Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-161/2025 17.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 13:20-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili X1 , Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2009-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixədə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən ərzaq dükanına qanunsuz daxil olaraq, dükandan zərər çəkmiş şəxsin qiymətləndirdiyi 2 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq ümumi 13 manat dəyərində “Cin” danışıq konturları, 45 manat məbləğində pul sikkələri (qəpikləri), 44 manat dəyərində 1 blok (10 qutu) “Kent” markalı siqaret, 31 manat dəyərində 1 blok (10 qutu) “Pallmall” markalı siqaret, 31 manat dəyərində 1 blok (10 qutu) “Winghester” markalı siqaret, 24 manat dəyərində 1 blok (10 qutu) “Argo” markalı siqaret, 28 manat dəyərində 1 blok (10 qutu) “Want” markalı siqaret, 26 manat dəyərində 1 blok (10 qutu) “Keno” markalı siqaret, 2 qutu hər birinin qiyməti 4,40 manat olmaqla ümumilikdə 8,80 manat dəyərində “Kent-8” markalı siqaret, 5 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 13 manat dəyərində “Keno” markalı siqaret, 4 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 10,40 manat dəyərində “Keno-Royal” markalı siqaret, 3 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 7,80 manat dəyərində “Keno Mentol” markalı siqaret, 5 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 13 manat dəyərində “MAGNAboz” markalı siqaret, 4 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 10,40 manat dəyərində “MAGNA-qara” markalı siqaret, 5 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 13 manat dəyərində “Viceroy” markalı siqaret, 5 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 13 manat dəyərində “MAGNA-göy kompakt” markalı siqaret, 4 qutu hər birinin qiyməti 3,10 manat olmaqla ümumilikdə 12,40 manat dəyərində “Winghester” markalı siqaret, 4 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 10,40 manat dəyərində “Prima-göy” markalı siqaret və 1 qutu 3,80 manat dəyərində “Winston-boz kompakt” markalı siqaret qutularını gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 358 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə vermiş olduğu ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə keçən gecə saat 00:10 radələrində Şirvan şəhəri İ.Qayıbov parkında yerləşən “Sahil” kafesində 3 bakal pivə içdikdən sonra evə getmək qərarına gəlmişdir. Küçələrinə çatdıqda küçələrində olan qonşu Yaşarın dükanının qapısının qıfılla bağlı olduğunu görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, qapının qıfılını sındıraraq dükana girib oradan oğurluq etsin. Ətrafı müşahidə etdikdən sonra qapının qıfılını sındırmaq üçün yerdən daş götürərək qıfılı vurub sındırmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra dükana daxil olmuşdur. Dükan qaranlıq olduğundan cibində olan alışqanın fənər işığını yandırmış, fənərin işığı ilə dükanı axtarmağa başlamış və dükanda olan stolun üstündən dolu siqaret bloklarını və qutularını götürmüşdür. Bundan sonra stolun üstündə olan sellofanda pul sikkələrini (qəpikləri) və danışıq konturları götürmüşdür. Götürdüyü əşyaları dükanda olan kisəyə yığaraq dükandan çıxmış və dükanın dəmir qapısını örtmüşdür. Bundan sonra öz həyətlərinə getmiş, həyətlərində heç kimin xəbəri olmadan dükandan oğurladığı siqaretləri, pul sikkələrini və konturları kisədən çıxarmış, pul sikkələrini saydıqda görmüşdür ki, 45 manatdır. 5 ədəd Cin danışıq konturlara baxdıqda görmüşdür ki, ikisi 5 manatlıq, üçü isə 1 manatlıq danışıq konturlarıdır. Pulu və konturları cibinə qoymuşdur. Oğurladığı siqaretlərə baxdıqda isə görmüşdür ki, 1 blok (10 qutu) “Kent” markalı siqaret, 1 blok (10 qutu) “Pallmall” markalı siqaret, 1 blok (10 qutu) “Winghester” markalı siqaret, 1 blok (10 qutu) “Argo” markalı siqaret, 1 blok (10 qutu) “Want” markalı siqaret, 1 blok (10 qutu) “Keno” markalı siqaret, 2 qutu “Kent-8” markalı siqaret, 5 qutu “Keno” markalı siqaret, 4 qutu 10,40 manat dəyərində “Keno-Royal” markalı siqaret, 3 qutu “Keno Mentol” markalı siqaret, 5 qutu “MAGNA-boz” markalı siqaret, 4 qutu “MAGNA-qara” markalı siqaret, 5 qutu “Viceroy” markalı siqaret, 5 qutu “MAGNA-göy kompakt” markalı siqaret, 4 qutu “Winchester” markalı siqaret, 4 qutu “Prima-göy” markalı siqaret və 1 qutu “Winstonboz kompakt” markalı siqaret qutuları vardır. Həmin siqaretləri həyətlərindən götürdüyü köhnə məktəb çantasına yığıb özü ilə götürərək həyətdən çıxmışdır. Bundan sonra Şirvan şəhəri İ.Qayıbov parkında yerləşən “Bağ kafe”yə getmiş, kafedə oturub pivə sifariş etmişdir. Təxminən 5-6 dəqiqədən sonra tanışları olan Şirvan şəhər sakinləri Mirmehdi, Uğur və Elbrus oraya gəlmişlər. O həmin vaxt dükandan oğurladığı siqaretlərdən onların hərəsinə bir qutu pay olaraq vermişdir. Onlar ondan həmin siqaretləri haradan aldığını soruşduqda onlara həmin siqaretləri dostunun pay verdiyini bildirmişdir. Götürdüyü pullardan 10 manatını içdiyi pivənin və dostlarına sifariş etdiyi suyun pulunu vermişdir. Kafedə işləyən Nihat adlı süfrəçi həmin vaxt ondan bir ədəd çəkmək üçün siqaret istəmişdir. O əlini çantaya salaraq oradan bir qutu Kent markalı siqaret götürərək Nihata pay vermişdir. Bundan sonra onlar kafedən çıxmışlar və onlarla görüşüb ayrılmışdır. Oğurluq etdiyi üçün qorxudan qərara gəlmişdir ki, həmin gecə işləmək üçün Abşeron rayonu Xırdalan şəhərinə getsin. Piyada olaraq Şirvan şəhərindən Bakı şəhərinə gedən “Şimal” yol adlanan yerə getmişdir. Yolda gedərkən fikirləşmişdir ki, əlində olan çantanı polislər görüb şübhələnər. Bu səbəbdən də çantadan özü üçün 4 qutu siqaret götürmüş və qalan siqaretləri və danışıq konturlarını Şirvan kanalına tullamışdır. Oradan Bakı şəhərinə gedən “Vita” markalı avtomobillə Bakı şəhərinə getmişdir. Oğurladığı puldan 5 manat yol pulu olaraq sürücüyə vermişdir. Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığında avtomobildən düşmüş, oradan 199 nömrəli marşruta minərək Abşeron rayonu Xırdalan şəhərinə getmişdir. Orada iş tapmadığı üçün yenidən Bakı şəhərinə qayıtmışdır. Bundan sonra Qaradağ rayonunda yerləşən Lökbatan dairəsinə gəlmiş,oradan Şirvan şəhərinə gələn marşruta minərək evlərinə gəlmişdir. Evə gələndə oğurladığı pulların hamısını xərcləmişdir. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq və təsirə məruz qalmamışdır. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən mərhum atasına məxsus fərdi yaşayış evinin həyətyani sahəsində özünə məxsus ərzaq dükanı vardır. Gündəlik olaraq dükanda ərzaq və digər əşyalar, o cümlədən siqaret və danışıq konturları satır. xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində dükanı bağlayaraq yaşadığı evə getmişdir. Səhəri günü, yəni xx.xx.2025-ci il tarixdə saat 07 radələrində dükana gələrək dükanı açmaq istəyəndə görmüşdür ki, dükanın qapısına vurduğu qıfıl açıq vəziyyətdədir. Dükana daxil olaraq baxış keçirmiş və görmüşdür ki, dükanında olan siqaretlər, danışıq konturları və sellofanda olan xırda pul sikkələri yoxdur. Həmin vaxt heç bir şeyə əl vurmadan polisə müraciət etmişdir. İlkin olaraq bildiyi 13 manatlıq danışıq konturlarının, 45 manat məbləğində xırda pul sikkələrini və 32 manat dəyərində isə siqaret qutularının oğurlandığını bildirmişdir. Sonradan dükanda hesablama apardıqdan sonra ona məlum olmuşdur ki, dükana naməlum şəxs tərəfindən dükanın qapısının qıfılı sındırılmaqla qanunsuz daxil olma nəticəsində 2 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq ümumi 13 manat dəyərində “Cin” danışıq konturları, 45 manat məbləğində pul sikkələri (qəpikləri), 44 manat dəyərində 1 blok (10 qutu) “Kent” markalı siqaret, 31 manat dəyərində 1 blok (10 qutu) “Pallmall” markalı siqaret, 31 manat dəyərində 1 blok (10 qutu) “Winghester” markalı siqaret, 24 manat dəyərində 1 blok (10 qutu) “Argo” markalı siqaret, 28 manat dəyərində 1 blok (10 qutu) “Want” markalı siqaret, 26 manat dəyərində 1 blok (10 qutu) “Keno” markalı siqaret, 2 qutu hər birinin qiyməti 4,40 manat olmaqla ümumilikdə 8,80 manat dəyərində “Kent-8” markalı siqaret, 5 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 13 manat dəyərində “Keno” markalı siqaret, 4 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 10,40 manat dəyərində “Keno-Royal” markalı siqaret, 3 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 7,80 manat dəyərində “Keno Mentol” markalı siqaret, 5 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 13 manat dəyərində “MAGNA-boz” markalı siqaret, 4 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 10,40 manat dəyərində “MAGNA-qara” markalı siqaret, 5 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 13 manat dəyərində “Viceroy” markalı siqaret, 5 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 13 manat dəyərində “MAGNA-göy kompakt” markalı siqaret, 4 qutu hər birinin qiyməti 3,10 manat olmaqla ümumilikdə 12,40 manat dəyərində “Winghester” markalı siqaret, 4 qutu hər birinin qiyməti 2,60 manat olmaqla ümumilikdə 10,40 manat dəyərində “Prima-göy” markalı siqaret və 1 qutu 3,80 manat dəyərində “Winston-boz kompakt” markalı siqaretlər oğurlanmış və ona ümumilikdə 358 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra yenidən Şirvan şəhər Polis şöbəsinə ərizə ilə müraciət edərək bu barədə bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, heç bir şikayəti yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində dostu Mirmehdi ona zəng vuraraq məhlələrində olan Şirvan şəhərində yerləşən İ.Qayıbov adına parka çağırmışdır. O parka gələndə Mirmehdi dostu Tuğayla kafedə oturub su , Tuğay isə pivə içirmiş. Öz aralarında söhbət edərkən o Mirmehdidən çəkmək üçün siqaret istəmişdir. Həmin vaxt Tuğay yanında olan çantasından 1 qutu Vinçester markalı siqaret çıxararaq ona vermişdir. Tuğaydan siqareti almış və açaraq içərisindən 1 ədəd götürüb çəkmişdir. Həmin vaxt dostu olan Elbrus da onların yanına gəlmişdir. Oturduqları kafedə onlara qulluq edən süfrəçiyə də Tuğay 1 qutu Kent-8 markalı siqaret vermişdir. Onlar Tuğaydan həmin siqaretləri haradan əldə etməsini soruşduqda Tuğay onlara bildirmişdir ki, ona pay vermişlər. Təxminən 1 saat kafedə oturduqdan sonra onlar kafedən durmuşlar və hərə öz evinə getmişdir. Bundan sonra Tuğayın hara getməsindən məlumatı olmamışdır. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Şahid2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışından tədqiq edilmiş : Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq dükanıdır. xx.xx.2025-ci il tarixli yetkinlik yaşına çatmayan şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18- 1-35/2-1194/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX PHŞ-nın Poliklinika şöbəsinin ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Hal-hazırki dövrə kimi narkoloji qeydiyyatı olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 355 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş 358 manat məbləğində maddi ziyan onun tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxslə hal-hazırda barışmışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət işi üzrə ona dəymiş 358 manat məbləğində maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası CM-nin : 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM): 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CMnin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır . Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 349, 351-353, 384cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi nəzə alınsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın . Hökm elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-161/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-161/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver