Məhkəmə qərarları › İş №1(032)-160/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-160/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-160/2024 21.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1988-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində Şirvan şəhər Məhəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs5 birgə ticarətlə məşğul olmaq barədə yalan vəd verərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin may ayında Opel Astra markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoydurmaqla 3000 manat pulunu Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs5 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3 birgə sahibkarlıqla məşğul olmaq barədə yalan vədlər verərək, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 24 may 2021-ci il tarixdə Şirvan şəhərində 5285 manat pulu, 26 avqust 2021-ci il tarixdə Şirvan şəhərində 3223 manat 70 qəpik pulu və 2021-ci ilin sentyabr ayının sonunda Şirvan şəhərində 1650 manat pulu əlbəəl almaqla onu aldadıb, verdiyi vədinə əməl etməyərək, zərərçəkmiş şəxs Şahanə Nərimanovaya ümumilikdə 10158 manat 70 qəpik (on min yüz əlli səkkiz manat yetmiş qəpik) məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs4 yalan vədlər verərək, sonuncunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldəcəyini bildirib, ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 25 iyul 2021-ci il tarixdə Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 1500 manat pulu və 15 oktyabr 2021-ci il tarixdə Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 3000 manat pulu alaraq aldadıb, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını əldə etmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs7 yalan vədlər verib etibarından sui istifadə edərək, 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs7 məxsus 3700 manat dəyərində “BMW” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnu Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda öz adına rəsmiləşdirməklə ələ keçirib, Zərərçəkmiş şəxs7 3700 (üç min yeddi yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs6 birgə sahibkarlıqla məşğul olmaq barədə yalan vədlər verərək, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin oktyabr ayında Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 700 manat pulu və 2022-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 300 manat pulu alaraq onu aldadıb, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 birgə sahibkarlıqla məşğul olmaq barədə yalan vədlər verərək, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 01 oktyabr 2021-ci il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda 8000 manat pulu, 14 noyabr 2021-ci il tarixdə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən “Şirvan Petrol” yanacaq doldurma mətəqəsində 2000 manat pulu və 15 dekabr 2021-ci il tarixdə isə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən “Şirvan Petrol” yanacaq doldurma mətəqəsində 8000 manat pulu alaraq onu aldadıb, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 birgə sahibkarlıqla məşğul olmaq barədə yalan vədlər verərək, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin noyabr ayında Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 5300 manat pulu alaraq onu aldadıb, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 5300 (beş min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu ilə atası Fayıq Rzayev birlikdə işləmiş, sonra da o, Qurbanxanla tanış olmuşdur. 01 oktyabr 2021-ci il tarixdə o, “Şirvan” Petrol YDM-də avtomobilə benzin vurarkən orada YDM-nin sahibi Zərərçəkmiş şəxs1la rastlaşmış və aralarında danışıq olmuş, danışıq zamanı Zərərçəkmiş şəxs1 iş barədə soruşanda, sonuncu demişdir ki, işlər zəifləyib, benzində əvvəlki qazanc yoxdur. O da, Zərərçəkmiş şəxs1 demişdir ki, o, Rusiya Federasiyasından mayonez, smetan və digər yeyinti məhsulları gətirir və ölkədə dönərxanalara dönər əti verir, bu işdə qazanc var, gəl birlikdə iş görək. Qurbanxan da ona razılıq vermişdir. İlkin olaraq o, 01 oktyabr 2021-ci il tarixdə Şirvan Notariat kontorunda tərtib edilmiş müqavilə əsasında 8000 manat pulu əlbəəl Zərərçəkmiş şəxs1 almış, sonra isə razılaşmışlar ki, o, gündəlik qazancdan 57 manat pulu Qurbanxana verəcək. O, bir ay 10 gün ərzində hər gün 57 manat pulu Qurbanxana vermiş, 14 noyabr 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs1la “Şirvan Petrol” YDM-də görüşmüş, sonuncudan yeyinti malının qalıq pulu olaraq 2000 manat pul əlbəəl almış, danışıqları əsasında həmin 2000 manat pulun qazancı olaraq 15 gün ərzində ona 400 manat pul vermiş və aldığı 2000 manat pulu ona qaytarmış, sonra ona demişdir ki, əgər ehtiyacı yoxdursa, həmin 2000 manat onda qalsın, eyni ilə 15 gün sonra ona yenə 400 manat qazanc pulu verəcəkdir. Qurbanxan da həmin 2000 manat pulu qaytarıb ona vermiş, 15 dekabr 2021-ci il tarixdə o, Qurbanxanla sahibi olduğu Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən “Şirvan Petrol” YDM-də görüşmüş, həmin vaxt o, Qurbanxana demişdir ki, işləri genişlənib, əlavə maya lazımdır, Qurbanxan da ona demişdir ki, ona 8000 manat pulu verəcəkdir, lakin günlük pulun miqdarı 200 manat olacaqdır. O da, onunla razılaşmış və 8000 manat pulu ondan almış, həmin 8000 manat puldan 200 manatı ona qaytarıb verərək, günlük 200 manat pulu indidən verdiyini demiş, çəkiliş də etmişdir. Həmin 8000 manat pulu da, alverə vermişdir. Alverdən pul gec qaytarıldığından o, Qurbanxanın pulunu öz cibindən verməyə başlamış, sonrasında o, alverlə bağlı əsəb keçirdiyindən insult keçirmiş, bu səbəbdən işə çıxa bilməmiş, həmin müddətdə 600 manat pulu Qurbanxana göndərmişdir. Sağaldıqdan sonra Qurbanxanın çağırışı ilə onun ofisinə getmiş, orada o, Qurbanxana, Rusiya Federasiyasına gedəcəyini, orada işləyib, ona olan borcunu qaytarıb verəcəyini demişdir. Həmin vaxt yanlarında atası Fayıq və Qurbanxanın oğlu Anar olmuşdur. Qurbanxan isə ona 1-2 ay müddətinə vaxt vermiş və onun pulunu qaytarıb verməyini demişdir. O da, sonradan Rusiya Federasiya getmiş, orada işlədiyi müddətdə Qurbanxana ümumilikdə 3500 manat pul göndərmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs7 tanıyır, sonuncu ilə işlətdiyi dönərxanada tanış olmuş, aralarında olan danışıq zamanı Zərərçəkmiş şəxs7 BMW markalı avtomobilini satmaqda ona köməkilik etməyini bildirmiş və demişdir ki, o işləmək üçün Qarabağa gedir, maşını onda qalsın, həm sürsün, kimsə də almaq istəsə, satsın. O da, onunla razılaşmışdır. Tahir işləmək üçün Qarabağa getmiş, qayıtdıqdan sonra, o, Tahirlə görüşmüş, birlikdə notariat kontoruna getmişlər, orada Tahir avtomobili mülkiyyət hüququ ilə onun adına qeydiyyata saldırmışdır. Sonradan o, həmin avtomobili 2000 manat pul qarşılığında başqa şəxsə satmışdır. Sonradan Rusiya Federasiyasına getdiyindən Zərərçəkmiş şəxs7la görüşməmiş və avtomobilin satışından əldə etdiyi pulları öz ehtiyaclarına sərf etmişdir. Bundan başqa bildirmişdir ki, X6 tanıyır, sonuncunun dönərxanasında işləmiş, onun Sədcat Azərpurla aralarında sonuncunun DTX-da işə düzəlməsinə dair heç bir danışıq olmamış, o, Sədcatdan işə düzəltmə ilə bağlı pul almamışdır. Sədcat Azərpur yalnız dönərxananın təmir işlərinə pul xərcləmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs5 tanıyır, sonuncu ilə həm qohumluq əlaqəsi var. O, Sənandan hər hansı yolla heç bir pul almamış, Sənanın avtomobilini girov qoymaqla ona adamı o tapmış, lakin girovla bağlı danışıq Sənan və həmin girov götürən şəxs arasında olmuşdur. Bundan başqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu ilə aralarında danışıq olmuşdur ki, İlqar onunla dönər əti və mayonez və sair yeyinti məhsulları ilə bağlı şərik olmuş, İlqar ona şərik olmaq üçün 5000 manat pul vermiş, lakin o, qazancdan ona pul verməmiş, hazırda onun İlqara 5000 manat borcu vardır. Bundan başqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs6 birgə iş görüb pul qazanacaqları barədə vəd verib ümumilikdə 1000 (min) manat məbləğində pul almışdır. Həmin pulları öz ehtiyaclarına sərf etmişdir. Bundan başqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs3 tanıyır, sonuncu ilə o, Şirvan şəhərində yerləşən “Tunc” kafedə aşpaz işləyərkən tanış olmuş, Zərərçəkmiş şəxs3 isə fətir-yuxa məmulatları satırmış, o da ondan almış, bir neçə ay keçəndən sonra o, Şəhanəyə yalandan pul lazım olduğunu deyib onun adına Şirvan şəhərində yerləşən “Kapitalbank”dan kredit götürüb sonra isə pulu bağlamağımı demiş, bundan başqa ona “Kapitalbank”da olan şəxslərlə özü danışacağını, əsas onun bu işə razılıq verməyini söyləmişdir. Şəhanədə özünə qarşı inam yaratmış, belə ki, onun yanında Rusiyadan olan şəxslərlə mobil telefonda danışmış, guya ki, ona 1 ay ərzində 10.000 manat pul gələcəkdir. Əgər krediti ödəyə bilmədiyi təqdirdə başqa əmlaklarının olduğunu, həmin əmlakları satıb krediti ödəyəcəyini demişdir. Şəhanə razılıq vermiş, 2020-ci ilin qış aylarında Şəhanəyə zəng edib “Kapitalbank”a getməklərini demiş və birlikdə Şirvan şəhəri ərazisində yerləşən “Kapitalbank”ın filialına getmişlər, orada Şəhanəyə kredit sənədlərini imza etməyini demiş, bundan sonra kassaya yaxınlaşmışlar, onun adına kredit götürmüşdür. Həmin vaxtdan təxminən 1 ay keçdikdən sonra ona şəxsi ehtiyaclarına pul lazım oldu, yenə də, Şəhanəni inandırmışdır ki, adına kredit götürüb ödəyəcək, eyni qaydada “Kapitalbank”a gedib kredit götürmüşlər. Məbləğ isə hazırda yadına deyil, həmin vaxtdan təxminən 1 ay sonra yenə Şəhanə ilə danışmış, onun fikrinin Şəhanəni aldadıb pulunu ələ keçirmək olmuşdur. Bu dəfə onun adına qızıl-zinət əşyalarını Lombarda qoyub pul götürməyini, həmin pulu isə özünün ödəyəcəyini demişdir. Şəhanə özünə məxsus 71,40 qram qızılları götürüb Şirvan şəhərində fəaliyyət göstərən “Aneks Lombard”a getmişlər. Orada Şəhanə həmin qızılları Lombarda vermiş, əvəzində isə Lombarddan 3223,70 manat məbləğində pul götürmüş, pulu isə elə orada ona vermişdir. O, yalandan Şəhanəyə kredit və lombardla bağlı heç bir problemin olmayacağnı demişdir. Sonradan Şəhanədən 1650 manat pul lazım olduğunu, həmin pulu verməyi müqabilində olan 100- 150 manat pul verəcəyini söyləmişdir. Bir neçə gün sonra 1650 manat pulu Şəhanə gətirib Şirvan şəhərində ona vermişdir. O, həm krediti və həm də lombarddan götürmüş olunan qızılların müqabilində pulu ödəmiş, daha sonra Rusiya Federasiyasına getmişdir. Oradan da pulları ödəmiş, lakin sonra ödəyə bilməmiş, lakin neçə ay ödəməyi yadında qalmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun yanına gələrək ət və mayonez gətirməklə həmin məhsulları ayrı-ayrı rayonlara paylayaraq bu yolla qazanc əldə etmək üçün ona kömək etməyini xahiş etmişdir. O da Fəridə inandığı üçün onunla razılaşmışdır. 2021-ci il tarixdə notarial qaydada tərtib edilmiş müqavilə əsasında 8000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Fərid iki ay müddətində hər gün 57 manat pulu ona vermiş, iki aydan sonra Fəridlə görüşərkən Fərid ondan 2000 manat pul verməyini xahiş etmişdir. Həmin pulun qazancı olaraq ona on beş gündən bir 400 manat pul verəcəyini demişdir. Ona inandığına görə 2000 manat pulu Fəridə vermişdir. 2021-ci ilin dekabr ayında yenə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq mayonez gətizdirəcəyini, ona 8000 manat pul lazım olduğunu demişdir. O da Fəridə 8000 manat məbləğində pulu vermişdir. Dekabr ayının axırına kimi Fərid hər gün ona 200 manat pul vermişdir. 2022-ci ilin yanvar ayının 1-də Fərid 200 manat gətirib ona vermiş, yanvar ayının 2-si Fərid gəlmədiyinə görə ona zəng etmiş, lakin onun nömrəsinə zəng çatmamışdır. Fəridin atası ilə əvvəllər bir yerdə işlədiyindən onun atasına oğlunu onun yanına göndərməsini demişdir. Fərid onun yanına gəldikdə özünü xəstə kimi aparmışdır. Sonradan məlum olmuşdur ki, Fərid xarici ölkəyə qaçıb. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin oktyabr ayında bibisi oğlunun vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs dönər ətlərinin satışı ilə məşğul olurmuş. 2021-ci ilin noyabr ayında Fəridlə “Nur” kafesində görüşmüş, həmin vaxt Fərid ona maya olaraq 10000 manat pul lazım olduğunu demişdir. O da banka müraciət edərək pul götürmüş, Fəridə 5300 manat məbləğində əlbəəl pul vermişdir. Bu hadisənin üstündən bir müddət keçdikdən sonra Fəriddən işlərin nə yerdə olduğunu soruşmuş, Fərid isə ona yaxın vaxtlarda qazanc olacağını və ona pul verəcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs2 polis şöbəsində Fərid barəsində araşdırma olduğunu öyrənmiş və şikayət etmişdir. Hazırda isə təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Salyan dairəsində yerləşən “Nur” kafesində tanımışdır. Həmin vaxtlarda Təqsirləndirilən şəxs avtomobilini satışa çıxarmağını demişdir. Fərid ona avtomobilini 3700 manata ala biləcəyini bildirmişdir. O, Fəridlə razılaşmış, 2021ci ildə birlikdə notariusa gedərək alğı-satqı aparılmağı barədə müqavilə bağlamışlar. Müqavilə bağladıqdan sonra Fərid ona 3700 manat pulu olmadığını, həmin pulu 2-3 ay müddətində verəcəyini bildirmişdir. Lakin 2 ay keçməsinə baxmayaraq pulu ona verməmişdir. Zərərçəkmiş şəxs7 dəfələrlə pulu tələb etsə də, müxtəlif bəhanələrlə onu aldatmışdır. Daha sonra xəstələndiyini və bir müddət sonra Rusiya Federasiyasına getdiyini öyrənmişdir. İlk olaraq məhkəmədə işə baxıldığı dövrdə Fəridin atası pulun ona ödəniləcəyinə söz verib, məhkəməyə maddi ziyanın ödənilməsi barədə ərizə təqdim etməyə inandırmış, məhkəməyə maddi ziyanın ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etsə də, əslində ona heç bir pul ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir, ödənilməyəcəyi təqdirdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri olmuş, amma əvvəllər onu tanımamışdır. Təqsirləndirilən şəxs yeznəsinin işlətdiyi kafedə yeznəsinin yanına gedib-gələrkən tanımışdır. Həmin vaxtlarda Fərid ona dönər yeri açmağı və iş qurmağı təklif etmişdir. O da qazanc əldə etmək üçün onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs “Bank of Baku”dan kredit götürəcəyini bildirmiş, ondan zamin olmağını xahiş etmişdir. Zərərçəkmiş şəxs5 onunla razılaşandan sonra o “Bank of Baku”dan 18 ay müddətinə, 6600 manat məbləğində pul götürmüşdür. Pulu götürdükdən sonra ona əllərinə gələn pulu banka ödəməyi bildirmişdir. O da Fəridə inandığı üçün onunla razılaşmışdır. Təqsirləndirilən şəxs bir müddət sonra Zərərçəkmiş şəxs5 idarə etdiyi “Opel Astra” markalı, **-DS-*** nömrəli avtomobili girov qoymaqla pul götürməyi təklif etmişdir. O da Fəridə inandığı üçün onunla razılaşmış və avtomobilini girov qoyaraq 3000 manat məbləğində pul götürüb Fəridə vermişdir. Avtomobilin aylıq ödənişi 400 manat müəyyən olunmuşdur. Fərid ona aylıq 400 manatı özü ödəyəcəyini bildirmişdir. Fərid girov götürdüyü pulu 2-3 ay ödədikdən sonra qalan ayları ödəməmişdir. sonradan Fəridin xaricə getiyini öyrənmişdir. O da məcbur qalıb borcları özü ödəməyə başlamışdır. Fərid onu aldatmış və ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə “Nur” kafesində tanış olmuşdur. Fərid ondan iş qurmaq adı ilə 1000 manat pul istəmişdir. Rusiya Federasiyasından qida məhsulu olan mayonez gətirəcəyini və sataraq ona qazancından pul verəcəyini demişdir. O da qazanc əldə edəcəyini düşünərək Fəridlə razılaşmışdır. 2021-ci ilin oktyabr ayında 700 manat pulu Fəridə vermişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından etibarən ona mayonez satışından əldə etdiyi qazancdan hər ay 430 manat pul verməli imiş. Fərid həmin ərəfələrdə ona cəmi 210 manat pul vermişdir. O, 2022-ci ilin yanvar ayında 300 manat pulu Fəridə vermişdir. Müəyyən müddət keçməsinə baxmayaraq Fəriddən xəbər olmamışdır. Sonra da məlum olmuşdur ki, Fərid onu aldatmışdır və Rusiya Federasiyasına qaçmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2020-ci il tarixdən tanıyır, belə ki, maddi cəhətdən çətin vəziyyətdə yaşadığından fətir-yuxa məmulatları satırmış, həmin vaxt Təqsirləndirilən şəxs işlədiyi məktəbin yaxınlığında, Şirvan şəhəri ərazisində yerləşən “Tunc” kafedə aşpaz işləmişdir. O da fətir-yuxa məmulatları gətirib Fəridə satırmış, beləcə onların münasibətləri yaranmışdır. Bir qədər keçdikdən sonra Fərid ona həmin kafedə uşağını Salyan şəhərinə əməliyyata aparacağını demiş, ondan bacı kimi xahiş etmişdir ki, onun uşağını gözünün qarşısına gətirib onun adına Şirvan şəhərində yerləşən “Kapitalbank”dan kredit götürsün ona versin, o, da yaxın zamanda pulu ödəsin, həmin pul ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarını və birlikdə xeyir götürəcəyi, həmin vaxt onun adına “Kapitalbank”dan kredit var olmuş, 1000 manat öz adına pul götürmüş, 2 ayı qalmışdır. Fəridə o, bunu dedikdə o, “Kapitalbank”da olan şəxslərlə özü danışacağını, əsas onun bu işə razılıq verməyini demiş, Fərid onda özünə qarşı inam yaratmış, belə ki, onun yanında Rusiyadan olan şəxslərlə mobil telefonda danışmış, guya ki, ona 1 ay ərzində 10.000 manat pul gələcəkdir. Bundan başqa guya ki, Fəridin Rusiyada şəhərində avtomobillərinin və digər əmlaklarının olduğunu, işlərinin alınmadığı təqdirdə həmin avtomobilləri və əmlakları satacağını, həmin əmlakları satıb krediti ödəyib onun pulunu qaytaracaqdır. O, Fəridə inanmış, razılıq vermişdir. Bundan sonra 2021-ci ilin may ayının 24-də Fərid ona zəng edib “Kapitalbank”a getmələrini demişdir. O, Şirvan şəhəri ərazisində olmuş, Fəridlə birlikdə Şirvan şəhəri ərazisində yerləşən “Kapitalbank”ın filialına getmişdir. Onlar ora gedənək Fərid artıq növbə götürmüşdür. O, orada müxtəlif sənədlərə imza etmiş, bundan sonra kassaya yaxınlaşmışlar, Fərid onun adına neçə manat kredit götürəcəyini deməmiş, orada sənədlərlə birlikdə kassadan pul verilmiş, pulları isə Fərid götürmüşdür. Həmin vaxtdan təxminən 1 ay keçmişdir ki, yenə də, Fərid onu inandırmışdır ki, onun adına kredit yenidən götürəcək, birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə edəcəklər. O, Fəridə inanmış, Fərid onu birbaşa “Kapitalbank”a çağırmış, o, tək ora getmiş, yenə də rəsmiləşdirmə olmuş, o, müxtəlif sənədlərə imza etmiş, həmin sənədlər onun adına kredit götürülməyi ilə bağlı olmuş, lakin bu dəfə də onun adına nə qədər kredit götürüldüyünü bilməmiş, yenə Fəridlə birlikdə kassaya yaxınlaşmışlar, orada sənədlərlə birlikdə pulları Fərid götürmüşdür. Onu da qeyd etmişdir ki, həmin pulun ümumilikdə neçə manat olduğunu bilməsə də, hazırdadək 35 ay müddətində hər ay 151 manat olmaqla kredit rəsmiləşdirməsi olduğunu bilmişdir. Bunu da ona görə demişdir ki, hazıradək onun məvacib kartından 151 manat pul tutulur, həmin vaxtdan təxminən 1 ay sonra Fərid yenə onunla əlaqə saxlayıb bu dəfə onun adına qızıl-zinət əşyalarını Lombarda qoyub pul götürməyini, sahibkarlıq fəaliyyətində isə əldə etdiklərini gəlirlərdən ona verəcəklərini demişdir. Fəriddən ona qarşı hörmət və inam yarandığı üçün Fəridlə razılaşmış, özünə məxsus 71,40 qram qızıllarını götürüb 26 avqust 2021-ci il tarixdə Şirvan şəhərində fəaliyyət göstərən “Anexs Lombard”a getmişlər. Orada Fərid kimləsə söhbət etmiş, sonra o, həmin qızıllarını Lombarda vermiş, əvəzində isə Lombarddan 3223,70 manat məbləğində pul götürmüş, pulu isə elə orada Fəridə vermişdir. Fərid hər dəfəsində ona demişdir ki, onun kredit və lombardla bağlı heç bir problemim olmayacaq, əldə etdikləri gəlirdən gələn pullarla krediti və lombardı özü ödəyəcəkdir. Həmin hadisədən təxminən 1 ay sonra Fərid onunla danışdıqda uşağının xəstə olduğunu, ona təcili olaraq 1650 manat pul lazım olduğunu, onun isə tapmağını xahiş etmişdir. O ona pulunun olmadığını dedikdə onların işlərinin alınmayacağını, xeyir götürə bilməyəcəklərini söyləmiş, o, artıq Fəridə pul vermişdir deyə bununla da razılaşmışdır. 2021-ci ilin sentyabr ayının sonunda 1650 manat pul tapmış və həmin pulu Fəridə işlədiyi kafedə vermişdir. Həmin vaxtdan 2 ay müddətində Fərid həm krediti və həm də lombarddan götürdüyü qızılların müqabilində pulu ödəmiş, lakin ona pul verməmişdir. Daha sonra Fərid Rusiyaya getmiş, Fərid Rusiyada olduğu müddətdə sonradan öyrənmişdir ki, onun adına Lombarda pul 2 ay pul ödəmiş, lakin “Kapitalbank”a heç bir pul ödəməmişdir. 2023-cü ilin may ayından isə nə “Kapitalbank”a, nə də ki, Lombarda Fərid tərəfindən heç bir pul ödənməmişdir. Hazırda Lombardda olan qızılları pulu ödəmədiyi üçün Lombardın özündə qalmışdır. Konkret olaraq Fərid birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq barədə yalan vəd verib onu aldararaq 2021-ci il may ayının 24-də 5285 manat, 2-ci dəfə 26 avqust 2021-ci il tarixdə 3223,70 manat və 3cü dəfə 2021-ci ilin sentyabr ayının sonunda 1650 manat pul, ümumilikdə 10158,70 manat pulunu ələ keçirmişdir. O, yuxarıda qeyd etdiyi pulları Təqsirləndirilən şəxs verərkən onların yanında heç kim olmamış, Fərid onun etibarından sui-istifadə edib onu aldatmışdır. Sonradan eşitmişdir ki, Fərid ondan başqa müxtəlif şəxsləri aldatmışdır. Maddi ziyanı tələb edir Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsini istəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış zərərçəkmiş şəxs X11 məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs X1 məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 01:33-də X10 Aeroportundan ölkə ərazisini tərk edərək Macarıstan Respublikasının Budapeşt şəhərinə getmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs X11 həmin ifadəsində bildirmişdir ki, 2009-cu ildə Azərbaycan Texniki Universitetini bitirmiş, o, universiteti bitirdikdən həqiqi hərbi xidmətə getmiş, hərbi xidmət dövründə leytenant hərbi rütbəsi almaqla, müxtəlif hərbi hissələrdə xidmət aparmış, sonrasında o, xidmətini Daxili Qoşunlara keçməklə davam etmişdir. 2014-cü ildə isə o, hərbi xidmətdə baş leytenant rütbəsi ilə təxris olunmuş, bundan sonra Şirvan şəhərində yerləşən “Azərpoçt MMC”də 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayınadək inkasator vəzifəsində işləmiş, sonra isə Azərbaycan Beynalxalq bankında inkasator işləmiş, 2020-ci ilin may ayında işdən çıxmış və həmin tarixdən işsiz qalmışdır. 2021-ci ilin iyul ayında o, əvvəldən tanıdı Təqsirləndirilən şəxs ilə görüşmüş, belə ki, Təqsirləndirilən şəxs onlara məxsus Salyan dairəsidə yerləşən “Nur” kafedə aşpaz işləmək istədiyini bildimiş, onlarda ona razılıq vermişlər və Fərid kafedə işləməyə başlamışdır. Fərid işlədiyi müddət ərzində o, rəsmi işə düzəlmək istəmiş, lakin işi alınmamış, bu zaman Təqsirləndirilən şəxs ona demişdir ki, xalası oğlu DTX-də işləyir, istəsə onu ora işə düzəldə bilər. O da, Fəridlə razılaşmış və Fərid ona demişdir ki, onun DTX-nə işə düzəlməyi üçün 5000 manat pul lazımdır, o da onunla razılaşmış və Salyan rayonunda yerləşən “Accessbank”dan 5000 manat pul götürmüş, ona ilkin olaraq 1500 manat pulu 25 iyul 2021-ci il tarixdə Şirvan şəhəri, Salyan dairəsi adlanan yerdə onlara məxsus “Nur” kafesində Təqsirləndirilən şəxs vermiş, həmin vaxt yanlarında kimsə olmamış, Təqsirləndirilən şəxs ona demişdir ki, 2 aya işi düzələcək, lakin Təqsirləndirilən şəxs ondan heç bir sənəd istəməmişdir. Bir müddət sonra Fərid ona demişdir ki, ona şəxsiyyət vəsiqəsinin surətini, diplomunun surətini və digər sənədləri versin, o da onun ona dediyini sənədləri bir yerə yığıb ona vermişdir, lakin 2 ay keçməsinə baxmayaraq Fəriddən bir xəbər çıxmamış, bundan sonra o, Fəriddən bu barədə maraqlanmış və nədən xəbər çıxmaması barədə onunla mübahisələri olmuş, bu vaxt Fərid ona demişdir ki, qalan 3500 manat pulu da ona verməlidir ki, bundan sonra onun DTX-ya işə düzəlməyi barədə əmri veriləcək. O da, əlində olan 3000 manat pulu 2021-ci lin oktyabr ayının 15-də Təqsirləndirilən şəxs yenə onlara məxsus “Nur” kafesində vermiş, qalan 500 manat pulu isə ona verməmiş, sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs insult keçirib, o, sonrasında Fəridlə görüşmüş, ona verdiyi 4500 manat pulu qaytarmasını istəmiş, o isə, pulunu yaxın vaxtlarda qaytarıb verəcəyini bildirmiş, lakin pulu qaytarıb verməmidir. Sonra isə eşitmişdir ki, Fərid Rusiya Federasiyasına getmişdir. Bundan başqa, o bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə 4500 manat pul vermiş, həmin puldan Fərid ona pul qaytarıb verməmiş, o, Təqsirləndirilən şəxs 4500 manat pulu onu DTX-nə işə düzəlmək üçün vermiş, sonuncu aldığı pulu geri qaytarmamış, 3500 manat pulu Təqsirləndirilən şəxs verərkən yanlarında anası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 vermiş olduğu ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 20 may 2022-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 icraatına qəbul edilmişdir; 24 may 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; 06 iyul 2022-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunmuşdur; 06 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 4(032)-178/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının ərazisindən kənarda olan Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir; 08 iyul 2022-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yerinin müəyyən edilib istintaqa təqdim olunanadək cinayət işinin icraatı dayandırılmışdır; 13 sentyabr 2022-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yerinin müəyyən edilib istintaqa təqdim olunanadək cinayət işinin icraatı dayandırılmışdır; 13 sentyabr 2022-ci il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; Şirvan şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 4(032)-272/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir; Stavropol diyar Georgievsk şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 04 ay 20 gün, ümumilikdə 06 ay, yəni 16 avqust 2023-cü il tarixə qədər uzadılmışdır; 21 iyul 2023-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; 01 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X11 zərərçəkmiş şəxs qismində tanınmışdır; 01 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır; 02 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır; 03 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; 04 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; 04 avqust 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilmişdir; 04 avqust 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrə altında aparılmış və cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; 04 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 4(032)-236/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay olmaqla, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır; Şirvan şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 4(032)-278/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (iki) ay olmaqla, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır; Şirvan şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 1(032)-242/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir; Şirvan şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(032)-18/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Şirvan Apellyasiya Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(106)-471/2024 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayətlərinə baxılmasına xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(032)-18/2024 saylı hökmü və təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışı iclasının təyin edilməsi barədə 15 noyabr 2023-cü il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün Şirvan Şəhər Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Şirvan Şəhər Məhkəməsinin hazırlıq iclası mərhələsində baxılanadək dəyişdirilmədən saxlanılmışdır; Şirvan şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(032)-18/2024 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvəsində saxlanılmış, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 23 iyun 2024-cü il tarixədək uzadılmışdır. Qərarın icrası təqsirləndirilən şəxsin həbsdə saxlanılması məsələsinin həll edilməsi hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilmişdir; 01 iyun 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; 11 iyun 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmişdir; 11 iyun 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi və ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrə altında aparılmış və iş üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; 17 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; Şirvan şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 4(032)-147/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 23 avqust 2024-cü il tarixədək uzadılmışdır; Rusiya Federasiyası Baş Prokurorluğunun 31 iyul 2024-cü il tarixli, 81/2-1439-24 saylı məktubundan görünür ki, Rusiya Federasiyası Baş Prokurorluğu Təqsirləndirilən şəxs dələduzluğa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə əlavə cəlb edilməsinə razılıq vermişdir; 18 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 4(032)-178/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə, yəni 11 sentyabr 2024-cü il tarixədək uzadılmışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 445 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X16 14 iyun 2022-ci il tarixli 578 nömrəli məktublarından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin (AZ-İİ № 367755) surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə X8 ilə nikahları bağlanmışdır; şəxsin qohumluq əlaqələri barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X12 adlı uşaqları var; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməkdə təqsirli olması, onun özünün qismən etirafedici, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X3 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 vurulmuş maddi ziyanı ödəməklə dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasının əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 vurulmuş 5300 (beş min üç yüz) manat və Zərərçəkmiş şəxs6 vurulmuş 1000 (min) manat maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınmalıdır. Digər zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 vurulmuş 5300 (beş min üç yüz) manat və Zərərçəkmiş şəxs6 vurulmuş 1000 (min) manat maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınsın. Digər zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar