etməsini eşitməmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Şirvan şəhəri ərazisində yerləşən “Füzuli” adlı parkın çıxış hissəsində baş vermişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs mübahisəsi təxminən 30-35 saniyə davam etmişdir. Həmin zaman o və Qədirdən təxminən 5 addım kənarda Teymurla Fərid söhbət etmiş, o və Qədir də onlardan həmin məsafədə aralıda dayanmışlar. Həmin zaman da oraya kənardan başqa şəxslər toplaşmamışdır. Teymur Fəridin burun nahiyəsindən yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs ifadəsində yalan olaraq bildirmişdir, o və Teymur Fərid və Qədirlə həmin parkda yerləşən gölün ətrafında deyil, parkın çıxışında görüşmüşlər, Teymurun qardaşı Tərlan yanlarında olmamış, həmin zaman da yanlarında 5 nəfər şəxs olmamış, o və Teymur olmuş, Teymur Fəridi vurduqdan sonra çıxıb getmiş, o da Teymurun arxası ilə getmiş, həmin vaxt o, Qədiri tutub saxlamamış, Fəridin söylədikləri yalandır. O, Zərərçəkmiş şəxs və Şahid4 vuraraq onlara xəsarət yetirməmiş, həmçinin onları tutub saxlamamışdır. Teymur Fəridin burun nahiyəsindən yumruqla vurduğu zaman Fərid qışqırmamış, Teymur qəflətən vurduğu üçün Fərid üzü üstə yerə yıxılmışdır. Fərid və digərləri ifadələrində yalan olaraq göstərmişlər, həmin zaman ətrafda heç kim olmamış və kənardan oraya heç kim toplaşmamışdır. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 20 may 2022-ci il tarixli, 187 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – hər iki burun və sol almacıq sümüyünün infraorbital kənarının yerinidəyişən, alın sümüyünün ön aşağı divarının, sağ almacıq sümüyünün və hər iki əng cibinin ön divarının yerini dəyişməyən xətti sınıqları, hər iki gözaltı nahiyədə şişkinlik-qançır, sol gözün ağlı qişasında qansızma küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 may 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, T444/2022 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs adına iş materiallarında olan xx.xx.2022ci il tarixli, 187 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər hər iki burun və sol almacıq sümüyünün infraorbital kənarının yerinidəyişən, alın sümüyünün ön aşağı divarının, sağ almacıq sümüyünün və hər iki əng cibinin ön divarının yerini dəyişməyən xətti sınıqları, hər iki gözaltı nahiyədə şişkinlik-qançır, sol gözün ağlı qişasında qansızma bərk küt əşyanın təsirindən qərarda göstərilən tarixdə yəni, xx.xx.2022-ci ildə istər əlin ovuc hissəsinə yerləşdirilmiş hər hansı bir vasitənin zərbəsi təsirindən, istərsə də qərarda göstərilən şəraitdə kənar şəxs tərəfindən bir yumruq zərbəsi nəticəsində yetirilə bilərdi və dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs təsdiq olunmuş “Pararektal abses” yaxud “Parapraktit” ayrıca nazaloji vahid olub, düzbağırsaq ətrafı toxumanın iltihabi xəstəliyidir və travma ilə heç bir əlaqəsi yoxdur. İşə əlavə edilmiş Avrasiya klinikasının xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs travma nəticəsində hər iki burun və sol almacıq sümüyünün infaorbital kənarının yerinidəyişən, alın sümüyünün ön aşağı divarının, sağ almacıq sümüyünün və hər iki əng cibinin ön divarının yerini dəyişməyən xətti sınıqları diaqnozu ilə Avrasiya klinikasında cərrahi əməliyyat keçirmişdir. Özəl tibb müəssisəsi olduğu üçün xəstə tərəfindən 3000 manat əməliyyat məbləği ödənilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində Şirvan şəhəri H.Əliyev prospektində yerləşən “Füzuli” adlı parkda tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla bir zərbə vuraraq ona hər iki burun və sol almacıq sümüyünün infraorbital kənarının yerini dəyişən, alın sümüyünün ön aşağı divarının, sağ almacıq sümüyünün və hər iki əng cibinin ön divarının yerini dəyişməyən xətti sınıqları, hər iki gözaltı nahiyədə şişkinlik-qançır, sol gözün ağlı qişasında qansızma xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır xəsarət yetirmiş bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cinayət əməllərinin qəsdən törədilməsini və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətlərin xarakterini,cinayətin ictimai təhlükəlilik dərəcəsini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsinə cəhd göstərməsini,əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməməsi, cəza çəkdiyi müddətdə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəni yerinə yetirmək vəzifələri qoyulmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Belə ki,»Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 6-cı bəndinə görə mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil,habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyinin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icaatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual normaların tətbiqinə yol verilir.Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Həmin qərarın 9-cu bəndinə görə mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn,yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi),malın,işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi),təhqiqat,ibtidai istintaq,prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.) Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş Təqsirləndirilən şəxs cinayət əməlinin təhlükəlilik dərəcəsini,cinayət nəticəsində mülki iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını və təqsirləndirilən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmamasını nəzərə alıb, hesab edir ki, mənəvi zərərin məbləği 200 manat məbləğində müəyyən olunmalı, maddi zərər isə cərrahi əməliyyata 3000 manat məbləğində ödəniş edilməsinə dair müvafiq sənəd təqdim edildiyindən 3000 manat və ödənilmiş dövlət rüsumu 70 manat, ümumilikdə 3070 manat məbləğində müəyyən olunmalı, mülki iddia bu hissədə təmin olunmalı,qalan hissədə təmin olunmamalıdır. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 3000 manat, mənəvi zərərin əvəzi olaraq 200 manat, ödənilmiş dövlət rüsumu 70 manat, ümumilikdə 3270 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-16/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-16/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver