Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-161/2024 23.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:30-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 24 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 12 iyun 2024-cü il tarixdə saat 23 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, Fariz Eynullayev küçəsində Zərərçəkmiş şəxs çiyninə toxunması ilə bağlı sonuncunun haqlı irad bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor təbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs göz və dodaq nahiyələrindən yumruqla vurub, sonuncuya sağ paraorbital nahiyədə şişkinlik, sağ gözün üst qapağında qançır, alt dodağın iç səthində əzilmiş-cırılmış yara kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə yaşadığı evdə sipirtli içki qəbul etmiş, saat 22 radələrində evdən çıxıb Şirvan şəhəri, Fariz Eynullayev küçəsinə getmiş, küçə ilə gedən zaman telefonla danışadanışa onunla qarşı-qarşıya gələn Zərərçəkmiş şəxs toxunmuş, həmin vaxt sonuncunun telefonu yerə düşmüşdür. Zərərçəkmiş şəxs ona ehtiyatlı olmasını demiş, o da Zərərçəkmiş şəxs ehtiyatsız heç nə etmədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs sinə nahiyəsindən geriyə itələmiş, sonra yumruq ilə Zərərçəkmiş şəxs göz nahiyəsinə vurmuş, aralarında qarşılıqlı dava-dalaş olmuş, o və Zərərçəkmiş şəxs biri-birilərinə xəsarətlər yetriməyə başlamışlar. Ətrafdan insanlar toplaşmış, həmin şəxslər onları sakitləşdirməyə başlamışlar. Bir müddət sonra hadisə yerinə Şirvan ŞPŞ-nin əməkdaşları gəlmiş, həmin şəxslər onu və Zərərçəkmiş şəxs Şirvan ŞPŞ-nə dəvət etmişlər. Hadisə 12 iyun 2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri Fariz Eynullayev küçəsində baş vermiş, təxminən 15 dəqiqə davam etmişdir. Hadisə yerinin yaşayış binalarının yaxınlığı olduğu üçün orada kənar şəxslərin olsa da həmin şəxsləri tanımır. Hadisə vaxtı Zərərçəkmiş şəxs ilə biri-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Zərərçəkmiş şəxs mobil telefonla danışdığını, Zərərçəkmiş şəxs çiyin nahiyəsinə toxunduğunu, Zərərçəkmiş şəxs mobil telefonu yerə düşdüyünü, bundan sonra Zərərçəkmiş şəxs ona nə üçün mənim çiyin nahiyəmə vurdun, ehtiyyatlı ol deməsini, Zərərçəkmiş şəxs ehtiyatsız hərəkət etməmişəm, bilmədən olub deməsini, bundan sonra Zərərçəkmiş şəxs sinə nahiyəsindən geriyə itələyib, onun göz nahiyəsinə yumruq vurduğunu, Valeh adlı şəxsi əvvələr tanımadığını, Valeh adlı şəxslə heç bir düşmənçilik və ədavətlərinin olmadığını, Zərərçəkmiş şəxs ona yumruqla xəsarətlər yetirdiyini, hadisə zamanı özünün və Zərərçəkmiş şəxs onların dalaşmasının qarşısını alan hər hansı hər hansı bir şəxsə xəsarət yetirmədiklərini, Zərərçəkmiş şəxs ilə qarşılıqlı olaraq biri-birilərinə xəsarətlər yetirdikdən bir müddət sonra hadisə olan əraziyə polis əməkdaşlarının gəldiyini, onları polis şöbəsinə dəvət etdiklərini, polisin təklifini qəbul edib polis şöbəsinə gəldiklərini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş zərəri aradan qaldırmışdır. Əməlindən peşmandır və qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, hazırda Şirvan şəhərində tikintidə fəhlə işləyir. Hər gün saat 08:00-da Salyan rayonundan çıxıb Şirvan şəhərinə işə gəlir. Saat 18:00-da işdən çıxır. 12 iyun 2024-cü il tarixdəsaat 18-də işdən çıxdıqdan sonra Şirvan şəhərində yerləşən yeməkxanada sipirtli içki qəbul etmiş, sonra yeməkxandan çıxmış, Şirvan şəhəri, Fariz Eynullayev küçəsində olduğu zaman mobil telefonuna zəng gəlmiş, mobil telefonla danışmağa başlamış, həmin küçədə adını sonradan bildiyi Azər adlı şəxs ona çiyin nahiyəsi ilə toxunmuş, əlindən mobil telefonu yerə düşmüş, Azərə bildirmişdir ki, mənim çiyin nahiyəmə nə üçün vurdun. Azər bundan sonra onu təhqir etmiş, bildirmişdir ki, yaxşı edib vururam. Mobil telefonu yerə düşdüyü üçün yerdən mobil telefonu götürmək istəyən zaman Azər yumruq ilə onun sağ göz nahiyəsinə vurmuş, sonra ağız nahiyəsinə və baş nahiyəsinə yumruq vurmuş, yerə yıxılmışdır. Yerdən qalxdıqdan sonra Azərin üzərinə getmiş, Azərə təpik və yumruq vurmuşdur. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşmışdır. Həmin şəxslərin içində iş yoldaşı Şahid3 İsiməli oğlu da olmuşdur. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Ətrafda çoxlu sayda adamlar olmuşdur. Hadisə vaxtı mobil telefonuna heç bir maddi zərər dəyməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, 12 iyun 2024-cü il tarixdə saat 23 radələrində Şirvan ŞPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 ilə Şirvan şəhəri, Fariz Eynullayev küçəsində xidmətdə olarkən bir qurup şəxsin küçədə toplaşdığını və səs-küyün gəldiyini görmüşlər. O və Şahid2 xidməti avtomobildən düşərək həmin şəxslərə yaxınlaşmışlar, adını sonradan bildikləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşlıqlı olaraq biri-birilərinə xəsarətlər yetirdiklərinin şahidi olmuşlar. Həmin vaxt ətrafda olan şəxslər onları sakitləşdiməyə çalışmışdır. Həmin şəxslərə yaxınlaşıb onları polis şöbəsinə dəvət etmişlər. Hadisə ilə bağlı araşdırma aparılması üçün raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisənin Şirvan şəhəri, Fariz Eynullayev küçəsində olduğunu, hadisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşlıqlı olaraq biri-birinə xəsarətlər yetirdiklərini, hadisənin küçədə baş verdiyini, hadisə zamanı ətrafda təqribən 8-10 nəfər şəxsin olduğunu, həmin şəxslərin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, 12 iyun 2024-cü il tarixdə, saat 23 radələrində Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Fuad Şabhazov ilə Şirvan şəhəri, Fariz Eynullayev küçəsində xidmətdə olarkən bir qrup şəxsin küçədə toplaşdığını və səs-küyün gəldiyini görmüşlər. O və Fuad Şabhazov xidməti avtomobildən düşərək həmin şəxslərə yaxınlaşmışlar, adını sonradan bildikləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşlıqlı olaraq biri-birilərinə xəsarətlər yetirdiklərinin şahidi olmuşlar. Həmin vaxt ətrafda olan şəxslər onları sakitləşdiməyə çalışmışdır. Həmin şəxslərə yaxınlaşıb onları polis şöbəsinə dəvət etmişlər. Hadisə ilə bağlı araşdırma aparılması üçün raportla müraciət etmişlər. Hadisə küçədə baş vermiş, hadisə zamanı ətrafda təqribən 8-10 nəfər şəxsin olmuş, həmin şəxslər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 İsiməli oğlu məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə, saat 23 radələrində Şirvan şəhəri, Fariz Eynullayev küçəsi ilə yaşadığı evin istiqamətində getmiş, yolda səsküyün gəldiyini eşitmiş, səs gələn tərəfə getmiş, iş yoldaşı Valehin bir nəfər şəxslə mübahsiə etdiyini görmüş, Valehə yaxınlaşmış, onu sakitləşdirmişdir. Həmin vaxt ətrafda təqribən 7-8 nəfər şəxs olmuşdur. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, Valeh və Azər adlı şəxsi polis şöbəsinə dəvət etmişlər. Hadisənin Şirvan şəhəri Fariz Eynullayev küçəsində baş vediyini, təxminən 15-20 dəqiqə davam etdiyini, hadisə yerinin yaşayış binalarının yaxınlığı olduğu üçün orada kənar şəxslərin olduğunu, həmin şəxsləri tanımadığını, iş yoldaşı Zərərçəkmiş şəxs savaşdığını görüb ona yaxınlaşdığını, onu sakitləşdirməyə çalışdığını, hadisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs biri-birilərinin ünvanına ucadan nalayiq ifadələr işlətdiyini, hadisə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ona xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şirvan şəhəri, Fariz Eynullayev küçəsinə baxış keçirilmiş, baxış zamanı hadisənin baş verdiyi ərazidən 5-10 metrdə yaşayış binaları vardır. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Şirvan şəhərinin Fariz Eynullayev küçəsində yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılmış və müəyyən olunmuşdur ki, 12 iyun 2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhərinin Fariz Eynullayev küçəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə vaxtı ictimai qayda pozulmuş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşlıqlı olaraq biri-birilərinə xəsarətlər yetirmişdir. Hadisə zamanı ətrafdan şəxslər toplaşmışdır. Məhkəmə-tibbi ekspertizasının 13 iyun 2024-cü il tarixli 293 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sağ paraorbital nahiyədə şişkinlik, sağ gözün üst qapağında qançır, alt dodağın iç səthində əzilmiş-cırılmış yara-küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən 12 iyun 2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 18-1-35/1-1240/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi xəstəxanası PHŞ-in poliklnika şöbəsinin psixoloji-nevroloji kabinetlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(089)-21/2018 saylı hökmünün surətindən görünür ki, Heydərov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 24 gün müddətindən şərti olaraq vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X1 adında üç övladı var. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında ,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi,habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək,qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə, saat 23 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, Fariz Eynullayev küçəsində Zərərçəkmiş şəxs çiyninə toxunması ilə bağlı sonuncunun haqlı irad bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor təbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs göz və dodaq nahiyələrindən yumruqla vurub, sonuncuya sağ paraorbital nahiyədə şişkinlik, sağ gözün üst qapağında qançır, alt dodağın iç səthində əzilmiş-cırılmış yara kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, xuliqanlıq etmişdir. Törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin qəsdən törədilməsini, törədilən əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu olsa da törətdiyi hazırki cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğuna görə hazırda onun əməli cinayətlərin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, əməlindən peşman olması, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan övladının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmaqla onunla barışıq əldə etməsi kimi yüngülləşdirici halları, ağırlaşdıran halların olmamasını nəzərə alır, lakin, onun əvvəllər qəsdən cinayət törədərək məhkum olunmasına tənqidi mövqedən yanaşır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353, 384-cü maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-161/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-161/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver