Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-16/2024 10.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:38-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Sabirabad rayonu Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda 11 döyüş sursatı hesab edilən patronları əldə edib, həmin 11 ədəd döyüş sursatı hesab edilən patronu yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinin qonaq otağında olan şkafın yuxarı ikinci siyirməsində qanunsuz olaraq saxlamış, 31 avqust 2023-cü il tarixdə saat 17:05-də Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, F.Eynullayev küçəsində saxlanılaraq, polis şöbəsinə gətirildikdən sonra həmin tarixdə saat 18:40-dan 19:00-dək olan müddətdə sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində videoçəkilişlə keçirilmiş baxış zamanı mənzilinin qonaq otağındakı dolabın yuxarı ikinci siyirməsindən 07 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli, “AK-74”, “AK- 74M”, “AKS-74”, “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”, “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronlar, 02 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli, “AK”, “AKM”, “AKMS” markalı avtomat tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronlar, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli, “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patron, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x54 mm kalibrli, “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərində, “Mosin” konstruksiyalı karabinlərdə və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:05 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsində yaşadığı evin yaxınlığında Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirmiş, polis əməkdaşları onun üzərində qanunsuz silah və sursatın gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmasından ötrü onu polis şöbəsinə dəvət etmiş, o da etiraz etməyib və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər, polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunub və o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir qədər keçdikdən sonra vəkil Emil Quliyev gəldikdən sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən silah və sursat olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə o üzərində qanunsuz heç bir predmet, eləcə də silah və ya sursat olmadığını bildirmiş və əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli “Samsung” markalı smartfon mobil telefonu təqdim etmiş, daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əlavə olaraq qanunsuz heç bir əşya və ya predmet, o cümlədən silah və ya sursat aşkar olunmamış, şəxsi-axtarış zamanı o yaşadığı ünvan 3-də 1993-cü ildə könüllü olaraq müharibəyə gedən zaman oradan gətirdiyi patronların olduğunu etiraf edərək həmin patronları təqdim edə biləcəyini bildirmiş, daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmiş, daha sonra Şirvan ŞPŞ-nin əməkdaşları yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirmiş, ondan etirazının olub-olmadığını soruşduqda o, ərizə ilə müraciət edərək polis əməkdaşlarının yaşadığı mənzilə baxış keçirmək istənilməsinə heç bir etirazının olmadığını bildirmiş, vəkili Emil Quliyevin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 3 ünvanına gedərək baxış keçirilmiş, baxış zamanı ona mənzilində qanunsuz əşya və ya predmet olduğu halda təqdim etməyini təklif etmişlər, o mənzilində qonaq otağında olan şkafın yuxarıdan ikinci siyirməsini açaraq oradan 01 (bir) ədəd sellofan bükümdə bir neçə ədəd sursatı çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin patronlar təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, sonra protokol tərtib olunaraq o və bütün iştirakçılar həmin protokolla tanış olduqdan sonra ona imza etmişlər, həmçinin baş verənlər videoçəkiliş vasitəsilə qeydə alınmışdır. O, təqdim etdiyi sursatları Birinci Qarabağ müharibəsi dövründən yaşadığı evdə saxladığını və hazırda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Şirvan şəhər polis şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 avqust 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, daşıması və yaşadığı ünvanda saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, bundan sonra o dərhal rəhbərliyə raportla müraciət etmiş, tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında tərəfindən şöbənin təhqiqat bölməsinin baş təhqiqatçısı Ayxan Cəlilov və Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş məlumatın yoxlanılması üçün Şirvan şəhər ərazisinə çıxıb, 31 avqust 2023-cü il tarixdə saat 17:05 radələrində Şirvan şəhəri, F.Eynullayev küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs onların təklifini qəbul etmiş, birlikdə Şirvan ŞPŞ-yə gəlmişlər, Şirvan ŞPŞ-də Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün X1, bir müddət sonra Emil Quliyev gəldikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya vasitə aşkar edilməmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon çıxararaq istifadəsində olan mobil telefon olduğunu bildirib təhqiqat orqanına təqdim etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bununla bağlı Təqsirləndirilən şəxs ərizəsi alınmış, həmçinin Təqsirləndirilən şəxs etiraf edərək yaşadığı mənzildə silah patronları və döyüş sursatının olmasını bildirmiş, şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilərək düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmış, sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına özü, müdafiəçisi Emil Quliyev, baş təhqiqatçı Ayxan Cəlilov, əməliyyat müvəkkili Şahid2, polis nəfəri Elçin Hümbətov və o baxış keçirilməsi üçün yollanmışlar, baxış zamanı Təqsirləndirilən şəxs mənzilində qanunsuz əşya və ya predmet olduğu halda təqdim edilməsi bildirilmış və Təqsirləndirilən şəxs mənzilində qonaq otağında olan şkafın yuxarıdan ikinci rəfini açaraq oradan 01 ədəd sellofan bükümdə içərisində bir neçə ədəd sursatı çıxararaq təqdim etmiş, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin döyüş sursatlarını 1993-cü ildə müharibədən gətirmiş, həmin sursatlar baş təhqiqatçı Ayxan Cəlilov tərəfindən və digərlərinin iştirakı ilə qablaşdırılmış, baxış aparılması ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar imzalamış, baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs mənzilindəki sursatları haradan əldə etməsi barədə onda heç bir məlumatın olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2 göstərdi ki, hazırda Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı işləyir. 31 avqust 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatıları əldə etməsi, daşıması və yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra dərhal rəhbərliyə raportla müraciət edilmiş, təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında əməliyyat qrupu yaradılmış, daxil olmuş məlumatın yoxlanılması üçün 31 avqust 2023-cü il tarixdə saat 17:05 radələrində Şirvan şəhəri, F.Eynullayev küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs onların təklifini qəbul etmiş, birlikdə Şirvan ŞPŞ-yə gəlmişlər, Şirvan ŞPŞ-də Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün X1, bir müddət sonra Emil Quliyev gəldikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya vasitə aşkar edilməmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon çıxararaq istifadəsində olan mobil telefon olduğunu bildirib təhqiqat orqanına təqdim etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bununla bağlı Təqsirləndirilən şəxs ərizəsi alınmış, həmçinin Təqsirləndirilən şəxs etiraf edərək yaşadığı mənzildə silah patronları və döyüş sursatının olmasını bildirmiş, şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilərək düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmış, sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına özü, müdafiəçisi Emil Quliyev, baş təhqiqatçı Ayxan Cəlilov, əməliyyat müvəkkili Şahid2, polis nəfəri Elçin Hümbətov və o baxış keçirilməsi üçün yollanmışlar, baxış zamanı Təqsirləndirilən şəxs mənzilində qanunsuz əşya və ya predmet olduğu halda təqdim edilməsi bildirilmış və Təqsirləndirilən şəxs mənzilində qonaq otağında olan şkafın yuxarıdan ikinci rəfini açaraq oradan 01 ədəd sellofan bükümdə içərisində bir neçə ədəd sursatı çıxararaq təqdim etmiş, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin döyüş sursatlarını 1993-cü ildə müharibədən gətirmiş, həmin sursatlar baş təhqiqatçı Ayxan Cəlilov tərəfindən və digərlərinin iştirakı ilə qablaşdırılmış, baxış aparılması ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar imzalamış, baxış zamanı videçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs mənzilindəki sursatları haradan əldə etməsi barədə onda heç bir məlumatın olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən silah və sursat aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində heç bir qanunsuz əşya və predmet, eləcə də silah və sursat yoxdur. Lakin Təqsirləndirilən şəxs yaşadığı evdə silah patronları və sursatın olmasını etiraf edib onları təqdim edə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “şübhəli şəxsi tutma haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz əşya və ya predmet , o cümlədən silah və sursat aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində heç bir qanunsuz əşya və predmet , eləcə də silah və sursat yoxdur. Lakin Təqsirləndirilən şəxs yaşadığı evdə silah patronları və sursatın olmasını etiraf edib onları təqdim edə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki,şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, müdafiəçisi X4, Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 , Şahid1, Şirvan şəhər Polis Şöbəsinin MSY-nin polis nəfəri X3 iştirakı ilə Şirvan şəhəri F.Eynullayev küçəsi ev 3 mənzil 43 ünvanında yerləşən evin giriş qapısının qarşısına gedilmiş, Təqsirləndirilən şəxs qeyd etdiyi patronları həmin mənzildə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Mənzilin qonaq otağında olan şabalıdı rəngli termonun ikinci siyirməsindən bir ədəd sellofan torbada olan patron və sursatları təqdim etmişdir. Bundan sonra təqdim edilmiş patron və sursatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sursatlar 1) 01 ədəd 7,62 kalibrili pulemyot patronuna, 2) 04 ədəd 7,6 kalibrili avtomat patronuna, 3) 07 ədəd 7,6 kalibrili avtomat patronuna , 4) 02 ədəd 5,45 kalibrili avtomat gülləsinə,5) 02 ədəd 9 mm-lik makarov tapançasının patron gilizinə, 6) 01 ədəd 9 mm-lik makarov patronuna, 7) 04 ədəd 12 çaplı tüfəng patronuna və 8)01 ədəd pristona bənzər sursatlardır. Həmin sursatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin patron və sursatların şəxsən özünəməxsus olduğunu və 1993-cü ildə müharibədən gələrkən gətirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş patron və sursatlar zərfə qoyulub möhürlənib, zərfin üzəri yazılmaqla qanunamüvafiq qaydada qablaşdırılmış, götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/690R saylı rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə, Keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrili olmaqla, həmin kalibrili Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir. Patronların bütövlüyünün pozulmamasına, kapsulun tam şəkildə olması və bütün lazimi komponentləri yerində olmasına görə həmin patronlar istifadəyə və atəşə yaralıdırlar. - tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş 7,62x39 mm kalibrili olmaqla, həmin kalibrili Kalaşnikov konsturksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat partonlardır, döyüş sursatı hesab edilir. Patronların bütövlüyünün pozulmamasına, kapsulun tam şəkildə olması və bütün lazimi komponentləri yerində olmasına görə həmin patronlar istifadəyəvə atəşə yararlıdırlar. - tədqiqata təqdim edilmiş 01 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş 9x18 mm kalibrili olmaqla , həmin kalibrili “Makarov” (“PM”) və Steçkin” (“APS”) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat partonlardır, döyüş sursatı hesab edilir. Patronların bütövlüyünün pozulmamasına, kapsulun tam şəkildə olması və bütün lazimi komponentləri yerində olmasına görə həmin patronlar istifadəyəvə atəşə yararlıdır. - tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş 7,62x54 mm kalibrili olmaqla, həmin kalibrili Kalaşnikov konsturksiyalı pulemyotlarından (PK) , “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərindən və “Mosin” konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş ştat partonlardır, döyüş sursatı hesab edilir. Patronların bütövlüyünün pozulmamasına, kapsulun tam şəkildə olması və bütün lazimi komponentləri yerində olmasına görə həmin patronlar istifadəyəvə atəşə yararlıdır. - tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə, Rusiya dövlətində isteshal olunmuş 12x70 kalibrili ov patronlarıdır,həmin kalibrili hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatlarıdır. Patronların bütövlüyünün pozulmamasına, kapsulun tam şəkildə olması və bütün lazimi komponentləri yerində olmasına görə həmin patronlar istifadəyəvə atəşə yararlıdır. - tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş 7,62x39 mm kalibrili olmaqla, həmin kalibrili Kalaşnikov konsturksiyalı silahlardan ibtidai-hazırlıq dərslərində,təlim və məşq üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilmir və atəş üçün yararsızdır - tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş 7,62x39 mm kalibrili olmaqla, həmin kalibrili Kalaşnikov konsturksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronun bir hissəsidir demontaj olunan gilizidir. Həmin gilizin daxilində yerləşən bütün lazimi komponentləri yerində olmamasına görə həmin giliz hal-hazırda istifadəyə və atəşə yararsızdır. - tədqiqata təqdim edilmiş 02 ədəd gilizlər zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş 9x18 mm kalibrili olmaqla, həmin kalibrili “Makarov” (“PM”) və Steçkin” (“APS”) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronların bir hissəsidir- atılmış gilizləridir və döyüş sursatı hesab olunmur. Həmin gilizlər “Makarov” . konstruksiyalı tapançadan atılmışdır. - tədqiqata təqdim edilmiş 02 ədəd güllə zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş 5,45 mm kalibrili olmaqla, həmin kalibrili Kalaşnikov konsturksiyalı “AK-74” və “AKS-74U” modelli avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş 5,45x39 mm kalibrili ştat patronların bir hissəsidir, demontaj olunan güllələridir və döyüş sursatı hesab edilmir (patron yanlız tam şəkildə , yani metaldan hazırlanmış gilizi, patronun dib hissəsində alışdırıcı kapsulu , içərisində barıt komponenti və gülləsi olduqda döyüş sursatı hesab olunur). - tədqiqata təqdim edilmiş 01 ədəd güllə zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş 7,62 mm kalibrili olmaqla, həmin kalibrili (SKS) karabindən , Kalaşnikov konsturksiyalı “AK-47” və “AKm” modelli avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x39 mm kalibrili ştat patronların bir hissəsidir, demontaj olunan gülləsidir və döyüş sursatı hesab edilmir (patron yanlız tam şəkildə , yani metaldan hazırlanmış gilizi, patronun dib hissəsində alışdırıcı kapsulu , içərisində barıt komponenti və gülləsi olduqda döyüş sursatı hesab olunur). - tədqiqata təqdim edilmiş 01 ədəd alışdırıcı kapsul zavod üsulu ilə isteshal olunmuş tədqiqata təqdim edilmiş 01 ədəd güllə zavod üsulu ilə keçmiş SSRİ dövlətində isteshal olunmuş hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronların bir hissəsidir, alışdırıcı kapsuludur, döyüş sursatı və ya odlu silah hesab edilmir. Sınma , qopma, deformasiyaya uğrama izləri olmamasına və tam şəkildə olmasına görə həmin alışdırıcı kapsul təyinatı üzrə istifadə üçün yararlıdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 16:00-da “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli 3-16-16/2-3/1421 saylı rəyindən görünür ki, - təqdimata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə istehsal edilmiş , pistonları mərkəzdən alışan , 5,45x39 mm kalibrili olmaqla, həmin kalibrə malik “AK-74” , “AK-74 M”, “AKS-74”, “AKS-74U” markalı avtomoat silahlarda , “RPK-74” , “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. - Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrili olmaqla , həmin kalibrə malik “AK”, “AKM ”, “AKMS” markalı avtomat tüfənglərdə, “RPK” əl pulemyotlarında , “SKS” karabinlərdə və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal edilmiş,pistonu mərkəzdən alışan, 9x18 mm kalibrili, “Makarov” (“PM”) , “PA-63”, “P64”,”RK59”, “P61” konstruksiyalı tapançalarda, “ Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62x54 mm kalibrili olmaqla , həmin kalibrə malik “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərində, “Mosin” konstruksiyalı karabinlərdə və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. - Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə istehsal edilmiş,12 kalibrili olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır,istifadəyə (atəşə) yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd patron 7,62x54 mm kalibrili olmaqla, həmin kalibrə malik “AKM ”, “AKMS” markalı avtomat silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilməyən təlim və məşq nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş patrondur, təyinatı üzrə istifadə edilmişdir,istifadəyə yararsızdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd giliz 7,62x54 mm kalibrili olmaqla, həmin kalibrə malik “AKM ”, “AKMS” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronun zavod üsulu ilə istehsal edilmiş hissəsidir-gilizidir, gülləsi gilizdən mexaniki üsulla ayrılmışdır, istifadəyə yararsızdır. - Tədqiqata təqdim edilmiş 02 ədəd giliz zavod üsulu ilə istehsal edilmiş pistonları mərkəzdən alışan , 9x18 mm kalibrili, “Makarov” (“PM”) , “PA-63”, “P64”,”RK59”, “P61” konstruksiyalı tapançalarda, “ Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronların atəşlə ayrılmış hissələridir-gilizləridir , istifadəyə yararsızdır. - Tədqiqata təqdim edilmiş 02 ədəd güllə 5,45x39 mm kalibrili olmaqla zavod üsulu ilə istehsal edilmiş həmin kalibrə malik “AK-74” , “AK-74 M”, “AKS-74”, “AKS-74U” markalı avtomat silahlarda , “RPK-74” , “RPKS-74” markalı əl pulemyotlarında və s.yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronların hissələridir-güllələridir, güllələr gilizlərindən mexaniki üsulla ayrılmışdır, istifadəyə yararsızdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd güllə 7,62x39 mm kalibrili olmaqla zavod üsulu ilə istehsal edilmiş həmin kalibrə malik “AKM ”, “AKMS” markalı avtomat silahlarda, “RPK” əl pulemyotlarında və s.yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronun hissəsidir-gülləsidir, güllə gilizindən mexaniki üsulla ayrılmışdır, istifadəyə yararsızdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd piston zavod üsulu ilə istehsal edilmiş yivsiz silahlarının patronlarının barıt artımının alışdırılması üçün atəş komponenti kimi istifadə edilmək üçün nəzərdə tutulmuş mərkəzdən alışan pistondur, döyüş sursatı hesab edilmiş istifadəyə yararlıdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək “ haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD formatındakı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs mənzilində aşkar olunan döyüş sursatı patronların hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır.Tapşırıq əsasında əməliyyat tədbirləri davam etdirilir. Hər hansı bir əlavə məlumat olarsa məlumat veriləcəkdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 13 sentyabr 2023-cü il tarixli, 18-1-35/2-694/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 5342 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli 508 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının 4-cü bəndinə əsasən döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Həmin Qərarın 9-cu bəndinə əsasən CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 07 ədəd döyüş sursatı hesab edilən, istifadəyə yararlı olan 5,45x39 mm kalibrili , “AK-74” , “AK-74 M”, “AKS-74”, “AKS-74U” markalı avtomoat silahlarda , “RPK-74” , “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar , 02 ədəd döyüç sursatı hesab edilən,istifadəyə yararlı , 7,62x39 mm kalibrili, “AK”, “AKM ”, “AKMS” markalı avtomat tüfənglərdə, “RPK” əl pulemyotlarında , “SKS” karabinlərdə və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar, 01 ədəd döyüş sursatı hesab edilən , istifadəyə yararlı olan, 9x18 mm kalibrili, “Makarov” (“PM”) , “PA-63”, “P64”,”RK59”, “P61” konstruksiyalı tapançalarda, “ Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patron, 01 ədəd döyüş sursatı hesab edilən , istifadəyə yararlı olan,7,62x54 mm kalibrili, “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərində, “Mosin” konstruksiyalı karabinlərdə və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patron müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinə təhvil verilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 64 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, VÖEN **********,AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 349cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanılma müddəti 2 gün təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 07 ədəd döyüş sursatı hesab edilən, istifadəyə yararlı olan 5,45x39 mm kalibrili , “AK-74” , “AK-74 M”, “AKS-74”, “AKS-74U” markalı avtomoat silahlarda , “RPK-74” , “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar , 02 ədəd döyüç sursatı hesab edilən,istifadəyə yararlı , 7,62x39 mm kalibrili, “AK”, “AKM ”, “AKMS” markalı avtomat tüfənglərdə, “RPK” əl pulemyotlarında , “SKS” karabinlərdə və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar, 01 ədəd döyüş sursatı hesab edilən , istifadəyə yararlı olan, 9x18 mm kalibrili, “Makarov” (“PM”) , “PA-63”, “P64”,”RK59”, “P61” konstruksiyalı tapançalarda, “ Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patron, 01 ədəd döyüş sursatı hesab edilən , istifadəyə yararlı olan,7,62x54 mm kalibrili, “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərində, “Mosin” konstruksiyalı karabinlərdə və s. yivli odlu döyüş silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patron müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinə təhvil verilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının 64 manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-16/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-16/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver