Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-16/2025 07.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:23-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx.xx.2009-cu ildə Şirvan şəhərində anadan olmuş, subay, Şirvan şəhəri 13 nömrəli orta məktəbdə 10-cu sinifdə oxuyan, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Sabir küçəsi, ev 8-də qeydiyyatda olan və Şirvan şəhəri, Mehmandarov küçəsi, dalan 2, ev 3-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2009-cu ildə Şirvan şəhərində anadan olmuş, subay, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində 1-ci kursda oxuyan, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Mehmandarov küçəsi, ev 28-də qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 23 iyul 2024-cü il tarixdə saat 14 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə açıq olan qarajdan qanunsuz olaraq daxil olub, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əl damından 02 ədəd hər birinin qiyməti 120 manat olan AQDL markalı su motorunu, 01 ədəd 60 manat dəyərində “Marcius” markalı su motorunu, 01 ədəd 45 manat dəyərində hidroforu və 01 ədəd 55 manat dəyərində qazsovuran motoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq ələ talama məqsəd ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə açıq olan qarajdan qanunsuz olaraq daxil olub, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əl damından 02 ədəd hər birinin qiyməti 120 manat olan AQDL markalı su motorunu, 01 ədəd 60 manat dəyərində “Marcius” markalı su motorunu, 01 ədəd 45 manat dəyərində hidroforu və 01 ədəd 55 manat dəyərində qazsovuran motoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 23 iyul 2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları məhəllədə küçə ilə gedərkən qonşuları Zərərçəkmiş şəxs həyətyanı sahəsinə bitişik qarajın qapısının yarı açıq vəziyyətdə olduğunu görüb, həmin qarajın qapsına yaxınlaşan zaman qarajın qapısının arxa tərəfində kisə olmasını görmüşlər və kisənin içərisinə baxdıqda, içərisində su motorları və 1 ədəd hidrofor olmasını müəyyən etmişlər. Sonra ətrafa baxdıqda kimsə olmadığını görüb, həmin kisəni özləri ilə götürmüşlər və oradan uzaqlaşıb, yolun kənarından taksi çağırmışlar. Taksi ilə həmin kisədə olan əşyaları şəhərin M.Mirzəyev küçəsində yerləşən metal qəbulu sexinə aparmışlar, lakin həmin sexi işlədən Asəf adlı şəxs onların satmaq istədikləri motorları və hidroforu almamışdır. Sonra onlar taksi ilə təkrar yaşadıqları küçəyə gəlmişlər. O, tanışıgildən əl arabası götürmüş və həmin kisənin içərisində olan motorları və hidroforu əl arabası ilə şəhərin 1 May küçəsində yerləşən metal sexinə aparmış və orada həmin kisənin içərisində olan motorları və 1 ədəd hidroforu 16 manata satmış, sonra piyada yaşadığı küçəyə qayıtmış, oradan Muradla birlikdə playstation oynamağa getmişlər və həmin 16 manat pulu orada xərcləmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmışlar və ona dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, hazırda Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirir. 23 iyul 2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqlarını məhəllədə küçə ilə gedərkən qonşuları Zərərçəkmiş şəxs həyətyanı sahəsinə bitişik qarajın qapısının yarı açıq vəziyyətdə olduğunu görüb, həmin qarajın qapsına yaxınlaşan zaman qarajın qapısının arxa tərəfində kisə olmasını görmüşlər və kisənin içərisinə baxdıqda, içərisində su motorları və 1 ədəd hidrofor olmasını müəyyən etmişlər. Sonra ətrafda kimsə olmadığına əmin olub, həmin kisəni götürərək oradan uzaqlaşaraq yolun kənarından taksi çağırmışlar. Taksi ilə həmin kisədə olan əşyaları şəhərin M.Mirzəyev küçəsində yerləşən metal qəbulu sexinə aparmışlar, lakin həmin sexi işlədən Asəf adlı şəxs onların satmaq istədikləri motorları və hidroforu almadığından onlar taksi ilə yaşadıqları küçəyə qayıtmışlar. Sonra Riad tanışıgildən əl arabası götürmüş və həmin kisənin içərisində olan motorları və hidroforu əl arabası ilə şəhərin 1 May küçəsində yerləşən metal sexinə aparmış, bir müddət sonra Riad geri gəlmiş və həmin kisənin içərisində olan motorları və 1 ədəd hidroforu 16 manata satdığını demişdir. Sonra onlar birlikdə playstation oynamağa getmişlər və həmin 16 manat pulu orada xərcləmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmışlar və ona dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, ünvan 1-də yerləşən fərdi yaşayış evi ona məxsusdur, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, 23 iyul 2024-cü il tarixdə ailə üzvləri qohumlarıgilə qonaq getmiş, o isə saat 9-da işə getmişdir. Həmin gün saat 15-dək işdə olmuş, sonra isə oradan yaşadığı evə qayıtmış, həyətə girən zaman girişdən sağ tərəfdə yerləşən əl damının qapısının açıq olduğunu görmüşdür. O həmin vaxt əl damına yaxınlaşaraq içərisinə baxan zaman içəridə olan əşyaların dağınıq vəziyyətdə olmasını görmüş, sonra əl damına diqqətlə baxdıqda, damda olan 2 ədəd hər birinin qiyməti 120 manat olan AQDL su motorunun, 1 ədəd 60 manat dəyərində Marcius markalı su motorunun, 1 ədəd 45 manat dəyərində hidroforun və 1 ədəd 55 manat dəyərində qazsovuran motorun yerində olmadığını görmüşdür. Həmin vaxt dama və həyətə diqqətlə baxsa da, qeyd olunan əşyaları tapa bilməmişdir. Bundan sonra həyətyanı sahəsindən oğurluq olmasına əmin olub bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. Hadisə nəticəsində ona 400 manat dəyərində ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 23 iyul 2024-cü il tarixdə saat təxminən 16 radələrində o, metal qəbulu sexində olarkən üzdən tanıdığı Murad və Riad adlı şəxslərin əllərində 01 ədəd kisədə 02 ədəd AQDL markalı su matoru, 0l ədəd Marcuis markalı su matoru, 01 ədəd hidrofor, 01 ədəd qazsovuran motoru gətirmişlər, həmin vaxt onlar gətirdikləri əşyaları satmaq istədiklərini bildirmişlər. O onlardan həmin gətirdikləri əşyaları hardan əldə etdiklərini soruşduqda Riad demişdir ki, həmin əşyalar onun mərhum babasından qalmışdır. O da onlara inanmadığından valideynlərinin mobil telefon nömrələrini istəmiş, onlar isə valideynlərinin nömrəsini bilmədiklərini demişlər. O da onlardan şübhələndiyindən gətirdikləri əşyaları almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 23 iyul 2024-cü il tarixdə saat təxminən 17 radələrində işlədiyi Şirvan şəhəri, 1 May küçəsində yerləşən metal qəbulu sexində işdə olarkən sonradan adının Riad olduğunu bildiyi şəxs metal qəbulu sexinə gəlmiş, həmin vaxt Riadın əlində 1 ədəd kisə olmuş və o bildirmişdir ki, əlində olan kisədə su motorları və hidrofor vardır və onları satmaq istəyir. O da Riaddan həmin gətirdiyi əşyaların kimə məxsus olmasını soruşmuş, Riad da demişdir ki, həmin gətirdiyi əşyalar özünündür, həyətlərində istifadəsiz qalmışdır və bu səbəbdən satırlar. O da Riadın gətirdiyi 01 ədəd kisənin içərisində olan 02 ədəd AQDL markalı su matoru, 0l ədəd Marcuis markalı su matoru, 01 ədəd hidrofor və 01 ədəd qazsovuran motoru tərəzidə çəkmiş və çəkisinə uyğun olaraq Riada 16 manat pul vermişdir. Sonra Riad 16 manat pulu ondan alıb oradan uzaqlaşıb getmişdir. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 27 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 27 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X5 10 avqust 2024-cü il tarixli 18-1-35/2-1183/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şirvan şəhər Mərkəzi Xəstəxanasının narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdurlar. İş materiallarında olan “Əkbər İnşaat” Tikinti Malları mağazasından daxil olmuş 21 avqust 2024-cü il tarixli arayışdan görünür ki, 2024-cü ilin iyul ayına olan bazar qiymətlərinə əsasən 01 ədəd AQDL su motorunun qiyməti 120 manat, 01 ədəd Marcius markalı su motorunun qiyməti 60 manat, 01 ədəd hidroforun qiyməti 45 manat və 01 ədəd qazsovuran motorun qiyməti 55 manat təşkil edir. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 necə və hansı qaydada oğurluq etdiyini əyani olaraq olaraq hadisə yerində göstərmişdir. İş materiallarında olan 05 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 necə və hansı qaydada oğurluq etdiyini əyani olaraq olaraq hadisə yerində göstərmişdir. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvanda baş vermiş oğurluqla bağlı ifadəsində göstərdiklərini əyani olaraq olaraq hadisə yerində göstərmişdir. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər Polis Şöbəsinin məktubunda göstərilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayət törədilərkən onları kənardan kiminsə görüb-görməməsi və sonuncunun başqa oxşar cinayətlər törədib-törətməməsi və oğurluq hadisəsi zamanı onun yanında başqa şəxsin olub-olmaması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlanmış əşyaların tapılan hissələrindən başqa qalan hissələrinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 avqust 2024-cü il tarixdə verilmiş 4064 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 avqust 2024-cü il tarixdə verilmiş 4065 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində DİN BƏSİİ-də heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Onlar həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12ci, dəymiş maddi ziyanı tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddələrinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12ci, dəymiş maddi ziyanı tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddələrinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsində iştirak dərəcələrini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq onlara təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs1 üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə Şirvan şəhəri və Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzalarının əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan, ifadənin yerində yoxlanması zamanı aşkar edilmiş 01 ədəd Marcius markalı su motorunun qalığı, 01 ədəd hidroforun qalığı və 01 ədəd qazsovuran motorun qalığının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Şirvan şəhəri və Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan ifadənin yerində yoxlanması zamanı aşkar edilmiş 01 ədəd Marcius markalı su motorunun qalığı, 01 ədəd hidroforun qalığı və 01 ədəd qazsovuran motorun qalığının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-16/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-16/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver